N.Y.Bayramov, Ə.Rüstəm, Qeybulla A.Ə.
Tərifi
QB-nun yastı epitelindən (yastı hüceyrəli xərçəng), metaplastik epitelindən (adenokarsinom) və digər toxumalarından inkişaf edən bədxassəli törəmələrdir.
Rastgəlmə tezliyi
Bütün kanserlərin 1,5%, qastrointestinal sistemin kanserlərinin isə 7%-ni təşkil edir.
Təsnifatı
|
Histopatoloji |
|
|
Mərhələlər |
I mərhələ - törəmə selikli qişaaltı qatdan kənara çıxmır. II mərhələ - törəmə QB-nun bütün qatlarını əhatə edir və ya regional limfa düyünlərinə yayılır. III mərhələ - törəmə QB-nun ətrafındakı piy toxumasına və yerli limfa düyünlərinə və ya yaxın orqanlara yayılır. IV mərhələ - uzaq metastazlar (boyun və ya seliak limfa düyünləri, uzaq orqanlar) müəyyən edilir. |
Etiologiyası (risk faktorları və kanserogen xəstəliklər)
- Yastı hüceyrəli xərçəngin risk faktorları
- Siqaret çəkmə
- Mütəmadi alkohol qəbulu
- Nitrozaminli qidaların müntəzəm qəbulu
- Qidada A, C, E vitaminlərinin, riboflavin və Zn çatmazlığı;
- Daimi qaynar (isti) qida və maye qəbulu;
- Human papilloma virus;
- Plummer-Vinson sindromu;
- Tylosis (Tilozis);
- Yanıqlar;
- Axalaziya
- Adenokarsinomun risk faktorları
- Barrett ezofaqusu;
- QERX;
- Köklük, piylənmə;
- Siqaret çəkmə
Patogenezi
Digər xərçənglər kimi dəqiq məlum deyil. Adenokarsinomların inkişafında metaplaziya → aşağı dərəcəli displaziya → yüksək dərəcəli displaziya → xərçəng mərhələləri məlumdur.
Klinik gedişi və ağırlaşmaları
Xərçəngin inkişafı adətən mukozadan başlayır, sonra boylama və dərinə doğru inkişaf edərək selikli qişaaltı, əzələ qatlarına, yaxın limfa düyünlərinə və ətraf orqanlara yayılır. Yayılma dərəcəsi və müalicə kursları yaşam müddətinə təsir edən ən önəmli amillərdir. Erkən mərhələlərdə kurativ müalicələ kurslarından sonra 5-illik yaşam 20-30%, gec mərhələlərdə ortalama yaşam 6 ay -1 il təşkil edir. Qida qəbulunun azlığı, aspirasion pnevmoniya, traxeobronxial fistul xərçəngin ən çox rast gələn ağırlaşmalarıdır. TNM klassifikasiyasına görə yayılmanın 4 mərhələsi ayrıd edilir (yuxarıda).
Ağırlaşmalar (ən çox rast gələn ağırlaşmalar)
- Arıqlama;
- Aspirasyon pnevmoniya;
- Traxeobronxial fistul
Klinikası
|
Asimptomatik |
Erkən mərhələdə xəstəliyin gedişi asimptomatik olur və ya xərçəng əlamətləri ilə xərçəngönü xəstəliklərin simptomları üst-üstə düşür. |
|
Disfagiya |
Xarakterik əlamətdir. Erkən mərhələlərdə bərk, sonrakı mərhələlərdə isə duru qidalar və su udulması çətinləşir. |
|
Odinofagiya |
Xəstəlik irəlilədikcə udma aktı ağrılı olur. |
|
Arıqlama |
Xəstələrin 50%-dən çoxunda rast gəlir. |
|
Digər əlamətlər |
Öskürək - aspirasiya və ya traxeo-bronxial fistula bağlıdır. Səsin karlaşması – törəmənin qayıdan sinirə invaziyasına xarakterikdir. Daimi ağrılar – törəmənin sinirlərə və sümüyə invaziyasına xasdır. Qanaxma – az rast gəlir, şiş toxumasının parçalanması əlamətidir. |
Diaqnostikası
Şübhə
- Disfagiya, odinofagiya, arıqlama, qanaxma, yeməkdən sonra öskürək, səs dəyişiklikləri;
- Anamnezdə Barrett ezofaqusu, yanıq, striktur, axalazıya;
- Rh-qrafiya və ya KT-də QB-nun törəməsi, daralması, fistulu
Dəqiqləşdirmə
Endoskopiya və biopsiya materialının morfoloji müayinəsi
Diaqnostik əlamətlər:
- Disfagiya, odinofagiya, arıqlama, qanaxma, yeməkdən sonra öskürək, səs dəyişiklikləri;
- Endoskopiyada törəmə;
- Biopsiya materialında bədxassəli törəmə
Mərhələnin təyini
Mərhələnin təyini üçün KT, EndoUSM, göstərişə görə PET və digər müayinələr aparılır.
|
EndoUSM |
Törəmənin qatlara yayılmasını müəyyən etmək üçün |
|
KT |
Ərtaf orqanlara yayılmanın qiymətləndirilməsi üçün |
|
PET |
Ətraf və uzaq orqanlara, limfa düyünlərinə yayılmanın qiymətləndirilməsi üçün |
|
Biopsiya |
Diaqnozun verifikasiyası və təsdiqi üçün |
|
Digər |
Rezektabelliyin qiymətləndirilməsi üçün diaqnostik mediastinoskopiya, diaqnostik torakoskopiya, diaqnostik laparoskopiya |
Müalicəsi
Müalicə üsulları
|
Cərrahi |
Ən radikal müalicə üsuludur. QB tam və ya hissəvi çıxarılır, mədədən hazırlanmış boru, yoğun bağırsaq və ya nazik bağırsaq seqmenti ilə plastika olunur. Cərrahi əməliyyat üsulları:
Rezektabel törəmələrdə ilk seçimdir:
|
|
Endoskopik mukozal rezeksiya |
Seçilmiş xəstələrdə və erkən mərhələdə (T1) tətbiq edilir. |
|
Kimya terapiyası |
Adenokarsinomlarla müqayisədə yastı hüceyrəli karsinom kimya terapiyasına az həssasdır. Radio- və kimya terapiyasının kombinasiyası daha səmərəlidir. |
|
Radioterapiya |
Yastı hüceyrəli xərçəngdə palliativ məqsədlə aparılır. Təkbaşına az effektlidir. Kimyaterapiya ilə birlikdə daha təsirlidir və bu kombinasiya erkən mərhələdə radikal müalicə kimi və ya əməliyyatönü dövrdə mərhələni azaltmaq üçün aparılır. |
|
Palliativ |
Palliativ müalicə üsulları obstruksiyanın aradan qaldırılması və ağırlaşmaların müalicəsi üçün tətbiq edilir:
|
Müalicə taktikası
- Yastı hüceyrəli xərçəng
- Erkən mərhələdə endoskopik mukozal eksiziya və ya cərrahi rezeksiya (total və ya subtotal ezofaqoektomiya) və ya kimya-+radioterapiya tətbiq edilə bilər.
- Rezektabel törəmələrdə yalnız kimya-+radioterapiya və ya kimya-+radioterapiya, sonra cərrahi müalicə tətbiq oluna bilər.
- Yastı hüceyrəli xərçəngdə təkbaşına kimya terapiyası, radioterapiya və adyuvant kimya terapiyası səmərəsizdir.
- Qeyri-rezektabel törəmələrdə kimya-+radioterapiya və ya palliativ müalicə üsulları tətbiq edilə bilər.
- Adenokarsinom
- Erkən mərhələdə endoskopik mukozal eksiziya və ya cərrahi rezeksiya tətbiq edilə bilər.
- Rezektabel törəmələrdə əməliyyatdan əvvəl kimya-+radioterapiya tətbiq edilə bilər.
- Adenokarsinomlarda təkbaşına radioterapiya effektli deyil.
- Qeyri-rezekstabel şişlər və ağırlaşmalar
- Qeyri-rezektabel törəmələrdə kimya-+radioterapiya və ya palliativ müalicələr tətbiq edilə bilər.
- Ezofaqo-traxeal fistul - üzəri örtülü stent taxılması ilk seçimdir.
QB-nun tıxanması - udlaqdan 2 sm distal törəmələrdə stent taxılması ilk seçimdir. Lazer şüası ilə rekanalizasiya, ardınca radioterapiya tətbiq edilə bilər. Qidalandırıcı stom qoyulmasına nadir hallarda ehtiyac yaranır.
Özət
Qida borusunun bədxassəli törəmələrinə çox rast gələn yastı hüceyrəli xərçəng və metaplastik epitelidən inkişaf edən adenokarsinom, az rast gələn digərləri aiddir. Siqaret, alkohol, nitrozaminli qidalar, vitamin əksikliyi, qaynar (isti) qida qəbulu, human papilloma virusu, yanıqlar, axalaziya, Barrett ezofaqusu risk faktorları sayılır. Xəstəlik erkən mərhələdə asimptomatik gedişli ola bilər. İrəli mərhələlərdə disfagiya, odinofagiya, arıqlama, qanaxma, yeməkdən sonra öskürək, səs dəyişiklikləri ortaya çıxa bilir. Erkən mərhələlərdə kurativ müalicə kurslarından sonra 5-illik yaşam 20-30%, gec mərhələlərdə ortalama yaşam 6 ay -1 il təşkil edir. Qida qəbulunun azlığı, aspirasion pnevmoniya, traxeobronxial fistul çox rast gələn ağırlaşmalardır. Diaqnoz endoskopiya və biopsiya ilə dəqiqləşdirilir. Mərhələnin təyini üçün EUSM, KT vacivdir. PET-KT, laparoskopiya və torakoskopiya da gərəkli ola bilər. Müalicə prosesində histoloji tip və mərhələ nəzərə alınır. Erkən mərhələlərdə endoskopik mukozal rezeksiya, cərrahi rezeksiya, kimya- və radioterapiya kombinasiyaları tətbiq edilə bilir. Qeyri-rezekstabel törəmələrdə stent, fotodinamik müalicə kseansları, kimya(radio)terpiya və s. istifadə edilir.
Qida borusunun bədxassəli törəmləri üzrə suallar
N.Y. Bayramov, A. Səfiyeva, Ş. Məmmədova
|
Suallar |
Cavablar |
|
Ezofaqusun bədxassəli törəmələri arasında hansı ən çox rast gəlir? |
Yastı hüceyrəli xərçəng və adenokarsinom |
|
Rastəlmə tezliyi nə qədərdir? |
Bütün kanserlərin 1-5%-i, QİS-in kanserlərinin 7%-i |
|
Hansı klinik formaları var? |
|
|
Hansı mərhələləri var? |
I - selikli qişaaltı qat II - bütün qatlar+ regional limfa düyünləri III - ətraf piy toxuması + limfa düyünləri IV-– uzaq metastazlar |
|
Risk faktorları hansılardır? |
Adenokarsionamların risk faktorları:
Yastı hüceyrəli xərçəngin risk faktorları:
|
|
Patogenezi nədən ibarətdir? |
Dəqiq məlum deyil |
|
Gediş xüsusiyyəti necədir? |
Selikli qişadan başlayaraq ətraf toxumalara qədər yayılır və proqressivləşir |
|
Ağırlaşmaları hansılardır? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Klinik əlamətlər, anamnezdə Barrett ezofaqusu, yanıq, striktur, axalaziya, Rh – qrafiya və ya KT-də QB-nin törəməsi, daralması, fistul olan xəstələrdə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Diaqnostik kriteriyaları hansılardır? |
|
|
Mərhələni təyin etmək üçün hansı müayinələr lazımdır? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstərişlər hansılardır? |
Rezektabel törəmə:
|
|
Əməliyyat üsulları hansılardır? |
|
|
Proqnoz necədir? |
Erkən mərhələlərdə 5-illik yaşam göstəricisi 20-30%, gec mərhələlərdə ortalama yaşam 6 ay-1 il |