Klinik xüsusiyyətləri
- Ayaq / topuq ödemi;
- Varikoz, ekzema, piqmentasiya, lipodermatoskleroz;
- Venoz trofiki xoraların yaranması;
- Ağrı və ətrafın vəziyyətindən asılı olaraq onun artmsı və ya azalması;
- Venoz axsama (nadir hallarda).
Diaqnostikası
Dəyərləndirmə
- Pasientlərin 80%-də yalnız venaların zədələnməsi, qalan 20% hallarda isə venoz və arterial qan təchizatının birgə pozulması baş verir;
- Təsdiq olunmuş və yaxud dərin venoz tromboza şübhəli hesab edilən bütün hallarda xəstəlliyin inkişaf tarixi hərtərəfli öyrənilib, analiz edilməlidir;
- Bir çox hallarda trofiki xoralar xəstəliyin əsas əlaməti olur, xəstələrin 70% -də xoralar residiv verməyə meylli olur, 50%-də uzun müddət sağalmır.
Müayinələr
Dupleks və ya tripleks ultrasəs müayinəsi
Müalicəsi
- Ətrafa qaldırılmış vəziyyət vermək, yataq rejiminə riayət etmək, çarpayının ayaq hissəsini qaldırmaq
- Kompression corabların istifadəsinə göstərişlər:
- Sinif I - topuq təzyiqi < 25mm c.st - profilaktik olaraq;
- Sinif II - topuq təzyiqi 25-35 mm c.st - varikoz venalar və xroniki venoz çatmazlıqda;
- Sinif III - topuq təzyiqi 35-45 mm c.st – xroniki venoz çatmazlıqda;
- Sinif IV - topuq təzyiqi 45-60 mm c.st - limfödemdə;
- Trofiki xoraların müalicəsində də kompression sarğılara üstünlük vermək lazımdır. Topuq - bazu indeksi (TBİ) 0.7-dən yuxarı və yaxud Dopler təzyiqi 50 mm c.st-dan yüksək olmalıdır.
Cərrahi müalicə
- Dəri köçürülməsi (dermatom və yaxud kiçik hissələrlə sərbəst dəri transplantasiyası);
- Xoranın infeksiyadan təmizlənməsi və qorunması;
- Səthi və perforant venaların xəstəliklərində müasir endovaskulyar müalicə üsulları (lazer, radiofrekans və buxarla ablasiya, exoskleroterapiya və s.). Klassik, travmatik cərrahi müalicə üsulları bu gün daha çox tarixi əhəmiyyət kəsb edir.
- Səthi və dərin venaların qarışıq zədələnmələrində cərrahi müalicənin effektliyi mübahisəli olduğundan, ona göstəriş çox ehtiyatla müəyyən edilməlidir;
- Göstəriş olduqda perforant venaların bağlanması, valvuloplastika, venanın stentlənməsi, şuntlama əməliyyatları və arterial revaskulyarizasiya icra edilməlidir.
Endovenoz müalicə üsulları
Qeyri-invaziv müasir müalicə üsulları olub son 10 il ərzində dünyada sürətlə yayılmqdadır və əsas fərq kəsiksiz, qansız, tikişsiz, narkozsuz olmasındadır. Bunlara aiddir:
- Endovenoz lazer ablasiyası;
- Radiotezlikli dalğalarla ablasiya;
- Su buxarı ilə ablasiya;
- Kimyəvi obliterasiya (Biolas, VenaSeal sistemləri).
Endovenoz müalicə üsulları bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər sürətlə yayılmaqda və geniş vüsət almaqdadır.
Özət
Xroniki venoz çatmazlıq özünü topuqda ödem, varikoz, ekzema, piqmentasiya, lipodermatoskleroz, venoz trofiki xoraların yaranması, ağrı və ətrafın vəziyyətindən asılı olaraq onun artması və ya azalması, venoz axsama kimi əlamətlərlə büruzə verir. Bir çox hallarda trofiki xoralar xəstəliyin əsas əlaməti olur, xəstələrin 70% -də xoralar residiv verməyə meylli olur, 50%-də uzun müddət sağalmır. Diaqnostikada klinik müayinə, dupleks və tripleks USM və s. istifadə oluna bilir. Müalicəsi mərhələdən asılı olaraq cərrahi (dəri köçürülməsi, xoranın infeksiyadan təmizlənməsi, endovaskulyar üsullar, arterial revaskulyarizasiya) və konservativ (ətrafa qaldırılmış vəziyyət vermək, yataq rejiminə riayət etmək, çarpayının ayaq hissəsini qaldırmaq, kompression corabların istifadəsi) ola bilər.
Xroniki venoz çatmazlıq üzrə suallar
N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Klinik əlamətləri nələrdir? |
|
|
Diaqnostikasında hansı müayinələrdən istifadə olunur? |
Dupleks və tripleks USM |
|
Müalicə üsulları hansılardır? |
|
|
Konservativ müalicə tədbirləri nələrdir? |
|
|
Kompression corabların istifadəsinə göstərişlər nələrdir? |
Sinif I - topuq təzyiqi < 25mm c.st - profilaktik olaraq Sinif II - topuq təzyiqi 25-35 mm c.st - varikoz venalar və xroniki venoz çatmazlıqda Sinif III - topuq təzyiqi 35-45 mm c.st – xroniki venoz çatmazlıqda Sinif IV - topuq təzyiqi 45-60 mm c.st - limfödemdə |
|
Cərrahi müalicə üsulları nələrdir? |
|