N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova
ANATOMİYASI
Öd yolları:
- qaraciyərdə sintez olunan ödün toplanmasını, qatılaşmasını və 12bb-a tökülməsini təmin edən boruşəkilli strukturlardır
- divarları öd epitelindən, əzələ və elastik liflərdən təşkil olunmuşdur.
- qaraciyər paycıqlarında öd kapilyarlarından başlayıb, 12bb-ın böyük məməciyində bitir.
Hissələri
Klinik-anatomik olaraq öd yolları qaraciyərdaxili və qaraciyərxarici öd yolları olmaq üzrə iki hissəyə ayrılır və 4 vacib strukturdan ibarətdir:
- qaraciyərdaxili öd yolları
- qaraciyərxarici öd yolları:
- qaraciyərxarici öd axacaqları
- öd kisəsi və axacağı
- sfinkterlər

Şəkil 1. Öd yollarının hissələri
Qaraciyərdaxili öd axarları
Qaraciyərdaxili öd axarları öd kapilyarlarından başlayıb, pay axacaqlarına qədər olan yollardır, kapilyar, paycıq, seqment, sektor axacaqlarını əhatə edir.
Qaraciyərxarici öd axarları
Sağ və sol Qc axacaqları, haça, ümumi qaraciyər axacağı, ümumi öd axarı, kisə axarı və öd kisəsi, Oddi sfinkteri qaraciyərxarici öd yollarına aid edilir.
- Sağ Qc axacağı ön (V və VIII seqment) və arxa (VI və VII seqment) sektor axacaqlarının birləşməsindən əmələ gəlir.
- Sol Qc axacağı lateral (II və III seqment) və medial (IV seqment) sektorların axacaqlarının birləşməsindən əmələ gəlir.
- Haça sağ və sol Qc axarlarının birləşməsindən əmələ gəlir və ekstrahepatik yerləşir.
- Ümumi qaraciyər axacağı haçadan başlayır və öd kisəsi axacağı ilə birləşdikdən sonra ümumi öd axarına keçir.
Öd kisəsi
Öd kisəsi armudşəkilli orqan olub, təxminən 50-60 ml həcmində öd tuta bilir. Qaraciyərin visseral səthində, IV və V seqmentlərin sərhəddindəki kisə çuxurunda yerləşir. Kisənin dibi, cismi, boynu və axacağı ayırd edilir.
Kalot üçbucağının divarlarını aşağıda kisə axacağı, yuxarıda qaraciyərin visseral səthi, solda isə ümumi qaraciyər axacağı təşkil edir. Kalot üçbucağında, periton səhifələri arasında adətən kisə arteriyası, venası, bəzən də limfa düyünü yerləşir.
Ümumi öd axacağı və ya xoledox
Ümumi qaraciyər axacağı ilə kisə axacağının birləşməsindən əmələ gəlir, 12bb-ın böyük məməciyinə açılır. Uzunluğu 5-10 sm, diametri 5-9 mm arasında dəyişən bu orqanın şərti olaraq 3 hissəsi ayırd edilir: supraduodenal, retroduodenal və intrapankreatik.
Sfinkterləri
Öd yollarında iki klinik əhəmiyyətli sfinkter var:
- Öd kisəsinin axacağında yerləşən
- Xoledoxun 12bb-a açılan hissəsində yerləşən Oddi sfinkteri
Qan təhcizatı
- Qaraciyərdaxili öd yolları uyğun arteriyalardan qidalanır.
- Qaraciyərxarici öd yollarının proksimal hissəsi sağ və sol qaraciyər arteriyaları vasitəsi ilə, orta hissəsi saat 3 və 9 istiqamətlərində axacağa paralel yerləşən arteriyalarla, distal hissəsi isə arxa pankreatoduodenal arteriyanın vasitəsi ilə qanla təchiz olunur.
- Öd kisəsi sağ qaraciyər arteriyasından ayrılan kisə arteriyası ilə qidalanır.
- Venalar adətən arteriyaları müşayət edir və qapı sisteminə açılır.
Limfatik axın
Öd yollarının limfası üç yolla günəş kələfi limfatik düyünlərinə axır: qaraciyər arteriyası ətrafı düyünlər vasitəsi ilə; retroduodenal və pankreatik düyünlər vasitəsi ilə; peripilorik və qastrik limfa düyünləri vasitəsi ilə. Öd kisəsinin limfası adətən Kalot üçbucağında yerləşən limfa düyününə axır.
İnnervasiya
- Simpatik sinirlər öd kisəsi və sfinkterlərində boşalma törədir, parasimpatik təsir nəticəsində isə öd kisəsi yığılır, Oddi sfinktorunun peristaltizmi artır.
- Vegetativ sinirlər həm də ağrı impluslarını daşıyırlar.
Anomaliyaları
Öd yollarının anadangəlmə dəyişiklikləri təxminən xəstələrin yarısında rast gəlir və bunlar axacaqların və öd kisəsinin defektləri və ariasiyaları ola bilər.
- Öd yollarının defektləri adətən xəstəlik törədirlər və ya yüksək risk təşkil edirlər. Bunlara atreziya və sistlər aid edilir.
- Öd axacaqlarının variasiyaları təxminən 38%-ə yaxın hallarda rast gəlinir və başlıca səbəbi sağ arxa axacağın (6 və 7-ci seqmentlərin) açılma yeridir. Huang təsnifatına görə qaraciyərdaxili axarların variasiyaları 5 tipə ayrılır: 1-ci tipdə normal birləşmə (62%), 2-ci tipdə üçlü (19%), 3-cü tipdə sağ arxa axacaq sol axacağa açılır (11%) , 4-cü tipdə ümumi qaraciyər axacağına açılır (6%), 5-ci tipdə isə kisə axacağına açılır (2%) və 6-cı tipə nadir rast gələnlər aid edilir (məsələn IV seqment axarı sağ axacağa açılır). (Şəkil 2).

Şəkil 2. Öd yolları variasiyalarının Huang klassifikasiyası
- Öd kisəsi variasiyaları arasında ən çox aşağıdakılar rast gəlir: paralel kisə axacağı (20%), subseqmentar axacaqların ektopik açılması (26%) və kisə arteriyasının variantları (25%). (Şəkil 3).

Şəkil 3. Öd kisəsinin variasiyaları
FİZİOLOGİYASI
Əsas funksiya
Öd yolları təbiətcə axacaq sistemidir və əsas funksiyası qaraciyərdə ifraz olunan ödün bağırsaqlara tökülməsini təmin etməkdir. Bu funksiya aşağıdakı proseslər sayəsində həyata keçirilir:
- ödün tərkibini dəyişmə
- anbarlama
- ödü qaraciyərdən bağırsağa axıtma
Ödün tərkibi və dəyişməsi
Qaraciyərdən ifraz olunan ilkin öd su (97%), elektrolit (1%) və üzvi maddələrdən ibarət izotonik şirə olub, yağların həzmi (öd turşuları, fosfolipidlər) və metabolizm məhsullarının kənarlaşdırılması (bilirubin, xolesterin, Ca+, dərmanlar və s. ) üçün vacibdir.
Qaraciyərdən ifraz olunan ilkin öd kisədə dəyişikliyə uğrayır:
- su və elektrolitlərin sorulması sayəsində 5-10 dəfə qatılaşır
- hidrogen ionlarının sekresiyası ödü turşulaşdırır (pH 7,8-dən 7,2-yə dəyişir)
- sekresiya olan qlikoproteinlər öd epitelini öd turşularından qoruyur.

Şəkil 4. Ödün tərkibi
Anbarlama
- Ödün anbarlanması öd kisəsinin çəllək funksiyası sayəsində mümkün olur, Oddi sfinktorunun sıxılması və qatılaşma buna şərait yaradır.
Ödün axını
- Axacaqlarla bağırsaq arasındakı təzyiqlər fərqi ödün bağırsağa axımını təmin edir.
- Bu fərqin yaranmasında və ödün axınında Oddi sfinktoru ilə öd kisəsinin koordinasiyası önəmli rol oynayır.
Oddi sfinktoru
- Oddi sfinktoru 12bb əzələlərindən fərqli avtonomiyaya malikdir və üç əsas funksiyaya malikdir:
- statik yığılaraq öd yollarında təzyiqi artırır və ödün kisəyə keçməsini təmin edir
- öd kisəsi yığıldıqda gövşəyir və ödü bağırsağa buraxır
- periodik olaraq 12bb-la birlikdə və yüksək təzyiqdə yığılaraq reflüksü önləyir.
Öd kisəsi
- Öd kisəsi anbarlama və ödü dəyişdirmə ilə yanaşı ödün bağırsağa keçməsində önəmli rol oynayır ki, bu da iki növ yığılma sayəsində baş verir:
- sakitlik halında kiçikhəcmli yığılmalar (10-15%),
- həzm vaxtı isə böyükhəcmli yığılmalar (60-70%).

Şəkil 5. Öd yollarında gedən proseslər
Tənzimi
- Öd yolları funksiyalarının tənzimində humoral amillər – xolesistokinin, motilin, sekretin və neyronal təsirlər – parasimpatik, simpatik, xolesisto-sfinktor, piloro-sfinktor reflekslər rol oynayır.
- Sakitlik halında öd yollarında anbarlama və öd tərkibinin dəyişməsi ilə yanaşı hipertenziyanın və daşlaşmanın qarşısını almaq üçün bağırsağa kiçikhəcmli axınlar baş verir. Sonuncu proses 12bb peristaltikası ilə birlikdə və motilinin təsiri nəticəsində öd kisəsinin kiçikhəcmli yığılması və Oddi sfinktorunun gövşəməsi (xolesisto-sfinktor refleksi) nəticəsində baş verir.
- Həzmin bağırsaq mərhələsində ödün bağırsağa aktiv axını və ifrazının artması baş verir. Xolesistokinin və vaqal impulslarının təsiri ilə öd kisəsinin böyükhəcmli yığılması və Oddi sfinktorunun açılması ödün bağırsağa axınını təmin edir. Sekretin isə öd yollarından su və elektrolit ifrazını artırır.
Öd yollarının anatomiyası və fiziologiyası üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Anatomiyası
|
Suallar |
Cavablar |
|
Öd yollarında “3-lər qaydası” nə deməkdir? |
|
|
Öd yollarının hansı anatomik strukturları var? |
|
|
Qaraciyərdaxili axarlara hansılar aiddir? |
Öd kanalcıqları, seqment axacaqları |
|
Qaraciyərxarici öd yollarına nələr aiddir? |
Sağ və sol pay axacaqları, qaraciyər və ümumi öd axarı¸ öd kisəsi və axarı, Vater ampulası və Oddi sfinkteri |
|
Öd yollarının anomaliyaları arasında ən çox rast gələnlər hansılardır? |
Seqmentar axacaqların ektopik açılması (38%), paralel kisə axacağı (20%), və kisə arteriyasının variantları (25%). |
|
İntrahepatik axacaqların variasiyaları hansılardır (ektopik açılmalar)? |
Huang təsnifatına görə 6 tipi var:
|
|
Kalot üçbucağının sərhədləri hansılardır? |
|
|
Kalot üçbucağının klinik əhəmiyyəti nədir? |
Xolesistektomiya əməliyyatında kisə axarı və arteriyasını dəqiq görmək üçün bu üçbucaq geniş açılmalıdır. |
|
Kalot üçbucağında olan düyünün adı nədir? |
Kalot düyünü |
|
Qaraciyərdən birbaşa öd kisəsinə açılan kiçik öd axacaqlarının adı nədir? |
Luşka axacaqları |
|
Hansı arteriyanın xolesistektomiya zamanı zədələnmə ehtimalı var? |
Sağ qaraciyər arteriyasının, çünki kisə arteriyasına və Kalot üçbucağına çox yaxındır |
|
Öd kisəsi qapağının adı nədir? |
Heister spiral qapaq |
|
Öd kisəssinin boynu ? |
Kisə axacağa yaxın |
|
“Hartman” cibi nədir? |
Öd kisəsi boynunun genişlənməsi |
Fiziologiyasi
|
Suallar |
Cavablar |
|
Öd nədir? |
Su, elektrolit və üzvi maddələr: xolesterin, lesitin (fosfolipid), öd turşusu, bilirubin |
|
Öd nə edir? |
Yağları əridir |
|
Enterohepatik sirkulyasiya nədir? |
Öd turşularının qaraciyərdən bağırsaqlara və geriyə qaraciyərə sirkulyasiyası |
|
Öd turşuları ən çox harda absorbsiya olunur? |
Terminal ileumda |
|
Öd kisəsinin boşalmasını nə stimulyasiya edir? |
Xolesistokinin və vaqal impluslar |
|
Qələvi-fosfatazanın mənbəyi haradır? |
Öd axacaqları epiteli. Ona görə də öd axacaqları obstruksiyasında səviyyəsi yüksəlir |
|
Xolesistokinin mənbəyi haradır? |
12bb selikli qişası |
|
Xolesistokinin ifrazını nə stimulyasiya edir? |
Yağ, protein, amin turşuları və HCl |
|
Onun ifrazını nə inhibə edir? |
Tripsin və ximotripsin |
|
Xolesistokinin effektləri nələrdir? |
|