Özət
Beyin disfunksiyası beyinin idarəetmə-kordinasiya funksiyasının pozulmasıdır və klinik olaraq bir neçə formada ortaya çıxa bilir. Diaqnostikada klinik müayinə önəmlidir.
Agitasiya narahatlıq və həyəcan əlamətləri ilə biruzə verir, adətən huş aydın olur, profilaktikası və müalicəsi üçün benzodiazepinlər (midazolam, lorazepam), propofol və deksmedetomidin tətbiq edilir.
Delirium adətən sayıqlama, hallusinasiya əlamətləri ilə biruzə verir. Haloperidol ilk seçim müalicədir.
Koma beyin yetməzəliyidir, beyinin qıcıqlara cavab verməyən vəziyyətidir. Beyin ölümündən fərqli olaraq beyin kötüyünün bəzi funksiyaları, xüsusən tənəffüs funksiyası müəyyən qədər qorunur. Diaqnozu klinik olaraq qoyulur – xəstə ayıq deyil, sözlü və ağrı qıcıqlarına baxmayaraq oyanmır (nə sözlü, nə də ağrı qıcığına qarşı gözünü açmır, hərəki və sözlü cavabları olmur), GKŞ 8-3 bal təşkil edir. Təcili olaraq intubasiya edilir, süni ventilyasiya başladılır, hemodinamika stabilləşdirilir və səbəblər axtarılır.
Beyin ölümü beyin qabığının və kötüyünün geriyədönməz zədələnməsi nəticəsində meydana gələn vəziyyətdir. Bütün reflekslərin, o cümlədən beyin kötüyü reflekslərinin və tənəffüs mərkəzi fəaliyyətinin itməsi ilə xarakterizə olunur.
Beyin disfunksiyaları üzrə suallar
N.Y.Bayramov, F.Əhmədov
|
Suallar |
Cavablar |
|
Beyin fəaliyyəti klinik olaraq necə qiymətləndirilir? |
Qıcığa (suallara və toxunma-ağrı qıcığına) cavabın olub-olmamasına və cavabın keyfiyyətinə əsaslanaraq ayıqlıq, şüur, intellekt, davranış və hərəkətə nəzarət qiymətləndirilir. |
|
Reanimasion xəstələrdə beyini qiymətləndimək üçün hansı klinik müayinələr edilir? |
Huşun vəziyyəti (ayıqlıq) Sözlü və ağrı qıcığa hərəki cavab Beyin kötüyü refleksləri |
|
Agitasiya nədir? |
Narahatlıq və həyəcan əlamətləri ilə biruzə verir, adətən huş aydın olur. |
|
Səbələri nədir? |
Psixoloji təsir və ağrı. |
|
Müalicəsi necədir? |
Benzodiazepinlər, propofol və deksmedetomidin. |
|
Delirium nədir? |
Sayıqlama, hallusinasiya əlamətləri ilə biruzə verir. |
|
Səbəbləri nələrdir? |
Alkoqolun, narkotiklərin kəsilməsi, hipoksiya, toksikoz. |
|
Müalicəsi necədir? |
Haloperidol. |
|
Koma nədir? |
Beyin yetməzəliyidir, beyinin qıcıqlara cavab verməyən vəziyyətidir. |
|
Diaqnozu necə qoyulur? |
Klinik olaraq qoyulur - sözlü və ağrı qıcıqlarına cavab vermir, GKŞ 8-3. |
|
Müalicəsi necədir? |
Beyini ikinci zədələnmədən qoruma (intubasiya, ventilyasiya, hemodinamikanın stabilləşdirilməsi), səbəbi axtarma və aradan qaldırmaq. |
|
Beyin ölümü nədir? |
Beyin qabığının və kötüyünün geriyədönməz zədələnməsi nəticəsində meydana gələn vəziyyətdir. Bütün reflekslərin, o cümlədən beyin kötüyü reflekslərinin və tənəffüs mərkəzi fəaliyyətinin itməsi ilə xarakterizə olunur. |
|
Beyin ölümü diqnozu necə qoyulur? |
Klinik olaraq koma və beyin kötüyü reflekslərinin olmaması (bəbək, korneal, öskürək, okulosefalik və apne testləri) EEQ-də dalağaların olmaması. |