Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qalxanabənzər vəzinin anatomiyası və fiziologiyası - Suallar

Suallar

Cavablar

Xəstələrin neçə faizində piramidəbənzər pay vardır?

Təxminən 30 – 35%

Aşağıdakı strukturları identifikasiya edin.

  1. Piramidəbənzər  pay
  2. Sağ pay
  3. İstmus (boyun)
  4. Sol pay

Qalxanabənzər vəzinin qan təchizatını deyin

İki arteriya

  1. Yuxarı tiroid arteriyası (xarici yuxu arteriyasının ilk şaxəsi)
  2. Aşağı tiroid arteriyası (tiroservikal kötüyün şaxəsidir

Qalxanabənzər vəzinin venoz drenajı necədir?

3 vena

  1. yuxarı qalxanabənzər vəzi venası
  2. orta qalxanabənzər vəzi venası
  3. aşağı qalxanabənzər vəzi venası

Qırtlağın ön səthi ilə yuxarıya doğru qalxaraq qalxanabənzər qığırdağın ön səthinə söykənən payın adı nədir?

Piramidəbənzər pay

Qalxanabənzər vəzinin istmusu nədir?

Sağ və sol pay arasında olan toxuma

Neçə faiz xəstədə İMA arteriyası vardır?

Təxminən 10 – 15%

Qalxanabənzər vəzinin əməliyyatında hansı siniri ehtiyatla identifikasiya etmək lazımdır?

Qayıdan qırtlaq siniri. Traxeoezofagial çuxurda tapılır və krikotiroid əzələsinin boyunca uzanır. Bu sinirin zədələnməsi qırtlaq əzələlərinin iflicinə səbəb olur, əgər zədələnmə bir tərəflidirsə səs karlaşması, ikitərəfli olduqda isə havayolu obstruksiyası yaranır.

Tiroidektomiya zamanı daha hansı sinir risk altında olur və simptomları nədir?

Yuxarı qırtlaq siniri. Zədələnərsə, xəstənin səsi daha dərin və sakit olur. Xəstə səsini hündürə qaldıra bilmir.

TRH nədir?

Hipotalamusdan ifraz olan Tirotropin TSH releasing  hormon. TSH-ın sintezini stimulə edir

TSH nədir?

Tiroid Stimulə edici Hormon olaraq hipofizin ön payından ifraz olunur, tiroiddə tiroid hormonlarının ifrazını stimulə edir.

Tiroid hormonları nədir?

T3 və T4

Tiroid hormonlarında ən aktiv olanı hansıdır?

T3

Neqativ geridönən ilgək nə deməkdir?

T3 və T4 hipofizin ön payından geri dönən mənfi ilgəkdir. (TRH-a cavab olaraq TSH aşağı salır).

T4-ün T3-ə keçid yeri ən çox harda olur?

Perifer (qaraciyər)

Sintroidin yarımparçalanma dövrü nə qədərdir?

7 gün

Parafollikulyar hüceyrə seksresiyası nə edir?

Kalsitonin