N.Y.Bayramov, N.A.Zeynalov, Z.Z.Qəhrəmanova
MƏDƏ BURULMASI
Tərifi və rast gəlməsi
Nadir rast gəlinən xəstəliklərindəndir, mədənin, boylama və ya köndələn oxu boyunca burulması nəticəsində təkrarlayan keçməzlik (xroniki forma) və ya mədə nekrozu (kəskin forma) baş verir.
Etiologiyası
Bağ aparatının zəifləməsi əsas səbəb hesab edilir.
Patogenezi və gedişi
Kəskin burulma mədə nekrozu törədir. Xroniki burulma ağrılar və bəzən də hiatal yırtıqla birlikdə olur.
Klinikası
Kəskin burulmada: güclü ağrı və Borchardt triadası:
- qusmadan sonra öyümə başlayır, lakin təkrari qusma olmur
- epiqastral şişkinlik
- nazoqastrik zond keçmir.
Xronik burulma – asimptomatik, simptomatik – təkrarlayan sancışəkilli ağrılar
Diaqnostikası
Diaqnozu KT ilə dəqiqləşir.
Müalicəsi
Kəskin burulmada – təcili əməliyyat: qastropeksiya və ya rezeksiya
Xroniki burulmada - qastropeksiya
MƏDƏ BEZOARLARI
Tərifi
Mədədə yaranan müxtəlif tərkibli daşlardır, keçməzlik, divarda xoralaşma və ağırlaşmalarına səbəb ola bilir.
Tərkibinə görə növləri:
- trixobezoarlar
- fitobezoarlar
- candida
- digər
Etiopatogenezi
Tük yemə, qastrostaz, postvaqotomiya, sitrus meyvələrinin çox isifadəsi risk amilləridir
Gedişi
Asimptomatik ola bilər və ya mədə funksiyasını poza bilir, ağırlaşma (20%) –obstruksiya, qanaxma, perforasiya törədə bilər
Klinikası
Ağrı, obstruksiya, qanaxma və perforasiya əlamətləri ilə biruzə verə bilir. Bəzən törəmələrdən fərqləndirmək çətin olur
Diaqnostikası
Diaqnozu endoskopiya ilə qoyulur.
Müalicəsi
İlk seçim endoskopik parçalama və çıxarmadır. Cərrahi müalicə böyük və ağırlaşmış bezoarlarda göstərişdir (qanaxma, perforasiya, obsturksiya)
MƏDƏ DİVERTİKULU
Tərifi
Mədə divarının bütün qatlarının və ya selikli qişasının mənfəzdən kənara qabarmasıdır (yırtığı), çox az hallarda əlamət və ağırlaşma törədirlər.
Növləri
- Pulsion tip – mukoza və submukozadan ibarətdir daha çox kiçik əyrilikdə, qastroezofageal birləşməyə yaxın yerləşir, əksərən aimptomatik
- Traksion tip - tam qat divarlı , periplorik nahiyyədə yerləşir, əksəri simptomatikdir.
Gedişi
- Əksərən asimptomatikdir, az hallarda iltihablaşma və qanaxma ilə ağırlaşa bilir
Klinikası
- Asimptomatiklər - endoskopik və rentgen müayinəsində tapılır.
- Ağırlaşmış formalarda qanaxma və ağrı ortaya çıxır.
Diaqnostikası
- Endoskopiya və rentgenoloji müayinə ilə dəqiqləşdirilir.
- Rentgen əlamətləri xora ilə qarşıdırıla bilir
Müalicəsi
- Asimptomatik – izləmə
- Simptomatik – eksiziya
Mədənin digər xəstəlikləri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
Mədə burulması
|
Nədir? |
Mədənin burulması |
|
Əlamətləri hansılardır? |
Brochard triadası
|
Mədə bezoarlari
|
Suallar |
Cavablar |
|
Mədə bezoarlari nədir? |
Mədədə yaranan müxtəlif tərkibli daşlardır |
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Tük yemə, qastrostaz, postvaqotomiya, sitrus meyvələrinin çox isifadəsi |
|
Ağırlaşmaları nələrdir? |
Keçməzlik, qanaxma |
|
Klinik əlamətləri hansılardır? |
Ağrı, obstruksiya, qanaxma və perforasiya əlamətləri |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Mədədə kütlə görünən xəstələrdə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Endoskopiya |
|
Müalicə üsulları hansılardır? |
endoskopik Cərrahi |
|
Əməliyyata göstərişlər nələrdir? |
qanaxma, perforasiya, obsturksiya |
Mədə divertikulu
|
Suallar |
Cavablar |
|
Mədə divertikulu nədir? |
Mədə divarının bütün qatlarının və ya selikli qişasının mənfəzdən kənara qabarmasıdır |
|
Hansı klinik formaları var? |
Pulsion tip Traksion tip |
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
Perforasiya, qanaxma |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Endoskopiya və rentgenoloji müayinə |
|
Müalicə üsulları hansılardır? |
|