Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Paratiorid - Özətlər və Suallar

Paratiroid vəzin anatomiya və fiziologiyası - Suallar

Paratiroid vəzin anatomiya və fiziologiyası üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Neçə paratiroid vəz vardır?

Adətən 4 (2 yuxarı, 2 aşağı)

Xəstələrin neçə faizində 5 paratiroid vəz rast gəlinir?

≈5%

Xəstələrin neçə faizində 3 paratiroid vəz rast gəlinir?

≈10%

Aşağı paratiroid vəzin normal lokalizasiyası haradır?

Tiroid vəzin posteriolateral səthi, aşağı tiroid arteriyasının aşağı tərəfi

Xəstələrin neçə faizində mediastinumda paratiroid vəz rast gəlinir?

≈1%

Əgər əməliyyat zamanı yalnız 3 paratiroid vəz tapılırsa 4-cü paratiroid vəz harada gizlənmiş ola bilər?

Tiroid vəz içərisində

Timus vəzində/mediastinumda

Yuxu üçbucağı

Traxeoezofageal çuxur

Ezofaqusun arxasında

Yuxarı paratiroid vəz hansı mənbədən inkişaf edir?

IV faringeal cibdən

Aşağı paratiroid vəz hansı mənbədən inkişaf edir?

III faringeal cibdən

Paratiroid vəzlərin arterial təchizatını hansı arteriya təmin edir?

Aşağı tiroid arteriyası

Xəstələrin neçə faizində bütün paratiroid vəzlərin qan təchizatını aşağı tiroid arteriyası təmin edir?

≈80%

DiGeorge sindromu nədir?

Kongenital paratiroid və timus vəzin olmaması

Hospitalizə edilmiş xəstələrdə hiperkalsiemiyanın əsas səbəbi nədir?

Xərçəng

Digər xəstələrdə hiperkalsiemiyanın əsas səbəbi nədir?

Hiperparatiroidizm

Hansı hüceyrələr PTH (ParaTiroid Hormon) ifraz edir?

Paratiroid vəzin əsas hüceyrələri

PTH-ın əsas təsir mexanizmləri?

Sümükdən Ca ayrılmasını, Gİ sistemdən absorbsiyasını və böyrəkdən rezorbsiyasını artırmaqla qanda Ca səviyyəsini artırır

böyrəkdən fosfat ekskresiyasını artırmaqla serumda fosfat səviyyəsini azaldır

D vitamininin təsir mexanizmi necədir?

Nazik bağırsaqdan Ca və P absorbsiyasını artırır

Ca haradan sorulur?

Duodenum və proksimal yeyunum

 

 
 

Paratirooid vəz xəstəlikləri - Özət və Suallar

Özət

 

Qalxanabənzərətraf vəzlərin xəstəliklərini funksional baxımdan dörd qrupa bölmək olar: birincili, ikincili, üçüncülü hiperparatiroidizm və hipoparatiroidizm.

Birincili hiperparatiroidizm (BHPT) hiperplaziya və ya neoplaziya ilə əlaqədar meydana gələn aşırı parathormon sekresiyası və hiperkalsiemiyadır. Səbəbləri arasında birinci yeri adenoma, sonrakı yerləri isə hiperplaziya və karsinoma tutur. Xəstəlik təxminən xəstələrin yarısında adətən asimptomatik olur, təsadüfi müayinədə hiperkalsiemiya ilə ortaya çıxır. Yarısında isə osteoporoz, böyərk daşları, depressiya, zəiflik və s. əlamətlərlə büruzə verir. Diaqnozu adətən biokimyəvi olaraq dəqiqləşdirilir, kalsium və PTH artması ilə yanaşı sidikdə kalsium klirensinin normal və ya artmış olması xarakterik əlamətləridir. Səbəbini və yerini müəyyənləşdirmək üçün çoxsaylı görüntüləmələrə, biopsiyaya, əməliyyatdaxili müayinlərə ehtiyac yaranır. Simptomatik xəstələrdə cərrahi müalicə göstəriş sayılır, asimptomatik formada isə proqressivləşmə riskinə əsaslanaraq cərrahi və ya konservativ müalicə seçilir.

İkincili hiperparatiroidizm paratiroiddən kənar səbəblərin törətdiyi hipokalsiemiya ilə əlaqədar baş verən kompensator hiperparatiroidizmə deyilir. Uzunmüddətli xroniki böyrək yetməzliyi, malabsorbsiya sindromu və irəli yaş əsas səbəbləridir. Xəstəlik əksər hallarda asimptomatik başlayır, simptomatik forma sümük ağrıları, həzm sisteminin diskomfortu, artrit, miopatiyalar, vətərlərin yırtılması, qaşıntılar, dayaq-hərəkət sistemindən kənar kalsifikasiyalarla büruzə verir. Diaqnozunu qoymaq üçün, kalsium, PTH, kreatinin , sümüklər və digər xəstəliklər yoxlanır, xroniki böyrək yetməzliyi və ya hipokalsiemiya törədən digər səbəblərlə yanaşı sümüklərdə osteoporoz, sümükdən kənar kalsifikasiya, qanda kalsium azalması, PTH artmasının olması xarakterik əlamətləridir. Müalicəsində əsas yeri səbəbin aradan qaldırılması tutur. Bu mümkün olmayanda kalsiumun korreksiyası üçün konservativ müalicələr verilir və faydalı olmadıqda cərrahi müalicə edilir (total paratiroidektomiya və autotransplantasiya).

Üçüncülü hiperparatiroidizm isə ikincili hiperparatioridizmin səbəbinin aradan qaldırılmasına baxmayaraq davam edən aşırı PTH sekresiyasına deyilir, adətən hüceyrələrin Ca səviyyəsinə cavab verməməsi ilə əlaqədar meydana gəlir. Böyrək transplantasiyasından sonra PTH-ın yüksək qalması diaqnozu dəstəkləyir. Müalicəsi ikincili HPT-da olduğu kimidir: əvvəl konservativ, effekt olmadıqda cərrrahi.

Hipoparatirozidizm adətən əməliyyatlara bağlı meydana gəlir, müvvəqqəti və ya daimi xarakterli ola bilir. Klinik olaraq qıcolmalarla ortaya çıxır, hipokalsiemiya və PTH azalması ilə diaqnozu dəqiqləşdirilir. Müalicəsi üçün kalsium verilməsi lazım gəlir, daimi formada PTH istifadə edilə bilir.

 

 

Paratirooid vəz xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Birincili hiperparatiroidizm nədir?

Vəzin xəstəliklərilə əlaqədar aşırı PTH sekresiyası və hiperkalsiemiya

İkincili hiperparatiroidizm nədir?

Vəzdən kənar səbəblərin törətdiyi hipokalsiemiya ilə əlaqədar kompensator HPT

Üçüncülü hiperparatiroidizm nədir?

İkincili HPT-in səbəbinin aradan qaldırılmasına baxmayaraq davam edən aşırı PTH sekresiyası (hüceyrələrin Ca səviyyəsinə cavab verməməsi ilə əlaqədar)

Paratiroidin görüntüləmə metodları hansılardır?

  • Cərrahi əməliyyat
  • USM
  • Sestamibi skan
  • 201Tİ (technetium) – thallium substrakt skan
  • KT/MRT
  • A-gram (nadir)
  • PTH üçün Venoz sampling/venoz örnekleme (nadir)

Birincili HPT-nin ən çox rast gələn səbəbi nədir?

Adenoma (˃85%)

Birincili HPT-nin səbəbləri nələrdir?

Adenoma (≈85%)

Hiperplaziya (≈10%)

Karsinoma (≈1%)

Birincili HPT-nin risk faktorları hansılardır?

Ailə anamnezi

MEN-I

MEN-IIa

Irradiasiya

Birincili HPTH hiperkalsiemiya əlamətləri hansılardır?

  • Tipik əlamətlər – sümük ağrısı, patoloji sınıq, yorğunluq, nefrolitiazis, zəiflik, polidipsiya, poliuriya
  • Atipik əlamətlər – qəbizlik, tez yorulma, yuxululuq, depressiya, yaddaş zəifliyi

HPT zamanı klassik Rentgen əlamətləri hansılardır?

Subperiostal rezorbsiya (əksərən əl falanqalarında)

Birincili HPT-nin diaqnostikası üçün hansı müayinələr əsasdır?

Qanda PTH səviyyəsi

Sidikdə Ca səviyyəsi – ailəvi hipokalsiurik hiperkalsiemiya üçün

Ailəvi hipokalsiurik hiperkalsiemiya nədir?

Ailəvi (autosom-dominant) asimptomatik hiperkalsiemiya və sidikdə Ca səviyyəsinin aşağı olması halıdır

Ailəvi hipokalsiurik hiperkalsiemiya paratiroidektomiyaya göstərişdirmi?

Xeyr

Neçə faiz hallarda birdən çox vəzin adenomasına rast gəlinir?

≈5%

Hiperkalsiemiya zamanı differensial diaqnostika?

“CHIMPANZEES”

Ca artıqlığı

Hiperparatiroidizm (10/20/30), Hipertiroidizm, Hipokalsiurik Hiperkalsiemiya (ailəvi)

Immobility (hərəkətsizlik)/ Iatrogenic (tiazid diuretikləri)

Metastaz/Milk alkali syndrome (Süd qələvi sindromu) – nadir

Paget xəstəliyi

Addison xəstəliyi/Akromeqaliya

Neoplazma (kolon, ağciyər, döş qəfəsi, prostat, multipl mieloma)

Zollinger-Ellison sindromu

Excessive (həddən artıq) vitamin D

Excessive (həddən artıq) vitamin A

Sarkoid

Birinci dərəcəli hiperkalsiemiyanın ilkin müalicəsi nədən ibarətdir?

İV infuziya və Furosemid (Tiazid diuretikləri olmaz)

Asimptomatik birinci dərəcəli HPT-də hansı hallarda əməliyyat məsləhət görülür?

Renal yetməzlik

Osteoporoz

Yaş, 50

Ca ˃ 1 mq/dl

Hiperkalsiuriya (˃400 mq/gün)

Paratiroid vəzin hiperplaziyası zamanı yanaşma necə olmalıdır?

Bütün paratiroid vəzlər çıxarılmalı və son paratiroid vəzdən 30 mq qola autotransplantasiya edilməli

Paratiroid adenoması zamanı yanaşma necə olmalıdır?

Adenoma çıxarılmalı və dəyişikliyə uğramış (bəzi müəlliflərə görə bütün) vəzlərdən biopsiya alınmalı

Paratiroid karsinoması zamanı yanaşma necə olmalıdır?

Karsinomanı, eyni tərəfli tiroid payını və böyümüş limfa düyünlərini çıxarılmalı

Ikincili HPT zamanı yanaşma necə olmalıdır?

Ca və P səviyyəsini korreksiya etməli

Lazım gələrsə böyrək transplantasiyası edilməli

Üçüncülü HPT zamanı yanaşma necə olmalıdır?

Ca və P səviyyəsini korreksiya etməli

Bütün paratiroid vəzlər çıxarılmalı və 30-40 mq toxuma qola autotransplantasiya olunmalı

Nə üçün 30-40 mq toxuma qola autotransplantasiya edilir?

Paratiroid funksiyasını saxlamaq üçün

Hansı karsinomalar hiperkalsiemiya ilə müşahidə olunur?

Döş qəfəsi metastazlarında

Prostat xərçəngində

Böyrək xərçəngində

Ağciyər xərçəngində

Pankreas xərçəngində

Multipl mieloma

Boyunda palpasiya edilə bilən törəmə, hiperkalsiemiya və PTH yüksəlməsi olan xəstədə ilk olaraq nə düşünülməlidir?

Paratiroid karsinoma

Paratiroid karsinoması nədir?

Paratiroidin birincili xərçəngidir

Paratiroid karsinomasının əlamətləri nələrdir?

  • Hiperkalsiemiya
  • PTH yüksəlməsi
  • Palpasiya olunan paratiroid vəzi
  • Boyunda ağrı
  • Qayıdan qırtlaq siniri paralizi (səs dəyişilməsi)
  • Hiperkalsiemik kriz (qanda Ca˃14)

Paratiroid karsinomasının markeri nədir?

Xorionik Qonadotropin (HCG)

Birincili HPT-ə neçə faiz hallarda paratiroid karsinoması səbəb olur?

1%

Paratiroidektomiyadan sonra baş verə biləcək ağırlaşmalar hansılardır?

Qayıdan qırtlaq siniri zədələnməsi (birtərəfli – səs dəyişiklikləri, ikitərəfli – boğulma)

Boyunda hematoma (yatdıqda boğulma)

Hipokalsiemiya

Yuxarı qırtlaq siniri zədələnməsi

“Ac sümük sindromu” nədir?

Cərrahi müdaxilədən sonra xroniki hipokalsiemiya nəticəsində Ca-dan məhrum sümüklərin Ca-u aqressiv surətdə mənimsəməsi

Postoperativ hipokalsiemiyanın əlamətləri hansılardır?

Paresteziya (perioral)

Chvostek əlaməti

Trousseau əlaməti

tetaniya

Chvostek əlaməti nədir?

 

Almacıq sümüyünün altından (üz siniri üzərində) barmaqla döyəclədikdə üz əzələləri, xüsusən də üst dodağın səyriməsi

Trousseau əlaməti nədir?

Təzyiqölçənin manjetiylə bazunu sıxdıqda korpopedal spazmın yaranması

Hipoparatiroidizmin müalicə üsulları hansılardır?

Kəskin – İV Ca

Xroniki – Peros Ca və D vitamini

Paratiromatoz nədir?

Boyunda və mediastinumda çoxsaylı, kiçik, hiperfunksion paratiroid toxumasının tapılması

Paratiromatoz zamanı cərrahi müdaxilə edilirmi?

Nadir hallarda

 

 


Ədəbiyyat

 

Ümumi ədəbiyyat

 

  • Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
  • Blackbourne LH. Surgical Recall. 7 edition, 2014, LWW, Philadelphia
  • Doherty GM. Current Diagnosis and Treatment: Surgery, 13th edition, 2010, Lang International Edition.
  • Əmiraslanov Ə.T., Qazıyev A.Y. Onkologiya. Bakı, 2010.
  • İsayev H.B. Cərrahi xəstəliklərin patofizologiyası. Bakı 2005
  • Klingensmith ME, Aziz A, Bharat A, Fox AC, Porembka MR. The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia.
  • McNally PR. GI/Liver Secrets Plus. 4 edition. Mosby, Elsevier, 2010
  • Medscape, http://www.medscape.com
  • Oxford Handbook of Clinical Surgery, 3d edition, 2011, Oxford Press
  • Sayek İ. Sayek Temel Cerrahi 1-2. 4-cü baskı, 2016, Güneş Tıp Kitabevleri.
  • Topçubaşov M.A. Xüsusi cərrahlıq. Bakı, 1979
  • UpToDate, http://www.uptodate.com

 

Xüsusi ədəbiyyat

American Association of Endocrine Surgeons (AAES): Guidelines for definitive management of primary hyperparathyroidism (2016)