Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Bağırsaq transplantasiysı - Özət və Suallar

Özət

Geriyə dönməz bağırsaq yetməzliyi və total parenteral qidalanmaya bağlı ağırlaşmalar (proqressiv xolestatik qaraciyər xəstəliyi, 2-dən çox magistral venaların trombozu, kateterə bağlı sepsis, tez-tez təkrarlayan dehidratasiyalar və s.) bağırsaq transplantasiyasına göstəriş sayılır. Bağırsaq yetməzliyinin səbəbləri arasında  ilk yeri qısa bağırsaq tutur. Bağırsaq təkbaşına və ya digər orqanlarla birlikdə köçürülə bilər. Bağırsaqlar rəddetməyə çox həssas orqandır, ona görə də yüksək immunosupressiya lazım gəlir və buna bağlı ağırlaşmalar da çox rastlanır. Rəddetmə adətən hərarət və malabsorbsiya (sulu ishal) əlamətləri  ilə biruzə verir. Diaqnozu dəqiqləşdirmək üçün mukozal biopsiya lazım gəlir, ona görə də ileostoma qoyulur.  Bağırsaq transplantasiyasından sonra 1 illik yaşam 78%, 5 illik yaşam isə 40% təşkil edir.

Bağırsaq transplantasiysı üzrə ümumi suallar

N.Y.Bayramov, E.M.İsazadə, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Bağırsaq köçürülməsinə göstərişlər nələrdir?

Qısa bağırsaq sindromu

  • Yuxarı çöz arteriyası trombozu və emboliyası
  • Nekrotik enterokolit
  • Burulma
  • Qastroşizias
  • İntestinal atreziya
  • Kron xəstəliyi
  • Travma
  • Radiasion enterit

Yenitörəmələr (desmoid, polipozis)

Psevdoobstruksiya

Ən çox rast gələn göstəriş?

Qısa bağırsaq sindromu

Əks göstərişlər nələrdir?

Transplantasiyaya ümumi əks göstərişlər

Metodları hansılardır?

  • Multivisseral transplantasiya
  • İzolə bağırsaq köçürülməsi

Ağırlaşmaları nələrdir?

  • Rəddetmə
  • Qreftin sahibə qarşı reaksiyası
  • Limfoproliferativ xəstəliklər

Rəddetmə əlamətləri nələrdir?

Sulu diarreya

Uzaq nəticələri necədir?

1 illik yaşam 78%, 5 illik yaşam  40%