Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Bronxoektaziya - Özət və Suallar

Özət

Bronxun genişlənməsi bronxoektaziya, buna təkrarlayan infeksiya qoşularsa bronxoektaziya xəstəliyi adlanır. Bronxoektaziya anadangəlmə və qazanılma ola bilir. Bronxoektaziya durğunluğa və infeksiyaya, infeksiya bronx divarında və ətrafında destruksiyaya və fibroza, fibroz isə obstruksiya və dilatasiyaya gətirib çıxarır, nəticədə qüsurlu dövran yaranır və prosesin xroniki gedişinə səbəb olur. Xəstəlik təkrarlayan bronxit və ya pnevmoniya əlamətləri ilə təzahür edir, çoxlu bəlğəm ifrazı xarakterikdir. Bronxoektaziya xəstəliyinin diaqnozunu dəqiqləşdirmək üçün KT, səbəbini müəyyənləşdirmək üçün isə bronxoskopiya vacibdir. Təkrarlayan infeksiyalar, KT-də lokal və ya diffuz bronxial genişlənmələr, səbəb aradan qaldırıldıqdan sonra dilatasiyanın aradan qalxmaması diaqnostik əlamətləridir. Müalicəsində əsas yeri infeksiyanın konservativ və bronxoskopik üsullarla aradan qaldırılması tutur, cərrahi müalicə az hallarda və göstərişə görə aparılır.

 

Bronxoektaziya üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Bronxoektaziya nədir?

Bronxun genişlənməsi

Bronxoektaziya xəstəliyi nədir?

Bronxun genişlənməsi ilə yanaşı təkrarlayan infeksiyanın olması

Hansı klinik formaları var?

  • Həqiqi – səbəb aradan qaldırıldıqdan sonra düzəlmir
  • Yalançı – səbəb aradan qaldırıldıqdan sonra düzəlir

Səbəbi və ya risk faktorları nələrdir?

  • Anadangəlmə bronx divarı zəifliyi
    • Kartanger sindromu
    • sistik fibroz
    • α-tripsin əksikliyi
  • Bronxlarda və ağciyərdə itihabı destruksiya törədən xəstəliklər

Patogenezi nədən ibarətdir?

  • obstruksiya ® infeksiya ® fibroz ® dilatasiya
  • infeksiya ® fibroz ® dilatasiya

Gediş xüsusiyyəti necədir?

Xroniki gedişlidir, tərkrarlayan infeksiya xarakterikdir

Xroniki gedişin səbəbi nədir?

Dilatasiya-infeksiya qüsurlu dövranı

Ağırlaşmaları nələrdir?

  • Ağciyər fibrozu
  • Pulmonar hipertenziya
  • Amiloidoz

Klinik əlamətləri hansılardır?

  • Bəlğəmli öskürək - 500 ml/gün, xüsusən də səhərlər
  • Quru öskürək - qranulomatoz xəstəliklərdə
  • Hərarət
  • Hemoptiz (40-60%)
  • Təngnəfəslik, sianoz

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Çoxlu bəlğəm ifrazı olanlarda
  • Təkrarlayan bronxit və pnevmoniya əlamətləri olanlarda

Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?

  • İncə kəsikli (1-1,5 mm) KT
  • Bronxoskopiya – səbəbin aydınlaşdırılması
  • Bronxoqrafiya – nadir hallarda

Laborator əlamətləri nələrdir?

İltihab əlamətləri

Görüntüləmə əlamətləri nələrdir?

KT-də bronx genişlənməsi

Digər müayinələrdə nə tapılır?

Obyektiv müayinədə - xırıltılar, xroniki infeksiya və hipoksiya əlamətləri

Diaqnostik kriteriyalarını sadala?

  • Təkrarlayan infeksiya əlamətləri
  • KT-də lokal və ya diffuz bronxial genişlənmələr
  • Səbəb aradan qaldırıldıqdan sonra dilatasiyanın aradan qalxmaması

Müalicə üsulları hansılardır?

  • Konservativ
    • Antibiotikoterapiya – parenteral və ya inhalyasion
    • Bronxodilatatorlar
    • Bəlğəmgətiricilər
    • Postural drenaj
  • Bronxoskopik – sanasiya, kultur alınması
  • Cərrahi

Əməliyyata göstərişlər nələrdir?

Konservatv və bronxoskopik müalicə effekt vermədikdə

Əməliyyat üsulları hansılardır?

  • Rezeksiya – lokal formada, yaxşı ağciyər rezervi olanlarda
  • Ağciyər transplantasiyası – diffuz formada, pulmonar hipertenziya ilə ağırlaşmış formalarda

Proqnozu nədir?

Konservativ müalicə 80% effektivdir, ağırlaşmalar 3-5%, letallıq isə 2%-dən azdır

Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

Çoxlu bəlğəmli öskürəkdə bronxolektaziyanı unutma.