Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Yoğun bağırsaq - Özətlər və Suallar

Psevdomembranoz kolit – Antibiotiklərə bağlı kolit (klostridial kolit) - suallar

Psevdomembranoz kolit – Antibiotiklərə bağlı kolit (klostridial kolit) üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Psevdomembranoz kolit nədir?

Antibiotikoterapiyadan sonra meydana gələn kolit

Rastgəlmə tezliyi nə qədərdir?

 

Hansı klinik formaları var?

 

Səbəbi və ya risk faktorları nələrdir?

  • Antibiotik qəbulu;
  • Antidepressant, PPİ qəbulu;
  • Şişəleyhinə dərmanlar (Metotreksat)
  • Hemolitik – uremik sindrom;
  • Intestinal işemiya;
  • Xroniki böyrək çatmazlığı;

Patogenezi nədən ibarətdir?

Antibiotik → yoğun bağırs aq mikroflorasının dəyişməsi → Clostridium difficille artması → A və B toksinlərin artması → yoğun bağırsaq selikli qişasının zədələnməsi → iltihab

Gediş xüsusiyyəti necədir?

 

Ağırlaşmaları nələrdir?

  • Fulminant kolit;
  • Toksik meqakolon;
  • Perforasiya;

Klinik əlamətləri hansılardır?

  • Diarreya;
  • Qarında ağrı;
  • Halsızlıq;
  • İştahsızlıq;
  • Subfebril temperatur;
  • Ürəkbulanma;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Son 3 ayda antibiotik almış xəstələrdə;
  • Hospitalizasiya zamanı və ya 48 saat sonra yaranan diarreyası olan xəstələrdə;

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Anamnez;
  • Klinik müayinə;
  • Nəcisin analizi (sitotoksik koproloji test, ELİSA, PZR);
  • Rektoromanoskopiya və ya fibrosiqmoidoskopiya;
  • Ümumi Rentgenqrafiya;
  • KT;

Laborator əlamətləri nələrdir?

  • Nəcisdə A və B toksinlərinin təyini;
  • Leykositoz, kreatinin, albumin;

Görüntlüləmə əlamətləri nələrdir?

Rektoromanoskopiya və ya fibrosiqmoidoskopiya - Xarakterik 2-10 mm diametrli sarı rəngli düyünlər aşkar edilir;

Ümumi Rentgenqrafiya – selikli qişanın qalınlaşması, qaustrasiyanın itməsi, toksik meqakolon, perforasiya;

Digər müayinələrdə nə tapılır?

 

Diaqnostik kriteriyalarını sadala?

 

Müalicə üsulları hansılardır?

Ağırlaşma olmayan hallarda:

  • Konservativ müalicə - Metronidazol, Vankomisin, Rifaksimin;
  • Cərrahi müalicə;

Əməliyyata göstərişlər nələrdir?

  • Fulminant gediş;
  • Toksik dilatasiya;
  • Perforasiya;
  • Konservativ müalicənin effektsizliyi;

Əməliyyat üsulları hansılardır?

İleostomiya ilə kolektomiya

Proqnozu nədir?

 

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

 

 

Meqakolon

Suallar

Cavablar

Meqakolon nədir?

Yoğun bağırsağın dilatasiyası, uzanması və hipertrofiyalaşmasıdır

Rastgəlmə tezliyi nə qədərdir?

Az rast gəlinir

Hansı klinik formaları var?

  • Kəskin - psevdoobstruksiya;
  • Xronik;
  • Toksik;

Xronik meqakolonun hansı klinik formaları var?

  • Anadangəlmə;
  • Qazanılma;

Qazanılma xronik meqakolonun səbəbi və ya risk faktorları nələrdir?

  • Nevroloji səbəblər: Çaqas, Parkinson, miotonik distrofiya, diabetik neyropatiya, onurğa beyni zədələnmələri;
  • Sistem xəstəlikləri: skleroderma, dermatomiozit, sistem lupus eritematozu;
  • Xroniki psevdoobstruksiya;

Patogenezi nədən ibarətdir?

Uzunmüddətli bağırsaq motorikasının pozulması

Gediş xüsusiyyəti necədir?

  • Anadangəlmə - klinik əlamətlər 1 yaşdan əvvəl başlayır;
  • Qazanılma - klinik əlamətlər 10 yaşdan sonra başlayır;

Ağırlaşmaları nələrdir?

Perforasiya və peritonit

Klinik əlamətləri hansılardır?

Qəbizlik

Hansı xəstələrdə şübhələnmək lazımdır?

 

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Fiziki müayinələr;
  • Kontrastlı Rh-qrafiya;
  • Kontrastlı KT;
  • Kolonoskopiya və biopsiya;
  • Histoloji müayinə - səbəbin təyini;

Laborator əlamətləri nələrdir?

 

Görüntüləmə əlamətləri nələrdir?

 

Digər müayinələrdə nə tapılır?

Palpasiyada – gərgin qarın;

Digital müayinədə - bərk nəcis kütləsi;

Diaqnostik kriteriyalarını sadala?

 

Müalicə üsulları hansılardır?

  • Konservativ (laksatiflər, infuzion terapiya və s.);
  • Cərrahi;

Əməliyyata göstərişlər

 nələrdir?

  • Konservativ terapiyanın effektsizliyi;
  • Ağırlaşmalar;

Əməliyyat üsulları hansılardır?

  • İliorektal anastomoz qoymaqla total kolektomiya;
  • Ileostoma qoymaqla total proktokolektomiya;
  • Ileoanal anastomoz qoymaqla total proktokolektomiya;

Proqnozu nədir?

Perforasiya riski 3%-ə qədərdir

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

 

 

Kolon psevdoobstruksiyası

Suallar

Cavablar

Kolon psevdoobstruksiyası nədir?

Mexaniki obstruksiya olmadığı halda kolonun massiv dilatasiyası ilə müşahidə edilən funksional xəstəlikdir

Hansı klinik formaları var?

  • Kəskin - Ogilvie sindromu;
  • Xroniki;

Rastgəlmə tezliyi nə qədərdir?

Çox nadir hallarda rast gəlinir

Səbəbi və ya risk faktorları nələrdir?

  • Keçirilmiş əməliyyatlar;
  • Spinal kord zədələnmələri;
  • Qocalıq;
  • Yanaşı xəstəliklər – nevroloji, renal, respirator, hipotireoz;
  • Elektrolit balansının pozulması;
  • Dərman maddələrinin qəbulu (narkotik, antidepressant, fenotiazin, antiparkinson, anestetik və s.);

Patogenezi nədən ibarətdir?

Simpatik innervasiyanın artması, parasimpatik innervasiyanın azalması

Gediş xüsusiyyəti necədir?

 

Ağırlaşmaları nələrdir?

Perforasiya və peritonit

Klinik əlamətləri hansılardır?

  • Abdominal ağrı;
  • Ürəkbulanma və qusma;
  • Qəbizlik;
  • Qızdırma;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Fiziki müayinələr;
  • Kontrastlı R-qrafiya;
  • Kontrastlı KT;
  • Kolonoskopiya;
  • Qanda elektrolitlərin təyini;

Laborator əlamətləri nələrdir?

Hiponatriemiya, hipokaliemiya

Görüntüləmə əlamətləri nələrdir?

Əsasən sağ və köndələn çənbər bağırsaqda diffuz dilatasiya (sekal diametr  ̴ 12-14 sm)

Digər müayinələrdə nə tapılır?

Palpasiyada – qarında gərginlik;

Auskultasiyada – bağırsaq küylərinin azalması və ya tam itməsi;

Diaqnostik kriteriyalarını sadala?

 

Müalicə üsulları hansılardır?

  • Dərman qəbulunun dayandırılması;
  • Konservativ;
  • Kolonoskopik dekompressiya;
  • Cərrahi;

Konservativ müalicə

  • Bağırsaq peristaltikasının artırılması – Metoklopramid, Sizaprid, Eritromisin, Neostiqmin;
  • Infuzion terapiya;

Əməliyyata göstərişlər nələrdir?

  • Işemiya;
  • Perforasiya;
  • Peritonit;

Əməliyyat üsulları hansılardır?

  • Sağ hemikolektomiya;
  • Stomanın qoyulması;

Proqnozu nədir?

Perforasiya baş verdikdə ölüm riski 40%-ə qədər artır

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

 

Toksik meqakolon

Suallar

Cavablar

Toksik meqakolon nədir?

Kəskin toksiki kolit fonunda kolonun dilatasiyasıdır

Rastəlmə tezliyi nə qədərdir?

 

Hansı klinik formaları var?

Total və seqmentar

Səbəbi və ya risk faktorları nələrdir?

Kolit – ulserativ, işemik, infeksion, radiasyon, psevdomembranoz və s;

Patogenezi nədən ibarətdir?

 

Gediş xüsusiyyəti necədir?

 

Ağırlaşmaları nələrdir?

Perforasiya və peritonit

Klinik əlamətləri hansılardır?

  • Qızdırma;
  • Abdominal ağrı və gərginlik;
  • Taxikardiya;
  • Dehidratasiya;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

 

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Qanın ümumi analizi;
  • Kolonoskopiya və biopsiya;
  • Histoloji müayinə;
  • Kontrastlı R-qrafiya;
  • USM;
  • Kontrast KT;
  • Kolonoskopiya;

Laborator əlamətləri nələrdir?

Iltihab əlamətləri – EÇS-in artması, leykositoz, CRP-nin artması

Görüntlüləmə əlamətləri nələrdir?

  • Köndələn çənbər bağırsaq diametri >6 sm;
  • Kolon haustrlarının itməsi, “barmaq izi” simptomu;
  • Bağırsaq mənfəzində yumşaq toxuma kütlələri – psevdopoliplər;
  • Seqmnetal divar nazikləşməsi;
  • İntrapritoneal sərbəst hava;

Digər müayinələrdə nə tapılır?

 

Diaqnostik kriteriyalarını sadala?

  • Radioloji müayinədə köndələn çənbər bağırsaq diametri >6 sm;
  • Qızdırma (>38.5°C), taxikardiya (120 v/dəq), leykositoz (>10.5 x 10 3/µL) və ya anemiya;
  • Dehidratasiya, huş pozulmaları, elektrolit pozulmaları və ya hipotenziya;

Müalicə üsulları hansılardır?

  • Konservativ – infuzion, antibiotik, steroidlər;
  • Nazoqastral zond qoyulması;
  • Cərrahi;

Əməliyyata göstərişlər nələrdir?

  • Peforasiya;
  • Massiv hemorragiya;
  • 24-72 saatlıq konservativ terapiyanın effektsizliyi - toksikozun artması, dilatasiyanın artması;

Əməliyyat üsulları hansılardır?

Kolektomiya

Proqnozu nədir?

Perforasiyanın inkişafı ölüm riskini artırır

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

 

Bağırsaq endometriozu

Suallar

Cavablar

Endometrioz nədir?

Normal endometrium qişasının digər nahiyələrə implantasiyası

Rastgəlmə tezliyi nə qədərdir?

Endometriozların 5-12%-ni bağırsaq endometriozu təşkil edir

Klinik əlamətləri hansılardır?

  • Bəzən asimptomatik;
  • Pelvik və abdominal ağrı – menstruasiya dövründə;
  • Qəbizlik və ya diarreya;
  • Dismenorreya;
  • Rektal qanaxma;
  • Nadir hallarda qızdırma;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Laparoskopiya;
  • MRT;
  • USM;
  • Kolonoskopiya;
  • Transrektal USM;
  • Qanda CA-125-in təyini (>35 U/ml);

Müalicə üsulları hansılardır?

  • Müşahidə - asimptomatik hallarda;
  • Konservativ – simptomatik, hormonal;
  • Cərrahi;

Əməliyyata göstərişlər nələrdir?

  • Bir neçə orqana invaziyanın olması;
  • Konservativ müalicənin effektsizliyi;

Əməliyyat üsulları hansılardır?

Endometrioz düyünlərin xaric olunması, lazım gələrsə bağırsağın seqmental rezeksiyası

Yoğun bağırsaq burulması - suallar

Yoğun bağırsaq burulması üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Yoğun bağırsaq burulması nədir?

Yoğun bağırsaq seqmentinin öz müsariqəsi ətrafında dönməsidir

Rastgəlmə tezliyi nə qədərdir?

  • S-vari bağırsaq - 60-75%
  • Kor bağırsaq – 20-35%
  • Köndələn çənbər bağırsaq- 3-5%

Hansı klinik formaları var?

  • S-vari;
  • Kor;
  • Köndələn çənbər bağırsaq;

Gediş xüsusiyyəti necədir?

Burulma öz-özünə düzələ bilər, lakin əksər hallarda isə ağırlaşmalarla müşahidə olunur.

Ağırlaşmaları nələrdir?

  • Stranqulyasiya;
  • Qanqrena;
  • Perforasiya;

Xarakterik triada:

  • Qarında kəskin ağrı (ilk vaxtlar tutmaşəkilli);
  • Köp;
  • Bağırsaq peristaltikasının itməsi;

Gecikmiş klinik əlamətləri hansılardır?

  • Qızdırma;
  • Üşütmə;
  • Ürəkbulanma;
  • Qusma;
  • Hipotenziya – şok;
  • Peritonit əlamətləri;

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Anamnez;
  • Klinik müayinə;
  • Ümumi Rentgenqrafiya;
  • Kontrastlı Rentgenqrafiya;
  • KT;
  • Endoskopiya;

Laborator əlamətləri nələrdir?

Spesifik əlaməti yoxdur

Görüntüləmə əlamətləri nələrdir?

Ümumi Rentgenqrafiya – bağırsağın “avtomobil şinası” və ya “kofe dənəsi” şəklində genişlənməsi;

Kontrastlı Rentgenqrafiya – “quş dimdiyi” əlaməti;

KT – “burulğan” simptomu, nekroz əlaməti (pnevmatoz);

Endoskopiya – spiralşəkilli daralma;

Müalicə üsulları hansılardır?

  • İrriqoskopiya və kolonoskopiya müayinəsindən sonra əksərən detorsiya;
  • Cərrahi;

Əməliyyata göstərişlər nələrdir?

  • Kolonoskopiya ilə detorsiya;
  • Peritonit əlamətləri;
  • detorsiyanın mümkün olmaması;

Əməliyyat üsulları hansılardır?

Lokalizasiyasına və bağırsağın həyat qabiliyyətinə uyğun olaraq:

  • Detorsiya və peksiya;
  • Rezeksiya və 1-cili anastomoz;
  • Rezeksiya və stoma;

Proqnozu nədir?

Əməliyyatdan sonra letallıq bağırsağın həyat qabiliyyəti qalırsa 3-12%, qanqrena olduqda isə 10-20% təşkil edir.

Yoğun bağırsağın bəd xassəli törəmələri - Özət və Suallar

Özət

Yoğun bağırsağın bəd xassəli törəmələrinin əksəriyyəti selikli qişadan inkişaf edən adenokarsinomalardır, karsinoidlər və digər mezenximal törəmələr az rast gəlinir. Adenokarsinomalrın etiologiyası dəqiq bilinmir, lakin bəzi irsi xəstəliklər (polipoz sindromlar, qeyri-polipoz sindrom), poliplər, iltihabi xəstəliklər və yağlı qidalar risk faktoru hesab edilir. Klassik olaraq kolon kanserinin əksəriyyətinin polip-kanser mərhələləri üzrə inkişaf etdiyi ehtimal olunur. Xəstəlik adətən erkən mərhələdə asimptomatik olur, böyüdükcə və yayıldıqca qarın əlamətləri (qəbzlik, diarreya, köp, diskomfort, ağrı və qarında kütlə) və ya ağırlaşmalar (qanaxma, anemiya, keçməzlik, perforasiya – abses və peritonit) ortaya çıxa bilir. Kolon və düz bağırsaq xərçənginin diaqnozu kolonoskopiya və biopsiya ilə dəqiqləşdirlir, mərhələsini müəyyənləşdirmək üçün KT, MRT, EUS, bəzən də PET-KT lazım gəlir. Həm kolon və həm də düz bağırsaq kanserlərində radikal rezeksiya əsas müalicədir, residivi azaltmaq və şişi kiçiltmək üçün göstərişə görə kimya və radioterapiya əlavə edilir. Kolon kanserində “əvvəl rezeksiya, sonra göstərişə görə kimyaterapiya”, düz bağırsaq xərçəngində isə “əvvəl kimya-radioterapiya, sonra əməiyyat, sonra isə kimyaterapiya” ardıcıllığı seçilir.

 

Kolorektal xərçəng üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva

 

Kolorektal xərçəng nədir?

Kolon və rektumun adenokarsinomasıdır

Rastgəlmə tezliyi?

Ən çox rast gəlinən Gİ kanseridir

50 yaşdan sonra daha çox rast gəlinir və 70-80 yaş pik nöqtədə sayılır.

Şişdən ölüm arasında nə qədər yayğındır?

Şiş ölümü verən üçüncü yayılmış kanserdir

Qadın kişi nisbəti?

1:1

Risk faktorları hansılardır?

Diet: az lifli və çox yağlı qidalar

Genetik xəstəliklər: polipoz sindromları (ailəvi polipoz və s), irsi qeyri-polipoz kolon kanseri

Bağırsaq xəstəlikləri: poliplər, xoralı kolit, Kron xəstəliyi

Yaş, ailədə və anamnezdə kolon kanseri

Genetik faktorlar neçə faizində rastlanır?

Kolorektal kanserlərin 10-15% genetik mənşəlidir, qalanları sporadikdir.

Lynch sindromu nədir?

İrsi qeyri-polipoz kolon kanseridir, autosomal dominant xəstəlikdir,

Ailə anamnezi olmayan xəstələrdə kolon kanseri yoxlaması üçün müasir tövsiyələr nələrdir?

50 yaşdan başlayaraq ildə bir dəfə perrektum müayinə (şişlərin 10% rektal müayinə zamanı aşkarlanır),nəcisdə gizli qan testi və kolonoskopiya

I dərəcəli qohumları arasında kolon kanseri olan xəstələrdə kolon kanserini yoxlamaq üçün müasir tövsiyələr nələrdir?

Ailə anamnezi olan xəstələrdə 40 yaşından başlayaraq ildə bir dəfə də kolonoskopiya və ya virtual kolonoskopiya

Sağ tərəfli törəmələrdə hansı əlamətlər olur?

Sağ tərəfdə bağırsaq mənfəzi böyük olduğu üçün tumor təcili ağırlaşmalar törətmədən əvvəl daha böyük ölçülərə çatır, əlamətləri zəif olur: anemiya, melena, hematoxeziya, yeməkdən sonra diskomfort, əzginlik

Sol tərəfli törəmələrdə hansı əlamətlər olur?

Sol tərəfdə mənfəz dar və nəcis yarımbərk (formalaşmış nəcis) olur, bağırsaq vərdişləri dəyişir, tutmaşəkilli ağrılar olur, obstruksiya əlamətləri izlənir, qarında kütlə, ürəkbulanma, qusma, qəbizlik, qanaxma olur

Hansı tərəfdə melena daha çox olur?

Sağ tərəfli kolon kanserlərində

Hansı tərəfdə hemotoxeziya daha çox olur?

Sol tərəfli kolon kanserlərində

Rektal kanserin rastgəlmə tezliyi nə qədərdir?

Bütün kolorektal kanserlərin 20-30%-ni təşkil edir

Kolon kanserinin yayılma yolları hansılardır?

Yerli yayılma: mənfəzə, bağırsaq divarına, daha sonra abdominoperineal orqanlara

Hematogen yolla: portal qanla qaraciyərə, lumbar/vertebral venalardan ağciyərə

Limfogen yolla: regional düyünlərə

Rektal kanserin əlamətləri və simptomları nədir?

Ən çox müşahidə olunan simptomları hematoxeziya, (qırmızı qan ifrazı və ya nəcislə qarışıq qan), selik ifrazı, tenezm, natamam defekasiya aktıdır (rektumda kütlənin olması ilə izah olunur).

Kolonda hansı törəmələr ola bilər?

Adenokarsinoma, karsinoid şiş, lipoma,

liposarkoma, leyomioma, leyomiosarkoma, limfoma, divertikulyar xəstəlik, xoralı kolit, Kron xəstəliyi, poliplər

Kolorektal kanserin diaqnozu necə dəqiqləşdirilir?

Kolonoskopiya və biopsiya

Mikrosistik anemiyası olan

kişilərdə və ya postmenopauzal qadınlarda anemiyanın səbəbi dəqiqləşənə qədər hansı xəstəliyi ilk planda tutmaq lazımdır?

Kolon kanserini

CEA-nın faydası varmı?

Skrininq və diaqnostika üçün xeyr, amma residivi təyin etmək üçün faydalıdır

Rektal kanseri olan xəstələrdə yerli invaziya və yayılmanı hansı müayinələr daha dəqiq göstərir?

Çanaq MRT və endorektal USM.

Yerli yayılmanı qiymətləndirmək üçün MRT yoxsa endorektal USM daha yaxşıdır?

Çanaq MRT. MRT həm divar invaziyasını həm də mezorektuma və limfa düyünlərinə yayılımı dəqiq göstərir. Endorektal USM isə divar invaziyasını dəqiq göstərsə də, mezorektuma və limfa düyünlərinə yayılmanı göstərməkdə zəifdir.

Kolon kanseri metastazlarını hansı müayinələrlə aşkarlamaq olar?

Döş qəfəsi KT (ağciyər metastazı üçün)

Qarın KT və qaraciyərin funksional testləri (qaraciyər metastazları üçün)

Digər testlər anamnez və fiziki müayinəyə görə aparılır (məsələn, əgər müayinə sırasında sol bazuda zəiflik varsa beyin metastazları üçün beyin KT)

Kolon kanserinin mərhələsinin təyini üçün hansı təsnifatlar varr?

Duke təsnifatının Astler-Coller modifikasiyası, TNM dərəcələmə sistemi

Duke təsnifatının Astler-Coller modifikasiyasını təsvir edin.

A

Submukozaya invaziya

B1

Əzələ qatına invaziya

B2

Subserozaya invaziya

C

Limfa düyününə metastazları

D

Uzaq metastazlar

TNM mərhələlərini təsvir edin

I mərhələ

Submukoza və əzələ qatına invaziya (T1-2, N0, M0)

II mərhələ

Divarın bütün qatlarına və ya ətrafa invaziya, lakin limfa düyünlərinə metastaz yoxdur (T3-4, N0, M0)

III mərhələ

Limfatik düyünlərdə var, uzaq metastazlar yoxdur (hər hansı T, N1-3, M0)

IV mərhələ

Uzaq metastazlar var(hər hansı T, hər hansı N, M1)

Hansı müalicə üsulları var?

Endoskopik, cərrahi, kimyaterapiya və radioterapiya.

Endosopik rezeksiya nə vaxt aparılır?

Əsasən kiçik və erkən mərhələdəki düz bağırsaq kanserlərində

Radikal rezeksiyaya nə aiddir?

Bağırsağın şişdən azad sərhədlərdə və müsariqə ilə birlikdə çıxarılması

Kolon kanserində təmiz cərrahi sərhədlər makroskopik olaraq necə təyin olunur?

Törəmədən 5 sm proksimala və 2 sm distala

Rektal kanser üçün minimal cərrahi sərhəd nə qədərdir?

2cm

Kolon kanseri ilə düz bağırsaq kanserinin müalicəsi arasında prinsipal fərq hansıdır?

Kolon kanserində adətən əvvəl cərrahi müalicə, sonra isə göstərişə görə kimyaterapiya aparılır, rektum kanserində isə əvvəl kimyaradioterpiya, sonra cərrahi rezeksiya, daha sonra isə kimyaterapiya aparılır.

Kolon kanserlərində əməliyyatdan sonra kimyaterapiyaya göstərişlər hansılardır?

Limfatik düyünlərə yayılma, metastaz, keçməzlik, perforasiya

Kolon kanserində hansı halda adyuvant kimyaterapiyaya ehtiyac yoxdur?

Erkən mərhələdə (I mərhələ)

Rezektabel rektum kanserində əməliyyatdan əvvəl niyə kimyaradioterapiya aparılır?

Şişi kiçiltmək və residivi azaltmaq üçün.

Radioterapiyaya kimyaterapiyanın əlavə edilməsində məqsəd nədir?

Sitostatik dərmanlar şiş hüceyrələrinin radioterapiyaya həssaslığını artırır.

Hansı rektum kanserində əməliyyatdan əvvəl kimyaradioterapiyaya ehtiyac yoxdur?

I mərhələdə.

Anusdan 5 cm yuxarı törəmələrdə bəzi cərrahlar anastamozla yanaşı nə əlavə edirlər?

Anastamozu “qorumaq” üçün müvəqqəti ileostomiya qoyurlar

Kolon kanseri üçün hansı adjuvant terapiya məsləhətdir?

FOLFOX və ya FOLFRİ

Hədəf müalicələri hansı hallarda əlavə edilir?

Şiş hüceyrələrində c-ras mutasiyası tapılanlarda tirozinkinaza reseptorlarının blokatorları (böyümə faktorları anticisimləri)

Düz bağırsaq kanserində əməliyyatdan əvvəl hansı neoadyuvant müalicə verilir?

Radioterapiya və 5- florurasil

Kolorektal kanserlərin ən çox uzaq metastazı hardadır?

Qaraciyər

Kolorektal kanserlərin qaraciyər metastazlarının müalicəsi necədir?

Rezektabeldirsə rezeksiya etmək və kimyaterapiya etmək, rezektabel deyilsə kimyaterapiya etmək və rezektabel vəziyyətə gətirmək.

Niyə kolorektal kanserləri əməliyyatdan sonrakı ilk 3 ayda mütləq müayinə etmək lazımdır?

Kolorektal kanserlərin 90% ilk 3 ayda residiv verirlər.

Postoperativ 3 ayda hansı kontrol müayinələr təqdirə layiqdir?

Klinik müayinə, nəcisdə gizli qan, CEA, kolonoskopiya və KT

Böyüklərdə kolon obstruksiyasının ən çox rast gəlinən səbəbləri hansılardır?

Kolon kanseri, divertikulyar xəstəlik, burulma

Yoğun bağırsaq polipləri - Özət və Suallar

Özət

Polip boşluqlu orqanlarda epitelial səthdən mənfəzə doğru qabarmış törəmədir. Qastrointestinal poliplərin ən sıx görüldüyü yer kolorektumdur. Polipoz çoxsaylı poliplərə deyilir, polipoz sindrom isə genetik xəstəlik olub, yoğun bağırsaqda çoxsaylı poliplərlə xarakterizə olunur, digər orqanlarda patologiya tapıla bilir. Poliplər kiçik ölçülərdə olduqda klinik əlamət törətmirlər, lakin nekrozlaşarsa qanaxma, böyüyərsə obstruksiya və maliqnizasiya kimi ağırlaşmalar törədə bilirlər. Adenomatoz poliplərin, polipoz sindromların maliqinzasiya riski çox yüksək, iltihabi, hiperplastik poliplərinki isə çox aşağıdır. Poliplərin diaqnozu kolonoskopiya iyə qoyulur, histoloji tipi isə biopsiya ilə dəqiqləşdirlir. Poliplərin müalicəsi “çıxart bax” prinispi üzərində qurulur: kolonoskopik polipektomiya və/və ya biopsiya edilir, xoş xassəli polipdirsə izlənilir, bəd xassəli polip gələrsə əlavə əməliyyat edilir.

 

Kolon polipləri üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva

Polip nədir?

Bağırsaq divarından inkişaf edən və mənfəzə doğru qabaran törəmələrdir.

Anatomik olaraq hansı növləri var?

Ayaqcıqlı, ayaqcıqsız (əsaslı, yastı)

Histoloji olaraq hansı növləri var?

Neoplastik, hiperplastik, iltihabi, hamartomatoz.

İltihabi poliplər kimlərdə olur?

Crohn və ya xoralı kolitlərdə olur

Hamartomatoz polip nə deməkdir?

Normal toxumalardan təşkil olunub lakin düzülüşləri (konfiqurasiyası) pozulur

Hiperplastik polip nə deməkdir?

Xoşxassəli-normal hüceyrələr-malignizasiya ehtimalı yox

Neoplastik polip nə deməkdir?

Differensiasiya olunmamış hüceyrələrin (xərçəngönü və ya xərçəng hüceyrələri) proliferasiyası

Neoplastik poliplərin hansı növləri var?

Tubulyar adenoma - adətən ayaqcıq üzərində olur)

Villous adenoma (xovlu adenoma) - adətən ayaqcıqsız olur

Tubulovilloz adenoma

Adenomatoz poliplərin malignizasiya riski nə ilə müəyyənləşir?

Ölçü

Histoloji tipi

Hüceyrələrin atipiyası

Müddəti

Adenomatoz poliplərin ən çox yayılmış növü?

Tubulyar - 85%

Poliplərin ölçüləri ilə malignizasiya arasında asılılıq necədir?

Polip 2 sm-dən böyük olarsa karsinoma olma ehtimalı yüksəkdir (45%)

Adenomatoz poliplərin histoloji növlərinin kanser potensialı necədir?

Villous>tubulovillous>tubulyar

Villoz adenomaların əsas xüsusiyyətləri hansılardır?

Ayaqcıqsız olurlar, malignizasiya riski yüksəkdir və diareya törədirlər.

Villoz adenomalarda niyə diareya çox rast gəlir?

Villoz adenomalar selik ifraz edən vəzi epitelindən təşkil olunmuşdur.

Poliplər ən çox harda rast gəlinir?

Rektosigmoiddə (30%)

Əlamətləri hansılardır?

Adətən asimptomatik, bəzən qanama (qırmızı və ya tünd qırmızı), bağırsaq vərdişlərinin dəyişməsi, rektumdan selik axıntısı, elektrolitlərin itirilməsi.

Polipləri hansı qeyri-invaziv üsulla tapmaq olar?

Virtual kolonoskopiya

Poliplərin diaqnozu necə dəqiqləşdirilir?

Kolonoskopiya və biopsiya

Poliplərin müalicəsi necədir?

Endoskopik və ya cərrahi yolla çıxartmaq əsas prinsipdir.

Ailəvi polipoz sindromu (APS) nə deməkdir?

Genetik xəstəlikdir, cinsi yetişkənlik dövründən başlayaraq kolon və rektumda yüzlərlə adenomatoz poliplər olur, müalicə olunmazsa 40-50 yaşdan sonra əksəriyyətində kanser inkişaf edir.

APS-də hansı gendə defekt olur?

APC (adenomatozis poliposis coli) genində

APS-də kolon poliplərindən başqa hansı patologiyalar tapılır?

Nazik bağırsaq polipləri, desmoidlər, osteoma, medulloblastoma, mədə-bağırsaq karsinomaları və s.

APS-in müalicəsi necədir ?

Total proktokolektomiya və ileostomiya.

Total kolektomiya, rektal mukozanın çıxarılması (mukozal proktoektomiya) və ileoanal anastomoz

Peutz-Jegher sindromu nə ilə xarakterizə olunur?

Mədəbağırsaq traktında hamartomatoz poliplər və dəri piqmentasiyası. (yeyunum/ileum>kolon>mədə)

Peutz-Jegher sindromunda kanser riski varmı?

Poliplərin özlərinin malignizasiya ehtimalı azdır, lakin orqanda kanser riski yüksəkdir.

Peutz-Jegher sindromu olan qadınlarda hansı kanser riski var?

Yumurtalıq kanseri

İrsi özəlliyi nədir?

Autosom dominant

Hamartomatoz poliplərin nazik bağırsaq keçməzliyi törətmə mexanizmi necədir?

İnvaginasiya

Müalicəsi nədir?

Ölçüsü 1,5sm-dən çox olan və simptomatik (qanaxma, invaginasiya, obstruksiya) poliplərin çıxarılması

Yuvenil poliplər nədir?

Nazik bağırsaqlarda və kolonda hamartomatoz poliplər: vəzi epitelinin və lamina proprianın qarışıq şəkildə inkişafı nəticəsində sistik dilatasiyalar (“retension polip”) Malignizasiya riski çox azdır, lakin, polipozis sindromunda kanser riski artır.

Cronkhite-Canada sindromu nədir?

Yuvenil polipozis sindromunun variantlarından biridir: kolonda diffuz hamartom poliplərlə yanaşı ektodermal patologiyalar (keçəllik, diareya, elektrolit/zülal itirilməsi, dırnaq atrofiyası, dəri piqmentasiyası və s)

Turcot sindromu nədir?

APS-nin variantlarından biridir, kolon polipləri bədxassəli MSS törəmələri ilə (medulloblastoma) birlikdə rast gəlir.

 

Yoğun bağırsaq divertikulları və divertikulitlər

Özət

Divertikul bağırsaq divarının bir qatının və ya bütün qatlarının torbaşəkilli kənara çıxmasıdır, iç qatı epitellə örtülüdür (“divar yırtığı”). Divertikulyoz çoxsaylı divertikullara deyilir. Yoğun bağırsaq divertikulları əksər hallarda əlamət vermirlər, sol tərəfdə yerləşirlər, çox az hallarda divertikulit və qanaxma ilə ağırlaşırlar. Diaqnozu adətən təsadüfü KT və kolonoskopiyada qoyulur. Ağırlaşama yoxdursa müalicəsinə ehtiyac yoxdur.

Divertikulit kolon divertikullarının iltihabı və perforativ ağırlaşmasıdır. Divertikulit zəif iltihabi ilnfiltrasiyadan tutmuş abses və ağır nəcis peritonitinə qədər dərinləşə bilər, keçməzlik, fistul kimi ağırlaşmalara da gətirib çıxara bilər. Diaqnostikası üçün klinik, laborator və KT müayinəsi lazım gəlir. Kəskin qarın (qarında ağrı, gərginlik, infiltrat, abses,peritonit)  leykositoz, CRP artması, tomoqrafiyada bağırsaq divarının qalınlaşması, perikolik infiltrasiya, maye, abses, perforasiya (sərbəst hava, kontrast ekstravazasiyası) xarakterik əlamətləridir. Müalicəsi ağırlaşmamış divertikulitdə konservativdir, ağırlaşmış divertikulitlərdə (abses, peritonot, keçməzlik) cərrahi müdaxilə lazım gəlir (Perkutan drenaj, rezeksiya, Hartman əməliyyatı).

 

Yoğun bağırsaq divertikulları və divertikulitlər üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva

 

Divertikullar

Divertikul nədir?

Bağırsaq divarının bir qatının və ya tam qatının torbaşəkilli kənara çıxmasıdır, iç qatı epitellə örtülüdür (“divar yırtığıdır”). 

Həqiqi və yalançı divertikul nə deməkdir?

Bağırsaq divarının tam qabarması həqiqi, bir qatının qabarması isə yalançı divertikul adlanır.

Yoğun bağırsaqda həqiqi yoxsa yalançı divertikul çox rast gəlir?

Yalançı divertikul çox rast gəlir, həqiqi divertikul nadirdir.

Divertikulyoz nədir?

Kolonda çoxsaylı divertikulların olmasına deyilir.

Rastgəlmə tezliyi nə qədərdir?

Əhali arasında ən çox rast gəlinən patologiyalardan olub 10-65% hallarda müşahidə edilir və yaş artdıqca tezliyi də artır.

Kolonda ən çox rast gəlinən yeri?

90% halda əsasən sigmoid kolonda rast gəlinir.

Risk amilləri hansılardır?

Az lifli qidalarla qidalananlar, xroniki qəbizlik, ailəsində divertikulu olanlar, yaş faktoru

Patomexanizmi necədir?

Bağırsağı qidalandıran arteriyaların divara daxil olduğu dəliklər bağırsağın zəif yerləridir. Mənfəzdaxili təzyiqin artması divardakı bu zəif nöqtələrdən   selikli qişanın qabarmasına səbəb olur. 

Hansı ağırlaşmaları törədir?

Divertikullar 20 % hallarda qanaxma, divertikulit, bəzən də keçməzlik törədir.

Divertikul xərçəngönü xəstəlik sayılırmı?

Xeyr.

Simptomları və əlamətəri hansılardır?

Əksər hallarda asimptomatikdir (80%), ağırlaşma verdikdə əlamətlər ortaya çıxır: qanaxma, divertikulit, keçməzlik.

Diaqnoz necə qoyulur?

Kontrastlı müayinələrlə, kolonoskopiya ilə.

Müalicəsi nədən ibarətdir?

Asimptomatik hallarda müalicəyə ehtiyac yoxdur. Qəbizliyi aradan qaldırmaqla ağırlaşmaların qarşısını almaq olar, lakin divertikulu aradan qaldırmaq olmur.

Divertikullarda əməliyyata göstərişlər hansılardır?

Ağırlaşmalar (divertikulit, qanaxma), ağırlaşmaların təkrarlanması, şişdən fərqləndirmənin  çətinliyi.

 

Divertikulitlər

Divertikulit nədir?

Divertikulun iltihabı və  perforasiyasıdır (mikro və makroperforasiyalar)

Patomexanizmi necədir?

Nəcis daşlarının divertikulu tıxaması nəticəsində yaranan durğunluq (mənfəzdaxili hipertenziya, divar işemiyası, iltihab, infeksiya, divar perforasiyası)

Gedişi və ağırlaşmaları hansılardır?

Divertikulit 75% hallarda ağırlaşmır,  antibiotikoterapiya ilə sönür, 25% hallarda isə perforasiyaya bağlı ağırlaşmalar əmələ gəlir: perikolik fleqmona, abses, peritonit, fistullar, keçməzlik.

Niyə divertikulit bəzilərində ağırlaşır, bəzilərində isə ağırlaşmır?

Perforasiyanın ölçüsündən və orqanizmin reaktivliyindən asılıdır. Mikroperforasiyalar əksər hallarda orqanizm tərəfindən hüdudlanır və qapanır, ağırlaşma baş vermir. Kiçik abseslər bağırsağa drenaj olunaraq sağala bilirlər. Lakin böyük və hüdudlanmayan perforasiyalar böyük abseslər və peritonit törərir. 

Divertikulyozu olan xəstədə divertikulit baş verirsə neçə divertikulda iltihab yaranır?

Adətən bir divertikulda

Divertikulitin xroniki ağırlaşmasına nələr aiddir?

Bağırsaq divarı strikturu və fistullar.

Divertikulitlərdə massiv qanaxma olurmu?

Massiv qanaxma divertikulitlərdə çox nadirdir. Bu hal divertikulyoz üçün xarakterikdir.

Simptom və əlamətləri nədir?

Sol qalça çuxurunda ağrılar (tutma şəkilli sancılar) bağırsaq vərdişlərinin dəyişilməsi, qızdırma, titrətmə, anoreksiya, palpator kütlə əllənməsi, ürəkbulanma, qusma, dizuriya

Hansı laborator göstəricilərdə dəyişiklik olur?

Leykositlərin və CRP yüksəlməsi

KT əlamətləri hansılardır?

Bağırsaq divarının qalınlaşması, ətrafında infiltrasiya, abses, kontrastın ekstravazasiyası, qarında maye, divertikulyoz.

Kolonoskopiya nə vaxt aparılmalıdır?

Kolonoskopiya kəskin dövrdə əks göstərişdir, perforasiya və ağırlaşma törədə bilər. Bu müayinə 4-6 həftə sonra şişdən və iltihabi bağırsaq xəstəliyindən differensiasiya məqsədi ilə aparılır.

Divertikulitin kəskin dövründə hansı hallarda kolonoskopiya lazımdır?

Qanaxma varsa, yerini və səbəbini təyin etmək üçün

İrriqoskopiya aparmaq olarmı?

Barium imaləsi divertikulitlərdə əks göstərişdir, perforasiya törədə bilər.

Divertikulitlərdə ən “yaxşı” müayinə hansıdır?

Kompüter tomoqrafiya

Hansı xəstələrdə divertikulitdən şübhələnmək olar?

Divertikulu olan xəstələrdə qarında ağrı və hərarət, sol tərəfli ağrıları, yerli iltihab əlamətləri və hərarəti olanlar, yaşlı xəstələrdə qarındaxili ağrılı infiltrat, abses, peritonit, keçməzlik, kolonoskopiyada bağırsaq divarında infiltrasiya, sidik kisəsi və ya vaginadan nəcis və qaz ifrazı olanlarda

Divertikulit diaqnozu necə dəqiqləşdirilir?

Klinik əlamətlərlə yanaşı, leykositoz, CRP artması, KT əlamətləri

Divertikuliti hansı xəstəliklərdən mütləq differensiasiya etmək lazımdır?

Kəskin dövrdə soltərəfli appendisitdən fərqləndirmək üçün KT faydalıdır. Sonra isə kolon kanseri, Crohn xəstəliyi və işemik kolitdən. Bunun üçün iltihab söndükdən sonra kolonoskopiya və biopsiya edilir.

Müalicə tədbirləri hansılardır?

Konservativ ( infuziyalar, antibiotiklər bağırsaq sakitliyi) və cərrahi

Cərrahi əməliyyata göstərişlər hansılardır?

Ağırlaşmış divertikulitlər (abses, peritonit, fistul, keçməzlik), riskli xəstələrdə iki dəfə təkrarlayan divertikulit ( gənc, diabet, immunosupressiya),  şişdən fərqləndirmək çətin olarsa

Müalicə üsulunun seçimi nəyə əsaslandırılır?

Divertikulitin ağırlıq dərəcəsinə.

Divertikulyar abses necə müalicə olunur?

Əvvəlcə konservativ müalicə və perkutan drenaj, bunlar kömək etmirsə cərrahi drenaj. İltihab söndükdən  sonra planlı rezeksiya və anastomoz.

Niyə absesdə birbaşa rezeksiya edilmir?

Kəskin dövrdə rezeksiyadan sonra anastomoz qoymaq  riskli olduğuna görə stoma çıxarılır və təkrari əməliyyat lazım gəlir.

Divertikulyar peritonitlərdə hansı əməliyyat edilir?

Standart əməliyyat Hartman əməliyyatı (rezeksiya və proksimal kolostoma) və qarın boşluğunun sanasiyasıdır. Əməliyyatdan 2-3 ay sonra kolostomiya aradan qaldırılır.

Peritonitlə ağırlaşmış divertikulitlərdə rezeksiyadan sonra anastomoz qoymaq olarmı?

Az riskli xəstələrdə (septik şoku, ürək-damar xəstəliyi, nəcis peritoniti, diabeti, immunosupressiyası olmayan gənc xəstələrdə) anastomoz qoyula bilər, lakin  qoruyucu stoma lazımdır.

Qeyri-spesifik xoralı kolit - Özət və Suallar

Özət

Qeyri-spesifik xoralı kolit və ya qısaca xoralı kolit yoğun başırsağın selikli qişasının xroniki iltihabıdır, düz bağırsaqdan başlayıb proskimala doğru yayılır. Xoralı kolitin səbəbi və mexanizmi dəqiq bilinmir, lakin genetik, infeksion, immun, diet və digər xarici amillərin xroniki iltihabı prosesdə rolu ehtimal edilir. Xəstəlik əksər hallarda kəskinləşmələrin (ağrı, qanlı ishal, hərarət) və remissiyaların təkrarlanması ilə gedir, bəzən ağırlaşmalara səbəb olur (qanaxma, toksik dilatasiya, perforasiya və s.).  Diaqnozu kriteriyalara və diferensial diqnoza əsaslanaraq qoyulur, ona görə də, xəstələrə geniş müayinələr aparmaq lazım gəlir (nəcis analizi, iltihab göstəriciləri, kolonoskopiya, biopsiya, KT və digər). Diaqnostik kriteriyalara dörd həftədən çox davam edən diarreya, ağrı, tenezmlər, kolonoskopiyada proktit və kolit, biopsiyada iltihab əlamətləri və digər kolitlərin inkarı aiddir. Xoralı kolitin əsas müalicəsi konservativdir, kəskinləşməni söndürmək üçün (induskiya) və residivin profilkatikası üçün (davamedici müalicə) aparılır, cərrahi müalicə ağırlaşmalarda göstərişdir.

 

İltihabi bağırsaq xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

İltihabi bağırsaq xəstəliyi nə deməkdir?

Gİ traktin səbəbi dəqiq məlum olmayan iltihabi xəstəliyinə deyilir.

Hansı  iltihabi bağırsaq xəstəliyi var?

Crohn xəstəliyi və xoralı kolit (qeyri-spesifik)

Crohn xəstəliyinin digər adı necədir?

Regional enterit, ileit

İltihabi bağırsaq xəstəliyinin (İBX) səbəbi nədir?

Səbəbi məlum deyil, daha çox ətraf mühit faktorunun təsiri ilə autoimmun proseslər düşünülür.

Differensial diaqnozu hansı xəstəliklərlə aparılmalıdır?

Crohn xəstəliyi ilə xorali kolit, infeksion kolit, qıcıqlanmış bağırsaq sindromu, divertikulit, Zollinger-Ellison sindromu,  kolon kanseri, karsinoid

Hər iki İBX-də bağırsaqdan kənar hansı əlamətlər rast gəlir?

Ankiloz spondilit,  aftoz xora (oral xora), iridosiklit,  qanqrenoz piodermiya, düyünlü eritema, skleroz xolangit, artrit, böyrək xəstəlikləri (nefrotik sindrom, amiloid)

Crohn xəstəliyinin rastgəlməsi nə qədərdir?

2-9/100.000

Xoralı kolitin rastgəlməsi nə qədərdir?

10/100.000

Crohn xəstəliyinin risk populyasiyası kimlərdir?

Aralıq dənizi mənşəli əhalidə daha çoxdur, 20% hallarda ailə anmnezi var.

Xoralı kolitin risk populyasiyası kimlərdir?

Aralıq dənizi mənşəli əhalidə daha çoxdur.  20%  hallarda  ailə anamnezi var.

Crohn xəstəliyinin  cins üzrə xüsusiyyəti necədir?

Qadınlar>kişilər

Xoralı kolitin cins üzrə xüsusiyyəti necədir?

Kişi>qadın

Crohn xəstəliyinin yaşa görə yayılması  necədir?

Bimodal yayılma var: 25-40  və 50-65 yaş arasında

Xoralı kolitin yaşa görə yayılması necədir?

Bimodal yayılma: 25-35 yaş və 50-65 yaş arasında

Crohn xəstəliyində ilkin əlamətlər hansılardır?

Qarın ağrısı, diareya, qızdırma, çəki itirilməsi, anal xəstəliklər

Xoralı kolitdə ilkin əlamətlər hansılardır?

Qanlı ishal (əsas əlamət), qızdırma, arıqlama

Cronh xəstəliyi mədə-bağırsağın hansı hissəsini tutur?

Klassik olaraq belə deyilir “ağızdan anusa qədər”

  • yalnız nazik bağırsaqlar (ileit) – 20-30%
  • nazik və yoğun bağırsaqlar (ileokolit) – 40-50%
  • yalnız yoğun bağırsaqlar (kolit) – 20-30%
  • perianal – 30%
  • Digər seqmentlər (12bb, mədə və s) - 0,5-15%.

Xoralı kolit mədə-bağırsağın hansı hissəsini tutur?

Yalnız yoğun bağırsaqda olur.

Crohn xəstəliyinin yayılma xüsusiyyəti necədir?

Nazik bağırsaq, kolon və ya hər ikisi zədələnə bilir,  “sağlam aralar” yəni zədələnmiş bölgələr arasında sağlam bağırsaq toxuması  olur, ona görə də regianal enterit də deyilir.

Xoralı kolitin yayılma xüsusiyyəti necədir?

Daha çox rektum zədələnir, proksimala doğru yayılır, “sağlam aralar” olmur.

“Reflüks” ileit nədir?

Xoralı kolitdə terminal ileumun orta dərəcədə iltihaba cəlb olunması. İltihab mediatorlarının kolondan terminal ileuma qayıtması nəticəsində meydana gəlir.

Crohn xəstəliyində bağırsaq divarında zədələnmə dərəcəsi nə qədərdir?

Bağırsaq divarının bütün qatları iltihaba cəlb olunur (transmural zədələnmə)

Xoralı kolitdə bağırsaq divarında zədələnmə dərəcəsi nə qədərdir?

Yalnız mukoza/submukoza zədələnir.

Crohn xəstəliyində anal bölgənin zədələnməsi?

Çox rast gəlir (30%, fistul, abses, çat, xora)

Xoralı kolitdə anal bölgənin zədələnməsi?

Az rast gəlir

Crohn xəstəliyində rektal zədələnmə nə qədərdir?

Nadirdir.

Xoralı kolitdə rektal zədələnmə nə qədərdir?

100%

Crohn xəstəliyində mukozal zədələnmənin xarakteristikası?

1.Aftoz xora

2.Granuloma

3.Linear xoralar

4.Köndələn çatlar

5.Şişkin mukoza

6.Tam zədələnmə- divar qalınlaşması

Xoralı kolitdə mukozal zədələnmənin xarakteristikası?

1.Granulyar, yastı mukoza

2. Xoralar

3.Kript absesləri

4.Mukozal damarların genişlənməsi

5.Psevdopoliplər

Crohn xəstəliyinin diaqnozu üçün hansı müayinələr vacibdir?

Kolonoskopiya və biopsiya ilə, KT,  nəcis analizi

Xoralı kolitin diaqnozu üçün hansı müayinələr vacibdir?

Kolonoskopiya, biopsiya, nəcis analizi

Terminal ileitdə biopsiyanı necə almaq olar?

Kolonoskopla distal ileuma keçərək.

Crohn xəstəliyinin ağırlaşmaları hansılardır?

Anal fistul/abses, fistul, striktur, perforasiya, abseslər, toksik megakolon, kolovezikal fistullar, enterovaginal fistullar, hemorragiya, obstruksiya, kanser

Xoralı kolitin ağırlaşmaları hansılardır?

Kanser, toksik megakolon, kolon perforasiyaları, hemorragiya, striktura, obstruksiya

Nəyə görə fistul və abseslər xoralı kolitə nisbətən daha çox Crohn xəstəliyində olur ?

Kron xəstəliyində transmural zədələnmə olur, yəni bağırsağın  bütün divarı zədələnir, xoralı kolitdə isə yalnız mukoza/submukoza zədələnir.

Crohn xəstəliyində kanser riski nə qədərdir?

Azdır, cərrahi yan-yol olunan ilgəklərdə (möhtəviyyat keçməyən sahələrdə)

Xoralı kolitdə kanser riski nə qədrir?

10 il ərzində 5% kolon kanseri olmaq riski, sonra hər ildə 1% artır, bu hesabla 20 ildə 20%, 30 ildə 30%

Crohn xəstəliyində toksik meqakolonun rastgəlmə riski nə qədərdir?

Təqribən 5%

Xoralı kolitdə toksik meqakolonun rastgəlmə riski nə qədərdir?

Təqribən 10%

Crohn xəstəliyi ilə xoralı koliti differensiasiya etmək mümkün olmursa nə edilir?

“Qarışıq kolit” kimi qəbul olunur və iltihabi bağırsaq xəstəliyi kimi müalicə olunur.

Crohn xəstəliyində əməliyyata göstərişlər hansılardır?

Obstruksiya, massiv qanaxma, fistul, perforasiya, kanser ehtimalı, abses, konservativ müalicənin effektiv olmaması, toksik megakolon, striktur, displaziya

Xoralı kolitdə əməliyyata göstərişlər hansılardır?

Toksik megakolon, massiv qanaxma, uşaqlarda inkişafdan qalma, steroid müalicəsi fonunda perforasiya, konservativ müalicənin effekt verməməsi

Xoralı kolitlərdə daha çox hansı cərrahi müdaxilə göstərişdir?

1.Total proktokolektomiya, distal rektal mukozektomiya, ileoanal anastomoz

2.Total kolektomiya və Brooke ileostomiya

“Toksik megakolon” nədir?

Toksik xəstə; sepsis, temperatur, qarın ağrısı

Megakolon; kəskin və massiv genişlənmiş kolon

Hansı xəstəlikdə kolonoskopik müayinədə psevdopoliplər olur?

Xoralı kolitlərdə: psevdopoliplər mukozal atrofiya fonundakı hipertrofik mukozadır.

Hansı xəstəlikdə barium imaləsində görünüş “qurğuşun borunu”  xatırladır?

Xroniki xoralı kolitdə

Rektal qanaxma/qanlı ishal hansında “əsas əlamətdir”.

Xoralı kolitdə (Crohnda nadirən olur)

İBX müalicəsində hansı dərmanlar istifadə olunur?

  • aminosalisilatlar: mesalamin, sulfasalazin
  • immunosuppressorlar: azatioprin, steroid (prednizolon, hidrokortizon, budesonid)
  • antibiotiklər: metronidazol, siprofloksin
  • infliksimab

İnfliximab nədir?

TNF (tumor nekrosis faktor –alfa) qarşı anticisimlər

Sulfosalazinin aktiv metaboliti nədir?

5-aminosalisilat (5-ASA), kolondan sorulur

Perianal Crohn xəstəliyində konservativ müalicədə seçim nədir?

Metronidazol

İBX uzun müddətli remissiya üçün müalicə seçimi hansıdır?

6-merkaptopurin, azatiopirin, mesalamin

İBX kəskinləşməsində ilk olaraq hansı dərmandan istifadə olunur?

Mesalamin və/və ya steroidlər

Steroid müalicəsinə cavab verməyən kəskinləşmələrdə nə edilir?

İmmunosupressor  və ya infliksimab və ya cərrahi müalicə.

Azatioprin ilə infliksimab təsir effektinə görə necə fərqlənir?

İnfliksimab effektini  erkən (günlər sonra), azatioprin isə gec (həftələr sonra) göstərir.

Xoralı kolitlərdə dərman verilməsinin  özünəməxsus  üsulu hansıdır?

İmalələr (steroid, 5-ASA)

Crohn xəstəliyində əməliyyata ən çox göstəriş nədir?

Nazik bağırsaq obstruksiyası

Crohn xəstəliyində intraoperativ  nələr tapılır?

Nazik bağırsaqlarda divar qalınlaşması,  “piy manjeti” (müsariqənin enterin antimezenterik divara doğru, irəliləməsi),  qalınlaşmış və qısalmış mezenterium, fistul, abses

Crohn xəstəliyində nazik bağırsaqlarda olan qısa seqment strikturlarda hansı cərrahi əməliyyat aparılır?

Strikturoplastika (boylama açılır, köndələn tikilir).

Crohn xəstəliyində fistulanın ilkin müalicəsi nədir?

İnfliksimab. Residivin profilaktikası üçün rezeksiya da oluna bilər.

Abseslə ağırlaşmış Crohn xəstəliyində hansı müalicə lazımdır?

Antibiotik, perkutan drenaj, sonra rezeksiya

Qarın ağrısına görə edilən laparotomiyalarda əgər  Crohn aşkarlanırsa appendiks çıxarılmalıdırmı?

Əgər kor bağırsaqda aktiv Crohn əlamətləri yoxdursa appendiks çıxarıla bilər, əgər aktiv Crohn varsa ileosekal rezeksiya edilə bilər.

Pouşit nədir?

İleoanal poşun iltihabıdır (metronidazol ilə müalicə olunur)

Crohn xəstəliyinə görə  bağırsaq rezeksiyasında kəsik kənarlarını təcili biopsiyaya göndərmək lazımdırmı?

Xeyr, makroskopik sağlam kənardan 2 sm uzaqda rezeksiya yetərlidir.

Kolon tamamən iltihabi prosesə cəlb olunubsa nə adlanır?

Pankolit

Crohn xəstəliyinə görə aparılan əməliyyatlardan sonra residivin profilaktikası lazımdırmı?

Mübahisəlidir. Əksər müəlliflər 3-12 ay mesalamin və antibiotik tövsiyə edirlər.

 

 

Psevdomembranoz kolit – Antibiotiklərə bağlı kolit (klostridial kolit)

Suallar

Cavablar

Psevdomembranoz kolit nədir?

Antibiotikoterapiyadan sonra meydana gələn kolit

Rastgəlmə tezliyi nə qədərdir?

 

Hansı klinik formaları var?

 

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Antibiotik qəbulu;
  • Antidepressant, PPİ qəbulu;
  • Şişəleyhinə dərmanlar (Metotreksat)
  • Hemolitik – uremik sindrom;
  • Intestinal işemiya;
  • Xroniki böyrək çatmazlığı;

Patogenezi nədən ibarətdir?

Antibiotik → yoğun bağırs aq mikroflorasının dəyişməsi → Clostridium difficille  artması → A və B toksinlərin artması → yoğun bağırsaq selikli qişasının zədələnməsi → iltihab

Gediş xüsusiyyəti necədir?

 

Ağırlaşmaları nələrdir?

  • Fulminant kolit;
  • Toksik meqakolon;
  • Perforasiya;

Klinik əlamətləri hansılardır?

  • Diarreya;
  • Qarında ağrı;
  • Halsızlıq;
  • İştahsızlıq;
  • Subfebril temperatur;
  • Ürəkbulanma;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Son 3 ayda antibiotik almış xəstələrdə;
  • Hospitalizasiya zamanı və ya 48 saat sonra yaranan diarreyası olan xəstələrdə;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Anamnez;
  • Klinik müayinə;
  • Nəcisin analizi (sitotoksik koproloji test, ELİSA, PZR);
  • Rektoromanoskopiya və ya fibrosiqmoidoskopiya;
  • Ümumi Rentgenqrafiya;
  • KT;

Laborator əlamətləri nələrdir?

  • Nəcisdə A və B toksinlərinin təyini;
  • Leykositoz, kreatinin, albumin;

Görüntlüləmə əlamətləri nələrdir?

Rektoromanoskopiya və ya fibrosiqmoidoskopiya - Xarakterik 2-10 mm diametrli sarı rəngli düyünlər aşkar edilir;

Ümumi Rentgenqrafiya – selikli qişanın qalınlaşması, qaustrasiyanın itməsi, toksik meqakolon, perforasiya;

Digər müayinələrdə nə tapılır?

 

Diaqnostik kriteriyalarını sadala?

 

Müalicə üsulları hansılardır?

Ağırlaşma olmayan hallarda:

  • Konservativ müalicə - Metronidazol, Vankomisin, Rifaksimin;
  • Cərrahi müalicə;

Əməliyyata göstərişlər nələrdir?

  • Fulminant gediş;
  • Toksik dilatasiya;
  • Perforasiya;
  • Konservativ müalicənin effektsizliyi;

Əməliyyat üsulları hansılardır?

İleostomiya ilə kolektomiya

Proqnozu nədir?

 

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

 

 

 

İşemik kolit

Suallar

Cavablar

İşemik kolit nədir?

Bağırsağın qan təchizatının pozulması nəticəsində yaranan kolitdir

Rastgəlmə tezliyi nə qədərdir?

əksərən splenik fleksurada, nadir hallarda rektumda

Hansı klinik formaları var?

 

Səbəbi nələrdir?

  • Kiçik damarların okkuluziyası;
  • Əməliyyat zamanı aşağı mezenterik arteriyaların liqasiyası;
  • Tromboz və emboliyalar;

Risk faktorları nələrdir?

  • Vaskulyar xəstəliklər;
  • Şəkərli diabet;
  • Hipotenziya;
  • Tütün istifadəsi;

Patogenezi nədən ibarətdir?

 

Gediş xüsusiyyəti necədir?

 

Ağırlaşmaları nələrdir?

İşemik nekroz və peritonit

Klinik əlamətləri hansılardır?

  • Diarreya (əksərən qanlı);
  • Davamlı ağrı;
  • Ürəkbulanma;
  • Qızdırma;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

 

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Anamnez;
  • Klinik müayinə;
  • R-qrafiya;
  • KT;
  • Angioqrafiya;
  • Siqmoidskopiya;

Laborator əlamətləri nələrdir?

Leykositoz;

Görüntüləmə əlamətləri nələrdir?

R-qrafiyada - Kolonun hissəvi dilatasiyası, haustrların ödemli görünməsi;

KT-də - divar qalınlaşması və damardakı dəyişikliklər;

Siqmoidoskopiyada – tünd hemorragik mukoza;

Digər müayinələrdə nə tapılır?

 

Diaqnostik kriteriyalarını sadala?

 

Müalicə üsulları hansılardır?

  • Bağırsağa dincliyin verilməsi;
  • Geniş spektrli antibiotiklər;
  • Qan təchizatının bərpası;
  • Cərrahi;

Əməliyyata göstərişlər nələrdir?

  • Konservativ müalicənin 2-3 gün ərzində effekt göstərməməsi;
  • Əlamətlərin proqressiv inkişafı;

Əməliyyat üsulları hansılardır?

Nekrotik hissənin rezeksiyası

Proqnozu nədir?

Mezenterik infarkt baş verdikdə letallıq artır

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

 

 

İnfeksion kolit

Suallar

Cavablar

İnfeksion kolit nədir?

Bakterial, viral və parazitik infeksiyaların törətdiyi kolitdir

Rastgəlmə tezliyi nə qədərdir?

ən çox 1 yaşa qədər uşaqlarda

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Shigella;
  • Salmonella;
  • Campylobacter;
  • Yersinia;
  • Sitomeqalovirus;
  • Entamoeba histolytica;
  • Balantidium coli;

Ağırlaşmaları nələrdir?

  • Dehidratasiya;
  • Qıcolmalar - ən çox uşaqlarda;
  • Qanaxma;
  • Toksik meqakolon;

Klinik əlamətləri hansılardır?

  • Diarreya (sulu və ya qanlı);
  • Ağrı;
  • Qızdırma;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Nəcisin seroloji analizi;
  • Kolonoskopiya + biopsiya;

Müalicə üsulları hansılardır?

Konservativ – etiopatogenetik

 

 

Spastik kolit – Irritabl bağırsaq sindromu (İBS)

Suallar

Cavablar

Spastik kolit nədir?

Bağırsağın spastik yığılmaları ilə xarakterizə olunan funksional xəstəlikdir

Hansı klinik formaları var?

  • İBS-D – diarreya üstünlüyü ilə;
  • İBS-C – qəbzlik üstünlüyü ilə;
  • İBS-M – qarışıq forma;
  • İBS-U – təsnif olunmayan forma;

Klinik əlamətləri hansılardır?

  • Qarında ağrı və şişkinlik;
  • Defekasiyadan sonra ağrının azalması;
  • Qəbizlik və ya diarreya;
  • Dispepsiya və qıcqırma;
  • Ürəkbulanma və qusma;
  • Qızdırma;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Çəki itirmə;
  • Dəmir defisitli anemiya;
  • Ailə anamnezində üzvi QİS xəstəliyi;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Nəcisin mikroskopiyası – infeksion kolitlərin inkarı üçün;
  • KT/MRT – törəmələrin inkarı üçün;

Müalicə üsulları hansılardır?

Konservativ – antixolinergik, diarreya əleyhinə və s.

Yoğun bağırsağın anatomiyası və fiziologiyası - Suallar

Anatomiya və fiziologiyası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva                        

 

 Yoğun bağırsaq hansı arteriyalarla təchiz olunur?

  • Yuxarı çöz arteriyası
  • Aşağı çöz arteriyası
  • Daxili qalça arteriyası

Yuxarı çöz arteriyasının hansı şaxələri yoğun bağırsağı təchiz edir?

İlekolik, sağ və orta kolik arteriyalar

Aşağı çöz arteriyasının hansı şaxələri var?

Siqmoid, sol kolon və yuxarı rektal arteriyalar

Yuxarı və aşağı çöz arteriyaları arasında hansı əlaqələr var?

İki yolla əlaqə var:

  • birincisi hüdudi arteriya
  • ikincisi Riolan qövsü.

Yoğun bağırsağın venoz axını hansı venalara olur?

»   Yuxarı çöz venası

»   Aşağı çöz venası

»   Orta və aşağı rektal venalar

Toldt ağ xətti nə deməkdir?

Qalxan və enən çənbər bağırsağın lateral kənarında parietal peritonun visseral peritona keçən yeri (periton büküşü)

Gİ traktın hansı hissəsinin seroz qatı yoxdur?

Ezofagus, düz bğırsağın orta və distal hissəsinin

Nazik bağırsaqla yoğun bağırsağın görünüşünə görə ən böyük fərqləri hansılardır?

Kolonda tenialar, haustriyalar və piy çıxıntıları var, nazik bağırsaqlarda isə bunlar  yoxdur, səthi sayadır.

Rektumun qan təchizatı necədir?

Proksimal:  yuxarı rektal arteriya  (aşağı çöz arteriyasının şaxəsidir)

Orta: orta hemorraidal arteriya (daxili qalça arteriyanın şaxəsidir)

Distal: aşağı rektal arteriya (daxili qalça arteriyadan ayrılan pudendal arteriyanın şaxəsidir)

Rektumun venoz drenaji necədir?

Proksimal: aşağı çöz venasından dalaq venasına, buradan da qapı venasına

Orta: daxili qalça venasından aşağı boş venaya

Distal: daxili qalça venasından aşağı boş venaya

Kolonun əsas funksiyaları hansıdır?

Suyun sorulması, qoruyucu (bakterial flora, epitelilal immun sistem) və nəcis rezervuarı və defekasiya