Özət
Periferik damar xəstəliyi ətrafların işemiyası nəticəsində toxuma perfuziyasının pozulması və tədricən ətrafın funksiyasının itirilməsi halıdır. PDX-nin əsas səbəbi aterosklerozdur. Klinik olaraq özünü 5P əlaməti ilə büruzə verir: ağrı (pain), solğunluq (pallor), nəbzin olmaması (pulselessness), paraesteziya (paraesthesia), iflic (paralysis). Diaqnostikada klinik olaraq ətrafda nəbzin qiymətləndirilməsi, dərinin qiymətləndirilməsi, topuq-bazu indeksinin ölçülməsi, ətrafın avazımasının təxmini dəyərləndirilməsi aparılmalıdır. Laborator olaraq qanın ümumi analizi, lipid profili, koaqulyasiya göstəriciləri yoxlanılmalıdır. İstrumental müayinələrdən Doppler USM, arterioqrafiya, MR-angioqrafiya, KT-agioqrafiya müayinələrindən istifadə olunur. Müalicəsi ilkin mərhələlərdə konservativ, irəli mərhələlərdə cərrahi olaraq aparılır. Konservativ məqsədlə risk faktorlarının aradan qaldırılması və antitrombositar, antikoaqulyant dərmanlardan istifadə olunur. Cərrahi üsullardan isə xəstəliyin mərhələsindən asılı olaraq embolektomiya, şuntlama əməliyyatları və amputasiya icra edilə bilər.
Aşağı ətrafların işemiyası qan təchizatının pisləşməsi, bununla əlaqədar toxumaya daxil olan oksigenin azalması səbəbindən inkişaf edən hipoksiyanın törətdiyi pozğunluqların toplusudur, kəskin və xroniki ola bilir.
Kəskin arterial keçməzlik patoloji hal olub, magistral qan dövranının qəflətən pozulması və bunun nəticəsində ətrafda kəskin işemiyanın inkişaf etməsidir. Kəskin arterial keçməzliyin əsas səbəbləri tromboz və emboliyadır. Kəskin arterial tromboz üçün fasiləli axsamanın olması, damar stenozu, emboliya mənbəyinin bəlli olmaması və kontrlateral ətrafda nəbzin zəifləməsi xarakterikdir. Emboliya üçün isə daha öncə axsamanın olmaması, çox sürətli klinik gediş və damarın tam tutulmaması, aritmiyalar, qulaqcıq fibrilyasiyası xarakterikdir. Diaqnostikasında işemiyanın səbəbini, ətrafın yaşama qabiliyyətini, baş vermiş üzvi və funksional, həmçinin geridönməz dəyişiklikləri qiymətləndirmək vacibdir. Müalicə tədbirlərinə təcili tədbirlər, ilk yardım tədbiləri və yekun tədbirlərdən ibarətdir.
Aşağı ətrafda xroniki işemiyanın əsas səbəbi aterosklerozdur. Xroniki işemiyanın klinik əlamətlərinin büruzə verməsinə görə 4 mərhələsi var: asimptomatik, fasiləli axsama, sakitlik ağrıları, xora/qanqrena. Son 2 mərhələ ətrafın kritik işemiyası hesab olunur. Ətrafların kritik işemiyası 2 həftədən artıq davam edən və analgetiklərə tabe olmayan sakitlik ağrısı, arterial təzyiq topuqda 50 mm.c.st.- dan az olması (şəkərli diabetli xəstələrdə 30 mm.c.st.-dan az), toxuma nekrozu, qanqrena və yaxud trofiki xora inkişafı lilə xarakterizə olunur. Diaqnostikasında klinik müayinə, angioqrafiya, MR/KT angioqrafiya mühüm əhəmiyyət kəsb edir. Müalicə məqsədilə ilk öncə risk faktorları korreksiya edilməlidir. Daha sonra göstərişə görə endovaskulyar müalicə (angioplastika və ya stentin qoyulması), cərrahi üsullar (aorta-bifemoral, femoro-femoral, femoro-popliteal şuntlama, endarterektomiya, amputasiya) istifadə edilə bilər.
Periferik damar xəstəliyi üzrə suallar
N.Y.Bayramov, M.Kərimov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Periferik damar xəstəliyi nədir? |
İşemiya nəticəsində toxuma perfuziyasının pozulması və tədricən ətrafın funksiyasının itirilməsi halıdır |
|
Əsas səbəbləri nələrdir? |
|
|
Risk faktorları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
5P əlaməti nədir? |
|
|
Diaqnostikada hansı müayinələrdən istifadə olunur? |
|
|
Allen testi ilə hansı arteriyaları qiymətləndirmək mümkündür? |
radial və ulnar arteriyaları |
|
Allen testi necə aparılır? |
Biləkdə radial və ulnar arteriyaları sıxaraq xəstəyə əlini bir neçə dəfə açıb-bükməsi təklif olunur. Bu zaman əlin rəngi avazıyır. Sıra ilə arteriyalardan birini sərbəstləşdirərək əlin qanlanmasına baxılır. |
|
Topuq-bazu indeksi necə hesablanır? |
Topuq sistolik təzyiqinin bazu arterial təzyiqinə nisbətidir |
|
Topuq-bazu indeksinin normal, fasiləli axsama zamanı və sakitlik ağrıları zamanı göstəriciləri necədir? |
Normal ≥ 1.0 Fasiləli axsama ˂0.6 Sakitlik ağrısı ˂0.4 |
|
Kimlərdə bu göstərici düzgün olmaya bilər? |
Kalsifikasiyalaşmış arteriyası (xüsusilə diabet zamanı) olan şəxslərdə |
|
Müalicə üsulları hansılardır? |
|
|
Cərrahi müalicəyə mütləq əks göstərişlər nələrdir? |
Pasientin aqonal və ya çox ağır ümumi vəziyyəti |
|
Cərrahi müalicəyə nisbi əks göstərişlər nələrdir? |
Ağır yanaşı xəstəlikləri – miokardın kəskin infarktı, qeyri-operabel bədxassəli şişlərlə olan pasientlərin yüngül formalı və həyat üçün təhlükəsiz işemiyaları |
|
Cərrahi müalicə üsulları nələrdir? |
|
|
Embolektomiyanın hansı növləri var? |
|
|
Foqarti kateteri necə istifadə edilir? |
Kateter embolu keçənə qədər irəlilədilir, fizioloji məhlulla kateterin balonu doldurulur və kateter embolla birlikdə geriyə çəkilir |
|
Uzunmüddətli kəskin işemiyada postoperativ dövrdə ətrafın reperfuziyasından sonra hansı ağırlaşmalar müşahidə oluna bilər? |
|
|
Kompartment sindromu nədir? |
Aşağı ətraf (baldır) əzələləri fassiyalarla kompartmentlərə ayılıb. Reperfuziyadan sonra toxumada şişkinlik yaranır və nəticədə kompartmentdaxili təzyiq artır. Bu isə kapilyarlarda axın sürətinin azalmasına, işemiyaya və mionekroza səbəb olur. Mionekroz intrakompartment təzyiq 30 mm Hg süt.-a çatdıqda baş verir. |
|
Kompartment sindromunun əsas əlamətləri nədir? |
|
|
Diaqnozu hansı müayinələrə əsasə qoyulur? |
|
|
Müalicə üsulları hansılardır? |
bilateral fassiotomiya |
|
Kəskin arterial keçməzliyin əsas səbəbləri hansılardır? |
Tromboz və emboliya |
|
Kəskin trombozun rastgəlmə tezliyi nə qədərdir? |
Kəskin arterial işemiyaların 60%-ni təşkil edir |
|
Trombozun yaranmasına şərait yaradan faktorlar hansılardır? |
|
|
Klinik xüsusiyyətləri hansılardır? |
|
|
Emboliya nədir? |
Arterial damar mənfəzinin hər hansı maddi substratla tutulması və kəskin işemiyanın yaranmasıdır. |
|
Embolun forma müxtəlifliyinə görə təsnifatı? |
|
|
Emboliyanın əsas xüsusiyyətləri hansılardır? |
|
|
Ən çox embollar arteriyanın hansı nahiyəsində baş verir? |
Bifurkasiya nahiyəsində - damar diametrinin qəflətən kiçildiyi yerdə |
|
Ətrafların kəskin işemiyasının hansı dərəcələri var? |
I dərəcə - sakitlik və ya kiçik fiziki iş zamanı ağrı, paresteziya, yorğunluq II dərəcə - hərəki pozğunluqların yaranması
III dərəcə - dərin işemik zədələnmələr
|
|
Kəskin işemiyanın fəsadları hansılardır? |
|
|
Diaqnostikası hansı mərhələlərdən ibarətdir? |
|
|
Diaqnostikada hansı müayinələrdən istifadə olunur? |
|
|
Təcili tədbirlər nələrdir? |
|
|
İlk yardım tədbirləri hansılardır? |
|
|
Aşağı molekullu heparinlərin üstünlükləri nələrdir? |
|
|
Heparinoterapiyaya əsas əks göstərişlər hansılardır? |
aortanın disseksiyası (laylanması), müxtəlif travmalar, xüsusilə də kəllə-beyin zədələnmələri |
|
Yekun tədbirlər hansılardır? |
Geridönməz dəyişiliklər – xilas edilməsi mümkün olmayan ətraf - amputasiya Tam dəyişiliklər – ciddi təhlükə altında olan ətraf - trombolizis, angioplastika, embolektomiya və yaxud təcili rekonstruktiv cərrahi əməliyyat (şuntlama) Natamam dəyişiliklər – xilas edilməsi mümkün olan ətraf - residivin qarşısını almaq, həmçinin angioqrafiya, cərrahi əməliyyatın icrası üçün heparinizasiya |
|
Xroniki işemiyanın hansı mərhələləri var? |
I mərhələ - Asimptomatik II mərhələ - Fasiləli axsama III mərhələ - Sakitlik ağrıları IV mərhələ - Xora/Qanqrena |
|
Fasiləli axsama nədir? |
Xüsusi məsafə qət etdikdən sonra aşağı ətraflarda, əsasən baldır əzələlərində ağrı, krampın yaranması və müəyyən müddət keçdikdən sonra əlamətlərin itməsidir. |
|
Fasiləli axsamanın rastgəlmə tezliyi nə qədərdir? |
50 yaşdan yuxarı kişilərin 50%-də rast gəlinir |
|
Proqnozu nədir? |
Xəstələrin 1/3-də sağalma baş verir, 1/3-də stabil qalır, qalan 1/3-də isə pisləşmə qeyd edilir. 4% hallarda cərrahi müdaxilə tələb olunur, 1%-də amputasiyaya ehtiyac yaranır |
|
Risk amillər hansılardır? |
Irsi meyillilik |
|
Diaqnoz hansı müayinələrə əsasən qoyulur? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Fasiləli axsamanın konservativ müalicə sxemini necə yadda saxlamaq olar? |
PACE – addımlamaq
|
|
Ətrafların kritik işemiyası nədir? |
Ətrafların xronik işemiyasının III və IV mərhələsi |
|
Diaqnozu hansı göstəricilərə əsasən qoyulur? |
Toxuma nekrozu, qanqrena və yaxud trofiki xora inkişaf etdikdə |
|
Sakitlik ağrısı nədir? |
|
|
Diaqnostika hansı müayinələrdən istifadə edilir? |
|
|
Müalicə üsulları hansılardır? |
» Femoro-distal şuntlama
|
|
Cərrahi müalicəyə göstəriş nədir? |
|
|
Leriche (Leriş) sindromu nədir? |
|
|
Klinik əlamətləri nələrdir? |
|
|
Quru qanqrena nədir? |
|
|
Yaş qanqrena nədir? |
|
|
Mavi barmaq sindromu nədir? |
|