Özət
Plümmer xəstəliyi adlanan toksik adenoma qalxanabənzər vəzi içərisində funksional avtonomluq qazanmış bir düyünün olmasıdır. Bu xəstəlik əsasən 50 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinir. Tirotoksikozun 5-15%-ni təşkil edir. Ümumi götürdükdə tək toksik adenoma follikulyar neoplaziya kimi qiymətləndirilir. Xərçəng olma riski 1%-dır. Diaqnozun dəqiqləşdirilməsi üçün USM, tiroid hormolar, ssintiqrafiya edilir. Hiperfunksional düyünlər daha çox T3 sintez etdikləri üçün əsasən T3 yüksəlir, TSH aşağı olur, bəzən T4 də yüksəlir. Graves xəstəliyi, Haşitoksikoz, Çoxdüyünlü toksiki ur xəstəliklərilə differensiasiya aparılmalıdır. Konservativ və ya cərrahi yolla müalicə edilir.
TOKSİK ADENOMA HAQDA SUALLAR
|
Suallar |
Cavablar |
|
Hiperfunksiyaedici düyün necə aşkarlanır? |
radionuklid skan |
|
Müalicəsi nədir? |
Cərrahi olaraq hiperfunksiyaedici düyünün çıxarılması lobektomiya və ya total tiroidektomiyaya yaxın əməliyyat növü |
|
Pembertone əlaməti nədir? |
Hər iki çiyinə doğru uzana giqant ölçülü ur |
|
Diaqnoz necə qoyulur? |
T3, T4 və anti TSH reseptor anticismi yüksəlir və TSH səviyyəsi enir, qlobal I qəbulu |