Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QİDA BORUSUNUN DARALMALARI (STENOZLARI)

Bayramov N.Y., Rüstəm Ə.M., Qeybulla A.Ə.

 

 

Tərifi

QB-nun daralmaları ayrıca nozoloji vahid deyildir, müxtəlif təbiətli xəstəliklərin nəticəsində  üzvün mənfəzinin daralması və keçiriciliyinin azalmasıdır (disfagiya).

 

Təsnifatı

Səbəbinə görə

Bədxassəli daralmalar

  • Bədxassəli törəmələrin törətdiyi obstruksiya (QB-nun xərçəngi)

Xöşxassəli daralmalar - anadangəlmə və qazanılmış xəstəliklər tərəfindən törədilir:

  • Anadangəlmə - qəlsəmələrin tam və ya hissəvi deşilməməsi;
  • Fibrotik daralmalar – zədələnmələr, yanıqlar, peptik xoralar, anastomoz stikturları;

Daralmanın səbəbi nadir hallarda xoşxassəli törəmələrdir.

 

Səbəbləri

Daralma törədən səbəblər 2 qrupa bölünür: bəd- və xoşxassəli daralmalar

 

Klinikası

Disfagiya

Xarakerik əlamətdir. QB-nun mənfəzi 12 mm-dən kiçik olduqda udma çətinliyi meydana çıxır. İlk vaxtlar bərk, daralma artdıqca duru qidalar çətin keçir.

Odinofaqiya

İltihab və fistul olduqda udma çətinliyi ilə yanaşı ağrılar meydana çıxır.

Requrgitasiya

Stenoz artdıqca daha çox rast gəlir.

Ağırlaşma əlamətləri

Fistul əlamətləri

Aspirasiya (öskürək, təngnəfəslik, boğulma hissi)

Pnevmoniya

 

Qida qəblundan sonra öskürək

 

Diaqnostikası

Şübhə

Disfagiya, odinofagiya olduqda və bərk qidalar çətin udulduqda üzvi daralma şübhəsi yaranır.

 

Dəqiqləşdirmə

QB-nun strikturuna şübhə (disfagiya) olan xəstələrdə ilk müayinə kontrastlı Rh-qrafiya və endoskopiyadır.

 

Obyektiv müayinə

Əsas xəstəliyin əlamətləri olur. Arıqlama çox rast gəlir.

Kontrastlı Rh-qrafiya

Dəqiqləşdirici müayinə üsuludur. Daralmanın lokalizasiyasını, dərəcəsini müəyyən etməyə və fistulun diaqnozunun qoyulmasına imkan verir. Lakin daralmanın səbəbini müəyyən etmək çətindir.

Endoskopiya

Daralmanı təyin edir. Lokalizasiya və səbəbi öyrənmək imkanlarına malik dəqiq müayinə üsuludur.

KT və ya endoskopik USM

Bədxassəli xəstəliklərdə və fistula şübhə zamanı çox vacibdir.

Biopsiya

Bəd- və xoşxassəli daralmaların differensiasiyası üçün mühümdür. Biopsiya materialı bir neçə nahiyədən - daralma sahəsindən, proksimal və distal hissələrdən götürülməlidir.

 

Diaqnostik əlamətlər:

  • Disfagiya
  • Anamnezdə QB-nun xəstəliyi (yanıq, reflüks-ezofagit, əməliyyat və s.)
  • Kontrastlı müayinələrdə daralma
  • Endoskopiyada daralma (biopsiya materialının götürülməsi mütləqdir)

 

Səbəbin təyini

  • Diqqət!!! Striktur diaqnozu qoyularkən ilk məsələ bəd- və xoşxassəli daralmaların differensiasiyasıdır.
  • Bu məqsədlə anamnestik məlumatlar nəzərə alınmalı, endoskopiya və biopsiya icra edilməlidir.
  • Biopsiya materialı daralmanın proksimal və distal hissələrindən, bilavasitə daralma sahəsindən götürülməlidir.
  • Peptik xora mənşəli distal daralmalarda strikturun distal hissəsində kolumnar epiteli, proksimal hissəsində isə yastı epiteli olur. Strikturun hər 2 tərəfində yastı epitelin olması bədxassəli daralma ehtimalını artırır.

 

Müalicəsi

Səbəbin (əsas xəstəliyin müalicəsi) aradan qaldırılması əsas müalicə prinsipidir.

  • Bədxassəli daralmalar uyğun şəkildə müalicə edilir: radioterapiya, kimya terapiyası, rezeksiya, stent.
  • Xoşxassəli fibrotik daralmaların müalicəsi:

 

Dilatasiya

İlk seçimdir. Balonla və ya artan ölçülü bujlarla aparılır.

Rezeksiya

Dilatasiya effektsiz olduqda və ya bədxassəli prosesə şübhə yarandıqda dəqiqləşdirilmədən sonra müvafiq əməliyyat aparılır.

Stent

QB və traxeya arasında fistul olan, həmçinin cərrahi əməliyyatdan imtina edən və bədxassəli mənşəli inoperabel (inrezektabel) xəstələrdə yerləşdirilir.

 

Özət

Qida borusunun daralmaları qida borusunun mənfəzinin kiçilməsi və keçiriciliyinin pozulması ilə nəticələnən sindromdur. Daralmaya müxtəlif bədxassəli (qida borusu xərçəngi) və  xoşxassəli xəstəliklər (anadangəlmə  qəlsəmələr, zədələnmələr, yanıqlar, peptik, xoralar, anastomoz nahiyəsi və s.) səbəb ola bilir. Səbəbindən asılı olaraq daralma kəskin və ya xroniki disfagiya ilə büruzə verir. Arıqlama, aspirasyon pnevmoniya ilə nəticələnir. Diaqnoz kontrastlı müayinələr və endoskopiya ilə dəqiqləşdirlir. Səbəbi müəyyən etmək üçün biopsiya, KT, EUSM, funksional müayinələr lazım gəlir. Müalicə səbəbin aradan qaldırılmasındaın ibarətdir. Bu mümkün olmadıqda palliativ üsullar – dilatasiya, stent qoyulması, qastrostomiya və b. istifadə edilir. 

 

Qida borusu daralmaları üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

 

Suallar

Cavablar

Strikturanədir?

Ezofaqusun mənfəzinin daralması və keçiriciliyinin azalması

Rastəlmə tezliyi nə qədərdir?

QERX-li xəstələrin 7-23%-də müşahidə olunur

Hansı klinik formaları var?

  • Bədxassəli;
  • Xoşxassəli;

Səbəbi  və ya risk faktorları hansılardır?

  • Bədxassəli törəmələr;
  • Fibrotik daralmalar – zədələnmə, yanıq və s.;
  • Anadangəlmə - qəlsəmələrin tam və ya hissəvi deşilməməsi;
  • Xoşxassəli törəmələr

Ağırlaşmaları hansılardır?

  • Aspirasiya;
  • Fistul

Klinik əlamətləri hansılardır?

  • Disfagiya - əvvəl bərk, sonra duru qida qəbulu zamanı;
  • Odinofagiya;
  • Requrgitasiya;
  • Arıqlama;
  • Ağırlaşma əlamətləri;
  • Fistul əlamətləri – qida qəbulu zamanı öskürək

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətlər olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • Endoskopik USM;
  • KT;
  • Biopsiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Disfagiya;
  • Anamnezdə ezofaqus xəstəliyi;
  • Kontrastlı müayinələrdə striktur;
  • Endoskopiyada striktur

Müalicə üsulları hansılardır?

  • Cərrahi;
  • Dilatasiya;
  • Stent;
  • Radioterapiya;
  • Kimyaterapiya;
  • Endoskopiya üsulları

Əməliyyata göstəriş hansıdır?

Ezofaqusun diametrinin 10-12 mm və daha çox daralması

Əməliyyat üsulları hansılardır?

Rezeksiya, ezofaqoektomiya