Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Medullyar xərçəng - Özət və Suallar

Özət

Medullyar xərçəng qalxanabənzər vəzinin yüksək differen­sia­siya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. MX bioloji marker olan kalsitonin ifraz edir. Yüksək kalsitonin MX diaqnozunda dəyərli bir göstəricidir. Kalsitonin səviyyəsi  yüksəlsə də, klinik olaraq hipokalsemiya olmur. QV-nin bütün bədxassəli şişlərinin 5-10%-ni təşkil edir. MX sporadik ola bildiyi kimi(75% hallarda), MEN 2A və ya MEN 2B-nin bir kompenenti olaraq (25% hallarda) qarşımıza çıxa bilir. MEN 2A-da proqnoz, 2B və sporadik MX-ə müqayisədə daha yaxşıdır.  Ailə anamnezində medullyar xərçəng, palpasiyada boyunda kütlə, frontal baş ağrısı, hipertenziya hücumları, ürəkdöyünmə, panik hücum (feoxromasitoma əlamətləri), böyrək daşı, pankreatit, xora, osteoporoz (hiperparatiroidizm əlamətləri) qeyd edilməsi MX-yə şübhə yaradır.

MEDULLYAR XƏRÇƏNG HAQDA SUALLAR

Suallar

Cavablar

MX tiroid xərçənglərinin neçə faizini təşkil edir?

Təxminən 5%

Nə ilə assosasiya olunur?

MEN II, genetik autosom-dominant

Histologiyası?

Amiloid (aMiloid=medullar)

Nə  ifraz edir?

Kalsitonin

Stimulyasiya testi nədir?

Pentaqastrin (kalsitoninin yüksəlməsinə səbəb olur)

Yayılma yolları?

Limfatik və hematogen distant metastazlar

Diaqnozu nə ilə qoyulur?

İİAB

İ qəbulu?

Zəif qəbul

Prognozu nədir?

10 illik yaşam 50%, kalsitonin yüksək olan və ailəsində MEN olan şəxslərdə törəmə axtarış zamanı aşkarlanarsa, sağalma 95% olur. Kliniki olaraq müşahidə olunursa, sağalma tezliyi ˂20%-dir.

Müalicəsi nədir?

Total tiroidektomiya və medial limfa disseksiya. Əgər boyun limfa düyünləri pozitivdirsə, o zaman modifikasiya olunmuş boyun disseksiyası aparılır.

Medullar karsinomada “M” lər nə deməkdir?

Medullar kanser:

MEN II

aMiloid

Medial limfa disseksiyası

Modifikasiya olunmuş boyun disseksiyası əgər lateral düyünlər pozitivdirsə.