Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

MƏDƏ və 12BB CƏRRAHİ XƏSTƏLİKLƏRİ VƏ DİAQNOSTİK YANAŞMASI

N.Y.Bayramov, N.A.Zeynalov, Z.Z.Qəhrəmanova

 

MƏDƏ VƏ 12BB XƏSTƏLİKLƏRİ

  • Mədə xorası
  • 12bb xorası
  • Xora ağırlaşmaları
    • Perforasiya
    • Qanaxma
    • Stenoz
    • Penetrasiya
    • Maliqnizasiya
  • Postoperativ sindromlar
  • Stress xoraları
  • Mallory-Veys sindromu
  • Mədə xərçəngi
  • Mədə limfoması
  • Mədə polipləri
  • Mədənin digər şişləri
  • Meneterier xəstəliyi
  • Mədə burulması
  • Mədə divertikulu
  • Bezoar

 

12bb-ın cərrahi xəstəlikləri

  • 12bb divertikulu
  • 12bb bəd şişləri
  • 12bb xoş şişləri
  • Yuxarı çöz arteriyası sindromu
  • Mədə və 12bb Kron xəstəliyi

 

 

MƏDƏ VƏ 12BB XƏSTƏLİKLƏRİNİN MÜAYİNƏSİ

Şikayətləri

  • Ağrı - mexanizmləri, lokalizasiyası, irradiasiyası
  • Bulanma və qusma - mexanizmləri
  • Köp və diskomfort
  • Qıcqırma - mexanizmi
  • Hıçqırma - mexanizmi
  • Diareya, sekretor diareya - mexanizmi
  • Qanqusma

 

Anamnestik məlumatlar

  • Həyat tərzi
  • Qidalanma tərzi
  • Qəbul etdiyi dərmanlar, mədəyə təsir edən dərmanlar
  • Keçirdiyi xəstəliklər
  • Ailə anamnezi (ailədəki mədə xəstəlikləri və s)

 

Labarator müayinələr

  • Mədə şirəsi analizi – turşuluq, bazal və stimulyasiya turşuluğu, öd və s
  • Ureaza testləri (H.pylori üçün)
  • Qanın ümumi analizi
  • Onkomarekerlər – CEA, CA-19-9, CA-74-2 və s
  • Qastrin

 

Endoskopik müayinə

Görüntüləmə müayinələri

  • USM
  • Endoskopik USM
  • KT
  • MRT
  • Rentgenoloji müayinə
  • Radioizotop müayinə
  • PET

Biopsiya

Funksional müayinələr

Kontrastlı rentgen

Radiozotop

 

MƏDƏ VƏ 12BB XƏSTƏLİKLƏRİNƏ ÜMUMİ DİAQNOSTİK YANAŞMA

Prinsip

Mədə və 12bb müyinələrində ilk növbədə təcili xəstəlikləri, sonra isə  üzvi xəstəlikləri təsdiq və ya inkar etmək lazımdır.

Şübhə

Aşağıdakı əlamətlərin hər hansı biri varsa mədə və 12bb xəstəliyinə şübhə yaranır:

  • Epiqastral ağrı
  • köp
  • bulantı
  • qusma
  • qan qusma
  • melena

Birinci pillə

Birinci pillə müayinələrin məqsədi mədə və 12bb-ın təcili və  mukozada üzvi dəyişiklik törədən xəstəlikləri araşdırmaqdır. Bunun üçün aşağıdakı müayinələr edilir:

  • Geniş klinik müayinə
  • endoskopiya (adətən biopiya ilə birlikdə)
  • USM (differensasiya məqsədi ilə)

 

 

 

Birinci pillə müayinələrdən bir neçə nəticə ortaya çıxa bilir:

  • Birinci nəticə - təcili xəstəliklər var: qanaxma, perforasiya və nadir rast gəlinən burulma mədənin təcili xəstəilkəridir.
  • İkinci nəticə - xəstəlik və ağırlıq dərəcəsi dəqiqləşir. Məsələn, qastrit, duodenit, xora və s. Belə halda əlavə müayinələrə ehtiyac qalmır və müalicə başladılır.
  • Üçüncü nəticə - xəstəlik dəqiqləşir, lakin ağırlıq dərəcəsi və ya mərhələsi dəqiqləşmir. Məsələn, mədə kanseri, xora perforasiyası, penetrasiya, divertikul və s. Belə halda ikinci pillə müayinələr yerinə yetirilir.
  • Dördüncü nəticə - üzvi dəyişiklik görünür, lakin təbiəti dəqiqləşmir. Məsələn, selikaltı törəmələr, divar qalınlaşması və s. Belə hallarda da növbəti müayinələr aparılır.
  • Beşinci nəticə - üzvi dəyişiklik tapılmır, lakin mədə və 12bb xəstəliyinə şübhə var. Belə halda da differensasiya məqsədi ilə digər xəstəliklər axtarılır.

 

İkinci pillə

 

 

 

Bu mərhələdəki müayinələrin məqsədi üzvi dəyişikliyi olan xəstələrdə xəstəliklərin ağırlaşmalarını, ağırlıq dərəcəsini və ya mərhələsini təyin etmək, üzvi dəyişiklik tapılmayan xəstələrdə isə funksional sınaqlar aparmaqdır. Bu məqsədlə aşağıdakı müayinələr aparıla bilər:

  • KT
  • Endoskopik USM
  • MRT
  • PET
  • Funksional

 

 

Bu mərhələdən bir neçə nəticə ortaya çıxa bilər:

  • Birinci nəticə - xəstəliyin diaqnozu və ağırlıq dərəcəsi dəqiqləşir.
  • İkinci nəticə - tapılan üzvi patologiyanın təbiəti və ya ağırlıq dərəcəsi (mərhələsi) dəqiqləşmir. Belə halda adətən üçüncü pillə müayinələr aparılır.
  • Üzvi dəyişiklik tapılmayan xəstələrdə funksional müayinə məqsədi ilə kontrast, radioizotop, mioqrafiq və s. müayinələr aparıla bilir. Əgər funkional müayinələrdə də dəyişiklik yoxdursa başqa orqanların xəstəlikləri axtarılır.

Üçüncü pillə

  • Üçüncü pillə müayinələri mədə divarında tapılan törəmənin təbiəti dəqiqləşmədikdə və ya xərçəngin mərhələsini dəqiqləşdirmək üçün edilir. Bu məqsədlə diaqnostik laparoskopiya və ya laparotomiya yerinə yetrirlir.

Əməliyyatönü hazırlığın prinsipləri

  • Parenteral qidalanma
  • Nazoqastral zond
  • Anaemiya və digər dəyişikliklərin korreksiyası

 

Mədə əməliyyatları

 

Qastrostoma – endoskopik, laparoskopik və açıq

Kənari rezeksiyalar

Perforasiyanın örtülməsi

Qastroeneroanastomozlar

Distal rezeksiyalar – həcminə görə və qastroeneteranastomoza görə növləri (antumektomiya, 2/3, subtotal, Bilrot-1, Bilrot-2, Ru-Y və s)

Proksimal rezeksiya

Qastrektomiya

Vaqotomiya (trunkal, parietal, selektiv) və drenaj əməliyyatları

Mədə arteriyalarının bağlanması

Qastropeksiya

Fundoplikasiya

Bariatrik mədə kiçiltmə əməliyyatları (ballon, kəmənd, slive qastrektomiya, diversiya)