N.Y.Bayramov, N.A.Zeynalov, Z.Z.Qəhrəmanova
12BB DİVERTİKULU
Tərifi
12bb divarının kənara qabarmasıdır (yırtığıdır), çox az hallarda əlamət və ağırlaşma (qanaxma, perforasiya, daş, pankreatit və s) törədir.
Klassifikasıiyası
|
Etio-patogenezinə görə |
|
|
Gedişinə görə |
|
Rastgəlmə tezliyi
5-20% hallarda rast gəlinir
Gedişi
- Ağırlaşmasız gediş - əksəriyyəti ağırlaşma törətmir əlamət vermədən uzun illər davam edir.
- Ağırlaşmalı gediş – iltihab, qanaxma, perforasiya, obstruksiya (divertikuldaxili bağırsaq daşı və itihaba bağlı pankreatit, biliar obstruksiya, bağırsaq keçməzliyi)
Klinikası
- Asimptomatik -əlamət vermir, endoskopik və rengenoloji müayinədə tapılır
- Simptomatik- postbrandial ağrı, diskomfort
- Ağırlaşmalar – qanaxma, perforasiya, pakreatit və sarılıq əlamətləri
Diaqnostikası
Dianozu endoskopiya və kontrastlı müayinələrlə dəqiqləşdirilir (rentgen KT). Ağırlaşmaları klinik və endoskopik üsullarla müəyyənləşdirilir.
Müalicəsi
- Asimptomatik formada –izləmə
- Simptomatik formada – antiasidlər, antisekretor və spazmolitiklər
- Qanaxma və perforasiyada – pankreasdan ayırma və eksiziya
- Biliar obstruksiya – xoledoxo-duodenostomiya
- Pankreatit – divertikul qapısının endoskopik dilatasiyası
12BB TÖRƏMƏLƏRİ
Tərifi
12bb-ın birincili xoş və bəd xassəli əksər hallarda böyüməyə və ağırlaşmalara meyillidirlər.
Növləri
|
Gedişinə və histologiyasına görə |
|
Rastgəlmə tezliyi
12bb-ın birincili töəmələri nadir rast gəlinir.
Xoşxassəli törəmələr
Növləri
- Adenomalar (Brunner vəzi adenoması) – ayaqcıqlı ola bilər
- Leyomiomalar – adətən asimptomatik
- Karsinoid törəmələr – adətən hormonal aktiv
- Heterotopik mədə mukozası – adətən asimptomatik
- Villoz adenoma – 50% malignant potensialı
Gedişləri
Heterotopik mədə mukozası istisna olmaqla əksəriyyəti böyüməyə meyillidir və ağırlaşma potensialları var:
- Qanaxma
- Obstruksiya (12bb, öd yollarını)
- Malignizasiya - villoz adenomada daha çox olmaqla əksəriyyətinin malginizasiya potensialı var
Klinikası
Əksəriyyəti asimptomatikdir, ağırlaşma olarsa əlamətlər meydana çıxır.
Diaqnostikası
Diaqnozu endoskopiya və biopsiya ilə dəqiqləşdirlir. Törəmənin ölçüsünü yəyini üçün KT və endokopik USM lazım gəlir.
Müalicəsi
Ektopik mədə mukozası istisna olmaqla bütün duodenal töəmələr çıxarılmalıdr:
- Ayaqcıqlı törəmələrdə – endoskopik eksiziya
- Geniş əsaslı törəmələrdə – cərrahi eksiziya
- Malignizasiya olmuş törəmələrdə – pankreato-duodenal rezeksiya
12bb-ın bəd xassəli törəmələri
Növləri
- Adenokarsinoma
- Leyomiosarkoma
- Limfoma
Lokalizasiyası
Ən çox enən hissədə rast gəlinir
Gedişi
Hər birinin uyğun yayılma yolları var. Obstruksiya, qanaxma və mexaniki sarılıq törədirlər. Ümumi 5 illik yaşama 18%, radikal rezeksiyalardan sonra 5 illik yaşama 30% təşkil edir.
Klinikası
- Ağrı
- Qanaxma
- 12bb keçməzliyi
- Sarılıq
- Qarında kütlə
Diaqnostikası
Diaqnozu dəqiqləşdirmək üçün endoskopiya və biopsiya edilir. Mərhələnin təyini üçün endoskopik USM və KT edilir, göstərişə görə PET-KT aparılır.
Müalicəsi
Törəmənin histoloji növünə və yayılma dərəcəsinə görə müalicə üsulu seçilir:
- Adenokarsinoma və leyomiosarkomalarda:
- rezekatbel mərhələdə -pankreatoduodenal rezeksiya
- qeyri-rezektabel mərhələdə– palliativ əməliyyatlar və radioterapiya
- Limfomada radio- və kimyaterapiya
YUXARI ÇÖZ ARTERİYASI SİNDROMU
Tərifi
12bb-ın 3-cü hissəsinin yuxarı çöz arteriyası ilə aorta arasında sıxılması nəticəsində meydana gələn duodenal keçməzlikdir (mexaniki duodenostaz), əksər hallarda keçməzlik daimi və hissəvi xarakterlidir.
Rast gəlmə tezliyi
Az rast gəlinir, əsasən sürətli arıqlayanlarda müşahidə olunur.
Etiopatogenzezi
Normal halda yuxarı çöz arteriyası ilə aorta arasındakı bucaq 50-60 dərəcə, məsafə isə 10-20 mm təşkil edir. Arteriya-aorta bucağı 25 dərəcədn az, məsafə isə 2,5-4 mm-ən kiçik olduqda duodenumun 3-cü hissəsi sıxılır və keçməzlik əlamətləri ortaya çıxır. Travma və yanıqlarda sürətli arıqlama ilə əlaqədar retroperitoneal mezenterik piyin azalması arterio-aortal bucağı kiçildir və məsafəni azaldır.
Gedişi
Əksər hallarda keçməzlik hissəvi və davamlı xarakter alır, yenidən kökəlmə isə vəziyyəti düzəltmir. Daimi keçməzlik aşağıdakı ağırlaşmalara gətirib çıxarır:
- xroniki qusmalar – qida azlığı, arıqlamanın artması
- 12bb genişlənməsi və divar qalınlaşması
Klinikası
Duodenostaz və ağırlaşma əlamətləri ilə ortaya çıxır:
- Köp
- Ağrı – yeməkdən sonra olur, xarakterik olaraq qusmadan sonra və ya üzü aşağı uzananda azalır
- Qusma – böyükhəcimli olur
- Arıqlama
Diaqnostikası
Aşağıdakı əlamətləri olanlarda yuxarı çöz arteriyası sindromundan şübhələnmək lazımdır:
- yeməkdən sonra ağrısı, qusması olanlarda
- qusmadan və üzü aşağı uzanandıqdan sonra ağrısı azalanlarda
- endokopik və kontrastlı müayinələrdə 12bb genişlənməsi, diffuz divar qalınlaşması və distal aobstruksiya
Diaqnozu dəqiqləşdirmək üçün angioqrafiya (KT-angiqrafiya ilk seçimdir) və tomoqrafiya aparılır, digər mexaniki duodenastazlardan diferensasiya edilir və bucaq ölçülür: arterio-aortal bucağın 25 dərəcədən kiçik olması diaqnozu təsdiqləyir.
Diferensasiya
- Skleroderma – disfaqiya və 12bb peristaltikasının zəifləməsi
- 12bb burulması – KT və ya laparoskopiyada bağırsağı buran atmalar
Müalicəsi
Erkən mərhələdə konservativ tədbirlər (üzü üstə vəziyyətə alışma) bəzən faydalı olur
Xroniki mərhələdə (qalın divar) əməliyyat mütləqdir:
- Treytz bağlarının kəsilməsi və 12bb-n azad edilməsi və ya
- Dudenoyeyunostomiya
Özət
12bb divertikulu bağırsaq divarının kənara qabarmasıdır (yırtığıdır), çox az hallarda əlamət və ağırlaşma (qanaxma, perforasiya, daş, pankreatit və s) törədir, diaqnozu endoskopiya və kontrastlı müayinələrlə dəqiqləşdirilir, asimptomatik formada izləmə, simptomatik formada konservativ, ağırlaşmalarda isə cərrahi vəya endoskopik müdaxilə lazım gəlir.
12bb-ın birincili xoş və bədxassəli törəmələri az rast gəlinir, əksər hallarda böyüməyə və ağırlaşmalara meyllidirlər. Diaqnozu endoskopiya və biopsiya ilə dəqiqləşdirilir. Ektopik mədə mukozası istisna olmaqla bütün duodenal törəmələr çıxarılmalıdr. Qeyri – rezektabel törəmələrdə palliativ əməliyyatlar və radioterapiya edlə blər.
Yuxarı çöz arteriyası sindromu onikibarmaq bağırsağın 3-cü hissəsinin yuxarı çöz arteriyası ilə aorta arasında sıxılması nəticəsində meydana gələn duodenal keçməzlikdir (mexaniki duodenostaz). Yeməkdən sonra ağrı və qusma əlamətləri ilə biruzə verir. Dianostikası üçün endoskopiya, kontrastlı müayinə və KT angioqrafiya aparılır, üzü aşağı uzanandıqda ağrının azalması, duodenal genişlənmə, törəmənin olmaması və arterio – aortal bucağın 25 dərəcədən kiçik olması xarakterik əlamətləridir. Müalicəsi üçün əksər hallarda cərrahi yolladır (Treys bağlarının kəsilməsi, dudenoyeyunostomiya).
12bb divertikulu üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
|
Suallar |
Cavablar |
|
12bb divertikulu nədir? |
12bb divarının kənara qabarmasıdır (yırtığıdır) |
|
Rastəlmə tezliyi nə qədərdir? |
5-20% hallarda rast gəlinir |
|
Hansı klinik formaları var? |
Pulsion Traksion |
|
Ağırlaşmaları nələrdir? |
İltihablaşma-divertikulit qanaxma, perforasiya, obstruksiya, pankreatit, bağırsaq keçməzliyi |
|
Klinik əlamətləri hansılardır? |
Asimptomatik -əlamət vermir Simptomatik-qarindan ağrı, ürəybulanma,qusma, diskomfort,şişkinlik hissi |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Endoskopiya Kontrast KT Kontrast rentgen |
|
Əməliyyat üsulları hansılardır? |
Laporaskopik rezeksiya |
12bb xoş şişləri
|
Suallar |
Cavablar |
|
Hansı klinik formaları var? |
Adenomalar (Brunner vəzi adenoması) Leyomiomalar Karsinoid törəmələr Heterotopik mədə mukozası Villoz adenoma |
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
endoskopiya və biopsiya, KT və endoskopik USM |
|
Müalicə üsulları hansılardır? |
Ektopik mədə mukozasi istisna olmaqla bütün duodenal törəmələr çıxarılmalıdır. |
|
Əməliyyat üsulları hansılardır? |
|
12bb bəd şişləri
|
Suallar |
Cavablar |
|
Hansı klinik formaları var? |
|
|
Ağırlaşmaları nələrdir? |
Obstruksiya, qanaxma və mexaniki sarılıq |
|
Klinik əlamətləri hansılardır? |
Ağrı Qanaxma 12bb keçməzliyi Sarılıq Qarında kütlə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
endoskopiya və biopsiya, endoskopik USM və KT PET- KT |
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyat üsulları hansılardır? |
pankreatoduodenal rezeksiya |
|
Proqnozu nədir? |
Ümumi 5 illik yaşama 18%, radikal rezeksiyalardan sonra 5 illik yaşama 30% |
Yuxarı çöz arteriyası sindromu
|
Suallar |
Cavablar |
|
Yuxarı çöz arteriyası sindromu nədir? |
12bb-ın 3-cü hissəsinin yuxarı çöz arteriyası ilə aorta arasında sıxılması nəticəsində meydana gələn duodenal keçməzlikdir (mexaniki duodenostaz) |
|
Rastəlmə tezliyi nə qədərdir? |
Az rast gəlinir, əsasən sürətli arıqlayanlarda müşahidə olunur. |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Travma və yanıqlar |
|
Patogenezi nədən ibarətdir? |
Arteriya-aorta bucağı 25 dərəcədən az, məsafə isə 2,5-4 mm-ən kiçik olduqda duodenumun 3-cü hissəsi sıxılır və keçməzlik əlamətləri ortaya çıxır |
|
Gediş xüsusiyyəti necədir? |
Əksər hallarda keçməzlik hissəvi və davamlı xarakter alır |
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
Köp Ağrı Qusma Arıqlama |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Yeməkdən sonra ağrısı, qusması olanlarda Qusmadan və üzü aşağı uzandıqdan sonra ağrısı azalanlarda Endoskopik və kontrastlı müayinələrdə OBB genişlənməsi, diffuz divar qalınlaşması və distal obstruksiya olduqda |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
KT-angioqrafiya |
|
Laborator əlamətləri nələrdir? |
Yoxdur |
|
Görüntlüləmə əlamətləri nələrdir? |
OBB genişlənməsi, diffuz divar qalınlaşması və distal obstruksiya olduqda |
|
Müalicə üsulları hansılardır? |
Erkən mərhələdə konservativ tədbirlər Xroniki mərhələdə (qalın divar) əməliyyat mütləqdir |
|
Əməliyyat üsulları hansılardır? |
|