N.Y.Bayramov, S. Yılmaz, R.A.Məmmədov
Qısa tarixi
Dünyada ilk uğurlu ürək köçürülməsi 1967-ci ildə Kristian Barnard tərəfindən həyata keçirilmişdir. Ürək yetməzliyi olan xəstələrin 1%-ində köçürmə mümkün olur.
Göstərişlər
Ürək transplantasiyası son dövr ürək xəstəliyi olan ürək yetməzliyində göstəriş sayılır. Atım fraksiyası 20%-dən, yaşama ehtimalı 1 ildən az olan və konservativ tədbirlərin effekt vermədiyi ürək yetməzliyində köçürmə yeganə müalicə tədbiri sayılır.
Ürək yetməzliyinin ən çox rastlanan və transplantasiya gərəkdirən səbəbləri aşağıdakılardır:
- Dilatasiyon kardiomiopatiya ( 54% )
- İşemik kardiomiopatiya ( 45% )
- Anadangəlmə və digər ( 1% )
Əks göstərişlər
Əməliyyata və immunosupressiyaya ümumi əks-göstərişlərdən başqa spesifik əks-göstəriş olaraq pulmonar hipertenziya qəbul edilir.
Qreft uyğunluğu
Donorla alıcı arasında qan qrupu uyğunluğu ilə yanaşı HLA, limfositar qarşılaşdırma PRA yoxlanılmalıdr. Digər göstərici kimi ölçünün uyğun olmasıdır.
Əməliyyatönü hazırlıqlar
Ürək transplantasiyasında yeganə orqan mənbəyi beyin ölümü donorları olduğu üçün orqan gözləmə müddətində xəstələri yaşatmaq üçün, bəzən də ağırlaşmaları aradan qaldırmaq üçün əməliyyatdan əvvəl ürək yetməzliyinin müalicəsi üçün “körpü müalicələri” adlanan tədbirlər həyata keçirilir:
- süni ürək cihazları
- yeni qrup inotrop dərman vasitələri
Əməliyyat texnikası
- Vericidən ürək alınarkən böyük damarlarının çıxışı (aorta, ağciyər arteriyası, boş venalar, ağciyər venaları) ilə birlikdə alınır (Şəkil 1.).
- Kardioplegik və saxlama məhlulu ilə soyuq vəziyyətdə saxlanılır.
- Alıcı süni ürək-ağciyər cihazına qoşulur və ürəyi çıxarılır. Aorta və ağciyər arteriyasının kökü saxlanılır. Sağ və sol qulaqcıqların arxa divarları (damarların açılan yerləri) saxlanılır. Əvvəlcə sol qulaqcıq, sonra sağ qulaqcıq, sonra isə damarlar tikilir. Qulaqcıq anastomozlarından sonra üçtaylı qapaq yetməzliyi çox rastlandığı üçün ( 47-98% ) son illər boş vena anastomozları ayrı-ayrı qoyulmağa başlamışdır.
- Heterotopik transplantasiya (auxiliar) pulmonar hipertenziyada istifadə edilə bilər.
![]() |
![]() |
Şəkil 1. Ürək transplantasiyasında əməliyyatın texnikası.
Əməliyyatdan sonrakı müalicələr
- Kalsium səviyyəsinə çox diqqət edilir çünki qreftin fəaliyyəti sinir sistemi ilə yox, mexaniki (Starlinq qanunu) və kalsium səviyyəsinə görə tənzim olunur.
- Vazopressorlar və energetik maddələr verilir.
- İnduksiyon immunosupressiya olunur və davamlı müalicə erkən başlanmalıdır.
Ağırlaşmalar
- Tikiş yerlərindən qanaxma.
- Çox kəskin rəddetmə (1 ay ərzində )
- İnfeksiyalar ( CMV, Pnevmosist carinii ).
- Psixiatrik
- Rəddetmə
- Qreftdə vaskulyar miointimal hiperplaziya ən çox problem təşkil edən ağırlaşmadır, işemiyaya və rəddetməyə bağlı ola bilər.
Nəticələr
1 illik yaşam 81%, 5 illik isə 70% təşkil edir.
Özət
Atım fraksiyası 20%-dən, yaşama ehtimalı 1 ildən az olan və konservativ tədbirlərin effekt vermədiyi ürək yetməzliyi transplantasiyaya göstəriş sayılır. Transplantasiya gərəkdirən səbəblər arasında ən çox rastlananı dilatasiyon və işemik kardiomiopatiyadır. Transplantasiyaya qədərki hazırlıq dövründə körpü müalicələri kimi süni ürək cihazları və yeni inotroplar istifadə edilir. Ağır ağciyər xəstəlikləri və pulmonar hipertenziya ürək köçürülməsinə spesifik əks göstəriş sayılır, ona görə də belə xəstələrdə ürək-ağciyər köçürülməsi lazım gəlir. Ürək köçürülməsində rəddetmə çox rast gəlinir, hərarətin artması, hipo və ya hipertenziya əlamətləri ilə biruzə verir, dəqiqləşdirmək üçün biopsiya lazım olur. Transplantasiyadan sonra 1 illik yaşam 81%, 5 illik isə 70% təşkil edir.
Ürək tranplantasiyası üzrə ümumi suallar
N.Y.Bayramov, E.M.İsazadə, F.A.Qəhrəmanova
|
Suallar |
Cavablar |
|
Ürək köçürülməsinə göstərişlər nələrdir? |
|
|
Ən çox rast gələn göstəriş? |
Dilatasiyon kardiomiopatiya |
|
Əks göstərişlər nələrdir? |
|
|
Metodları hansılardır: |
Ağciyər - ürək, tək ürək köçürülməsi |
|
Ağırlaşmaları nələrdir? |
Tikiş yerlərindən qanaxma Rəddetmə İnfeksiyalar ( CMV, Pnevmosistis carinii ) Psixiatrik Qreftdə vaskulyar miointimal hiperplaziya |
|
Rəddetmə hansı əlamətlərlə biruzə verir? |
Hərarət, hipo-, hipertenziya |
|
Uzaq nəticələri necədir? |
1 il yaşam 81%, 5 illik 70% |

