Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

HEMOBİLİYA

N.Y.Bayramov, R.A.Məmmədov

 

Tərifi

Öd yollarında qanın olmasına deyilir (qansızma və ya qanaxma nəticəsində)

 

Etiologiyası

  • Yatrogenik zədələnmələr (40 – 60%)
  • Qaraciyər travmaları (0.2- 0.3%)
  • Öd daşları
  • Şişlər
  • Iltihabi xəstəliklər
  • Damar xəstəlikləri

 

Klinika

Klassik triada:

  • Sağ qabırğaaltı nahiyyədə ağrı
  • Üst mədə - bağırsaq qanaxması əlamətləri
  • Sarılıq

Massiv hemobiliya zamanı:

  • Melena (90%)
  • Hematomezis (60%)
  • Öd sancısı (70%)
  • Sarılıq (60%)

 

Diaqnostika

  • Üst endoskopiya (Fater məməciyindən qanaxma) – 10 – 20% hallarda faydalı olur
  • USM və ya KT (şiş və ya hematoma şübhəsi olan zaman)
  • Arterial angiografiya (90% hallarda faydalı olur) – qızıl standart
  • Xolangioqrafiya (öd yollarında qan laxtaların görünməsi)

 

Müalicəsi prinsipləri

  • Qanaxmanın konservativ yolla dayandırılması
  • Mexaniki sarılığın ləğv edilməsi
  • Massiv hemobiliyalar zamanı – angioqrafiya və transarterial embolizasiya
  • Cərrahi müalicə (konservativ terapiya effektsiz olduqda):
  • Damarların liqasiyası
  • Qaraciyər rezeksiyaları
  • Şiş eksiziyaları və s.

 

BİLGEMİYA

 

Tərifi

Qan damarlarına ödün sızmasına deyilir. Bu da öd yollarındakı təzyiqin, hepatik və portal venalarda olan təzyiqdən yuxarı olduqda baş verir.

 

Səbəblər

  • Yatrogenik travmalar
  • Qaraciyər travmaları
  • Öd daşları

 

Klinikası

  • Kəskin artan sarılıq
  • Sepsis

 

Diaqnostika

  • Laborator olaraq düz bilirubinin artar, lakin AST və ALT normal olur
  • ERCP (öd yollarında maneə və hipertenziya əlamətləri)

 

Müalicə prinsipləri:

  • Öd yollarına stentlərin yerləşdirilməsi
  • Sfinkterotomiya