Mədə-bağırsaq qanaxmaları - Özət və Suallar

Özət

Mədə-bağırsaqların və digər orqanların müxtəlif xəstəlikləri mədə-bağırsaqlarda destruksiya törədərək qanaxma ilə ağırlaşa bilərlər. Yuxarı massiv qanaxmaların səbəbləri arasında xora, varikoz, qastrit və Mallori-Veys (10%), aşağı massiv qanaxmaların səbəbləri arasında isə hemorroy, divertikulyoz və angioektaziya çox rast gəlir.

 

YUXARI QANAXMALAR

 

Qida borusu xəstəlikləri

Varikoz venalar

Şişlər

Xoralı ezofagit

Yanıqlar, travmalar

Mədə, 12bb xəstəlikləri

Xora

Stress xoraları

Portal hipertenziya

Mallori-Veys

Şişlər

Divertikul

Hemorragik qastrit

Travmalar

Aorto-duodenal fistul

Hepatobiliyar

Şişlər

Travmalar

 

AŞAĞI QANAXMALAR

 

Nazik, yoğun və düz bağırsaq xəstəlikləri

Mekkel divertikulu

Divertikulyoz

Poliplər

Xərçəng

Xoralı kolit

Hemorroy, çat

Dizenteriyalar

 

 

QARIŞIQ

Sistem xəstəlikləri

Qan xəstəlikləri

Qan damar xəstəlikləri

 

Böyük qanaxmalar qanqusma, melena və qanlı ishal kimi yerli və anemiya, hipovolemik şok kimi ümumi əlamətlərlə biruzə verir, kiçik qanaxmalar isə xroniki anemiya və ya nəcisdə gizli qan testində ortaya çıxır. Diaqnostikası üçün klinik, laborator və endoskopik müayinələr edilir, qanaxmanın olub-olmadığı, ağırlıq dərəcəsi, yeri-səbəbi və dayanıb-dayanmadığı müəyyənləşdirilir. MB qanaxmalarında təcili olaraq ilkin tədbirlər həyata keçirilir (xəstəxanaya yatırma, stabilləşdirmə, endoskopik müayinə, medikamentoz-endoskopik hemostaz), sonrakı mərhələdə isə səbəbə yönəlmiş müalicələr aparılır. Cərrahi müalicə medikamentoz və endoskopik müalicələr effekt vermədikdə hemostaz tədbiri kimi, stabilləşmiş xəstələrdə isə cərrahi səbəblərə görə aparılır.

 

Mədə-bağırsaq qanaxmaları üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Yuxarı mədə-bağırsaq qanaxmaları

Suallar

Cavablar

Yuxarı mədə-bağırsaq qanaxması nədir?

Mədə-bağırsaq traktının Treitz bağından proksimal hissələrdən (qida borusu, mədə, öd yolları, mədəaltı vəzi, 12bb) baş verən qanaxmalar.

Qanaxmaya səbəb olan xəstəliklər hansılardır?

Qida borusu xəstəlikləri

  • Varikoz venalar
  • Şişlər
  • Xoralı ezofagit
  • Yanıqlar, travmalar

Mədə, 12BB xəstəlikləri

  • Xora
  • Stress xoraları
  • Portal hipertenziya
  • Mallori-Veys sindromu
  • Şişlər
  • Divertikul
  • Hemorragik qastrit
  • Travmalar
  • Aorto-duodenal fistul

Hepatobiliyar

  • Şişlər
  • Travmalar

Qarışıq

  • Sistem xəstəliklər
  • Qan xəstəlikləri
  • Qan-damar xəstəlikləri

Ən çox rast gəlinən səbəbləri hansılardır?

  • Mədə və 12bb xoraları (45%)
  • Varikoz (20%)
  • Qastrit (20%)
  • Mallori-Veys sindromu (10%)

Klinik əlamətləri hansılardır?

Yerli qanaxma əlamətləri:

  • Hematomezis (qanqusma)
  • Melena
  • Hematokeziya

 

Ümumi əlamətlər:

  • Anemiya
  • Şok (hipoperfuziya) - taxikardiya, hipotenziya, soyuq, avazımış dəri və tər, ortostatik kollaps, oliquriya

Hematokeziya (qanlı ifrazat) ola bilərmi?

Qanın bağırsaqlara qıcıqlandırıcı təsiri nəticəsində baş verir və adətən massiv qanaxmaları göstərir (artmış peristaltikada).

Melena olması üçün nə qədər qanaxma olmalıdır?

50 ml-dən çox.

Hansi laborator müayinələr aparılmalıdır?

Hemoqram, qan qrupu, rezus faktor, koaquloqramma, amilaza

Nəyə gorə qalıq azot yüksəlir?

Qanın mədə-bağırsaq traktından sorulması hesabına

Əgər endoskopik müayinə mümkün olmazsa hansı muayinə metodunu seçərsiniz?

Angioqrafiya

Müalicə prinsipi nədən ibarətdir?

Əvvəlcə qanaxmanı dayandırma (hemostaz) və dəstək tədbirləri, sonra etiotrop müalicələr

İlkin tədbirlər nədən ibarətdir?

  • xəstəxanaya yatırma
  • stabilləşdirmə (infuziya və digər)
  • Foley kateteri, nazoqastral zond və mədəni yuma
  • endoskopik müayinə
  • medikamentoz-endoskopik hemostaz

Hansi endoskopik müalicə imkanları var?

Koaqulyasiya, noradrenalin inyeksiyasi, skleroterapiya, liqasiya, klipləmə və s.

Cərrahi müalicəyə göstərişlər hansılardır?

Yeri bilinən və digər üsullarla dayanmayan və ya tezliklə təkrarlayan massiv qanaxmalar (stabilləşdirmək üçün 3 vahiddən çox eritrositar kütlə tələb edən və ya 6 vahiddən çox eritrositar kütlə köçürülən)

Cərrahi müalicə xəstələrin neçə faizində lazım gəlir?

Təxminən 10-15%

Xəstələrin neçə faizində qanaxma spontan dayanır?

Təxminən 80-85%

Kəskin mədə-bağırsaq qanaxmalarında letallıq nə qədərdir?

Təxminən 10%, yaş artdıqca artır (60-80 yaşlarda 15%, 80 yaşdan yuxarı 25%), davam edən qanaxmalarda da yüksəkdir - 30%

Letallığı artıran risk amilləri hansılardır?

  • 60-dan yuxarı yaş,
  • şok,
  • 5 vahid eritrositar kütlə transfuziyası

 

 

Mallory-Weiss sindromu

Suallar

Cavablar

Mallory-Weiss nədir?

Öyümə və ya qusmadan sonra qastroezofageal birləşmə səviyyəsində selikli qişasının cırılması və qanaxma

Üst mədə-bağırsaq qanaxmalarının neçə faizini bu xəstəlik təşkil edir?

10%

Cırılmaların səbəbi nədir?

Mədə daxili təzyiqin qəflətən yüksəlməsi

Hansı əlamətləri var?

Epiqastrik, döş qəfəsi arxası ağrılar, qusma, qanqusma

Xəstələri neçə faizində hematomezis olur?

85%

Diaqnoz necə qoyulur?

Endoskopiya ilə

Klassik anamnez necə olur?

Alkohol qəbul edən xəstələrdə öncə qida qalıqları ilə qusma, arxasından öyümə və qanlı qusma

Müalicəsi nədən ibarətdir?

Otaq temperaturunda olan su ilə lavaj

(xəstələrin 90%-ində qanaxma spontan dayanır), elektrokoaqulyasiya, arterial embolizasiya, təkrarlanan qanaxmalarda əməliyyat

Əməliyyata göstəriş?

Konservativ və endoskopik müalicə effektsiz olarsa

Mallory-Weiss qanaxmalarında Sengstaken-Blakemore balon tamponadası istifadə etmək olarmı?

Yox, çünki qanaxmanı daha təhlükəli edər. Bu balon ancaq ezofaqusun varikoz qanaxmalarında istifadə olunur.

 

Aşağı mədə-bağırsaq qanaxmaları

Suallar

Cavablar

Aşağı mədə-bağırsaq qanaxması nədir?

Mədə-bağırsaq traktının Treitz bağından distal hissələrdən (nazik və yoğun bağırsaq, anus) baş verən qanaxmalar (daha çox yoğun bağırsaqdan)

Aşağı qastro-intestinal qanaxmalarda dərmanların qəbulu yoxlanılmalıdır?

Kumadin, Aspirin, Plavix

Qanaxmaya səbəb olan xəstəliklər hansılardır?

  • Mekkel divertikulu (ektopik qastrik mukoza ilə)
  • Divertikulyoz (adətən sağ tərəfli, ciddi qanaxmaya səbəb olur)
  • Vaskulyar ektaziya
  • İnvaginasiya, Burulma
  • Poliplər
  • Xərçəng
  • İltihabi bağırsaq xəstəlikləri (xoralı kolit və Crohn xəstəliyi)
  • İnfeksion kolit
  • Rektal xora (nəcis kütləsindən)
  • Aorta-enterik fistul
  • Boğulmuş yırtıq
  • Kimyaterapiya
  • Hemorroy, anal çat

Massiv aşağı mədə-bağırsaq qanaxmalarına ən çox səbəb olan patologiyalar?

  • Divertikulyoz
  • Vaskulyar ektaziya

Klinik əlamətləri hansılardır?

Yerli əlamətlər:

  • Melena
  • Hematokeziya

 

Ümumi əlamətlər:

  • Anemiya
  • Şok

Hansı laborator müayinələr aparılmalıdır?

Qanın ümumi analizi, biokimyəvi analizi, protrombin zamanı, APTZ, qan qrupu

Massiv aşağı mədə-bağırsaq qanaxmalarında hansı müayinələr mütləq aparılır?

Anamnez, obyektiv müayinə, NQZ aspirasiyası (GİS qanaxmsını inkar etmək üçün, qan və ya ödə baxılmalıdır, əks halda EGD etmək), laborator, kolonoskopiya və qastroduodenoskopiya

Aşağı mədə-bağırsaq qanaxması olan xəstələrdə nəyi mütləq inkar etmək lazımdır?

Yuxarı mədə-bağırsaq qanaxmalarını

Təmiz NQZ aspirasiyası möhtəviyyatı hansı yuxarı mədə-bağırsaq qanaxmalarında olur?

12bb xorasından olan qanaxmalarda qan distala doğru gedə bilər, bu zaman mədə sekresiyası təmiz, qansız ola bilər.

Aşağı mədə-bağırsaq qanaxmalarının diaqnostik alqoritmi?

Qanaxma varmı? – klinik müayinə və gizli qan testi

Ağırlıq dərəcəsi? – hemodinamika və Hb

Yeri və səbəbi? – kolonoskopiya

Davam edib-etməməsi? – klinik, laborator, hemodinamik və endoskopik əlamətlər

Aşağı mədə-bağırsaq qanaxmalarında qanaxmanın ağırlıq dərəcəsini müəyyənləşdirən diaqnostik müayinə metodu hansıdır?

Klinik əlamətlər (hemodinamika və perfuziya göstəriciləri), laborator və kolonoskopiya

Kolonoskopiyada aktiv qanaxma varsa və yerini dəqiqləşdirmək mümkün olmursa qanaxma yerini müəyyən etmək üçün hansı müayinə aparılmalıdır?

Angioqrafiya

Zəif və təkrarlayan qanaxmalarda hansı müayinə daha həssasdır - angioqrafiya yoxsa radioizotop müayinə?

  • Zəif və təkrarlayan 0,1 ml/dəq sürətindəki qanaxmalarda radioizotopla nişanlanmış eritrositlərlə aparılan müayinə daha həssasdır.
  • Angioqrafiya 0.5-1 ml/dəq sürətindəki qanaxmaları göstərir.

İlkin tədbirlər?

  • Xəstəxanaya yatırma
  • Stabilizasiya (oksigen, infuziya və digər),
  • Eritrositar kütlə (ehtiyac varsa),
  • Foley kateteri – diurezi nəzarətdə saxlamaq üçün,
  • Aspirin qəbulunu dayandırmaq (qəbul edirsə),
  • Nazoqastral zond.

Qanaxma verən polip və vaskulyar ektaziyalarda kolonoskopik müalicə hansıdır?

Lazer və ya elektrokoaqulyasiya, lokal adrenalin inyeksiyası

Əgər qanaxma yeri məlumdursa və qanaxma massiv və ya təkrar baş verirsə hansı müalicə növü seçilir?

Bağırsağın seqmentar rezeksiyası

Yeri bəlli olmayan aşağı mədə-bağırsaq qanaxmalarında hansı yolu seçərsiniz?

Enteroskopiya, angioqrafiya, radioizotop müayinələr.

Enteroskopiya, angioqrafiya və radioizotop müayinədə qanaxma yeri tapılmırsa nə edərsiniz?

Laparotomiya və əməliyyatdaxili endoskopiya

Əməliyyatdaxili endoskopiyada da mənbə tapılmırsa nə edərsiniz?

İleostomiya qoyularaq izləmə (qanaxmanın nazik yoxsa yoğun bağırsaqdan olduğunu dəqiqləşdirmək üçün)

Qanaxma yoğun bağısaqdandır, lakin yeri və səbəbi kolonoskopiya və angioqrafiyada tapılmır, nə edərsiniz?

Total kolektomiya

Qanaxmaların neçə faizi spontan dayanır?

80-90%

Aşağı mədə-bağırsaq qanaxmalarının neçə faizində cərrahi əməliyyat tələb olunur?

Təxminən 10-15%

 

 

 

Ədəbiyyat

 

Ədəbiyyat

  • Acute upper gastrointestinal bleeding: management.2012 Jun (reaffirmed 2014). NGC:009131/ National Clinical Guideline Centre - National Government Agency [Non-U.S.].
  • Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
  • Blackbourne LH. Surgical Recall. 4 edition, 2006, LWW, Philadelphia
  • Doherty GM. Current Diagnosis and Treatment: Surgery, 13th edition, 2010, Lang International Edition.
  • Əmiraslanov Ə.T., Qazıyev A.Y. Onkologiya. Bakı, 2010.
  • İsayev H.B. Cərrahi xəstəliklərin patofizologiyası. Bakı 2005
  • Klingensmith ME, Aziz A, Bharat A, Fox AC, Porembka MR. The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia.
  • McNally PR. GI/Liver Secrets Plus. 4 edition. Mosby, Elsevier, 2010
  • Medscape, http://www.medscape.com
  • Y.Bayramov. Təcili Abdominal cərrahiyyədə müayinə və müalicə qaydaları. ISBN13 978-9952-8082-1-6, Qismət, Bakı 2009. 132 s.
  • Oxford Handbook of Clinical Surgery, 3d edition, 2011, Oxford Press
  • Saltzman JR, Feldman M,Travis AC.Approach to acute upper gastrointestinal bleeding in adults. UpToDate, http://www.uptodate.com
  • Sayek İ. Sayek Temel Cerrahi 1-2. 4-cü baskı, 2016, Güneş Tıp Kitabevleri.
  • Strate L, Saltzman JR, Travis AC. Approach to acute lower gastrointestinal bleeding in adults. UpToDate, http://www.uptodate.com
  • Topçubaşov M.A. Xüsusi cərrahlıq. Bakı, 1979

UpToDate, http://www.uptodate.com