Özət
Sirroz, hepatosellular xərçəng, metabolik xəstəliklər və kəskin qaraciyər yetməzliyi qaraciyər transplantasiyasına əsas göstərişləri təşkil edir və sirroz bu göstərişlər arasında ilk yeri tutur. Əməliyyata, immunosupressiyaya və psixososial vəziyyətə aid olan əks-göstərişlərlə yanaşı, ekstrahepatik yayılması olan hepatosellular xərçəng və refraktor pulmonar hipertenziya qaraciyər transplantasiyasına əks göstəriş sayılır.
Qaraciyər transplantasiyasının donor mənbəyinə görə canlıdan, beyin ölümü və ürək ölümü donrorlarından, alıcıda yerinə görə ortotopik, heterotopik üsulları və xəstə qaraciyərin çıxarılıb-çıxarılmamasına görə dəyişdirmə və yardımçı üsulları var. Müasir dövrdə canlıdan və beyin ölümü olan donorlardan qaraciyər köçürülməsi daha çox tətbiq edilir. Ümumi qaydaya görə qreftin həcmi alıcının bədən çəkisinin 0.8%-dən və ya standart qaraciyər həcminin 40%-dən az, 100%-dən isə çox olmamalıdır. Alıcıda xəstə qaraciyər çıxarılır qaraciyər qrefti öz yerinə köçürülür (ortotopik). Əvvəlcə qaraciyər venaları, sonra portal vena, sonra arteriya, ən son isə öd yolları bərpa edilir. Əməliyyatdan sonra ən çox rast gəlinən ağırlaşmalar axacaq və damar tıxanmaları, rəddetmə və infeksiyalardır (“TRİ”). Qaraciyər köçürülməsindən sonra xəstələrin 1 və 5 illik yaşamı 86% və 72% təşkil edir.
Qaraciyər transplantasiyası üzrə suallar
N.Y.Bayramov, E.M.İsazadə
|
Suallar |
Cavablar |
|
Qaraciyər köçürülməsinə göstərişlər nələrdir? |
|
|
Ən çox rast gələn göstəriş? |
Sirroz – 80% |
|
Sirrozun hansı mərhələsi transplantasiyaya göstəriş sayılır? |
Dekompensasiya mərhələsi – ağırlaşmaların ortaya çıxması |
|
Təcili transplantasiyaya göstəriş? |
|
|
Transplantasiyadan sonra hepatorenal sindrom düzələ bilirmi? |
Bəli |
|
Əks göstərişlər nələrdir? |
Ümumi əks-göstərişlər:
Xüsusi mütləq əks göstərişlər:
Nisbi əks göstərişlər:
|
|
Donorla hansı uyğunluq testləri aparılır? |
Qan qrupu uyğunluğu |
|
Köçürülən qaraciyərin ölçüsü nə qədər olmalıdır? |
Bədən çəkisinin 0.8%-dən və ya standart qaraciyər həcminin 40%- indən çox |
|
Metodları hansılardır? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Kəskin rəddetmə hansı əlamətlərlə biuzə verir? |
Bilirubinin və qaraciyər enzimlərinin artması ilə (qreft disfunksiyası) |
|
Rəddetmə prosesində zədələnmə haradan başlayır? |
Öd epitelindən başlayır, damar endotelinə və hepatositlərə keçir. |
|
Qreft disfunksiyası olanlarda nəyi axtarmaq və hansı müayinələr etmək lazımdır? |
TRİ- tıxanma, rəddetmə və infeksiya axtarılır: USM, dopler, xolangioqrafiya, infeksiyaları yoxlamaq. |
|
Kəskin rəddetmənin diaqnozu necə dəqiqləşdirilir? |
Klinik yüksək şübhəyə görə müalicə edilir, biopsiya ilə dəqiqləşdirilir. |
|
Xroniki rəddetmənin əlamətləri nələrdir və diaqnozu necə dəqiqləşdirilir? |
Xroniki qaraciyər əlamətləri olur, biopsiyada öd axarlarının “yuyulması” əlaməti görünür. |
|
Uzaq nəticələri necədir? |
Xəstələrin 1 və 5 illik yaşaması – 86% və 72% Köçürülən qaraciyərin yaşaması – 80% və 64% |