N.Y.Bayramov, S.Yılmaz, R.A.Məmmədov
Qısa tarix
Richard C. Lillehei tərəfindən 1959–cu ildə Minesota Universitetində ilk nazik bağırsaq transplantasiyası itlər üzərində keçirilmişdir. 1964–cü ildə Ralph Deterling ilk olaraq Boston Universitetində insan üzərində nazik bağırsaq transplantasiyasını həyata keçirdi, lakin bu əməliyyat uğurlu olmamışdır və ancaq 20 ildən sonra 1988–ci ildə E.Deltz tərəfindən Almaniyada uğurlu nazik bağırsaq transplantasiyası həyata keçirildi.
Göstəriş
Bağırsaq köçürülməsinə göstəriş geriyə dönməz bağırsaq yetməzliyi və total parenteral qidalanmaya bağlı ağırlaşmalardır (proqressiv xolestatik qaraciyər xəstəliyi, 2-dən çox magistral venaların trombozu, kateterə bağlı sepsis, tez-tez təkrarlayan dehidratasiyalar və s).
Bağırsaq yetməzliyi dedikdə kalori ehtiyacının 30-50%-nin parenteral yolla ödənilməsi nəzərdə tutulur.
Bağırsaq yetməzliyinin başlıca səbəbləri qısa bağırsaq sindromu (geniş rezeksiyalardan sonra) və bağırsaq xəstəlikləridir:
- Yuxarı çöz arteriyası trombozu və emboliyası
- Nekrotik enterokolit
- Burulma
- Qastroşizias
- İntestinal atreziya
- Kron xəstəliyi
- Travma
- Radiasion enterit
- Yenitörəmələr (desmoid, polipozis)
- Psevdoobstruksiya
Əks-göstərişlər
Qaraciyər transplantasiyasına olan əks-göstərişlər bağırsaq transplantasiyasına da aiddir.
Əməliyyat texnikası
Bağırsaq köçürülməsi iki formada aparıla bilir:
- Multivisseral transplantasiya – mədə, 12bb, pankreas, qaraciyər, bağırsaqlar en-blok şəkildə köçürülür
- İzolə bağırsaq köçürülməsi – yalnız nazik bağırsaq köçürülür (Şəkil 1).
![]() |
![]() |
|
Şəkil 1. Bağırsaq transplantasiyası |
Şəkil 2. Beyin ölümü keçirmiş donorun nazik bağırsaq transplantı |
Əməliyyatdan sonrakı müalicələr və ağırlaşmalar
- Hidratasiya ilk planda tutulur. Bağırsaq fəaliyyəti bərpa olunduqca elementar oral qidalandırma başladılır, tədricən normal qidalara keçilir.
- Bağırsaq rəddetməyə çox həssas orqandır. Bunu bağırsağın limfoid toxuma ilə çox zəngin olması və epitel hüceyrələrinin antigen təqdim etmə qabiliyyəti ilə izah etmək olar. Ona görə də, bağırsaq transplantasiyasında güclü induksion immunosupressiya (antilimfositar qlobulinlər), müalicə və davamedici immunosupressiya üçün takrolimus istifadə edilir. Rəddetmələrin erkən və asan diaqnostikası üçün stoma qoyulur. Sulu diarreya rəddetmənin erkən göstəricisidir, dəqiqləşdirmək üçün stomadan mukozal biopsiya alınır.
- Bağırsaq transplantasiyasından sonra qreftin sahibə qarşı reaksiyası və limfoproliferativ xəstəliklər çox rast gəlinir.
Nəticələr
Bağırsaq transplantasiyasından sonra 1 illik yaşam 78%, 5 illik yaşam isə 40% təşkil edir.
Özət
Geriyə dönməz bağırsaq yetməzliyi və total parenteral qidalanmaya bağlı ağırlaşmalar (proqressiv xolestatik qaraciyər xəstəliyi, 2-dən çox magistral venaların trombozu, kateterə bağlı sepsis, tez-tez təkrarlayan dehidratasiyalar və s.) bağırsaq transplantasiyasına göstəriş sayılır. Bağırsaq yetməzliyinin səbəbləri arasında ilk yeri qısa bağırsaq tutur. Bağırsaq təkbaşına və ya digər orqanlarla birlikdə köçürülə bilər. Bağırsaqlar rəddetməyə çox həssas orqandır, ona görə də yüksək immunosupressiya lazım gəlir və buna bağlı ağırlaşmalar da çox rastlanır. Rəddetmə adətən hərarət və malabsorbsiya (sulu ishal) əlamətləri ilə biruzə verir. Diaqnozu dəqiqləşdirmək üçün mukozal biopsiya lazım gəlir, ona görə də ileostoma qoyulur. Bağırsaq transplantasiyasından sonra 1 illik yaşam 78%, 5 illik yaşam isə 40% təşkil edir.
Bağırsaq transplantasiysı üzrə ümumi suallar
N.Y.Bayramov, E.M.İsazadə, F.A.Qəhrəmanova
|
Suallar |
Cavablar |
|
Bağırsaq köçürülməsinə göstərişlər nələrdir? |
Qısa bağırsaq sindromu
Yenitörəmələr (desmoid, polipozis) Psevdoobstruksiya |
|
Ən çox rast gələn göstəriş? |
Qısa bağırsaq sindromu |
|
Əks göstərişlər nələrdir? |
Transplantasiyaya ümumi əks göstərişlər |
|
Metodları hansılardır? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Rəddetmə əlamətləri nələrdir? |
Sulu diarreya |
|
Uzaq nəticələri necədir? |
1 illik yaşam 78%, 5 illik yaşam 40% |

