Özət
Kritik vəziyyətlər əsasən oksigenasiya, su-elektrolit, qidalanma və istilik kimi həyatı vacib ünsürləri təmin edən orqan və sistemlərin disfunksiyalarıdır. Orqan disfunksiyası – orqanın funksiyasını kifayət qədər yerinə yetirə bilməməsidir. Əvəzedici müalicə gərəkdirən ağır dərəcəsinə isə orqan yetməzliyi deyilir. Tənəffüs yetməzliyi, şok, koma, sepsis, böyrək, qaraciyər və bağırsaq yetməzlikləri, koaqulopatiyalar kritik vəziyyətlərə ən çox səbəb olan patologiyalardır. Kritik vəziyyətlərdəki xəstələrdə yanaşma təcililik, stabilləşdirmə (oksigenasiyanı təmin etmə), ardıcıl-pilləli yardım (YADDAŞ ardıcıllığı), monitorizasiya və sindromoloji yanaşma (əvvəl sindrom, sonra səbəb) prinsipləri üzərində qurulur.
Kritik vəziyyətlərə ümumi yanaşma üzrə suallar
N.Y.Bayramov, F.Əhmədov
|
Suallar |
Cavalar |
|
Kritik vəziyyət nədir? |
Həyati təhlükə daşıyan orqan disfunksiyası və disfunksiya riski. |
|
Orqan disfunksiyası nədir? |
Orqanın funksiyasını kifayət qədər yerinə yetirə bilməməsidir. |
|
Orqan yetməzliyi nədir? |
Əvəzedici müalicə gərəkdirən disfunksiyadır. |
|
Reanimasiya nədir? |
Yenidən canlandırma və ya həyatın bərpasıdır. |
|
İntensiv terapiya nədir? |
Orqan funksiyalarının müvvəqəti əvəz edilməsidir, dəstək müalicəsi də deyilir. |
|
Monitorizasiya nədir? |
Funksiyalara arasıkəsilməz nəzarətdir, klinik, laborator və cihazlar vasitəsi ilə aparıla bilir. |
|
Kritik vəziyyətlərin səbəbləri nələrdir? |
Oksigenasiya, su-elektrolit, qida və istilik təminini kəskin pozan vəziyyətlər: tənəffüs, hemodinamik, beyin, qaraciyər, böyrək, bağırsaq və koaqulyasion yetməzliklər. |
|
“Böyük qüsurlu dövran” nə deməkdir? |
Tənəffüs, hemodinamik və ya beyin yetməzliyi hipoksiya törədir, hipoksiya isə bunların hər birinə gətirib çıxarır. |
|
“Həyəcan əlamətləri” hansılardır? |
huşsuz, qeyri-adekvat və yuxulu xəstə xırıltılı tənəffüs, çətin tənəffüs, təngənəfəslik, sianoz. taxikardiya, aritmiya, soyuq dəri, hipotenziya, ortostatik kollaps, qanaxma travma yüksək hərarət, yayğın ödemlər, sidik ifrazının azalması, gərgin qarın |
|
Stabilləşdirmə nədir? |
Həyatqurtarma və ya orqanizmin oksigenasiyasını təmin etmə. |
|
Stabilləşmənin göstəricisi nədir? |
Hemodinamika stabildir, qanın pH – 7.4, laktat normallaşıb, sidik ifrazı – böyüklərdə 0,5-1 ml/kq/saat, uşaqlarda 1-2 ml/kq/saat |
|
Ardıcıl və pilləli yardım nə deməkdir? |
YADDAŞ (Yol, Ağciyər, Dövran, beyin (Düşüncə), Açıq müayinə, Şərait) ardıcıllığı ilə yoxlama və korreksiya. |
|
Sindromoloji yanaşma nə deməkdir? |
Əvvəl sindrom təyin olunur və dəstək müalicələri ilə korreksiya edilir, sonra səbəb axtarılır (“əvvəl sindrom, sonra səbəb”) |
|
Kritik xəstələrdə hansı göstəricilərin monitorizasiyası vacibdir? |
Temperatur EKQ Arterial təzyiq Mərkəzi venoz təzyiq Pulsoksimetriya Kapnoqrafiya GKŞ Hemoqram Sidik ifrazı AQQA Kreatinin Laxtalanma Şəkər Qc göstəriciləri Digər |