Suallar
|
Cavablar
|
Ağciyər xərçəngi nədir?
|
Ağciyərdən inkişaf edən bəd xassəli törəmə
|
Rastgəlmə tezliyi nə qədərdir?
|
Kiçik hüceyrəli – 20%
Qeyri-kiçik hüceyrəli – 80%
|
Səbəbi və ya risk faktorları nələrdir?
|
Siqaret və hava çirklənməsi əsas səbəblərdir.
Ağciyər vərəmi, çapığı və azbestozu, xroniki pnevmoniya xərçəng riskini artırır
|
Ağciyər xərçənginin hansı növü siqaret çəkməyən şəxslərdə müşahidə olunur?
|
Adenokarsinoma
|
Hansı klinik-morfoloji formaları var?
|
Kiçik hüceyrəli və qeyri-kiçik hüceyrəli
|
Kiçik hüceyrəli ağciyər xərçənginin xarakter xüsusiyyətləri nələrdir?
|
- aqressiv gedişlidir
- paraneoplastik sindrom törətməyə meyillidir
- əksərən diffuzdur
- əsas müalicə kimyaterapiyadır
- 5 illik yaşama 10%
- Bronxogenik neyroendokrin mənşəli
|
Qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin hansı növləri var?
|
- Adenokarsinoma (bronxoalveolar karsinoma)
- Yastı epitel hüceyrəli
- Böyük hüceyrəli
|
Qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin xarakter xüsusiyyətləri nələrdir?
|
- əsas müalicəsi cərrahidir
- adenokarsinomalar periferik yerləşirlər, tez yayılmağa və hematogen metastaza meyillidir
- yastı hüceyrəli xərçəng əksəriyyəti mərkəzi yerləşir, yavaş inkişaf edir və gec metastaz verir
- böyük hüceyrəli xərçəng adətən periferiyada yerləşir və yüksək bədxassəlilik daşıyır
|
Ağciyər xərçənginin klinik olaraq hansı mərhələləri var?
|
- Erkən mərhələ - mediastinal yayılma yoxdur (I-II mərhələlər)
- Yerli yayılmış mərhələ - mesdiastinuma yayılma var (IIIA və B mərhələlər)
- Metastaz mərhələsi – distal metastazlar var (IV mərhələ)
|
Gediş xüsusiyyəti necədir?
|
Proqressiv gedişli
|
Ağciyər xərçəngi ən çox hansı orqanlara metastaz verir?
|
- Beyin
- Sümük
- Böyrəküstü vəz
- Qaraciyər
- Böyrək
|
Klinik əlamətləri hansılardır?
|
- Asimptomatik və ya zəif klinik əlamətlər
- Bronxopulmonar əlamətlər
- öskürək, öskürək xarakterinin dəyişməsi
- qanhayxırma
- bəlğəm ifrazının artması
- təngnəfəslik
- pnevmoniya əlamətləri
- Ekstrapulmonar əlamətlər
- döş qəfəsi ağrısı
- səsin dəyişməsi
- yuxarı boş vena simptomu
- Horner simptomu
- Paraneoplastik sindromlar
- Cushing sindromu
- şəkərsiz diabet
- hiperkalsemiya
- hiperplastik osteoartropatiya
|
Hipertrofik pulmonar osteoartropatiya nədir?
|
uzun sümüklərin epifizində və əl sümüklərində periostal proliferasiya (ağciyər xərçəngi olan xəstələrin 10%-də)
|
Horner sindromu nədir?
|
Boyun simpatik kələfinin zədələnməsidir (MAP):
- Mioz
- Anhidroz – üzdə bir tərəfli tər vəzlərinin disfunksiyası
- Ptoz
|
Hansı xəstələrdə şübhələnmək lazımdır?
|
Klinik və görüntüləmə əlamətləri olan xəstələrdə
|
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?
|
- Biopsiya – bronxoskopik, perkutan iynə, torakoskopiya və ya torakotomiya ilə
- KT, PET-KT və endobronxial USM – mediastinal strukturlara yayılmanı və metastazların dəqiqləşdirilməsi
|
Diaqnostik kriteriyalarını sadala?
|
- Klinik olaraq bronxo-pulmonar, ekstrapulmonar, paraneoplastik əlamətlər
- Biopsiyada xərçəng hüceyrələri
|
Ağciyər xərçənginin rezektabellik meyarları nələrdir?
|
- xərçəng rezektabel olmalıdır - bir tərəfdə yerləşən, mediatinuma az yayılmış və distal metastazlar olmamalı (I,II,IIIA mərhələlər)
- ağciyərin funksional rezervləri adekvat olmalı: lobektomiya üçün FEV1˃0.8-1 L, pulmonektomiya üçün FEV1˃2 L, hiperkapniya olmamalıdır (arterial qanda PCO2 ˂45 mm Hg st)
- əməliyyata ümumi əks göstəriş olmamalı
|
Ağciyər rezeksiyasına əks göstərişlər nələrdir?
|
- Distal metastazlar (istisna: təksaylı beyin metastazı)
- Yuxarı boş vena sindromu
- Hər iki bronxu tutan törəmə
- Əks tərəfdəki və yuxarıdakı limfa düyünlərinə metastaz
- Plevral mayedə bədxassəli hüceyrələr
- FEV1˂ 1 L
- Hiperkapniya (arterial qanda PCO2 ˃45 mm Hg st)
- Miokard infarktı
|
Erkən mərhələdə (I-II mərhələ) müalicə üsulları hansılardır?
|
Rezeksiya ± kimyaterapiya
|
Yerli yayılmış, lakin rezekatabel mərhələdə (IIIA mərhələ) müalicə üsulları hansılardır?
|
Əməliyyatönü kimyaterapiya ± rezeksiya ± əməliyyatdan sonra radioterapiya
|
Yerli yayılmış, lakin qeyri-rezektabel mərhələdə müalicə üsulları hansılardır?
|
Kimya-radioterapiya
|
Metastatik mərhələdə müalicə üsulları hansılardır?
|
Kimyaterapiya + simtomatik müalicələr
|