Bayramov N.Y., Rüstəm Ə.M., Qeybulla A.Ə.
Tərifi
QB-nun aşındırıcı qatı kimyəvi maddələrlə zədələnməsidir.
Orta dərəcəli yanıqlar striktur, ağır dərəcəli formaları şok, perforasiya, sepsis törədə bilirlər.
Təsnifatı
Ağırlıq dərəcəsinə görə:
|
Dərəcə |
Zədələnmə səviyyəsi |
Endoskopik əlamətlər |
|
I dərəcəli |
Selikli qişa səviyyəsində zədələnmə |
Hiperemiya, ödem, səthi mukozal eroziyalar |
|
II dərəcəli |
Selikli qişa və selikli qişaaltı qatın tam zədələnməsi. Əzələ qatında zədələnmə yoxdur və ya hissəvidir. |
Selikli qişanın qopması, hemorragiyalar, xoralar, ərplər, gec dövrdə qranulyasiya ocaqları |
|
III dərəcəli |
Zədələnmə QB-nun divarının bütün qatlarını əhatə edir, bəzən ətraf orqanlara sirayət edir. |
QB-nun divarının nekrozu, perforasiyası |
Mərhələsinə görə:
- Kəskin nekrotik mərhələ (ilk 1-4-cü günlər)
- Xoralaşma və qranulyasiya mərhələsi (ilk 2 həftə)
- Orqanizasiya (çapıqlaşma, deformasiyalar və striktur əmələ gəlməsi) mərhələsi (2 həftədən sonra)
Etiologiyası
Turşu və ya qələvi tərkibli qatı mayelərin və ya bərk maddələrin qəbulundan sonra baş verir. Yetkin şəxslərdə adətən suisid məqsədlə, uşaqlarda isə təsadüfən meydana çıxır.
Patogenezi
Turşu tərkibli qatı maddələr selikli qişada və selikaltı əsasda koaqulyasiyon nekroz törədir. Turşular QB-da nisbətən zəif, mədədə isə daha ağır zədələnmələrə səbəb olur. Erkən mərhələdə mədənin nekrozu, gec dövrdə isə antral stenoz baş verir. Qatı qələvi mayelərin qəbulundan sonra selikli qişada və selikli qişaaltı əsasda kollikvasyon nekroz baş verir. Zədələnmə QB-da daha dərin, mədədə isə səthi olur. Bərk kimyəvi maddələrin törətdiyi yanıqlarda QB-nun boyun şöbəsi, kimyəvi mayelərlə yanıqlarda isə o, boylama zədələnir.
Gedişi və ağırlaşmaları
QB-nun yanıq zədələnmələrinin dərəcəsi kimyəvi maddənin miqdarı və konsentrasiyasından, ağırlaşmalar isə zədələnmələrin əhatə səviyyəsindən (bütün qişaları əhatə etməsi) asılıdır. Yüksək konsentrasiyalı kimyəvi maddələr daha ağır dəyişikliklər (qələvilər daha çox QB-da, turşular isə mədədə) törədirlər.
QB-nun kimyəvi yanıqlarının 3 ağırlıq dərəcəsi ayırd edilir (yuxarıda). Səthi yanıqlardan sonra bir neçə gün ərzində deskvamasiya olunmuş epitel toxuması regenerasiya edir, adətən izsiz sağalır, nadir hallarda ağrlaşmalar rast gəlir. II və III dərəcəli zədələnmələrin gedişində 3 faza qeyd olunur:
|
I mərhələ |
Kəskin nekrotik mərhələ - ilk 1-4-cü günləri əhatə edir, nekroz, ümumi iltihab sindromu və erkən ağırlaşmalar (şok, perforasiya, kəskin mediastinit, kəskin plevrit, kəskin peritonit, aortaya və (vəya) bronxa fistul açılması, qanaxma, sepsis və b.) olur. Xəstələr ağız suyunu uda bilmirlər. Ona görə də aspirasiya ehtimalı yüksək olur. |
|
II mərhələ |
Xoralaşma və qranulyasiya mərhələsi - ilk 2 həftəni əhatə edir, nekroz sahələrində xoralar əmələ gəlir, sonra qranulyasiya baş verir. Fistullar, infeksiyon ağırlaşmalar baş verir. |
|
III mərhələ |
2 həftədən sonrakı dövrdə çapıqlaşma, deformasiyalaşma və striktur formalaşması baş verir. Uzunmüddətli çapıq strikturları malignizasiya riskini artırır (min dəfədən çox). |
Ağırlaşmalar
- şok
- perforasiya - kəskin mediastinit, kəskin plevrit, kəskin peritonit, aortaya və (və ya bronxa) fistulizasiya
- qanaxma
- sepsis
- striktur formalaşması və malignizasiya
Klinikası
|
Dodaqlarda, ağız boşluğunda və udlaqda ödem, qızarma |
İlkin əlamətdir. Əksər xəstələrdə rast gəlir. |
|
Döş qəfəsində ağrılar |
Udqunmadan sonra artır. Xəstələr udmadan qorxur və ağız suyunu bayıra axıdırlar. |
|
Disfagiya |
Xarakterik əlamətdir |
|
Şok və sepsis əlamətləri |
Ağır dərəcəli yanıqlarda və ağırlaşmalarda rast gəlir. |
|
Obyektiv müayinədə |
Ağızda və ağız ətrafında yanıq dəyişiklikləri, sepsis və şok əlamətləri |
Diaqnostikası
Şübhə
- Anamnezdə aşındırıcı kimyəvi maddə qəbulu, disfagiya, boyunda, döş qəfəsində və ya qarında ağrılar.
- Xəstənin ümumi vəziyyətinin ağır olması
- Huşsuz xəstələrin dodaqlarında, ağız ətrafında və ağız boşluğunda yanıq izləri, yanıq dəyişiklikləri (dilin deskvamasiyası, dərinin aşınması, rəng dəyişiklikləri)
Dəqiqləşdirmə
İlk dəqiqləşdirmə müayinəsi endoskopiyadır.
|
Kontrastlı Rh-qrafiya |
Suda həll olan kontrast maddə ilə aparılır. Erkən mərhələdə perforasiya və aspirasiyanın qiymətləndirilməsi, gec dövrdə isə striktur və fistulun diaqnostikası üçün |
|
Ezofaqoskopiya |
Yanığın dərəcəsinin müəyyənləşdirilməsi üçün ilk 24 saat ərzində |
|
Kontrastlı KT |
Ərtaf orqanların vəziyyətinin qiymətləndirilməsi üçün |
Diaqnostik əlamətlər:
- Anamnezdə aşındırıcı qatı kimyəvi maye və ya bərk maddə qəbulu
- Ağrılar, disfagiya
- Dodaqlarda və ağız boşluğunda (dil, yanaqlar, damaq) yanıq izləri
- Endoskpik udlaq, QB və mədədə müxtəlif dərəcəli zədələnmələr
Müalicəsi
QB-nun kimyəvi yanıqlarında müalicə tədbirləri kəskin travma almış xəstəyə ilk həkim yardımı prinsipi üzərində qurulur: əvvəl xəstə stabilləşdirilir, sonra spesifik tədbirlər həyata keçirilir.
İlkin tədbirlər (andidotların tətbiqi – zəif turşu və zəif qələvilər)
|
Hava yoluna nəzarət |
Aspirasiyanın profilaktikası üçün oral qidalanmanın dayandırılması və oral aspirasiya. Dil, udlaq və epiqlottusda böyük ödem olduqda - təcili traxeostomiya |
|
Tənəffüsə nəzarət |
Oksigenlə tənəffüs, aspirasiya olduqda intubasiya |
|
Hemodinamika |
İnfuziyon terapiya, inotrop müalicə |
|
Ağrıkəsicilər |
Bütün xəstələrdə |
|
Antibiotiklər |
Geniş spektrli antibiotiklər |
|
Qusdurma |
Əks-göstərişdir |
|
Steroid preparatları |
Faydası mübahisəlidir |
|
Qidalandırma |
İlk günlər yalnız parenteral qidalandırma, sonra enteral (nazaoqastral zond və ya yeyunostom ilə) qidalanma |
|
Nazoqastral zond |
Mədənin zədələnməsi və QB-nun perforasiyası olmayan xəstələrdə yalnız endoskopik nəzarət altında yeridilir |
Spesifik müalicə
- I dərəcəli yanıqlarda konservativ tədbirlər yetərli olur. Xəstələr bir neçə gün sonra ambulator müalicəyə göndərilirlər.
- II dərəcəli yanıqlarda nazaoqastral zondla qidalandırma davam etdirilir və striktura görə vaxtaşırı endoskopik və kontrastlı şüa müayinələri aparılır. Stiktur formalaşana qədər balon (buj) dilatasiyası və göstərişə görə 6-8 həftədən sonra cərrahi əməliyyat edilir.
- III dərəcəli yanıqlarda QB-nun və mədənin geniş, dərin nekrozu olarsa (perforasiya, davamlı ağrılar, asidoz) təcili cərrahi əməliyyat icra edilir. Laparotomiya vaxtı mədənin vəziyyəti qiymətləndirilir, transhiatal ezofaqoektomiya və servikal ezofaqostomiya yerinə yetirilir, qidalandırıcı yeyunostomiya qoyulur. Xəstənin qidalandıılrması üçün qastrostomiya məsləhət deyil. Çünki mədə büzüşür, kiçilir, deformasiyalaşır və gələcək ezofaqoplastikada istifadə imkanları aradan qalxır. Mədənin nekrozu qastrektomiyaya göstərişdir. 6-8 həftədən sonra ezofaqoplastika icra olunur.
- Gec mərhələdə striktur və bədxassəli xəstəliklərə görə müntəzəm müayinələr (Rh-qrafiya, endoskopiya) və müalicə (dilatasiya, rezeksiya) aparılır.

Şəkil. QB yanıqlarında müalicə taktikası
Özət
Qida borusunun yanıqları aşındırıcı qatı kimyəvi maddələrin (turşular və qələvilər) qəbulundan sonra meydana gəlir. Selikli qişanın epitelində yüngül dəyişikliklərdən divarın tam nekrozuna qədər hadisələr inkişaf edə bilər. Aşındırıcı maddənin içilməsindən dərhal sonra ağrılar, yanma, disfagiya, tüpürcəyin udula bilməməsi əlamətləri başlayır, bir neçə saat ərzində SİRS əlamətləri ortaya çıxır. Ağır dərəcəli yanıq zədələnmələrində şok, perforasiya, sepsis, hətta ölüm baş verə bilər. Diaqnostikada endoskopiya vacibdir. Anamnezdə kimyəvi maddə qəbulu, ağrılar, disfagiya, dodaqlarda, dildə, yanaqlarda və damaqda yanıq izləri, endoskpiyada udlaq, QB və mədədə müxtəlif dərəcəli yanıq zədələnmələri xarakterik əlamətlərdir. Müalicəsi üçün stabilləşdirmə tədbirləri, yüngül dərəcəli yanıqlarda konservativ müalicə həyata keçirilir. Perforasiya olduqda təcili əməliyyat mütləq göstərişdir (ezofaqoektomiya, qidalandırıcı yeyunostomiya).
Qida borusu yanıqları üzrə suallar
N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova
|
Suallar |
Cavablar |
|
Ezofaqus yanığı nədir? |
Ezofaqusun aşındırıcı kimyəvi maddələrlə zədələnməsi |
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi və ya risk faktorları hansılardır? |
Turşu və ya qələvi tərkibli qatı maye və ya bərk maddələrin qəbulu |
|
Patogenezi nədən ibarətdir? |
|
|
Gediş xüsusiyyəti necədir? |
3 mərhələ:
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Anamnezində aşındırıcı maddə qəbul etmiş xəstələrdə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Görüntlüləmə əlamətləri hansılardır? |
Endoskopik - hiperemiya, ödem, səthi mukozal eroziyalar, selikli qişanın qopması, hemorragiyalar, xoralar, ərplər, gec dövrdə qranulyasiya ocaqları, nekroz və perforasiya |
|
Diaqnostik kriteriyalar hansılardır? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstəriş hansıdır? |
Perforasiya və strikturlar |
|
Əməliyyat üsulları hansılardır? |
|
|
Proqnoz necədir? |
Əksər xəstələrdə pisdir |