Özət
Anevrizma - damar mənfəzinin lokal və yaxud diffuz şəkildə genişlənib, diametrinin 50%-dən artıq böyüməsidir. Anevrizma damar divarında olan kollagen və elastin liflərinin normal nisbətinin patoloji şəkildə dəyişməsi ilə əlaqədar baş verir. Arterial hepertenziya, siqaret çəkmə və irsiyyət risk faktorlarıdır. Patoloji anatomik xüsusiyyətlərinə görə həqiqi (arteriya divarının bütün qatlarını əhatə edən) və yalançı (adventisiya və ətrafdakı toxumalardan ibarət), baş verdiyi damardan asılı olaraq torakal, abdominal və periferik (iliak, femoral, popliteal, karotid, visseral), formaına görə kisəvari və iyəbənzər olurlar.
Anevrizmalar əksərən asimptomatik gedişə meyllidir, lakin böyüdükdə, partladıqda və ya ətraf orqanlara açıldıqda simptom verə bilər: ağrı, səs tutulması, dispnoe, disfagiya, distal embolizasiya əlamətləri, hematuriya, ürəkbulanma və s. Diaqnostikasında klinik, laborator (qanın ümumi müayinəsi, elektrolitlər, koaqulyasiya göstəriciləri, qan qrupu) və instrumental (R-qrafiya, USM, Exo-KQ, KT/MRT, aortoqrafiya) müayinələrdən istifadə edilir. əsas müalicə üsulları cərrahidir. Anevrizmanın ölçüsündən, ağırlaşma riskindən asılı olaraq əməliyyatın növü seçilir.
Anevrizma üzrə suallar
N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Anevrizma nədir? |
Damar mənfəzinin lokal və yaxud diffuz şəkildə genişlənib, diametrinin 50%-dən artıq böyüməsidir. |
|
Risk faktorları nələrdir? |
|
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Kişi qadın nisbəti 9:1 təşkil edir. |
|
Patoloji anatomik xüsusiyyətlərinə görə hansı növləri var? |
|
|
Həqiqi anevrizma nədir? |
Arteriya divarının bütün qatlarını əhatə edən dilatasiyasıdır |
|
Psevdoanevrizma nədir? |
Yalnız adventisiya və ətrafdakı toxumalardan ibarət olur |
|
Lokalizasiyasına görə hansı növləri var? |
|
|
Periferik anevrizmanın hansı növləri var? |
|
|
Formasına görə anevrizmanın hansı növləri var? |
|
|
Torakal anevrizmanın lokalizasiyasına görə hansı növləri var? |
|
|
Crawford təsnifatına görə torakoabdominal aorta anevrizmasının hansı tipləri var?
|
Tip I – sol körpücükaltı arteriyadan renal arteriyaya qədər Tip II – sol körpücükaltı arteriyadan aorta bifurkasiyasına qədər Tip III – enən aortanın orta 1/3-dən aorta bifurkasiyasına qədər Tip IV – diafraqma səviyyəsində aortadan aorta bifurkasiyasına renal arteriyaya və ya aota bifurkasiyasına qədər |
|
Torakal anevrizmanın klinik əlamətləri hansılardır? |
Anevrizma böyüdükdə və ya partladıqda:
|
|
Diaqnostikasında hansı müayinələrdən istifadə olunur? |
|
|
Torakal aorta anevrizmasının diaqnostikasında hansı laborator müayinələrdən istifadə olunur? |
|
|
Torakal aorta anevrizmasının diaqnostikasında hansı instrumental müayinələrdən istifadə olunur? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Cərrahi əməliyyat üçün göstərişlər nələrdir? |
|
|
Abdominal aorta anevrizmasının klinik əlamətləri hansılardır? |
Anevrizma böyüdükdə, partladıqda:
|
|
Abdominal aorta anevrizmasının diaqnostikasında hansı üsullardan istifadə edilir? |
|
|
Abdominal aorta anevrizmasının diaqnostikasında hansı instrumental müayinələrdən istifadə olunur? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Cərrahi əməliyyat üçün göstərişlər nələrdir? |
|
|
Aorta disseksiyası nədir? |
Aorta divarının laylanması nəticəsində aorta mənfəzində yalançı mənfəzin əmələ gəlməsidir. |
|
Klinik əlamətləri nələrdir? |
|
|
Diaqnostikasında hansı üsullardan istifadə edilir? |
|
|
DeBakey təsnifatına görə hansı növləri var? |
Tip I – enən aorta, aorta qövsü və qalxan aortada Tip II – qalxan aortada Tip III – enən aortada |
|
Stanford təsnifatına görə hansı növləri var? |
A tip – qalxan aortada B tip – enən aortada |
|
Diaqnostikasında istifadə olunan görüntüləmə müayinələri nələrdir? |
|