N.Y.Bayramov, S.A.Əliyev, E.A.Əliyev
Tərifi
- Qeyri spesifik xoralı kolit, və ya qısaca xoralı kolit (XK) yoğun başırsağın selikli qişasının xroniki iltihabıdır, düz bağırsaqdan başlayıb proskimala doğru yayılır.
- Kəskinlşmə və remissiyalar xarakterikdir, bəzən ağırlaşmalara səbəb olur (qanaxma, toksik dilatasiya və s)
Təsnifatı
|
Lokalizasiyasına görə |
|
|
Ağırlıq dərəcəsinə görə Montreal klassifikasiyası |
İshalın sayına və şiddətinə, ümümi əlamətlərə və EÇS-in miqdarına görə görə xoralı kolitin kəskin fazası 3 ağırlıq dərəcəsinə ayrılır:
|
Rastgəlməsi
Əhali arasında 50-150/100000, daha çox kişilərdə rast gəlir, bütün yaşlarda rastlana bilir, ən çox 15-40 və 50-80 yaşlarda müşahidə olunur.
Səbəbi
Kron xəstəliyi kimi xoralı kolitin də səbəbi və mexanizmi dəqiq bilinmir. Aşağıdakı amillərin rolu ehtimal olunur
- Genetik
- İnfeksion
- İmmun
- Diet
- Digər xarici amillər
Bəzi amillərin, xüsusən appendektomiyanın, siqarət çəkmənin XK tezliyini azaltdığı bildirilir.
Patogenezi
- XK-in patogenezi dəqiq bilinmir.
- Ehtimal edilir ki, immun, infeksiyon, alimentar və digər zədələyici amillər mukozada (proses adətən selikli qişa və selikaltı qat səviyyəsindən kənara çıxmır) iltihabi proseslərin daimi şəkildə getməsinə səbəb olur.
- ltihabi proses davam etdikcə selikli qişada patoloji dəyişiklər də dərinləşir. Başlanğıcda selikli qişada xoralar və kript abseslər meydana gəlir. Sonra selikli qişanın ödemləşməsi və xoraların dərinləşməsi nəticəsində psevdopolip görüntüsü meydana gəlir.
- Gec mərhələlərdə selikli qişada son mərhələ dəyişiklilər baş verir: selikli qişa çökür, qırışlar itir, ağır dərəcəli displaziya görünür, bağırsaq boru şəkilini alır. Mənfəz adətən daralmır, lakin bəzən strikturalar ola bilər. Selikli qişada baş verən iltihabi dəyişikliklər və xoralar ishala və qanaxmalara səbəb olur.
- Uzunmüddətli displaziya isə kanser riskini artırır.
Morfologiyası
- XK-də düz bağırsaq bütün xəstələrdə iltihaba cəlb olunur və proksimal hissələrə doğru yaıylır.
- Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə iltihabi prosesin yayılması fasiləsizdir, perianal patologiyalr olmur.
- Xoralı kolitdə refluks ileit ola bilər ki, bu da iltihabi mediatorlarla zəngin yoğun bağırsaq möhtəviyyatının ileuma geri qayıtması nəticəsində törənən iltihabdır.
- Lokalizasiyasına görə xoralı kolitin aşağıdakı formaları var:
- Proktit və ya proktosiqmoidit - 30-50%
- Sol kolon (dalaq əyriliyinə qədər) – 20-30%
- Pankolit (dalaq əyriliyindən proskimala doğru) – 20%
Gedişi və ağırlaşmaları
- Xoralı xolit kəskinləşmə və remissiya fazaları ilə gedən xroniki xəstəlikdir (Şəkil 1).
- Kəskinləşmədən sonra xəstələrin təxminən 60%-i konservativ müalicəyə tabe olaraq remissiya fazasına daxil olur, 15%-i uzunmüddətli müalicə ilə yaxşılaşır, 25%-inə isə müalicəyə tabe olmadığına və ya ağırlaşmalara görə təcili kolektomiya lazım gəlir.
- Proktiti olan xəstələrdə proksimala doğru yayılma ehtimalı 50%, proktosiqmoidtlərin pankolitə keçmə ehtimalı isə 10% təşkil edir.
- Remissiyadakı xətələrdin təxminən 67%-ində 10 il ərzində təkrari kəskinləşmə baş verir. Yayılma dərəcəsi artdıqca konservativ müalicəyə tabe olmama və ağırlaşma ehtimalı da artır.
- Proktitlərdə əməliyyat ehtimalı 10 ildə 1%, sol kolitdə isə 25% təşkil edir.
- Xoralı kolitdə əksər hallarda iltihabi proses selikli qişa və selikaltı qat səviyyəsində olduğuna baxmayaraq, 10-15% hallarda proqresssivləşərək divarın bütün qatlarını və bağırsağın proksimal hissələrinə yayıla bilir ki, bu da ağırlaşmalara zəmin yaradır.
Ağırlaşmalar
- Yerli ağırlaşmalr
- Perforasiya
- Toksik meqakolon
- Massiv qanaxma
- Striktur
- Kolon kanseri
- Ümumi ağırlaşmalar
- Dəri və mukozal ağırlaşmalar
- Uveit
- Sümük və oynaq
- Hepatobiliar
- Anemiya
- Malnutrisiya
- Perikardit

Şəkil 1. Xoralı kolitin gedişi
Klinikası
- İshal, qanaxma, ağrı və gücənmələr xoralı kolitin xarakterik əlamətidir.
- İshal adətən çoxsaylı olur və 1 aydan çox davam edir.
- Bağırsaq qanaxması nəcislə qarışıq qan şəkilində və ya qanlı ifrazat şəkilində ola bilir.
- Ağrı yüngül hallarda sancışəkili və dözüləbilən, ağır hallarda daimi və dözülməz ola bilir.
- Tenezmlər proktitin xarakterik əlaməti kimi xoralı kolitdə çox rast gəlir.
- Obyektiv müayinədə yüngül formalarda xəstənin ümümi vəziyyəti stabil olur, qarın müayinəsində çiddi dəyişiklik tapılmır, rektal müayinə ağrılı ola bilir və qan izləri görünə bilir. Orta və ağır formalarda toksik əlamətlər (hərarət, taxikardiya, arıqlama və s.), qarında ağrı, köp, hətta peritonit əlamətləri görünür.
- Qeyd etmək lazımdır ki, xoralı kolitin klinik əlamətlərinin heç biri spesifik deyil və bu əlamətlər digər kolitlərdə də rastlana bilir.
Diaqnostikası
Şübhə
Aşağıdakı hallarda xoralı kolitdən şübhələnmək lazımdır:
- Diareyası olanlar, xüsusən 4 həftədən çox davam edən və qanlı ishalla, tenezmlərlə, qarın ağrıları və hərarətlə müşayət olunan hallar.
- Ailəsində xoralı koliti olanlarda bu şübhə daha da artır.
- Kolonoskopiyada rektumda və bununla birlikdə proksimalda olan iltihab, erroziyalar, xoralar və s.
- USM/KT/MRT- də bağırsaq divarının qalınlaşması olanlarda
- Biopsiyada kolit görünənlərdə
Dəqiqləşdirmə
Xoralı kolitin spesifik klinik, laborator, görüntüləmə və biopsiya əlaməti olmadığına görə diaqnoz kriteriyalar və diferensial diqnoza əsaslanaraq qoyulur. Ona görə də, xəstələrə geniş müayinələr aparmaq lazım gəlir.
|
Laborator EÇS artması, albumin azalması, steatoreyya Nəcis analizi |
Laborator müayinələrdə iltihab, malabsorbsiya, anemiya əlamətləri görünə bilir: EÇS artması, steatorreya, albumin azlması, və s. Bu əlamətlərin də heç biri spesifik deyil.
Nəcis analizi vacib müayinədir, infeksion diarreyanın (bakterial, parazitar və s) inkarı üçün aparılır. |
|
Görüntüləmə |
USM xoralı kolit diaqnostikasında əhəmiyyəti yoxdur. Qaraciyər və digər parenximatoz orqanlardakı dəyişikliyi göstərə bilər. KT xoralı kolitdə ağırlaşmaların diaqnostikasında və differensial diaqnostikada istifadə edilir. Adətən bağırsaq divarının diffuz qalınlaşması və ödemi görünə bilir ki, bu da spesifik deyil. İrriqoskopiya hazırda geniş istifadə edilmir. |
|
Kolonoskoiya + biopsiya |
Kolonoskopiya və biopsiya xoralı kolit diaqnostikasında mütləq müayinədir, iltihabı, yayılma dərəcəsini, selikli qişada dəyişikliyin dərəcəsini qiymətləndirə bilir və biopsiya aparılır. Kolonoskopiyada selikli qişanın müxtəlif dərəcəli dəyişiklikləri görünə bilir: eritema, səthi eroziyalar, dərin xoralar, psevdopoliplər, selikli qişanın düzləşməsi, strikturalar və s. Kolonoskopiya kəskinləşmə fazasında, xüsusən də dilatasiya olanlarda perforasiya törədə bildiyini nəzərəalaraq belə hallarda məhdud şəkildə rektosiqmoid bölgəyə baxılır və biopsiya alınır. Bağırsağın tam müayinəsi kəskin faza söndükdən sonra aparılır. |
![]() |
![]() |
![]() |
Aşağıdakı kriteriyalara əsasən xoralı kolit diqnozu qoyulur:
- Diarreya, 4 həftədən çox davam edən, qanlı ola bilər
- Ağrı, tenezmlər, hərarət, arıqlama, anemiya və s toksik əlamətlər ola bilər
- Kolonoskopiyada proktit və kolit
- Biopsiyada iltihab əlamətləri
- Digər kolitlərin inkarı
Differensial diaqnoz
Xoralı koliti ilk növbədə infeksion, Kron, CMV, işemik, divertikulyar ,medikamentoz, radiasion, eozinofilik kolitlərdən, solitar rektal xoradan və bədxassəli törəmələrdən fərqləndirmək lazımdır.
- Bunun üçün klinik-anamnestik məlumatlarla yanaşı spesifik müayinələr aparılır: nəcis analizi, biopsiya, KT, və s.
- Kron xəstəliyi üçün aşağıdakılar xarakterikdir: diarreyanın nisbətən azsayda və qansız olması, perianal patologiyalar, seqmentar zədələnmə, transmural zədələnmə, divar qalınlaşması, böyük mukozal xoralar və çatlar, düzbağırsağın normal görünüşü, gecə tərləmələri və hərarəti, qranulomalar və biopsiyada xarakterik transmural qranulomatoz iltihab. Diferensiasiya çətinliyi olanlarda genetic müayinə aparılır və ya “Təyin olunmayan kolit” diaqnozu qoyulur .
- İnfeksion diarreya adətən kəskin başlayır və xəstələri tez bir zamanda ağır vəziyyətə salabilir. Anamnezdə endemic bölgələrə getmə, natəmiz su və qida qəbulu infeksion kolitlərə xarakterikdir. Bakteriya və parazitlərin yoxlanılması üçün nəcisin boyanması, kültürü, mikroskopiyası və bioptatın Gram boyaması və kültürü aparılmalıdır. Salmonella, Shigella, Campilobakter jejuni, Legionella, Chlamidia, amöbiaz, histoplazmosis, vərəm, CMV, Gonococc, QİÇS və skimiinfeksiyalar xoralı kolit kimi klinik və endoskopik əlamətlər verə bilir. Xüsusən amöbiaz inkar olunmadan xəstələrə kortikosteroid verilməməlidir, çünki steroidlər amöbiazı proqressivləşdirir.
- Radiasion kolit qarın və çanaq radioterapiyalarından sonra meydana gəlir və endoskopik olaraq xoralı koliti xatırladır. Anamnezdə radioterapiya və biopsiyada eozinofilikinfiltratlar, epitelialatipiya, fibroz və kapilyar telenagioektaziya radiasiyon kolit üçün xarakterikdir.
- Diversion kolit kolostomiyalardan distalda funksiyasız qalmış bağırsaqda baş verir. Yoğun bağırsağın mukozası normalda əsas qidasını bağırsaq möhtəviyyatından, xüsusən də mikrofloranın ifraz etdiyi yağlardan alır. Defunksional bağırsaq seqmentində mikroflora olmadığından epitelin qidalanması zəifləyir və atrofik kolit baş verir. Yağların yerli istifadəsi və kolostomiyanın ləğvi koliti aradan qaldırır.
- Divertikulyar kolit üçün xarakterik cəhət divertikullar arası nahiyənin iltihablaşması, divertikul girişinin isə iltihabsız olmasıdır. Divertikul fonunda xoralı kolit oduqda isə həm divertikularası həm də divertikul girişində iltihab görünür, biopsiyada qeyri-spesifik itihab qeyd edilir.
- Solitar rektal xoraları xoralı koitdən fərqləndirmə yerləşmə yerinə görə və adətən biospiya iləmümkün olur.
- Bəzi dərmanlar, xüsusən də qeyri-steroid iltihabəlehinə dərmanlar, retinolkolit törədə bilirlər.
Ağırlıq dərəcəsinin təyini
- Ağırlıq dərəcəsinin təyini üçün klinik və endoskopik klassifikasiyalardan istifadə edilir.
- Ən çox tövsiyə olunan klassifiakasiya Montreal klinik dərəcələndiriliməsidir ki, ishal sayı, toksik əlamətlər və laborator göstəricilər nəzərə alınır (yuxarıda verilmişdir).
Müalicəsi
Prinsip
Xoralı kolitin müalicəsində əsas hədəf kəskin fazanı söndürmək və uzunmüddətli remissiyanı təmin etməkdir. Müalicəsi üçün konservativ və cərrahi tədbirlər mövcuddur.
Müalicə üsulları
Konservativ müalicələr – kəskin fazanı söndürmək və residivin profilaktikası üçün aparılır:
- Pəhriz
- İltihab əleyhinə (yerli və ya oral)
- 5-aminosalisilatlar
- sulfosalazin (2–4 q/gün)
- mesalamin (2–5 q/gün)
- osalazin (1–3 q/gün)
- balsalazid (6,7 q/gün)
- İmmunosupressorlar
- Steroidlər
- Siklosporin
- Anti – TNF
- Simptomatik
- Spazmolitik
- Ağrıkəsici
- Antidiarreya
- Antibiotiklər
- Probiotiklər
- Vitamin terapiyası
Cərrahi müalicələr – ağırlaşmaların müalicəsi üçün aparılır
- Proktokolektomiya + ileoanal anstomoz (İPAA)
- Proktokolektomiya + ileostomiya
- İkietaplı əməliyyat: kolektomiya + ileostomiya, sonra proktektomiya + ileoanal anastomoz
Əməliyyata göstərişlər:
- Konservativ müalicəyə cavab yoxdur
- Ağırlaşmalar:
- Massiv qanaxma
- Perforasiya
- Toksik meqakolon
- Striktur və keçməzlik
- Kanser və ya şübhəsi
Müalicə seçimi
- Xoralı kolitin əsas müalicəsi konservativdir, cərrahi müalicə göstərişə görə aparılır.
- Konservativ müalicə kəskinləşməni söndürmək üçün (induskiya) və residivin profilkatikası üçün (davamedici müalicə), əməliyyat isə adətən ağırlaşmaların müalicəsi üçün aparılır.
- Müalicə üsulunun seçimində xəstəliyin ağırlıq dərəcəsinə və kolonun tutulumuna əsaslanılır.
- Yüngül və orta dərəcədə topikal və oral 5-ASA, cavab yoxdursa, steroid.
- Ağır dərəcədə–steroid, cavab yoxdursa siklosporin və ya infiliksimab və ya cərrahi.
- Cərrahi ağırlaşmalar varsa əməliyyat.


Şəkil 2. Xoralı kolitdə müalicə seçimi
Özət
Qeyri-spesifik xoralı kolit və ya qısaca xoralı kolit yoğun başırsağın selikli qişasının xroniki iltihabıdır, düz bağırsaqdan başlayıb proskimala doğru yayılır. Xoralı kolitin səbəbi və mexanizmi dəqiq bilinmir, lakin genetik, infeksion, immun, diet və digər xarici amillərin xroniki iltihabı prosesdə rolu ehtimal edilir. Xəstəlik əksər hallarda kəskinləşmələrin (ağrı, qanlı ishal, hərarət) və remissiyaların təkrarlanması ilə gedir, bəzən ağırlaşmalara səbəb olur (qanaxma, toksik dilatasiya, perforasiya və s.). Diaqnozu kriteriyalara və diferensial diqnoza əsaslanaraq qoyulur, ona görə də, xəstələrə geniş müayinələr aparmaq lazım gəlir (nəcis analizi, iltihab göstəriciləri, kolonoskopiya, biopsiya, KT və digər). Diaqnostik kriteriyalara dörd həftədən çox davam edən diarreya, ağrı, tenezmlər, kolonoskopiyada proktit və kolit, biopsiyada iltihab əlamətləri və digər kolitlərin inkarı aiddir. Xoralı kolitin əsas müalicəsi konservativdir, kəskinləşməni söndürmək üçün (induskiya) və residivin profilkatikası üçün (davamedici müalicə) aparılır, cərrahi müalicə ağırlaşmalarda göstərişdir.
İltihabi bağırsaq xəstəlikləri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
İltihabi bağırsaq xəstəliyi nə deməkdir? |
Gİ traktin səbəbi dəqiq məlum olmayan iltihabi xəstəliyinə deyilir. |
|
Hansı iltihabi bağırsaq xəstəliyi var? |
Crohn xəstəliyi və xoralı kolit (qeyri-spesifik) |
|
Crohn xəstəliyinin digər adı necədir? |
Regional enterit, ileit |
|
İltihabi bağırsaq xəstəliyinin (İBX) səbəbi nədir? |
Səbəbi məlum deyil, daha çox ətraf mühit faktorunun təsiri ilə autoimmun proseslər düşünülür. |
|
Differensial diaqnozu hansı xəstəliklərlə aparılmalıdır? |
Crohn xəstəliyi ilə xorali kolit, infeksion kolit, qıcıqlanmış bağırsaq sindromu, divertikulit, Zollinger-Ellison sindromu, kolon kanseri, karsinoid |
|
Hər iki İBX-də bağırsaqdan kənar hansı əlamətlər rast gəlir? |
Ankiloz spondilit, aftoz xora (oral xora), iridosiklit, qanqrenoz piodermiya, düyünlü eritema, skleroz xolangit, artrit, böyrək xəstəlikləri (nefrotik sindrom, amiloid) |
|
Crohn xəstəliyinin rastgəlməsi nə qədərdir? |
2-9/100.000 |
|
Xoralı kolitin rastgəlməsi nə qədərdir? |
10/100.000 |
|
Crohn xəstəliyinin risk populyasiyası kimlərdir? |
Aralıq dənizi mənşəli əhalidə daha çoxdur, 20% hallarda ailə anmnezi var. |
|
Xoralı kolitin risk populyasiyası kimlərdir? |
Aralıq dənizi mənşəli əhalidə daha çoxdur. 20% hallarda ailə anamnezi var. |
|
Crohn xəstəliyinin cins üzrə xüsusiyyəti necədir? |
Qadınlar>kişilər |
|
Xoralı kolitin cins üzrə xüsusiyyəti necədir? |
Kişi>qadın |
|
Crohn xəstəliyinin yaşa görə yayılması necədir? |
Bimodal yayılma var: 25-40 və 50-65 yaş arasında |
|
Xoralı kolitin yaşa görə yayılması necədir? |
Bimodal yayılma: 25-35 yaş və 50-65 yaş arasında |
|
Crohn xəstəliyində ilkin əlamətlər hansılardır? |
Qarın ağrısı, diareya, qızdırma, çəki itirilməsi, anal xəstəliklər |
|
Xoralı kolitdə ilkin əlamətlər hansılardır? |
Qanlı ishal (əsas əlamət), qızdırma, arıqlama |
|
Cronh xəstəliyi mədə-bağırsağın hansı hissəsini tutur? |
Klassik olaraq belə deyilir “ağızdan anusa qədər”
|
|
Xoralı kolit mədə-bağırsağın hansı hissəsini tutur? |
Yalnız yoğun bağırsaqda olur. |
|
Crohn xəstəliyinin yayılma xüsusiyyəti necədir? |
Nazik bağırsaq, kolon və ya hər ikisi zədələnə bilir, “sağlam aralar” yəni zədələnmiş bölgələr arasında sağlam bağırsaq toxuması olur, ona görə də regianal enterit də deyilir. |
|
Xoralı kolitin yayılma xüsusiyyəti necədir? |
Daha çox rektum zədələnir, proksimala doğru yayılır, “sağlam aralar” olmur. |
|
“Reflüks” ileit nədir? |
Xoralı kolitdə terminal ileumun orta dərəcədə iltihaba cəlb olunması. İltihab mediatorlarının kolondan terminal ileuma qayıtması nəticəsində meydana gəlir. |
|
Crohn xəstəliyində bağırsaq divarında zədələnmə dərəcəsi nə qədərdir? |
Bağırsaq divarının bütün qatları iltihaba cəlb olunur (transmural zədələnmə) |
|
Xoralı kolitdə bağırsaq divarında zədələnmə dərəcəsi nə qədərdir? |
Yalnız mukoza/submukoza zədələnir. |
|
Crohn xəstəliyində anal bölgənin zədələnməsi? |
Çox rast gəlir (30%, fistul, abses, çat, xora) |
|
Xoralı kolitdə anal bölgənin zədələnməsi? |
Az rast gəlir |
|
Crohn xəstəliyində rektal zədələnmə nə qədərdir? |
Nadirdir. |
|
Xoralı kolitdə rektal zədələnmə nə qədərdir? |
100% |
|
Crohn xəstəliyində mukozal zədələnmənin xarakteristikası? |
1.Aftoz xora 2.Granuloma 3.Linear xoralar 4.Köndələn çatlar 5.Şişkin mukoza 6.Tam zədələnmə- divar qalınlaşması |
|
Xoralı kolitdə mukozal zədələnmənin xarakteristikası? |
1.Granulyar, yastı mukoza 2. Xoralar 3.Kript absesləri 4.Mukozal damarların genişlənməsi 5.Psevdopoliplər |
|
Crohn xəstəliyinin diaqnozu üçün hansı müayinələr vacibdir? |
Kolonoskopiya və biopsiya ilə, KT, nəcis analizi |
|
Xoralı kolitin diaqnozu üçün hansı müayinələr vacibdir? |
Kolonoskopiya, biopsiya, nəcis analizi |
|
Terminal ileitdə biopsiyanı necə almaq olar? |
Kolonoskopla distal ileuma keçərək. |
|
Crohn xəstəliyinin ağırlaşmaları hansılardır? |
Anal fistul/abses, fistul, striktur, perforasiya, abseslər, toksik megakolon, kolovezikal fistullar, enterovaginal fistullar, hemorragiya, obstruksiya, kanser |
|
Xoralı kolitin ağırlaşmaları hansılardır? |
Kanser, toksik megakolon, kolon perforasiyaları, hemorragiya, striktura, obstruksiya |
|
Nəyə görə fistul və abseslər xoralı kolitə nisbətən daha çox Crohn xəstəliyində olur ? |
Kron xəstəliyində transmural zədələnmə olur, yəni bağırsağın bütün divarı zədələnir, xoralı kolitdə isə yalnız mukoza/submukoza zədələnir. |
|
Crohn xəstəliyində kanser riski nə qədərdir? |
Azdır, cərrahi yan-yol olunan ilgəklərdə (möhtəviyyat keçməyən sahələrdə) |
|
Xoralı kolitdə kanser riski nə qədrir? |
10 il ərzində 5% kolon kanseri olmaq riski, sonra hər ildə 1% artır, bu hesabla 20 ildə 20%, 30 ildə 30% |
|
Crohn xəstəliyində toksik meqakolonun rastgəlmə riski nə qədərdir? |
Təqribən 5% |
|
Xoralı kolitdə toksik meqakolonun rastgəlmə riski nə qədərdir? |
Təqribən 10% |
|
Crohn xəstəliyi ilə xoralı koliti differensiasiya etmək mümkün olmursa nə edilir? |
“Qarışıq kolit” kimi qəbul olunur və iltihabi bağırsaq xəstəliyi kimi müalicə olunur. |
|
Crohn xəstəliyində əməliyyata göstərişlər hansılardır? |
Obstruksiya, massiv qanaxma, fistul, perforasiya, kanser ehtimalı, abses, konservativ müalicənin effektiv olmaması, toksik megakolon, striktur, displaziya |
|
Xoralı kolitdə əməliyyata göstərişlər hansılardır? |
Toksik megakolon, massiv qanaxma, uşaqlarda inkişafdan qalma, steroid müalicəsi fonunda perforasiya, konservativ müalicənin effekt verməməsi |
|
Xoralı kolitlərdə daha çox hansı cərrahi müdaxilə göstərişdir? |
1.Total proktokolektomiya, distal rektal mukozektomiya, ileoanal anastomoz 2.Total kolektomiya və Brooke ileostomiya |
|
“Toksik megakolon” nədir? |
Toksik xəstə; sepsis, temperatur, qarın ağrısı Megakolon; kəskin və massiv genişlənmiş kolon |
|
Hansı xəstəlikdə kolonoskopik müayinədə psevdopoliplər olur? |
Xoralı kolitlərdə: psevdopoliplər mukozal atrofiya fonundakı hipertrofik mukozadır. |
|
Hansı xəstəlikdə barium imaləsində görünüş “qurğuşun borunu” xatırladır? |
Xroniki xoralı kolitdə |
|
Rektal qanaxma/qanlı ishal hansında “əsas əlamətdir”. |
Xoralı kolitdə (Crohnda nadirən olur) |
|
İBX müalicəsində hansı dərmanlar istifadə olunur? |
|
|
İnfliximab nədir? |
TNF (tumor nekrosis faktor –alfa) qarşı anticisimlər |
|
Sulfosalazinin aktiv metaboliti nədir? |
5-aminosalisilat (5-ASA), kolondan sorulur |
|
Perianal Crohn xəstəliyində konservativ müalicədə seçim nədir? |
Metronidazol |
|
İBX uzun müddətli remissiya üçün müalicə seçimi hansıdır? |
6-merkaptopurin, azatiopirin, mesalamin |
|
İBX kəskinləşməsində ilk olaraq hansı dərmandan istifadə olunur? |
Mesalamin və/və ya steroidlər |
|
Steroid müalicəsinə cavab verməyən kəskinləşmələrdə nə edilir? |
İmmunosupressor və ya infliksimab və ya cərrahi müalicə. |
|
Azatioprin ilə infliksimab təsir effektinə görə necə fərqlənir? |
İnfliksimab effektini erkən (günlər sonra), azatioprin isə gec (həftələr sonra) göstərir. |
|
Xoralı kolitlərdə dərman verilməsinin özünəməxsus üsulu hansıdır? |
İmalələr (steroid, 5-ASA) |
|
Crohn xəstəliyində əməliyyata ən çox göstəriş nədir? |
Nazik bağırsaq obstruksiyası |
|
Crohn xəstəliyində intraoperativ nələr tapılır? |
Nazik bağırsaqlarda divar qalınlaşması, “piy manjeti” (müsariqənin enterin antimezenterik divara doğru, irəliləməsi), qalınlaşmış və qısalmış mezenterium, fistul, abses |
|
Crohn xəstəliyində nazik bağırsaqlarda olan qısa seqment strikturlarda hansı cərrahi əməliyyat aparılır? |
Strikturoplastika (boylama açılır, köndələn tikilir). |
|
Crohn xəstəliyində fistulanın ilkin müalicəsi nədir? |
İnfliksimab. Residivin profilaktikası üçün rezeksiya da oluna bilər. |
|
Abseslə ağırlaşmış Crohn xəstəliyində hansı müalicə lazımdır? |
Antibiotik, perkutan drenaj, sonra rezeksiya |
|
Qarın ağrısına görə edilən laparotomiyalarda əgər Crohn aşkarlanırsa appendiks çıxarılmalıdırmı? |
Əgər kor bağırsaqda aktiv Crohn əlamətləri yoxdursa appendiks çıxarıla bilər, əgər aktiv Crohn varsa ileosekal rezeksiya edilə bilər. |
|
Pouşit nədir? |
İleoanal poşun iltihabıdır (metronidazol ilə müalicə olunur) |
|
Crohn xəstəliyinə görə bağırsaq rezeksiyasında kəsik kənarlarını təcili biopsiyaya göndərmək lazımdırmı? |
Xeyr, makroskopik sağlam kənardan 2 sm uzaqda rezeksiya yetərlidir. |
|
Kolon tamamən iltihabi prosesə cəlb olunubsa nə adlanır? |
Pankolit |
|
Crohn xəstəliyinə görə aparılan əməliyyatlardan sonra residivin profilaktikası lazımdırmı? |
Mübahisəlidir. Əksər müəlliflər 3-12 ay mesalamin və antibiotik tövsiyə edirlər. |
Psevdomembranoz kolit – Antibiotiklərə bağlı kolit (klostridial kolit)
|
Suallar |
Cavablar |
|
Psevdomembranoz kolit nədir? |
Antibiotikoterapiyadan sonra meydana gələn kolit |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
|
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Patogenezi nədən ibarətdir? |
Antibiotik → yoğun bağırs aq mikroflorasının dəyişməsi → Clostridium difficille artması → A və B toksinlərin artması → yoğun bağırsaq selikli qişasının zədələnməsi → iltihab |
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
|
|
Görüntlüləmə əlamətləri nələrdir? |
Rektoromanoskopiya və ya fibrosiqmoidoskopiya - Xarakterik 2-10 mm diametrli sarı rəngli düyünlər aşkar edilir; Ümumi Rentgenqrafiya – selikli qişanın qalınlaşması, qaustrasiyanın itməsi, toksik meqakolon, perforasiya; |
|
Digər müayinələrdə nə tapılır? |
|
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
Ağırlaşma olmayan hallarda:
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
İleostomiya ilə kolektomiya |
|
Proqnozu nədir? |
|
|
Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz? |
İşemik kolit
|
Suallar |
Cavablar |
|
İşemik kolit nədir? |
Bağırsağın qan təchizatının pozulması nəticəsində yaranan kolitdir |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
əksərən splenik fleksurada, nadir hallarda rektumda |
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi nələrdir? |
|
|
Risk faktorları nələrdir? |
|
|
Patogenezi nədən ibarətdir? |
|
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
İşemik nekroz və peritonit |
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
Leykositoz; |
|
Görüntüləmə əlamətləri nələrdir? |
R-qrafiyada - Kolonun hissəvi dilatasiyası, haustrların ödemli görünməsi; KT-də - divar qalınlaşması və damardakı dəyişikliklər; Siqmoidoskopiyada – tünd hemorragik mukoza; |
|
Digər müayinələrdə nə tapılır? |
|
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
Nekrotik hissənin rezeksiyası |
|
Proqnozu nədir? |
Mezenterik infarkt baş verdikdə letallıq artır |
|
Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz? |
İnfeksion kolit
|
Suallar |
Cavablar |
|
İnfeksion kolit nədir? |
Bakterial, viral və parazitik infeksiyaların törətdiyi kolitdir |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
ən çox 1 yaşa qədər uşaqlarda |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Müalicə üsulları hansılardır? |
Konservativ – etiopatogenetik |
Spastik kolit – Irritabl bağırsaq sindromu (İBS)
|
Suallar |
Cavablar |
|
Spastik kolit nədir? |
Bağırsağın spastik yığılmaları ilə xarakterizə olunan funksional xəstəlikdir |
|
Hansı klinik formaları var? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Müalicə üsulları hansılardır? |
Konservativ – antixolinergik, diarreya əleyhinə və s. |



