Özət
Transplantasiyada orqan 3 mənbədən alına bilir: beyin ölmüş, ürəyi dayanmış və canlı donorlardan.
Beyin ölümü dedikdə beyin qabığı və kötüyünün tam arefleksiyası nəzərdə tutulur ki, bu da özünü geriyə dönməz koma və beyin kötüyü reflekslərinin tam itməsi ilə göstərir: heç bir qıcığa cavab olmur, tənəffüs mərkəzi işləmir (apnea), bəbək, kornea, vestibulo-okular, udma refleksləri olmur. Diaqnozu həkim briqadası tərəfindən əsasən klinik əlamətlərə görə qoyulur. Donorlardan orqan alınması tibbi və hüquqi göstərişlər çərçivəsində həyata keçirilir: donordan xəstəyə keçə bilən xəstəlik olmamalıdır, donorun orqanı uyğun olmalıdır və icazə verilməlidir.
Ümumiyyətlə baxıldıqda qreft 5 növ zədələnməyə məruz qalır: isti və soyuq işemiya, İRZ, kəskin və xroniki rəddetmə. Saxlama dövründə işemik zədələnmə əsas zədələyici mexanizmdir, ona görə də tədbirlərin də hədəfi orqanı işemiyadan qorumaqdır: oksigenə təlabatı azaltmaq (soyuq), energetik təchizat (qlükoza və ATF), zədələnməni azaltmaq (ödemə, asidoza və ion dəyişməsinə qarşı, antioksidantlar). Hazırda orqanları saxlama məhlullarının tərkibi də bu prinsiplərə asaslanır.
Hazırda orqanları saxlamaq üçün iki prinsipial metod var: statik soyuq və perfuziyon üsullar. Son illər perfuziyon üsul geniş tətbiq edilməyə başlamışdır.
Orqanların alınması və saxlanması üzrə suallar
N.Y.Bayramov, E.M.İsazadə
|
Suallar |
Cavablar |
|
Orqan mənbələri hansılardır? |
|
|
Beyin ölümü nə deməkdir? |
Beyin qabığının və kötüyünün tam arefleksiyası - geriyədönməz koma və beyin kötüyü reflekslərinin tam itməsi |
|
Beyin kötüyünün ən önəmli refleksi hansıdır? |
Tənəffüs refleksi |
|
Beyin ölümnün kriteriyaları hansılardır? |
|
|
Beyin ölümü diaqnozunu qoymaq üçün neçə refleksin itməsi lazımıdr? |
Reflekslərin hamısının itməsi lazımdır. |
|
Beyin ölümü diaqnozunu kim qoyur? |
Həkim briqadası |
|
Transplant cərrahı beyin ölümü diaqnozunu qoyan həkim briqadasında iştirak edə bilərmi? |
Xeyr |
|
Qreft hansı zədələnmələrə məruz qalır? |
İsti və soyuq işemiya, İRZ, kəskin və xroniki rəddetmə. |
|
Saxlama müddətində qreft hansı zədələnməyə məruz qalır? |
İşemik |
|
Qrefti saxlama müddətində qoruma prinsipləri nələrdir? |
Oksigenə təlabatı azaltmaq (soyuq), energetik təchizat (qlükoza və ATF), zədələnməni azaltmaq (ödemə, asidoza və ion dəyişməsinə qarşı, antioksidantlar) |
|
Qreftin hansı saxlama üsullarını bilirsiniz? |
Statik hipotermik - soyuq qoruyucu məhlulda saxlanılır Perfuziyon - qoruyucu məhlul ilə perfiziya etdirilir |
|
Soyuq statik üsulla orqanları maksimum nə qədər saxlamaq tövsiyə olunur? |
|
|
Perfuziyon saxlama üsulunun üstünlükləri nələrdir? |
|