Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

MƏDƏNİN DİGƏR XƏSTƏLİKLƏRİ

N.Y.Bayramov, N.A.Zeynalov, Z.Z.Qəhrəmanova

 

MƏDƏ BURULMASI

 

Tərifi və rast gəlməsi

Nadir rast gəlinən xəstəliklərindəndir, mədənin, boylama və ya köndələn oxu boyunca burulması nəticəsində təkrarlayan keçməzlik (xroniki forma) və ya mədə nekrozu (kəskin forma) baş verir.

Etiologiyası

Bağ aparatının zəifləməsi əsas səbəb hesab edilir.

Patogenezi və gedişi

Kəskin burulma mədə nekrozu törədir. Xroniki burulma ağrılar və bəzən də hiatal yırtıqla birlikdə olur.

Klinikası

Kəskin burulmada: güclü ağrı və Borchardt triadası:

  • qusmadan sonra öyümə başlayır, lakin təkrari qusma olmur
  • epiqastral şişkinlik
  • nazoqastrik zond keçmir.

Xronik burulma – asimptomatik, simptomatik –  təkrarlayan sancışəkilli ağrılar

Diaqnostikası

Diaqnozu KT ilə dəqiqləşir.

Müalicəsi

Kəskin  burulmada – təcili əməliyyat: qastropeksiya və ya rezeksiya

Xroniki burulmada - qastropeksiya

 

MƏDƏ BEZOARLARI

 

Tərifi

Mədədə yaranan müxtəlif tərkibli daşlardır, keçməzlik, divarda xoralaşma və ağırlaşmalarına səbəb ola bilir.

Tərkibinə görə növləri:

  • trixobezoarlar
  • fitobezoarlar
  • candida
  • digər

Etiopatogenezi

Tük yemə, qastrostaz, postvaqotomiya, sitrus meyvələrinin çox isifadəsi risk amilləridir

Gedişi

Asimptomatik ola bilər və ya mədə funksiyasını poza bilir, ağırlaşma (20%) –obstruksiya, qanaxma, perforasiya törədə bilər

Klinikası

Ağrı, obstruksiya, qanaxma və perforasiya əlamətləri ilə biruzə verə bilir. Bəzən törəmələrdən fərqləndirmək çətin olur

Diaqnostikası

Diaqnozu endoskopiya ilə qoyulur.

Müalicəsi

İlk seçim endoskopik parçalama və çıxarmadır. Cərrahi müalicə böyük və ağırlaşmış bezoarlarda göstərişdir (qanaxma, perforasiya, obsturksiya)

 

MƏDƏ DİVERTİKULU

Tərifi

Mədə divarının bütün qatlarının və ya selikli qişasının mənfəzdən kənara qabarmasıdır (yırtığı), çox az hallarda əlamət və ağırlaşma törədirlər.

Növləri

  • Pulsion tip – mukoza və submukozadan ibarətdir daha çox kiçik əyrilikdə, qastroezofageal birləşməyə yaxın yerləşir, əksərən aimptomatik
  • Traksion tip - tam qat divarlı , periplorik nahiyyədə yerləşir, əksəri simptomatikdir.

Gedişi

  • Əksərən asimptomatikdir, az hallarda iltihablaşma və qanaxma ilə ağırlaşa bilir

Klinikası

  • Asimptomatiklər - endoskopik və rentgen müayinəsində tapılır.
  • Ağırlaşmış formalarda qanaxma və ağrı ortaya çıxır.

Diaqnostikası

  • Endoskopiya və rentgenoloji müayinə ilə dəqiqləşdirilir.
  • Rentgen əlamətləri xora ilə qarşıdırıla bilir

Müalicəsi

  • Asimptomatik – izləmə
  • Simptomatik – eksiziya

 

Mədənin digər xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

 

Mədə burulması

Nədir?

Mədənin burulması

Əlamətləri  hansılardır?

Brochard triadası

  1. Epiqastral köp
  2. Mədə zondu keçmir
  3. Öyümə olur, lakin qusa bilmir

 

Mədə bezoarlari

Suallar

Cavablar

Mədə bezoarlari nədir?

Mədədə yaranan müxtəlif tərkibli daşlardır

Hansı klinik formaları var?

  • trixobezoarlar
  • fitobezoarlar
  • candida
  • digər

Səbəbi  və ya risk faktorları nələrdir?

Tük yemə, qastrostaz, postvaqotomiya, sitrus meyvələrinin çox isifadəsi

Ağırlaşmaları nələrdir?

Keçməzlik, qanaxma

Klinik əlamətləri hansılardır?

Ağrı, obstruksiya, qanaxma və perforasiya əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Mədədə kütlə görünən xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya

Müalicə üsulları hansılardır?

endoskopik

Cərrahi

Əməliyyata göstərişlər nələrdir?

qanaxma, perforasiya, obsturksiya

 

Mədə divertikulu

Suallar

Cavablar

Mədə divertikulu nədir?

Mədə divarının bütün qatlarının və ya selikli qişasının mənfəzdən kənara qabarmasıdır

Hansı klinik formaları var?

Pulsion tip

Traksion tip

Gediş xüsusiyyəti necədir?

  • Əksərən asimptomatikdir, az hallarda iltihablaşma və qanaxma ilə ağırlaşa bilir

Ağırlaşmaları nələrdir?

Perforasiya, qanaxma

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya və rentgenoloji müayinə

Müalicə üsulları hansılardır?

  • Asimptomatik – izləmə
  • Simptomatik – eksiziya