N.Y.Bayramov, S.A.Əliyev, E.A.Əliyev
ANATOMİYASI
Sərhəddləri
Həzm traktının son hissəsidir, qalça bağırsaqdan başlayır, anusda bitir.
Ölçüləri
Uzunluğu 1,5 m, diametri 4-6 sm-dir. Diametri kor bağırsaqda ən geniş (8 sm), S-vari bağırsaqda isə ( 4 sm) ən dardır.
Hissələri
Yoğun bağırsaq 2 hissədən ibarətdir: çənbər bağırsaq və düz bağırsaq:
- Çənbər bağırsaq
- kor
- qalxan
- köndələn
- enən
- S-vari
- Düz bağırsaq
Çərrahi praktikada sağ kolon (kor, qalxan və köndələn bağırsağın proksimalı) və sol kolon (köndələn bağırsağın sol distalı, enən və S-vari bağırsaqlar) kimi hissələrə də bölünür. Düz bağırsaq 12-16 sm uzunluğunda olub, ampulaşəkillidir.
Xarici elementləri
Yoğun bağırsaqda haustralar, tenia və piy artımları var. Bu anatomik ələmətlərə görə nazik və yoğun bağırsağı fərqləndirmək olur.
Müsariqəsi
- Qalxan, enən çənbər bağırsaqların özləri və “müsariqələri” qarının arxa divarına fiksasiya olunmuşlar.
- Köndələn və S-vari bağırsaqların sərbəst müsariqələri var.
- Kör bağırsaq əksər hallarda arxa divara fiksasiya olur, lakin bəzən sərbəst və hərəkətli müsariqəsi də olur.
- Düz bağırsağın proksimal hissəsinin (rektosiqmoid) sərbəst müsariqəsi var, orta hissəsi mezoperitoneal, distal hissəsi isə retroperitoneal yerləşir. Düz bağırsağın arxasında yerləşən yastı müsariqəsi omaönü fassiyadan gövşək toxuma ilə ayrılır.
Arteriyaları
Arterial qanı 3 arteriyadan alır:
- Yuxarı çöz arteriyası
- Aşağı çöz arteriyası
- Daxili qalça arteriyası
Hər iki çöz arteriyaları birbaşa aortadan ayrılır.
- Yuxarı çöz arteriyasından ileokolik, sağ və orta kolik arteriyalar, aşağı çöz arteriyasından isə siqmoid, sol kolon və yuxarı rektal arteriyalar ayrılır və uyğun bölgələri qidalandırır.
- Yuxarı və aşağı çöz arteriyaları arasında iki yolla əlaqə var:
- birincisi hüdudi arteriya
- ikincisi Riolan qövsü.
- Çənbər bağırsağa gedən arteriyalar bağırsağa təxminən 2,5 sm məsafədə şaxələnərək qövs əmələ gətirirlər və damarları bir-biri ilə birləşdirən hüdudi (Drummond) arteriya yaranır. Bağırsağa paralel yerləşən hüdudi arteriyadan bağırsaq oxuna perpendikulyar şəkildə arteriyalar çıxır və bağırsağa daxil olur.
- Düz bağırsağın yuxarı hissəsi aşağı çöz arteriyasından ayrılan yuxarı rektal arteriya ilə, orta və aşağı hissələri isə daxili qalça arteriyasından ayrılan orta və aşağı rektal arteriyalar ilə qidalanır. Düz bağırsaqda hüdudi arteriya adətən ikə ədəd olur və mezenterik divarda yerləşir.
Venaları
Venalar arteriyaları izləyir:
- Yuxarı çöz venası
- Aşağı çöz venası
- Orta və aşağı rektal venalar
Venoz qan yuxarı və aşağı çöz venaları ilə qapı venasına, orta və aşağı rektal venalar vasitəsi ilə qalça venasına daşınır. Düz bağırsağın distalında portal sistem ilə ümümi venoz sistem arasında kollateralllar var ki, bunlar portal hipertenziyada genişlənə bilirlər.
Limfatik axın
Limfa müsariqə və parakolik limfa düyünlərinə daşınır.
İnnervasiyası
Yoğun bağırsağın innervasiyasında dominant rolu bağırsağın öz sinir kələfləri oynayır (selikaltı Auerbax və əzələarası Meisner sinir kələfləri).
Azan sinirin şaxələri və simpatik sinirlər təsirini bu kələflər vasitəsi ilə həyata keçirir.
![]() |
![]() |
![]() |
![]() |
Histologiyası
Qatları
Yoğun bağırsağın divarında 4 qat var:
- selikli
- selikaltı
- əzələ
- seroz qat.
Selikli qişa
Selikli qişa epitel, xüsusi qişa və mukozanın əzələ qatından ibarətdir.
- Epitel qatında büküşlər və aşağıdakı hüceyrələr var:
- Enterositlər – absorbsiyanı həyata keçirir,
- Goblet hüceyrələri – selik ifraz edir.
- Panet hüceyrələri – kriptalarda yerləşir, lizosim, TNF, kriptidin ifraz edir və immuntetdə rol oynayır.
- M hüceyrələri – limfoid hüceyrələri əhatə edir.
- Endokrin (APUD və digər) huceyrələr – hormonlar ifraz edir.
- Xüsusi qişa- gövşək toxumadan və limfatik toxumadan ibarətdir (MALT)
- Mukozanın əzələ qatı selikli qişanı selikaltı qatdan ayıran zərif əzələ qatıdır, selikli qişanın hərəkiliyini təmin edir.
- Epitel qatının yüksək regenerator qabiliyyəti sayəsində 5-6 gün ərzində epitel yenilənir. Xovlarda regenerasiya adətən dibdən zirvəyə doğru baş verir. Enterositlər mənfəzdəki qidalarla, xüsusilə qlutaminlə qidalanırlar
Selikaltı qat
Birləşdirici toxumadan ibarətdir, bağırsaq divarının ən möhkəm qatıdır və anastomozlarda mütləq tikiş bu qatdan keçməlidir. Qan damarları, sinir lifləri və Meysner qanqlionları var.
Əzələ qatı
Daxildə sirkulyar, xarıcdə isə boylama saya əzələlər var. Əzələ lifləri arasında Auerbax (mienterik) sinir kələfi də yerləşir. Bağırsağın peristaltikasıını təmin edən qatdır.
Seroz qat
Parietal peritondan ibarətdir, bağırsağın mezenterik kənardan başqa bütün xarici səthini örtür.
FİZİOLOGİYASİ
Yoğun bağırsaqın funksiyaları aşağıdakılardır:
- Absorbsiya
- Hərəki
- Qoruma
- Endokrin
Absorbsiya
- Suyun və elektrolitlərin böyük hissəsi (80-90%) nazik bağırsaqlarda sorulsa da yoğun bağırsağa daxil olan mayenin yalnız 100-200 ml-i nəcislə xaric olunur. Sağ kolon gündə 6 litrə qədər maye absorbsiya edə bilir və gündəlik absorbsiya 2000 ml-dən aşağı olanda diarreya baş verir.
- Elektrolitlərdən Na və Cl aktiv şəkildə sorulur və yerinə K və HCO3 ifraz olunur.
- Qidadan gələn yağ turşuları nazik bağırsaqlarda tamamilə sorulur. Bağırsaq florasının sintez etdiyi yağ turşuları isə bağırsaq epitelinin qidalanması üçün vacibdir. Bağırsaq florası olmayanda (proksimal stomalar) enterositlərin qidalanması pozulur və diversion kolit adlanan vəziyyət yaranır.

Hərəki
- Motorika yoğun bağırsağın ən önəmli funksiyasıdır və nəcisin formalaşmasında, rezervasiyasında və ifrazında əsas rol oynayır.
- Yoğun bağırsaqda 3 növ hərəkətlər görünür:
- antiperistaltika
- seğmentar yığılma
- peristaltika
- Antiperistaltika əsasən sağ kolonda rast gəlir və nazik bağırsaqdan gələn möhtəviyyatın qarışdırılması və suyun sorulması üçün şərait yaradır.
- Seqmentar yığılmalar ən çox rast gələn hərəkətdir və nəzisin formalaşmasında rol oynayır.
- Peristaltika gündə 3-4 dəfə baş verir, qaz və nəcisin düz bağırsağa ötürülməsi və çıxmasında önəmli rol oynayır.
- Hərəki proseslərdə peysmeker köndələn çənbər bağırsaqdır.
- Yoğun bağırsağın hərəki fəaliyyətinə emosional vəziyyət, bağırsaq möhtəviyyatının tərkibi və xarakteri, bağırsaq genişlənməsi, fiziki aktivlik, hormonal və digər faktorlar təsir göstərə bilir.
Qoruma
- Yoğun bağırsaq nəcis rezervasiyası və ifrazi ilə yanaşı vacib qoruma funksiyaları yerinə yetirir ki, bunlara aiddir:
- epitelial baryer
- immun (MALT)
- mikroflora
Mikroflora
- Mikroflora yoğun bağırsaq fiziologiyaslnda əhəmiyyətli rol oynayır. Nəcisin tərkibində 70% su, 30% bərk maddələr var və bərk maddələrin yarısını mikroblar təşkil edir. Bağırsaqda 400 müxtəlif bakteriyalar var. Normal bakterial floranın 99%-i anaeroblardır və bunlardan ən çox Bacteroid - lərdir (1011 /ml). Bundan başqa Lactobacillis, Clostridia da çoxdur. Aerob bakteriyalardan kolibakterlər və kokklar əsas yer tutur. Kolibakterlər arasında E.coli (107 /ml) dominantdır və proteus, klebsiella və Enterobakter də çoxdur. Kokklar arasında Enterococc (Streptococcus fecalis) əsas floradır.
- Bağırsaq qazının (200-2000 ml/gün) böyük hissəsi udulmuş oksigen və azotdan, az hissəsi isə bağırsaq florasının ifraz etdiyi hidrogen, karbon və metandan ibarətdəir. İnsanda metan qazı törədən əsas bakteriya Methanobrevibacter simithii-dir
- Mikrofloranın bir çox fizioloji əhəmiyyəti var:
- Vitamin K sintez edirlər.
- Yağ turşuları sintez edirlər ki, bu da kolonositlərin qidalanmasında faydalıdır.
- Mikroblar daimi immun sistemi stumulyasiya edir və aktiv vəsiyyətdə saxlayır. Bağırsaq steril olarsa immun sistem çökər.
- Mikroflora yad mikrobların çoxalmasının qarşısını alır. Normal floranın antibiotiklərlə məhv edilməsi patoloji mikrobların inkişafına səbəb olur (Clostridium difficile psevdomembranoz koliti və s. )
Endokrin
Yoğun bağırsaqlarda da endokrin hüceyrələr var və bunlar bağırsağın fəaliyyətinin tənzimində önəmli rol oynayırlar. Bu hüceyrələr barədə nazik baırsaq bölümündə məlumat verilmişdir
Anatomiya və fiziologiyası üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva
|
Yoğun bağırsaq hansı arteriyalarla təchiz olunur? |
|
|
Yuxarı çöz arteriyasının hansı şaxələri yoğun bağırsağı təchiz edir? |
İlekolik, sağ və orta kolik arteriyalar |
|
Aşağı çöz arteriyasının hansı şaxələri var? |
Siqmoid, sol kolon və yuxarı rektal arteriyalar |
|
Yuxarı və aşağı çöz arteriyaları arasında hansı əlaqələr var? |
İki yolla əlaqə var:
|
|
Yoğun bağırsağın venoz axını hansı venalara olur? |
» Yuxarı çöz venası » Aşağı çöz venası » Orta və aşağı rektal venalar |
|
Toldt ağ xətti nə deməkdir? |
Qalxan və enən çənbər bağırsağın lateral kənarında parietal peritonun visseral peritona keçən yeri (periton büküşü) |
|
Gİ traktın hansı hissəsinin seroz qatı yoxdur? |
Ezofagus, düz bğırsağın orta və distal hissəsinin |
|
Nazik bağırsaqla yoğun bağırsağın görünüşünə görə ən böyük fərqləri hansılardır? |
Kolonda tenialar, haustriyalar və piy çıxıntıları var, nazik bağırsaqlarda isə bunlar yoxdur, səthi sayadır. |
|
Rektumun qan təchizatı necədir? |
Proksimal: yuxarı rektal arteriya (aşağı çöz arteriyasının şaxəsidir) Orta: orta hemorraidal arteriya (daxili qalça arteriyanın şaxəsidir) Distal: aşağı rektal arteriya (daxili qalça arteriyadan ayrılan pudendal arteriyanın şaxəsidir) |
|
Rektumun venoz drenaji necədir? |
Proksimal: aşağı çöz venasından dalaq venasına, buradan da qapı venasına Orta: daxili qalça venasından aşağı boş venaya Distal: daxili qalça venasından aşağı boş venaya |
|
Kolonun əsas funksiyaları hansıdır? |
Suyun sorulması, qoruyucu (bakterial flora, epitelilal immun sistem) və nəcis rezervuarı və defekasiya |



