Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Dalaq xəstəlikləri - Özətlər və Suallar

Hematoloji xəstəliklər - Suallar

Splenektomiya göstərişi olan hematoloji xəstəliklər üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Hematoloji xəstəliklərdə splenektomiyanın əsas məqsədi nədir?

  • Xəstə qan hüceyrələrinin ömrünü uzatmaq;
  • Hematoloji xəstəliklərin törətdiyi  splenomeqaliyanın ağırlaşmalarının müalicəsi;

Hansı hematoloji xəstəliklərdə splenektomiyaya ehtiyac yaranır?

  • Anemiyalar – sferositoz, hemoqlobinopatiyalar, autoimmun hemolitik anemiya və s;
  • Trombositopeniyalar – idiopatik trombositopenik purpura, trombotik trombositopenik purpura və s;
  • Neytropeniya – Felty sindromu və s;
  • Neoplastik xəstəliklər – mieloproliferativ və limfoproliferativ xəstəliklər;

Hemolitik anemiyalarda splenektomiyanın məqsədi nədir?

Deffektli eritrositlərin ömrünü uzatmaq

Splenektomiya hansı hemolitik anemiyada ən effektiv müalicədir?

Sferositoz

Splenektomiya hansı hemolitik anemiyada anemiyanı aradan qaldırmır?

Talassemiya

Sferositoz nədir?

Eritrositlərin anadangəlmə membran defektidir

Patogenezi nədən ibarətdir?

Eritrosit membranında spektin adlı proteinin defisiti nəticəsində kürəşəkilli forma alan və elastikliyi azalan eritrositlər dalaq mikrosirkulyasiyasından keçə bilmirlər və  parçalanırlar.

Klinik əlamətləri hansılardır?

Asimptomatik və ya hemolitik krizlərlə büruzə verir

Diaqnostik kriteriyalarını sadala?

  • Osmotik fragilliyin artması;
  • Coombs testinin mənfi olması;
  • Kriohemoliz testi (inkubasiya olunmuş ertirositlərdə hemoliz testi);

Müalicə üsulları hansılardır?

  • Splenektomiya – anemiya və sarılıq aradan qalxır;
  • Uşaqlarda – müşahidə və 6 yaşdan sonra splenektomiya, lakin transfuziya gərəkdirən çoxsaylı  hemolizlərdə dalağın subtotal (80%) rezeksiyası;

Autoimmun hemolitik anemiyanın mexanizmi necəsir?

Eritrositlərin membranına autoanticimlər birləşir və belə ertirositlər dalaqda parçalanır.

Autoimmun hemolitik anemiyanın diaqnostik meyarları hansılardır?

  • Anemiya – hemoqlobin azalması, retikulositoz
  • Hemoliz –  bilirubin artması, haptoqlobin azalması, LDH artması,
  • Autoimmun mexanizm- müsbət düz Coombus testi

Autoimmun hemolitik anemiyalarda trombossitlər və leykositlər azala bilirmi?

Azala bilər. Anemiya və trombositopeniya ilə birlikdə rast gəlinən autoimmun prosesə Evans sindromu da deyilir.

Autoimmun hemolitik anemiyalarda niyə plazmoferez çox faydalı olmur?

Çünki, anticimlərin əksəriyyəti, xüsusən də “isti” anticisimlər eritrositlərə birləşmiş vəziyyətdə olur.

Coombus testi nəyi göstərir?

Eritrositlərə qarşı anticimlərin olduğunu: düz Coombus eritrositlərə yapışmış, dolayı test isə plazmada sərbəst anticimləri ortaya çıxarır.

Splenektomiya hansı trombositopeniyanın müalicəsi üçün göstərişdir?

İTP

İmmun trombositopenik purpura (İTP) nədir?

Trombositlərin autoimmun destruksiyası nəticəsnində baş verən qanaxmalar

İTP-yə görə edilən splenektomiyadan qısa müddət sonra xəstəlik təkrarlayarsa ilk növbədə nə düşünülməlidir?

Əlavə dalaq

Trombotik trombositopenik purpura nədir?

Endotel hüceyrələrinə və trombositlərə qarşı anticisimlərin törətdiyi kəskin immun iltihabı prosesdir

Xarakterik klinik pentada hansılardır?

 

  • Hərarət;
  • Trombositopenik purpura;
  • Hemolitik anemiya;
  • Nevroloji pozğunluq;
  • Böyrək yetməzliyi;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Periferik yayma (mikranagiopatiya), purpurik zədələnmədən biopsiya

Müalicə üsulları hansılardır?

  • Plazmoferez – ilk seçim;
  • Steroid və ya rituximab + plazmoferez;
  • Splenektomiya + plazmoferez – digər müalicələr effektsiz olduqda;

Splenektomiya hansı neytropeniyanı aradan qaldırmaq üçün istifadə edilir

Felty sindromu (immun neytropeniya)

Felty sindromu nədir?

İmmun neytropeniyadır

Xarakterik klinik triada nədir?

  • Revmatoid artrit;
  • Splenomeqaliya;
  • Neytropeniya;

Patogenezi nədən ibarətdir?

Hesab edilir ki, revmatiod artritdə neytrofillərin səthində yüksək miqdarda İgG toplanır və belə neytrofillərin dalaq tərəfindən tutulması nəticəsində neytropeniya baş verir

Klinik əlamətləri hansılardır?

Təkrarlayan infeksiyalar

Diaqnostik kriteriyalarını sadala?

  • Klinik triada;
  • Neytrofillərdə İgG yüksəkliyi;
  • Sümük iliyində qranulopoezin artması;

Müalicə üsulları hansılardır?

Splenektomiya – simptomatik hallarda

Splenektomiya hansı neytropeniyada əks göstərişdir?

Aqranulositoz

Qlükoza 6 fosfat dehidrogenaza əksikliyi splenoektomiyaya göstərişdirmi?

Xeyr!!!

Mieloproliferativ və mielidisplastik xəstəliklərdə adətən splenektomiyanın əsas məqsədi nədir?

Splenomeqaliyanı və hipersplenizmi aradan qaldırmaq

 

Splenektomiya və ağırlaşmaları - Özət və Suallar

Özət

Splenektomiya müalicə və ya diaqnostika məqsədi ilə dalağın çıxarılma əməliyyatıdır, açıq və ya laparoskopik üsulla aparıla bilər. Bu əməliyyat bəzi xəstəliklərdə birinci seçim müalicə tədbiri kimi (ağır travma, dalağın bəd xasssəli törəmələri, nekrozu, dalaq venası trombozu və varikoz qanama, böyük exinokokk və s.), bəzi xəstəliklərdə ikinci seçim müalicə tədbiri kimi (sferositoz, autoimmun hemolitik anemiya, oraq hüceyrəli anemiya, immun trombositopeniya, immun neytropeniya, abses, hipersplenizm, desensiblizasiya və s.) tətbiq edilir.  Kəskin leykemiya, aqranulositoz və asimptomatik hipersplenizm spenektomiyaya əks göstəriş hesab edilir. Splenektomiyadan sonra plevral maye, qanaxma, hematoma, orqan zədələnməsi, abses dalaq venası trombozu, trombositoz, splenoz, postsplenektomik sepsis kimi ağırlaşmalar meydana gələ bilir. Əməliyyatdan əvvəl və ya sonrakı  həftələrdə kapsullu bakteriyalara qarşı peyvənd, aztravmatik əməliyyat, trombositozlarda anti-aqerqant istifadəsi ağırlaşmaların profilaktikası üçün vacib tədbirlərdir.

 

Splenektomiya və ağırlaşmaları üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Cərrahi praktikada dalaq daha çox nə ilə məhşurdur?

Küt travmalarda intraabominal ən çox zədələnən orqanlardandır

Splenektomiya nədir?

Dalağın çıxarılma əməliyyatıdır

Mütləq göstərişlər hansılardır?

  • Ağır dalaq travmaları (davam edən qanaxma, şok);
  • İnvaziv şişlərdə en-blok splenektomiya;
  • Böyük exinokokk;
  • Dalaq venası trombozuna bağlı splenomeqaliya və mədə varikozu;
  • Dalağın birincili törəmələri;
  • Xəstə dalağın zədələnməsi;

Nisbi göstərişlər hansılardır?

  • Sferositoz;
  • Autoimmun hemolitik anemiya;
  • Oraq hüceyrəli anemiya;
  • İdiopatik trombositopenik purpura;
  • Felty sindromu (immun neytropeniya);
  • Dalaq absesi;
  • Birincili hipersplenizm;

Mübahisəli göstərişlər hansılardır?

  • Qeyri-parazitar kistlər;
  • Talassemiya;
  • Limfomalar;
  • Trombotik trombositopenik purpura;
  • Mielofibrotik xəstəliklər;

Hansı bəd xassəli xəstəliklər splenektomiyaya göstərişdir?

  • KT ilə mərhələsi dəqiqləşdirilməyən  Hodgkin limfomaları;
  • Dalaq törəmələrində (birincili, metastatik, invaziv);
  • Hipersplenizm;

Əks göstərişlər hansılardır?

  • Kəskin leykemiya;
  • Aqranulositoz;
  • Asimptomatik hipersplenizm;

Splenektomiyadan sonra hansı laborator testlər normal deyil?

  • Leykosit 50% yuxarı qalxır;
  • nəzərəçarpan trombositosiz;
  • qan yaxması normal olmur;

Postsplenektomik xəstələrdə qan yaxmasında nə tapılır?

Periferik  yaxmada:

  • Pappenheimer cisimləri;
  • Howell-Jolly cisimcikləri;
  • Heinz cisimləri;

Ağırlaşmaları nələrdir?

  • Soltərəfli plevral maye və ağciyər atelektazı;
  • Qonşu orqan yaralanması;
  • Qanaxma;
  • Subdiafraqmatik abses;
  • Trombositoz;
  • Dalaq venası trombozu;
  • Splenoz;
  • Postsplenektomik sepsis;

Ən çox rast gəlinən ağırlaşma hansıdır?

Soltərəfli plevral maye və ağciyər atelektazı

Soltərəfli plevral mayenin toplanması və ağciyər atelektazının yaranmasının əsas səbəbi nədir?

Ağrı və diafraqmaaltı abses

Soltərəfli plevral mayenin toplanmaması və ağciyər atelektazının baş verməməsi üçün hansı profilaktik tədbirlər görülməlidir?

  • Yetərli ağrısızlaşdırma;
  • Laparoskopik əməliyyat;
  • Erkən aktivləşdirmə;
  • Fizioterapiya;

Splenektomiyalarda ən çox zədələnən orqan hansıdır?

Pankreas quyruğu

Qonşu orqan zədələnmələri zamanı müalicə taktikası necədir?

Tikiş qoymaq və drenaj etmək

Qanaxmanın müalicə taktikası necədir?

  • Massiv qanaxmalarda – təcili təkrar əməliyyat;
  • Asimptomatik hematomalarda – izləmə;
  • Infektiv hematomalarda – drenaj;

Postsplenektomik (subdiafraqmatik) absesin səbəbi nədir?

Dalaq yatağında hematoma və yığıntının infeksiyalaşması, orqan zədələnmələri

Rastgəlmə tezliyi nə qədərdir?

Splenektomiyalardan sonra 2-3% hallarda

Klinik əlamətləri hansılardır?

  • Ağrı;
  • Sepsis əlamətləri;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT – yığıntının aşkarlanması

Müalicə üsulları hansılardır?

perkutan drenaj və antibiotikoterapiya

Splenektomiyadan sonra trombositozun səbəbi nədir?

trombositlərin eliminasiyasının azalması

 

Risk faktoru nədir?

Splenomeqaliyalara və mielofibrozisə görə aparılan splenektomiyalar

Hansı hallarda trombozun profilaktkası aparılmalıdır?

Trombosit sayı 1 milyonu keçərsə - aspirin

Dalaq venası trombozunun rastgəlmə tezliyi nə qədərdir?

Splenektomiyalardan sonra 8-10% hallarda

Risk amilləri nələrdir?

  • Geniş splenik vena (splenomeqaliyalar);
  • Mileofibrozis;
  • Vena güdülünün tikişlə yox büzülərək bağlanması;

Patogenezi nədən ibarətdir?

  • Venada axının azalması;
  • Trombositoz;
  • Trombofiliya;

Klinik əlamətləri hansılardır?

  • Ağrı;
  • Zəif hərarət;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Kontrastlı KT

Müalicə üsulları hansılardır?

Təcili antikoaqulyant müalicə

Profilaktika üsulları hansılardır?

  • Trombosit sayı 1 milyon/ml-dan çox olanlarda – aspirin;
  • Trombofilik vəziyyətlərdə və böyük splenomeqaliyalarda –  antikoqaulyant;

Proqnozu nədir?

Müalicə olunmadıqda portal və mezenterik venalara yayıla bilər

Splenoz nədir?

Dalaq toxumasının qarın daxilində  kiçik parçalarla diffuz implantasiyası  və inkişafıdır

Səbəbi  və ya risk faktorları nələrdir?

Dalağın travmatik, spontan və ya yatrogen partlaması

Ağırlaşmaları nələrdir?

  • Bitişmələr;
  • Bağırsaq keçməzliyi;
  • Xəstəliklərin residivi?

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Ağırlaşma əlamətləri;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Splenektomiyalardan və ya dalaq travmalarından sonra:

  • bağırsaq keçməzliyi;
  • trombositozun olmaması;
  • qanın hüceyrələrinin normal quruluşu;
  • görüntüləmədə qarında  çoxsaylı törəmələr olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Qan yaxması;
  • KT;
  • Biopsiya;

Laborator əlamətləri nələrdir?

qanda yaxmasında Howell-Jolly cisimciklərinin olmaması (bu cisimlər eritrosit qalıntılarıdır və dalaq tərəfindən təmizlənirlər, splenektomiyalarda çox rastlanır)

Görüntüləmə əlamətləri nələrdir?

KT-də çoxsaylı dalaqşəkilli törəmələr (biopsiyada - dalaq toxuması)

Müalicə üsulları hansılardır?

  • Ağırlaşma olmadıqda – müalicəyə ehtiyac yoxdur;
  • Ağırlaşma zamanı – çıxarmaq və ya bitişmələri kəsmək lazımdır;

Profilaktika üsulları hansılardır?

Əməliyyat vaxtı dalağın bütövlüyünə diqqət etmək lazımdır

Postsplenektomik sepsis nədir?

Dalaq funskiyasının itirilməsi nəticəsində bakteriyalara qarşı müqavimətin azalması və sürətlə inkişaf edən sepsis və septik şok

Böyüklərdə postsplenektomik sepsis rastgəlmə tezliyi nə qədərdir?

<1%

Uşaqlarda rastgəlmə tezliyi və letallığı  nə qədərdir?

Rastgəlməsi 1%-2%, letallığı 50%

Niyə 5-6 yaşlı uşaqlarda postsplenektomik sepsis daha çox rast gəlinir?

Bu yaşda immun sistem tam formalaşmadığı üçün

Ən çox hansı bakteriyalar postsplenektomik sepsisə səbəb olur?

Kapsullu bakteriyalar: Streptococcus pneumaniae, Neiserria meningitis, H.influenza

Patogenezi nədən ibarətdir?

Dalağın immun funksiyasının aradan qalxması – opsoninin azalması, İgM sintezinin azalması, faqositozun və bakteriaların təmizlənməsinin azalması

Postsplenektomik sepsisin tipik klinikası necədir?

  • Başlanğıcda qeyri-spesifik əlamətlər:
    • Halsızlıq;
    • Yorğunluq;
    • Rinoreya;
  • Sürətlə proqressivləşmə:
    • Yüksək hərarət;
    • Septik şok;
    • Yayğın damardaxili laxtalanma sindromu;

Postsplenektomik sepsisin profilaktikası nədən ibarətdir?

  • Splenektomiyadan 2-3 həftə əvvəl və ya sonrakı kapsullu bakteriyalara qarşı polivalent vaksinasiya;
  • Yüksək riskli qruplarda əlavə olaraq uzunmüddətli antibiotikoterapiya (2 yaşındakı uşaqlarda 6 yaşına qədər penisillin və ya ampicillin);
  • dalaq travmalarında autotransplantasiya;
  • Splenektomiya olunmuş xəstələrdə ilkin əlamətlər olarsa təcili antibiotikoterapiya;

Splenektomiyalı xəstələrdə immunizasiya üçün ən yaxşı vaxt nə zamandır?

  • Əməliyyatdan əvvəl;
  • Əməliyyat təcilidirsə əməliyyatdan 2 həftə sonra;

Splenoektomiya olunan xəstələr adətən hansı vaksinasiyaları almalıdırlar?

Pneumococcus, Meningococcus, Haemophilius influenza tip B

Müalicə üsulları hansılardır?

  • yüksək dozada antibiotiklər;
  • dəstək müalicələri;

Proqnozu nədir?

Müalicə olunmazsa 12-48 saat ərzində ölümlə nəticələnir

Hiposplenizm nədir?

Dalağın funksiyasında azalması

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Anadangəlmə aspleniya;
  • Yaşlılıq;
  • Təkrarlayan sekestrasion krizləri:
    • Oraq hüceyrəli anemiya;
    • Essensial trombositoz;
    • Malyariya;
    • Splenik arteriya trombozu;
  • Autoimmun xəstəliklər:
    • Xoralı kolit;
    • Qlomerulonefrit;
    • SLE;
    • Revmatoid artrit;
    • Sarkoidoz;
  • Şiş və ya kistlər;
  • Amiloidoz;
  • Postsplenektomiya;
  • Digər;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Qanın periferik yaxması

Laborator əlamətləri nələrdir?

qanda Howell-Jelly cisimciklərinin tapılması

Müalicə üsulları hansılardır?

Spesifik müalicəsi yoxdur

Hiposplenizm hansı xəstələrdə olur?

Xoralı  koliti olan xəstələrdə

Postsplenik hiposplenizmin ən effektiv profilaktikası hansıdır?

Dalaq autotransplantasiyası

Hansı hallarda dalaq autotransplantasiyası daha çox tövsiyə edilir?

Durğunluğa və travmaya görə aparılan splenektomiyalarda

Dalağın damar xəstəlikləri - Özət və Suallar

Özət

Dalağın ən çox rast gəlinən damar xəstəliklərinə dalaq infarktı, dalaq arteriyası anevrizması və dalaq venası trombozu aid edilir.

Dalaq infarktı dalaq arteriyasının və ya şaxələrinin trombla, embolla tutulması və ya sıxılması nəticəsində meydana gələn işemik nekrozdur. Trombofilik vəziyyətlər (bəd xassəli xəstəliklər, antifosfolipid sindromu və s), emboliyalar (atrial fibrilyasiya, açıq oval dəlik, atereskleroz, müalicəvi embolizasiya), mileloproliferativ xəstəliklər (polisitemiya vera, mielofibroz, trombositemiya və s.), hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya), böyük splenomeqaliyalar, dalaq burulması və dalaq travması infarkta səbəb ola bilər. İnfarkt xəstələrin təxminən yarısında simptomsuz və ya zəif əlamətlərlə biruzə verir, yarısında isə qarının sol tərəfində ağrı, ürəkbulanma və qusma, hərarətin artması, leykositoz ilə biruzə verir, əksər hallrda fibrozla nəticələnir, az hallrda isə absesə və qanaxmaya səbəb olur. Diaqnozu kontrastlı KT ilə qoyulur: kontrast tutmayan piramidşəkilli bölgənin görünməsi xarakterikdir. Asimptomatik hallarda izləmə, ağırlaşmalarda (qanaxma, infeksiya) isə cərrahi müdəxilə lazım gəlir (adətən splenektomiya).

Dalaq arteriyasının anevrizması qarın boşluğu damarlarının anevrizması arasında aorta və qalça areteriyaları anevrizmalarından sonra üçüncü yerdə durur. Ağrı və dalaq infarktı əlamətləri ilə ortaya çıxa bilir, hamiləlikdə isə partlama ehtimalı çox yüksəkdir. Diaqnozu KT angioqrafiya ilə dəqiqləşdirilir. Müalicəsində ölçüsü, simptomları və hamiləlik nəzərə alınır: hamilələlik planlaşdırılanlarda, ölçüsü 2 sm-dən böyük, simptomatik anevrizmalarda müalicə lazımdır ( distal və proksimalının bağlanması, splenektomiya, embolizasiya); ölşüsü 2 sm-dən kiçik və asimptomatik anevrizmalarda müşahidə tövsiyə olunur.

Dalaq venasının tombozu və ya soltərəfli portal hipertenziya qarındaxili venaların ən çox rast gəlinən trombozudur. Ən çox rastgəlinən səbəbi pankreatitdir, ikinci yerdə pankreas xərçəngi və mədənin arxa divar xorası durur, retroperitoneal fibroz və splenektomiya digər səbəbləri arasındadır. Xəstəlik mədə dibi varikozlarını və varikoz qanaxma (15 – 20%), splenomeqaliya və hipersplenizm törədə bilir. Diaqnozu KT/MRT angioqrafiya ilə dəqiqləşdirilir. Xoşxassəli xəstəlik mənşəli dalaq venası trombozunda splenektomiya tövsiyə edilir, bəd xassəli xəstəlik mənşəli trombozlarda isə splenektomiya faydasızdır.

 

Dalağın damar xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Dalaq infarktı nədir?

Dalaq arteriyasının və ya şaxələrinin trombla, embolla tutulması və ya sıxılması nəticəsində meydana gələn işemik nekrozdur

Səbəbi və ya risk faktorları nələrdir?

Aşağıdakı xəstəliklərin ağırlaşması kimi ortaya çıxa bilər:

  • Trombofilik vəziyyətlər
  • Embologen səbəblər: atrial fibrilyasiya, açıq oval dəlik, atereskleroz, müalicəvi embolizasiya;
  • Mileloproliferativ xəstəliklər
  • Hemoqlobinopatiyalar;
  • Böyük splenomeqaliyalar;
  • Dalaq burulması;
  • Dalaq travması;

Ağırlaşmaları nələrdir?

  • Qanaxma;
  • Absesləşmə;

Klinik əlamətləri hansılardır?

  • Simptomsuz və ya zəif əlamətlərlə - 50 % hallarda;
  • Qarının sol tərəfində güclü ağrı;
  • Ürəkbulanma və qusma;
  • Sol qabırğaaltında palpator ağrılı;
  • Hərarətin artması;
  • Leykositoz;
  • LDH artması;

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

Kontrastlı KT

Görüntüləmə əlamətləri nələrdir?

Kontrastlı KT-də - kontrast tutmayan piramidşəkilli bölgə

Müalicə üsulları hansılardır?

  • İzləmə - asimptomatik və ağırlaşmamış hallarda;
  • Ağırlaşmalarda - cərrahi müdaxilə;

Əməliyyata göstərişlər nələrdir?

Ağırlaşmaların olması

Əməliyyat üsulları hansılardır?

Splenektomiya

Proqnozu nədir?

Əksərən dalaqda fibroz və ya psevdokistlə nəticələnir.

Dalaq arteriyasının anevrizması nədir?

Dalaq arteriyasının divarının kisəşəkilli genişlənməsi

Rastgəlmə tezliyi nə qədərdir?

Az rast gəlinən patologiyadır

Ağırlaşmaları nələrdir?

Partlama, qanama, dalaq infarktı

Klinik əlamətləri hansılardır?

Ağrı və dalaq infarktı əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

USM və KT müyinələrində arteriya proyeksiyasında kütlə kimi görüntü olan xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

KT angioqrafiya

Görüntüləmə əlamətləri nələrdir?

Damarın seqmentar genişlənməsi

Müalicə üsulları hansılardır?

  • hamiləlik planlaşdırılan xəstələrdə müalicə lazımdır(partlama ehtimalı yüksək);
  • ölçüsü <2 sm və asimptomatik anevrizmalarda müşahidə;
  • ölçüsü >2 sm və ya simptomatik, ətrafında iltihabı olan anevrizmalarda cərrahi müalicə;

Əməliyyat üsulları hansılardır?

  • Anevrizmanın distal və proksimalının bağlanması - ilk seçim;
  • Splenektomiya + eksiziya və ya endovaskulyar embolizasiya

Embolizasiya zamanı baş verə biləcək ağırlaşmalar hansılardır?

Dalaq infarktı inkişaf edə bilər

Proqnozu nədir?

Hamiləlikdə partlama ehtimalı çox yüksəkdir.

Dalaq venası trombozunda splenektomiyaya göstəriş hansıdır?

Hipersplenizm və mədə varikozu

Dalaq venasının izole trombozu və ya soltərəfli portal hipertenziyanın rastgəlmə tezliyi nə qədərdir?

Qarındaxili venaların ən çox rast gəlinən trombozudur.

Səbəbi və ya risk faktorları nələrdir?

  • Pankreatit;
  • Pankreas xərçəngi;
  • Mədənin arxa divar xorası;
  • Retroperitoneal fibroz;
  • Splenektomiya;

Dalaq venası trombozunun ən çox rastlanan səbəbi?

Pankreatitlər

Ağırlaşmaları nələrdir?

  • Varikoz qanaxma;

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Splenomeqaliya;
  • Hipersplenizm;
  • Mədə varikozları;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Qastroskopiyada izolə mədə varikozları tapılan xəstələrdə

Izolə qastrik varikozlara ən çox nə səbəb olur?

Dalaq venası trombozu

Dalaq venası trombozunda izolə mədə varikozlarının əmələ gəlmə səbəbi nədir?

Venoz drenaj kiçik venalar vasitəsi ilə mədə damarlarına drenaj olduğu üçün

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

 KT/MRT angioqrafiya

Müalicə üsulları hansılardır?

Splenektomiya

Əməliyyata göstərişlər nələrdir?

Xoşxassəli xəstəlik mənşəli dalaq venası trombozunda

Bəd xassəli xəstəlik mənşəli trombozlarda splenektomiya faydalıdırmı?

Xeyr

Splenik vena trombozundan əmələ gəlmiş qastrik varikozların müalicəsi nədir?

Splenektomiya

 

Dalaq kütlələri - Özət və Suallar

Özət

Dalaq kütlələri dalaqda yerləşən neoplastik və ya digər mənşəli sistik, toxumalı və ya qarışıq tərkibli yerli xəstəliklərə verilən ümumi addır. Dalaq törəmələrinin yarısından çoxu bəd xassəlidir və bunların arasında ən çox rast gəlinəni limfoma və metastatik adenokarsinomadır. Xoşxassəli törəmələrin təxminən yarısı kistlərdir və bunların da əksəriyyətini parazitar kistlər təşkil edir. Dalaq kütlələri klinik olaraq müxtəliflik göstərə bilirlər: kiçik (5 sm-dən kiçik) xoşxassəli kistik və toxumalı törəmələr adətən asimptomatik olurlar, böyük kütlələr ətrafa təzyiq, hipersplenizm və digər ağırlaşmalarla biruzə verə bilirlər, metastatik törəmələrda adətən əsas xəstəliyin ələmətləri ön planda olur. Diaqnostikası üçün əvvəlcə klinik və USM müayinələri aparılır, törəmənin ilk növbədə abses, kistik və ya toxumalı olduğu müəyyən edilir, sonra isə səbəbi dəqiqləşdirmək üçün KT  və digər müayinələr aparılır. Bu müayinələrlə səbəb dəqiqləşdirilmirsə və bəd xassəlilik inkar edilmirsə biopsiya və ya splenektomiya edilə bilər. Dalaq törəmələrində səbəbinə uyğun müalicə aparılır. 

 

Dalaq kütlələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Dalaq kütlələri

Suallar

Cavablar

Dalaq kütlələrinin klinik-morfoloji cəhətlərinə görə təsnifatı:

  • Kistlər;
  • Toxumalı və qarışıq:
    • Neoplastik törəmələr;
    • Hematoma;
    • İnfarkt;
    • Kalsifikasiyalar;
  • Abses;

Dalağın ən çox rast gəlinən bədxassəli törəməsi hansıdır?

Limfoma və metastatik adenokarsinoma

Dalağın ən çox rast gəlinən xoşxassəli törəməsi hansıdır?

Kistlər (parazitar kist)

Klinik əlamətləri hansılardır?

  • Kiçik (<5 sm) xoşxassəli kistik və toxumalı törəmələr – asimptomatik;
  • Böyük kütlələr – ətrafa təzyiq, hipersplenizm və s;
  • Metastatik törəmələr – əsas xəstəliyin ələmətləri;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Aşağıdakı əlamətlər olduqda:
    • Tez doyma;
    • Epiqastral və ya sol qabırğaaltı palpator kütlə (dalaq əllənməsi);
    • Sol qabırğa altında ağrı;
    • Qaraciyərdə exinokokk;
    • Limfoma;
    • Yüksək hərarət;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM və/və ya venoz  faza  KT

Erkən arterial faza KT müayinəsi dalaq kütlələrinin təyini üçün niyə məsləhət deyil?

Dalaq mozaik boyandığı üçün (“zebra görüntüsü”)

Dalağın kistik törəmələrinin diaqnostikası üçün hansı müayinə lazımdır?

USM

Dalağın toxumalı törəmələrini dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • USM, kontrastlı KT və ya MRT;
  • Diaqnostik splenektomiya;

Görüntüləmə əlamətləri nələrdir?

USM-də izo, hiperexogen və ya heterogen törəmə;

KT-də isə adətən kontrast tutan törəmə;

Hematoma üçün xarakterik əlamətlər hansılardır?

  • Anamnezdə travma;
  • KT-də kontrast tutmayan hiperdens (parlaq sahə);

Dermoid kistlərdə xarakterik Görüntüləmə əlamətləri nələrdir?

KT-də:

  • Qalın divar;
  • Tərkibində sümük, diş qalıntıları;

Hemagioma üçün xarakterik görüntüləmə əlamətləri hansılardır?

Kontrastlı KT və ya MRT-də arterial fazada periferik düyünşəkilli kontrastlaşma, venoz və gec fazalarda kontrastı buraxmama

Dalq kütlələrində müalicə üsulları hansılardır?

Səbəb uyğun

Əməliyyata göstərişlər nələrdir?

Parazitar, simtomatik və ya böyük ölçülü epitelial və psevdokistlərdə və səbəbi bilinməyən kistlər

 

Dalaq absesi

Suallar

Cavablar

Dalaq absesi nədir?

Dalağın parenximasının məhdud irinliyidir.

Rastgəlmə tezliyi nə qədərdir?

Əhalinin 0.05-0.7%-də rast gəlinir

Hansı klinik formaları var?

  • Dalağın birincili absesi;
  • Dalağa açılan abses;
  • Dalağı əhatə edən abses;

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Digər orqanların iltihabi xəstəlikləri;
  • Dalaq parenximasının zədələnməsi;
  • Mədə və ya kolon perforasiyası;
  • Immunsupressiv vəziyyət;
  • Bakteriemiya və s;

Patogenezi nədən ibarətdir?

  • Uzaq infeksion ocaqdan hematogen yayılma;
  • Ətraf infeksion ocaqdan yayılma;
  • Kist, dalaq infarktı və ya hematomanın infeksiyalaşması;

Ağırlaşmaları nələrdir?

  • Spontan absesin açıması və peritonit;
  • Sepsis və ağırlaşmaları;

Klinik əlamətləri hansılardır?

  • Sol qabırğaaltı nahiyədə ağrı;
  • Hərarət;
  • Palpasiya olunan dalaq;
  • Peritonitlə əlaqədar qarında gərginlik;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri və USM müayinəsində əlamətlər olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Laborator;
  • KT;
  • USM;

Laborator əlamətləri nələrdir?

  • Leykositoz;
  • CRP artması;

Görüntüləmə əlamətləri nələrdir?

KT – Dalaqda hipodens sahə, maye və qaz səviyyəsi

Diaqnostik kriteriyalarını sadala?

Dalaqda kistik və ya qarışıq törəmə, SİRS və ya sepsis əlamətləri

Müalicə üsulları hansılardır?

Konservativ (antibiotik) və cərrahi

Əməliyyata göstərişlər nələrdir?

  • Təksaylı və periferik abseslər perkutan drenaja göstərişdir;
  • Çoxsaylı abseslər, drenajın mümkün olmaması splenektomiyaya və hissəvi rezeksiyaya göstərişdir;

Əməliyyat üsulları hansılardır?

  • Splenektomiya;
  • Perkutan drenaj – residiv və ağırlaşma yüksək;
  • Laparoskopik drenaj;
  • Dalağın hissəvi rezeksiyası;

Proqnozu nədir?

10-47% hallarda ölümlə nəticələnir.

 

Dalaq kistləri

Suallar

Cavablar

Yalançı kist nədir?

Travma və infarktan sonra əmələ gələn divarında epitel qatı olmayan kistlərdir

Həqiqi kist nədir?

Divarı epitellə örtülü, əksər hallarda anadangəlmə mənşəli kistlərdir

Rastgəlmə tezliyi nə qədərdir?

Dermoid və epidermal kistlər  nadir rast gəlinir

Hansı klinik formaları var?

  • Parazitar - exinokok;
  • Qeyri-parazitar:
    • Epitelial;
    • Yalançı;
    • Dermoid;
    • Neoplastik;

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Parazitlər – exinokok;
  • Anadangəlmə - həqiqi – dermoid və epitelial;
  • Travma və infarkt – yalançı kistlərdə;

Gediş xüsusiyyəti necədir?

  • Exinokok kistləri böyüməyə və partlayaraq yayılmağa meyillidirlər;

Ağırlaşmaları nələrdir?

  • Infeksiyalaşma;
  • Partlama;
  • Qanaxma;

Klinik əlamətləri hansılardır?

Əksərən asimptomatikdir, böyüdükdə (>5 sm) və ya partladıqda simptomlar üzə çıxır

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Exinokok və ya travma anamnezi olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • USM və KT;
  • Histoloji müayinə -  yalançı və həqiqi kistləri fərqləndirmək üçün;

Görüntüləmə əlamətləri nələrdir?

USM-də - anexoik görüntü;

Kontrastlı KT-də - kontrast tutmur və oval görünür;

Exinokok kistlərində xarakterik görüntüləmə əlamətləri nələrdir?

  • Ikiqat divar;
  • Qız qovuqcuqları və ya arakəsmələr, partlamış kist əlamətləri;
  • Divarda kalsifikasiya;
  • Digər orqanlarda, xüsusən qaraciyərdə exinokok;

Müalicə üsulları hansılardır?

  • Asimptomatik və kiçik sistlərdə (<5 sm) izləmə;
  • Konservativ (antihelmint);
  • Cərrahi – simptomatik və böyük kistlər;

Əməliyyata göstərişlər nələrdir?

Simptomatik və böyük kistlər

Əməliyyat üsulları hansılardır?

  • Splenektomiya;
  • Hissəvi kistektomiya (fenestrasiya);
  • Dalaq rezeksiyası;

Diffuz splenomeqaliya - Özət və Suallar

Özət

Splenomeqaliya dalaq həcminin böyüməsinə, hipersplenizm isə dalaq ölçüsünün və funksiyasınının artmasına deyilir. Yəni hipersplenizm olması üçün aşağıdakı üç kriteriya olmalıdır: splenomeqaliya, sitopeniya (mono-, di-, trisitopeniya) və sümük iliyində reaktiv hiperplaziya. Diffuz splenomeqaliya əksər hallarda ikincilidir və onu törədən səbəblər arasında ilk yerləri hematoloji, qaraciyər, infeksiyon və autoimmun xəstəliklər tutur. Bu sindromun klinikası və gedişi səbəbindən asılıdır, əsas xəstəliyin əlamətləri ilə birlikdə ola bilər, asimptomatik ola bilər və ya ağırlaşma əlamətləri ilə biruzə verə bilər (sitopeniya, portal hipertenziya, orqanları sıxma və s). Diffuz splenomeqaliyada əsas diaqnostik məsələ səbəbin araşdırılmasıdır və bu məqsədlə ardıcıl olaraq hematoloji, qaraciyər, infeksiyon və autoimmun xəstəliklər yoxlanılır. Müalicəsi səbəbin aradn qaldırılmsından ibarətdir, səbəb aradan qaldırılmadıqda palliativ məqsədlə splenektomiya, dalaq arteriyasının embolizasiyası, parsial splenektomiya və s istifadə edilə bilər.

 

Diffuz splenomeqaliya üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Splenomeqaliya nədir?

Dalağın böyüməsidir

Hipersplenizm nədir?

  • Dalağın hiperfunksiyası – sitopeniya;
  • Splenomeqaliya;
  • Hiperreaktiv sümük iliyi;

Splenomeqaliyanın hansı klinik formaları var?

  • Durğunluq;
  • Hipertrofiya, hiperplaziya;
  • Reaktiv;
  • Neoplastik;
  • Metabolik;
  • Digər;

Səbəbi və ya risk faktorları nələrdir?

  • Hematoloji xəstəliklər;
  • Portal hipertenziya;
  • Infeksiyalar;
  • Iltihabi xəstəliklər;
  • Metabolik xəstəliklər;

Patogenezi nədən ibarətdir?

  • Durğunluq;
  • Dalağın funksional yükünün artması;
  • Iltihabi və mezenximal hüceyrə artımı;

Portal hipertenziyanın ilk əlamətilərindən biri hansıdır?

Splenomeqaliya

Gediş xüsusiyyəti necədir?

Gedişi səbəbindən asılıdır

Ağırlaşmaları nələrdir?

  • Trombositopeniya və qanaxma;
  • Anemiya;
  • Leykopeniya və infeksiyalar;
  • Portal hipertenziya və varikoz qanaxma;
  • Qarındaxili orqanların sıxılması;
  • Nəhəng splenomealiyalarda qaraciyər zədələnməsi (Banti sindromu) və ürək yetməzliyi;

Klinik əlamətləri hansılardır?

  • əsas xəstəliyin əlamətləri;
  • qarında kütlə;
  • sitopeniya ilə əlaqədar qanaxma, anemiya;
  • təkrarlayan infeksiyalar;
  • mədə-bağırsaq qanaxması;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Qarında böyümə;
  • Sol qabırğaaltı nahiyədə kütlənin əllənməsi;
  • Sitopeniya əlamətləri;
  • Portal hipertenziya əlamətləri;
  • Qarındaxili sıxışma əlamətləri – tezdoyma, yeməkdən sonra təngnəfəslik);

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • USM;
  • KT;
  • Qanın ümumi analizi;

Laborator əlamətləri nələrdir?

Sitopeniya (mono-, di-, pansitopeniya)

Görüntüləmə əlamətləri nələrdir?

Dalağın uzununa ölçüsünün 14 sm-dən və ya eninə ölçüsünün 5 sm-dən çox artması və ya həcminin artması ( həcmin 250 sm3-dənçox olması);

Müalicə üsulları hansılardır?

  • Səbəbin aradan qaldırılması;
  • cərrahi;

Əməliyyata göstərişlər nələrdir?

Səbəbin tapılmaması və neoplastik törəmələr

Əməliyyat üsulları hansılardır?

  • Splenektomiya;
  • Hissəvi dalaq embolizasiyası;
  • Dalaq arteriyası liqasiyası;
  • Böyümə faktoru istifadəsi;

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

Diffuz splenomeqaliya əksər hallarda ikincili xəstəlikdir.

 

Dalağın anatomiyası və fiziologiyası - suallar

Dalağın anatomiyası və fiziologiyası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Dalaq hansı arteriyalarla qidalanır?

Qarın kötüyünün şaxəsi olan dalaq arteriyası və qastroepiploik arteriyadan gələn qısa mədə arteriyaları ilə

Dalağın venoz qanı hara axır?

Dalaq venası ilə portal venaya

Dalağı nə “qıdıqlayır”?

Pankreasın quyruğu

Neçə faiz adamlarda əlavə dalaq olur?

Təxminən 20%

Bədəndə olan trombositlərin neçə faizi dalaqda saxlanır?

33%

İnsanlarda dalağın funksiyası nədir?

  • Təmizləmə-süzgəc funksiyası - zədələnmiş və yaşlı eritrositlər, qranulositlər və trombositlər dalaqda təmizlənir.
  • İmmun funksiya - opsoninlərin sintezi, anticisim sintezi, xüsusilə İgM, faqositoz
  • Depolama funksiyası – trombositlərin 1/3-i dalaqda depolanır

Dalaq hansı opsoninləri ifraz edir?

Properdin, tuftsin