N.Y.Bayramov, S.A.Əliyev, E.A.Əliyev
XƏSTƏLİKLƏRİ
SİNDROMLARI
- Diarreya
- Qəbzlik
- Bağırsaq keçməzliyi
- Qanaxma
Xəstəlikləri
|
Xoralı kolit |
|
Divertikul |
|
Polip |
|
Polipoz |
|
Xərçəng |
|
Xoş xassəli törəmələr |
|
Fistullar |
|
Burulma |
|
Meqakolon |
|
İşemik kolit |
|
Xroniki qəbzlik |
|
Yaralanmaları |
MÜAYİNƏLƏR
Klinik
Ağrı
Diarreya
Qəbzlik
Köp
Qanaxma
Palpator kütlə
Laborator
Nəcis analizi
Şiş markerləri
Görüntüləmə
Rentgenoqrafiya
Defekoqrafiya
KT
MRT
Virtual kolonoskopiya
Kolonoskopiya
Biopsiya
Laparoskopiya
Yoğun bağırsaq xəstəliklərinə diaqnostik yanaşma
Prinsip
Yoğun bağırsağın müayinələrində təcili və üzvi xəstəlikləri ilk planda tutulur.
Şübhə
Qarında ağrı, diarreya, köp, qaz və nəcisin çıxmaması, nəcisdə qan olması şikayətləri olan xəstələrdə yoğun bağırsaq xəstəliklərinə şübhə yaranır.
Birinci pillə
İlkin mərhələdə məqsəd yoğun bağırsağın kəskin cərrahi xəstəlikləri (keçməzlik, qanaxma, iltihab) və üzvi xəstəlikləri (törəmələr, iltihabı divar qalınlşması) olub-olmamasını araşdırmaqdır (Şəkil 1). Bunun üçün aparılan aşağıdakı müayinələr əksər hallarda qeyd edilən xəstəlikləri təsdiq və ya inkar etməyə imkan verir:
- klinik
- nəcis analizi
- KT
- Kolonoskopiya
Bu müayinələrin bir neçə nəticəsi ola bilər:

Şəkil 1. Yoğun bağırsaq xəstəliklərində birinci pillə müayinələr
- Birinci nəticə - yoğun bağırsaq mənşəli kəskin cərrahi xəstəlik aşkar edilir və səbəbi müəyyən olunur. Məsələn, kəskin bağırsaq keçməzliyi (şiş mənşəli, burulma), bağırsaq qanaxması ( şiş mənşəli, divertikullar, angiodisplaziyalar, xoralı kolit və s), qarındaxili iltihabi ağırlaşmalar (şiş perforasiyası, divertikulit, Kron mənşəli abses, toksik meqakolon və s).
- İkinci nəticə - kolonda üzvi xəstəlik tapılır və diaqnozu dəqiqləşir. Məsələn, bağırsaq törəmələri, iltihabi xəstəlikləri, divertikullar, damar xəstəlikləri və s. Belə halda ağırlıq dərəcəsini təyin etmək üçün növbəti pillə müayinələrə ehtiyac ola bilər.
- Üçüncü nəticə - xəstədə yoğun bağırsaq patologiyası görünür, lakin təbiəti və ağırlıq dərəcəsi dəqiqləşmir (məsələn mezenterial tromboza yüksək şübhə, mukoza altı törəmələr və s.). Belə hallrda ikinci pillə müayinələrə ehtiyac var.
- Dördüncü nəticə - yoğun bağırsaqda patologiya görünmür, lakin klinik yüksək şübhə var (məsələn, qəbzlik, psevdoabstruksiya və s). Belə hallrda ikinci pillə müayinələrə ehtiyac var.
![]() |
![]() |
![]() |
İkinci pillə
Bu mərhələdə məqsəd ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi, bəzi xəstəlikləri dəqiqləşdirmə və funksional xəstəlikləri araşdırmaqdır. Bunun üçün aşağdakı müayinələr edilir:
- MRT
- EdoUSM
- Kolon keçiş zamanı
- Defekoqrafiya
Əksər hallrda ikinci pillə müayinələrlə yoğun bağırsaq xəstəliklərinin diaqnozu və ağırlıq dərəcələri müəyyənləşdirilə bilir.
Üçüncü pillə
- Bu mərhələdə məqsəd əvvəlki mərhələlərdə dəqiqləşdirilməyən yoğun bağırsaq patologiyasının diaqnozunu və ya ağırlıq dərəcəsini dəqiqləşdirməkdir.
- Bunun üçün invaziv diaqnostika vasitələri kimi aşağdakılar tətbiq edilə bilir:
- angioqrafiya
- laparoskopiya
- laparotomiya
- genetik müayinələr
- digər
![]() |
![]() |
Müdaxilələr
Rezeksiya
Sağ hemikolonektomiya
Sol hemikolonektomiya
Trarsversektomiya
Çekumektomiya
Siqmoidektomiya
Total kolektomiya
Subtotal kolektomiya
Koloproktektomiya
Ön və aşağı ön rezeksiyalar
İleal poş
Hartman əməliyyatı
Kolostoma
Kolopeksiya
Əməliyyatdan sonrakı ağırlaşmalar
Anastomoz buraxması
Qanaxmalar
Fistullar
Parastomal yırtıqlar




