Özət
Şok hipoperfuziyadır, yəni qan təchizatının kəskin pozulması ilə əlaqədar toxumalara oksigen çatdırılmasının kəskin azalmasıdır, kəskin qan dövranı yetməzliyi də adlanır. Hipoperfuziyanın törətdiyi hissəvi və total hipoksiya sellular disfunksiyaya və sistemik zədələyici proseslərə səbəb olur (asidoz, ödem, endotelial zədələnmə, SİRS – sepsis). Dövr edən qan həcminin azalması, ürək fəaliyyətinin kəskin azalması və sistemik vazodilatasiya hipoperfuziyaya səbəb olan əsas mexanizmlərdir. Bunlara uyğun olaraq şokun 4 klinik forması ayrıd edilir: hipovolemik, kardiogen, vazomotor və septik şok. Şok adətən xəstəlik və ya travma fonunda kəskin olaraq taxikardiya, təngnəfəslik, hipotenziya əlmətləri ilə başlayır, qısa müddətdə orqan disfunksiyaları ortaya çıxır, müalicə olunmazsa multiorqan yetməzliyi və letallıq baş verir. Şokun diaqnozu 3 klinik kriteriya əsasında qoyulur: şok törədən səbəb (travma, xəstəlik), hemodinamik əlamətlər (taxikardiya, hipotenziya, ortostatik kollaps) və hipoperfuziya əlamətləri (soyuq dəri, oliqouriya, kapilyar dolmanın ləngiməsi, huşun pozulması, metabolik asidoz, laktat artması). Şokun müalicəsi təcili başladılır, oksigenasiya, infuzion terapiya, səbəbin aradan qaldırılması və göstərişə görə transfuziya əsas prinsiplərdir. Hipovolemik şokda əsas tədbirlər qanaxmanı dayandırmaq və dövr edən qanın həcmini bərpa etməkdir. Kardiogen şokda ürəyin körük funksiyasını bərpa etmək vacibdir. İnfuziya və vazokonstruktorlar (fenilefrin, noradrenalin) neyrogen şokun əsas müalicə tədbirləridir. Septik şokda infuzion terapiya, vazokonstruktorlar, antibiotik və mənbənin təcili nəzarətə alınması vacib tədbirlərdir.
Şok üzrə suallar
N.Y.Bayramov, F.Əhmədov
|
Suallar |
Cavablar |
|
Şok nədir? |
Hipoperfuziyadır (mikrosirkulyator yetərsizlik) |
|
Patogenezi necədir? |
Səbəb ® hipoperfuziya ® hipoksiya ® sellular disfunksiya ® sistemik zədələyici proseslər (sepsis, asidoz və s.) |
|
Əsas patogenetik mexanizmi nədir? |
Hipoperfuziyaya bağlı hipoksiya və sellular disfunksiya |
|
Kompensator faza nə deməkdir? |
Təzyiq normal olur, lakin periferiyanın perfuziyası pozulur (vazokonstruksiya) |
|
Dekompensator faza nədir? |
Təzyiq düşür (vazodilatasiyaya bağlı) |
|
Refrakter faza nədir? |
Orqan yetməzlikləri başlayır. |
|
|
Hipovolemik Kardiogen Vazomotor Septik |
|
Əlamətləri hansılardır? |
Avazımış, soyuq dəri, taxikardiya, taxipnoe, hipotenziya, huşun pozulması və s. |
|
Diaqnostik kriteriyaları nələrdir? |
Şok törədən səbəb: travma, xəstəlik. Hemodinamik əlamətlər: taxikardiya, hipotenziya, ortostatik kollaps. Hipoperfuziya əlamətləri: soyuq dəri, oliqouriya, kapilyar dolmanın ləngiməsi, huşun pozulması, metabolik asidoz, laktat artması. |
|
Perfuziyanın ən yaxşı klinik göstəriciləri hansılardır? |
Diurez və huşun vəziyyəti. |
|
Perfuziyanın ən yaxşı laborator göstəriciləri hansılardır? |
pH, laktat. |
|
Şokun kardinal əlaməti nədir? |
Taxikardiya. |
|
Şokda taxikardiya olmaya bilərmi? |
Spinal blokda, beta-blokator alanlarda, vegetativ sinir sistemi zədələnmələrində (diabet) və idmançılarda taxikardiya olmaya bilər. |
|
Şokda təzyiq normal ola bilərmi? |
Kompensator fazada təzyiq normal ola bilər. |
|
Şokun bütün növlərində ilk və mütləq tədbirlər hansılardır? |
Oksigen verilməsi, infuziya və səbəbin aradan qaldırılması. |
|
Hipovolemik şok nədir? |
Dövr edən qan həcminin azalması nəticəsində baş verən şok. |
|
Səbəbləri nələrdir? |
Qanaxma Plazmaitirmə (yanıqlar, bağırsaq keçməzliyi, pankreatit, dehidratasiya). |
|
Erkən əlamətləri nələrdir? |
Taxikardiya, təngnəfəslik, ortostatik hipotenziya, həyəcan, vazokonstruksiya (soyuq dəri və azalmış nəzb təzyiqi). |
|
Gec əlamətləri nələrdir? |
Hipotenziya, şüur dəyişikliyi, taxikardiya və orqan disfunksiyaları. |
|
Ortostatik hipotenziya nədir? |
Uzanmış vəziyyətdən oturaq və ya ayaqüstü vəziyyətə keçdikdə arterial təzyiqin 15 mm Hg st-dan çox düşməsi. |
|
Ortostatik taxikardiya nədir? |
Uzanmış vəziyyətdən oturaq və ya ayaqüstü vəziyyətə keçdikdə nəbzin 20-dən çox artması. |
|
Şokda nəbz təzyiqi niyə azalır? |
Vazospazmla əlaqədar. |
|
I dərəcə hemorragiya nə deməkdir? |
15%-dən az qanitirmə, klinik simptomlar yoxdur və ya ortostatik taxikardiya var. |
|
II dərəcə hemorragiya nə deməkdir? |
20-25% qanitirmə, ortostatik hipotenziya var, diurez normaldır. |
|
III dərəcə hemorragiya nə deməkdir? |
30-40% qanitirmə, hipotenziya və oliqouriya. |
|
IV dərəcə hemorragiya nə deməkdir? |
40%-dən çox qanitrmə, huşun pozulması və koma. |
|
Müalicəsi nədən ibarətdir? |
Qanaxmanı dayandırmaq və həcmi artırmaq – infuziya və transfuziya. |
|
Əvvəlcə nə bərpa olunmalıdır – qanın həcmi yoxsa hemoqlobinin miqdarı? |
Həcm. |
|
İlkin olaraq nə qədər maye verilməlidir? |
1-2 l (20-30 ml/kq) isti Ringer-laktat məhlulu və ya 4 ml/kq hipertonik məhlul. |
|
Qan nə vaxt verilməlidir? |
İlkin 2 litr kristalloid infuziyasına baxmayaraq təzyiq qalxmırsa və ya III-IV dərəcəli qanitirmə və ya hemoqlobin miqdarının əvvəlki səviyyəsindən 50%-dən çox düşərsə. |
|
İlk olaraq nə köçürmək lazımdır – tam qan yoxsa eritrositar kütlə? |
Eritrositar kütlə. |
|
Xəstənin qan qrupu bilinmirsə hansı qan köçürərsiniz? |
O(I) Rh neqativ qan. |
|
Geriyədönməz şok nə deməkdir? |
Reanimasion tədbirlərə baxmayaraq şokdan çıxmama və letal nəticə. |
|
Geriyədönməz şokun səbəbi nələrdir? |
Massiv qanaxma, qanaxmanın davam etməsi. |
|
Müalicənin effektivliyi hansı göstəricilərə görə qiymətlədirilir? |
Klinik – nəbz, təzyiq, sidik ifrazı, huş, dəri hərarəti, kapilyar dolma. Laborator – pH, laktat və əsasların defisiti. |
|
Hemodinamikanın stabilləşdiyini göstərən ən obyektiv göstəricilər hansılardır? |
qanın pH – 7.4 Laktat və əsasların defisiti Sidik ifrazı – böyüklərdə 0,5-1 ml/kq/saat, uşaqlarda 1-2 ml/kq/saat. |
|
Müalicənin effektiv olmamasının əsas səbəbləri adətən nələr olur? |
Massiv qanaxma, qanaxmanın davam etməsi, yanaşı tənəffüs yetməzliyi. |
|
Hipovolemik şokda vazopressor istifadə edilirmi? |
Xeyr. |
|
Hipovolemik şokda xəstənin baş, yoxsa ayaq tərəfini qaldırmaq lazımdır? |
Ayaq tərəfini. |
|
Septik şok nədir? |
Sepsisli xəstədə (infeksiya+orqan disfunksiyası) infuziyaya cavab verməyən, vazopressor gərəkdirən hipotenziya və hiperlaktatemiya. |
|
Ən çox rast gəlinən səbəbləri nələrdir? |
Sepsis törədən bütün xəstəliklər, o cümlədən qarın, döş boşluqlarının və yumşaq toxumaların irinli infeksiyaları. |
|
Müalicəsi nədən ibarətdir? |
İnfuziya, vazopressor, antibiotik və mənbənin aradan qaldırılması. |
|
|
|
|
Kardiogen şok nədir? |
Kəskin ürək yetməzliyinə bağlı hipoperfuziya. |
|
Səbəbləri nələrdir? |
Miokardın zədələnməsi və disfunksiyası (miokard infarktı, muskulyar disfunksiya, ürək əzilməsi, qapaq yetməzliyi). Ürək sıxılması – tamponada, gərgin pnevmotoraks. |
|
Əsas mexanizmi nədir? |
Ürək atımının kəskin azalması. |
|
Əlamətləri nələrdir? |
Nəfəs darlığı, taxikardiya, hipotenziya, boyun venalarının genişlənməsi, ağciyərdə xırıltılar, sidik ifrazının azalması. |
|
Dəqiqləşdirici müayinə hansıdır? |
Exokardioqrafiya. |
|
Müalicəsi nədən ibarətdir? |
Səbəbə yönəlməlidir: Sıxılmada – punksion dekompressiya Miokard infarktında – pressorlar, vazodilatatorlar Xronik yetməzlikdə – diuretik, vazodilatatorlar, pressorlar. |
|
Ən son tədbirlər hansılardır? |
İntraaortik balon və süni ürək. |
|
Vazomotor şok nədir? |
Damarların, xüsusən venaların kəskin genişlənməsinə bağlı hipoperfuziyadır. |
|
Ən çox rast gəlinən səbəbləri nələrdir? |
Sepsis, SİRS, anafilaksiya, onurğa beyni zədələnməsi, adrenal və qaraciyər yetməzliyi. |
|
Əsas patogenetik mexanizmi nədir? |
Ürəyə qangəliminin azalması. |
|
Neyrogen şokun xarakterik əlaməti nədir? |
Hipotenziya ilə yanaşı isti dəri, bradikardiya və rektal tonusun azalması. |
|
Neyrogen şokun müalicəsi nədən ibarətdir? |
İnfuziya və vazopressor. |