N.Y.Bayramov, S.A.Əliyev, E.A.Əliyev
Yoğun bağırsağın burulması
Yoğun bağırsaq seqmentinin öz müsariqəsi ətrafında dönməsidir. Burulma öz-özündən düzələ bilir. Əksər hallarda isə bağırsaq obstruksiyası yaradaraq stranqulyasiya, qanqrena və perforasiya törədir. Burulma yoğun bağırsağın hərəkətli hissəsində qeyd edilir:
- S-vari bağırsaq - 60-75%
- Kor bağırsaq – 20-35%
- Köndələn çənbər bağırsaq- 3-5%
Klinika
Triada xarakterikdir:
- Qarında kəskin ağrı (ilk vaxtlar tutmaşəkilli)
- Köp
- Bağırsaq peristaltikasının itməsi
Gecikmiş əlamətlər:
- Qızdırma
- Üşütmə
- Ürəkbulanma
- Qusma
- Hipotenziya –şok
- Peritonit əlamətləri
Diaqnostika
- Anamnez
- Klinik müayinə
- Görüntüləmə üsulları:
- Ümumi Rg-qrafiya-bağırsağın “avtomobil şinası” və ya “kofe dənəsi” şəklində genişlənməsi (70-90%)
- Kontrastlı Rg-müayinə - “quş dimdiyi” əlaməti
- KT- “burulğan” simptomu, nekroz əlaməti (pnevmatoz)
- Endoskopiya – spiralşəkilli daralma
Təsnifatı
- Lokalizasiyasına görə: S-vari, kor və köndələn çənbər
- Əmələgəlmə mexanizminə görə: bağırsağın boylama oxu ətrafında burulma, köndələn ox ətrafında burulma
- Gedişinə görə: qanqrena olmadan və qanqrena ilə
Müalicəsi
İrriqoskopiya və kolonoskopiya müayinəsindən sonra 70-90% hallarda uğurlu detorsiya baş verə bilər, ancaq residiv riski 50%-dən çoxdur. Burulma düzəldikdən sonra xəstə evə yazılmadan cərrahi əməliyyat aparılır. Peritonit əlamətləri varsa və detorsiya etmək mümkün deyilsə təcili cərrahi müdaxilə icra edilir. Lokalizasiyasına və bağırsağın həyat qabiliyyətinə uyğun olaraq müdaxilə üsulları seçilir:
- Detorsiya və peksiya
- Rezeksiya və 1-cili anastomoz
- Rezeksiya və stoma
Əməliyyatdan sonra letallıq bağırsağın həyat qabiliyyəti qalırsa 3-12%, qanqrena olduqda isə 10-20% təşkil edir.
Yoğun bağırsaq burulması üzrə suallar
N.Y.Bayramov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Yoğun bağırsaq burulması nədir? |
Yoğun bağırsaq seqmentinin öz müsariqəsi ətrafında dönməsidir |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
|
|
Hansı klinik formaları var? |
|
|
Gediş xüsusiyyəti necədir? |
Burulma öz-özünə düzələ bilər, lakin əksər hallarda isə ağırlaşmalarla müşahidə olunur. |
|
Ağırlaşmaları nələrdir? |
|
|
Xarakterik triada: |
|
|
Gecikmiş klinik əlamətləri hansılardır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
Spesifik əlaməti yoxdur |
|
Görüntüləmə əlamətləri nələrdir? |
Ümumi Rentgenqrafiya – bağırsağın “avtomobil şinası” və ya “kofe dənəsi” şəklində genişlənməsi; Kontrastlı Rentgenqrafiya – “quş dimdiyi” əlaməti; KT – “burulğan” simptomu, nekroz əlaməti (pnevmatoz); Endoskopiya – spiralşəkilli daralma; |
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
Lokalizasiyasına və bağırsağın həyat qabiliyyətinə uyğun olaraq:
|
|
Proqnozu nədir? |
Əməliyyatdan sonra letallıq bağırsağın həyat qabiliyyəti qalırsa 3-12%, qanqrena olduqda isə 10-20% təşkil edir. |
Psevdomembranoz (klostridial) kolit
Antibiotikoterapiyadan sonra meydana gəlir. Antibiotik yoğun bağırsaq bakteriya populyasiyasını dəyişərək Clostridium difficille – nin artıb çoxalmasına səbəb olur. Bu bakteriyanın ifraz etdiyi Avə B toksinləri yoğun bağırsaq selikli qişasını məhv edir və iltihabi proses törədir.
Klinika
- Diarreya
- Qarında ağrı
- Halsızlıq
- İştahsızlıq
- Subfebril temperatur
- Ürəkbulanma
Diaqnostika
- Anamnez
- Klinik müayinə
- Laborator:
- Nəcisdə Clostridium diffisile-ə xas A və B toksinlərinin təyini ( sitotoksik koproloji test, ELİSA, PZR)
- Leykositoz, kreatinin, albumin
- Rektoromanoskopiya və ya fibrosiqmoidoskopiya- 75-80% diaqnoz qoyulur. Xarakterik 2-10 mm diametrli sarı rəngli düyünlər aşkar edilir.
- Ümumi Rg-qrafiya –selikli qişanın qalınlaşması, qaustrasiyanın itməsi, toksik meqakolon, perforasiya
- KT-diarreya olmadıqda belə diaqnoz qoymağa imkan verir.
Differensial diaqnostika:
- Xoralı kolit
- İnfeksion kolit
- Divertikulyoz
- İşemik kolit
Müalicə
Ağırlaşma olmayan hallarda konservativ müalicə:
- Metronidazol 3x250-500mq –daxilə
- Vankomisin 4x125-250mq –daxilə
- Rifaksimin 3x200mq-daxilə
Cərrahi müalicə - kolektomiya ileostomiya ilə (bütün xəstələrdə)
Əməliyyata göstərişlər:
- Fulminant gediş
- Toksik dilatasiya
- Perforasiya
- Konservativ müalicənin effektsizliyi
Psevdomembranoz kolit – Antibiotiklərə bağlı kolit (klostridial kolit) üzrə suallar
N.Y.Bayramov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Psevdomembranoz kolit nədir? |
Antibiotikoterapiyadan sonra meydana gələn kolit |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
|
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Patogenezi nədən ibarətdir? |
Antibiotik → yoğun bağırs aq mikroflorasının dəyişməsi → Clostridium difficille artması → A və B toksinlərin artması → yoğun bağırsaq selikli qişasının zədələnməsi → iltihab |
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
|
|
Görüntlüləmə əlamətləri nələrdir? |
Rektoromanoskopiya və ya fibrosiqmoidoskopiya - Xarakterik 2-10 mm diametrli sarı rəngli düyünlər aşkar edilir; Ümumi Rentgenqrafiya – selikli qişanın qalınlaşması, qaustrasiyanın itməsi, toksik meqakolon, perforasiya; |
|
Digər müayinələrdə nə tapılır? |
|
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
Ağırlaşma olmayan hallarda:
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
İleostomiya ilə kolektomiya |
|
Proqnozu nədir? |
|
|
Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Meqakolon
|
Suallar |
Cavablar |
|
Meqakolon nədir? |
Yoğun bağırsağın dilatasiyası, uzanması və hipertrofiyalaşmasıdır |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Az rast gəlinir |
|
Hansı klinik formaları var? |
|
|
Xronik meqakolonun hansı klinik formaları var? |
|
|
Qazanılma xronik meqakolonun səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Patogenezi nədən ibarətdir? |
Uzunmüddətli bağırsaq motorikasının pozulması |
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
Perforasiya və peritonit |
|
Klinik əlamətləri hansılardır? |
Qəbizlik |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
|
|
Görüntüləmə əlamətləri nələrdir? |
|
|
Digər müayinələrdə nə tapılır? |
Palpasiyada – gərgin qarın; Digital müayinədə - bərk nəcis kütləsi; |
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
|
|
Proqnozu nədir? |
Perforasiya riski 3%-ə qədərdir |
|
Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Kolon psevdoobstruksiyası
|
Suallar |
Cavablar |
|
Kolon psevdoobstruksiyası nədir? |
Mexaniki obstruksiya olmadığı halda kolonun massiv dilatasiyası ilə müşahidə edilən funksional xəstəlikdir |
|
Hansı klinik formaları var? |
|
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Çox nadir hallarda rast gəlinir |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Patogenezi nədən ibarətdir? |
Simpatik innervasiyanın artması, parasimpatik innervasiyanın azalması |
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
Perforasiya və peritonit |
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Klinik əlamətləri olan xəstələrdə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
Hiponatriemiya, hipokaliemiya |
|
Görüntüləmə əlamətləri nələrdir? |
Əsasən sağ və köndələn çənbər bağırsaqda diffuz dilatasiya (sekal diametr ̴ 12-14 sm) |
|
Digər müayinələrdə nə tapılır? |
Palpasiyada – qarında gərginlik; Auskultasiyada – bağırsaq küylərinin azalması və ya tam itməsi; |
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Konservativ müalicə |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
|
|
Proqnozu nədir? |
Perforasiya baş verdikdə ölüm riski 40%-ə qədər artır |
|
Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Toksik meqakolon
|
Suallar |
Cavablar |
|
Toksik meqakolon nədir? |
Kəskin toksiki kolit fonunda kolonun dilatasiyasıdır |
|
Rastəlmə tezliyi nə qədərdir? |
|
|
Hansı klinik formaları var? |
Total və seqmentar |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Kolit – ulserativ, işemik, infeksion, radiasyon, psevdomembranoz və s; |
|
Patogenezi nədən ibarətdir? |
|
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
Perforasiya və peritonit |
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
Iltihab əlamətləri – EÇS-in artması, leykositoz, CRP-nin artması |
|
Görüntlüləmə əlamətləri nələrdir? |
|
|
Digər müayinələrdə nə tapılır? |
|
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
Kolektomiya |
|
Proqnozu nədir? |
Perforasiyanın inkişafı ölüm riskini artırır |
|
Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Bağırsaq endometriozu
|
Suallar |
Cavablar |
|
Endometrioz nədir? |
Normal endometrium qişasının digər nahiyələrə implantasiyası |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Endometriozların 5-12%-ni bağırsaq endometriozu təşkil edir |
|
Klinik əlamətləri hansılardır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
Endometrioz düyünlərin xaric olunması, lazım gələrsə bağırsağın seqmental rezeksiyası |