Damar patologiyası olan pasientlər adətən yaşlı və qoca adamlar olduğundan onların əksəriyyətində kardial, serebral, pulmonal və renal patologiyalar cox hallarda yanaşı gedir. Bu xəstəliklər arterial hipertenziya, şəkərli diabet, hiperxolesterinemiya, siqaret çəkmə kimi bir çox risk amilləri ilə bağlı olduğundan, onların müalicə prosesində nəzərdən qaçırılması ciddi fəsadlara səbəb ola bilir.
Təsnifatı
|
Müddətinə görə |
|
|
Ümumi fəsadlar
Kardia
- Ateroskleroz bir sistem xəstəliyi olub, koronar damarlarla yanaşı serebral, renal, aşağı ətraf arteriyalarını da zədələyir;
- Periferik arteriya xəstələrinin ən azından 40%-də sadalananların minimum ikisi qeyd edilir;
- Qeyri-koronar arterial damarlar üzərində aparılan əməliyyatlara məruz qalan pasientlərdə ən çox rast gəlinən fəsad miokardın işemiyası sayılır;
- Aorta üzərində aparılan cərrahi əməliyyatlardan sonra pasientlərin 70%-də ölümün əsas səbəbi əməliyyatdan əvvəl müvcud olan ürək çatışmazlığı və ya disfunksiyadır.
Pulmonal
- Siqaret çəkmə və artıq bədən çəkisi ilə bağlı pulmonal disfunksiya cərrahi əməliyyatdan sonra daha da dərinləşir;
- Epidural/spinal anesteziya altında icra edilən cərrahi əməliyyatlarda ağ ciyərin funksiyası çox pozulmur.
Renal
- Damar xəstələrinin bir çoxunda daha öncə bu və ya digər böyrək patologiyası qeyd edilir;
- Ciddi perioperativ risklərə aiddir: dehidratasiya, venadaxili kontrastdan və nefrotoksik antibiotiklərdən istifadə.
Qanaxma
- Cərrahi əməliyyat vaxtı gözləniləndir və adekvat korreksiya tələb edir.
- Postoperativ-adətən damar anastomozlarının tutarsızlığı ilə əlaqədar olur.Bu vaxt qan təzyiqinin kəskin düşməsi, hətta hemorragik şokun yarana bilməsi mümkündür.Ona görə də təkrari cərrahi əməliyyata göstərişlər yaranır.
Spesifik fəsadlar
Sıxıcının çıxarılmasından sonrakı şok (post-declamp shock):
- Damara qoyulan və uzun müddət qalan damar sıxıcısının törətdiyi işemiyadan sonra inkişaf edən distal pozğunluqlar səbəbindən reperfuzion sindromun yaranması;
- Kəskin hemodinamik dəyişiliklər və toksinlərin artması (hiperkaliemiya, mioqlobinemiya);
Koronar, serebral və renal sirkulyasiya sistemində adekvat perfuzion təzyiqi təmin etmək və sıxılmadan sonra inkişaf edən şokun qarşısını almaq üçün tədricən nəzarət olunan reperfuziyadan istifadə olunmalıdır.
Ətrafın qanqrenası
Aorta-qalça seqmenti üzərində aparılan rekonstruktiv cərrahi əməliyyatlardan sonra toxuma detritləri və trombun distal magistral və yaxud dəri arteriyalarına embolizasiyası səbəbindən törənə bilər.Profilaktikası ehtiyatlı cərrahi texnika və belə fəsadlar yarandıqda vaxtında tədbirlərin görülməsindən ibarətdir.
Ətrafın ödemi
- Əsasən əməliyyatdan əvvəl mövcud olan işemik dəyişiliklər fonunda qan təchizatının bərpası və reperfuzion sindrom səbəbindən inkişaf edir;
- Dərin venaların trombozunu da diqqətdən qaçırmaq olmaz.
Limfosele
- Əsasən qasıq kəsiyindən sonra inkişaf edir;
- Daimi olmur, böyüyür, kiçilir və bərk konsistensiyalı olur;
- Əsasən spontan yaranır, daha böyük ölçülərdə olmasına baxmayaraq, aseptik şəraitdə özü sorula bilir;
- Nadir hallarda zədələnmiş limfa damarına tikiş qoyulmasına göstəriş yarana bilər.
Bağırsaq işemiyası
- Aorta üzərində cərrahi əməliyyatlardan sonra bağırsaqların qan təchizatının pozulması ilə əlaqədar yaranır(işemik kolit).Aorta anevrizmasının cırılmasına görə cərrahi əməliyyatlardan sonra xəstələrin 2,5%-də, planlı anevrizma rezeksiyasından sonra isə 1% hallarda rast gəlinir;
- Qarında olan qeyri-müəyyən ağrılar, hemorragik diarreya ilə özünü büruzə verir;
- Kolonoskopiya (siqmoidoskopiya) ilə diaqnoz təsdiq edilir;
- Peritonit inkişaf etmədiyi hallarda dehidratasiya, anemiya ilə mübarizə aparıb nəzarət altında saxlamaq lazımdır;
- Peritonit inkişaf etdikdə təcili laparotomiya və bağırsağın işemik hissəsi rezeksiya edilməlidir.
Cinsi zəiflik
Aortaətrafı və yaxud hipoqastrik damar kələfi zədələndikdə çanağın qan təchizatının pozulması cinsi zəifliyin yaranmasına səbəb ola bilir.
Gecikmiş fəsadlar
Transplantatın okklüziyası
- Erkən okklüziya: 30 gün ərzində olur və əsasən texniki səbəblərdən baş verir. Kliniki olaraq əməliyyatdan əvvəlki simptomların daha da pisləşməsi və yaxud ətrafın kəskin işemiyası əlamətləri qeyd edilir.
- Gecikmiş okklüziya: intimanın hiperplaziyası, davamlı siqaret çəkmə və yaxud əsas xəstəliyin inkişaf etməsi ilə əlaqədar olur.Kliniki olaraq simptomlar tədricən artmaqda davam edir.
Yalançı anevrizma – adətən ikincili infeksiyanın inkişafından, bəzi hallarda isə transplantatın tutarsızlığından sonra inkişaf edir.Gələcəkdə cərrahi əməliyyat tələb edir.
Transplantat infeksiyası
- Əsasən bağırsaq infeksiyası və stafilikokklar tərəfindən törədilir. Metisillinə rezistent qızılı stafilokokklarla mübarizə ciddi çətinliklər törədir.
- İnfeksiyanın qarşısını almaq üçün profilaktik olaraq antibiotiklərin yeridilməsi, presiszion cərrahi texnika, hospitaldaxili infeksiyaya ciddi nəzarət və infeksiya mənbələrinin ləğv edilməsi tələb olunur;
- Transplantatda infeksiya olması təsdiq edildiyi halda dərhal onun xaric edilməsinə və yeni əlavə ekstra anatomik rekonstruksiyanın icrasına qərar verilməlidir;
- İnfeksiya bir çox hallarda özünü xroniki sepsis şəklində göstərir.