Kəskin qarın - Özət və Suallar
Özət
Kəskin qarın - kəskin və spontan başlayan qeyri-travmatik ağrı və digər qarın əlamətləri ilə biruzə verən (qusma, diareya, qəbzlik və digər), təcili diaqnostika lazım gələn və təcili əməliyyat gərəkdirə bilən patologiyalar verilən ümumi addır. Adətən ilkin diaqnostik etaplarda işçi diaqnoz kimi istifadə edilir. Kəskin qarın əlamətlərini həm qarındaxili orqanların, həm də qarından kənar orqan və sistemlərin təcili cərrahi əməliyyat tələb edən xəstəlikləri (təcili cərrahi xəstəliklər) və əməliyyat tələb etməyən (konservativ xəstəliklər) xəstəlikləri törədə bilər:
Orqanlar |
Təcili cərrahi xəstəliklər |
Əsasən konservativ müalicə |
Qastro-intestinal xəstəliklər |
Appendisit Perforativ xora Bağırsaq perforasiyası Qida borusu perforasiyası (Boerhave sindromu) Boğulmuş yırtıqlar Bağırsaq keçməzliyi Divertikul perforasiyası |
İltihabi bağırsaq xəstəlikləri Mallori-Veiss sindromu Qastroenterit Kəskin qastrit Mezenterik adenit Parazitar xəstəliklər Qeyr-spesifik qarın ağrısı Divertikulit |
Qaraciyər və öd yolları xəstəlikləri |
Öd sancısı Kəskin xolesisit Kəskin xolangit Qaraciyər absesi Partlamış qaraciyər törəməsi Baddi-Kiari sindromu (kəskin faza) |
Kəskin hepatit Spontan bakterial peritonit Portal vena trombozu Baddi-Kiari sindromu (kəskin) |
Mədəaltı vəzi xəstəlikləri |
Kəskin pankreatit |
Xroniki pankreatit tutması |
Dalaq xəstəlikləri |
Spontan dalaq partlaması |
Dalaq infarktı |
Sidik yolları xəstəlikləri |
Sidik daşı sancısı |
Kəskin pielonefrit Kəskin sistit Böyrək infarktı Sidik daşı sancısı |
Ginekoloji xəstəliklər |
Uşaqlıqdan kənar hamiləliyin partlaması Yumurtalıq kisti partlaması Yumurtalıq burulması Pelvioperitonit |
Kəskin salpingit Dismenorreya Endometrioz |
Damar xəstəlikləri |
Aorta və ya damar anvrizmaların partlaması Mezenterial tromboz İşemik kolit |
|
Periton xəstəlikləri |
İntrabdominal abses |
Birincili peritonit Tuberkuloz peritoniti Piylik infarktı |
Retroperitoneal xəstələiklər |
Retroperitoneal abses |
Retroperitoneal hematoma |
Bu xəstəliklər qarındaxili qanaxma, perforasiya, infarkt-nekroz, destruktiv iltihab, keçməzlik və komaprtman kimi klassik 6 patologiya törədərək (Qan-Per-İn-İl-Ti-K) kəskin qarın şəkilində ortaya çıxırlar.
Kəskin qarın əlamətləri olan xəstələr təcili olaraq xəstəxanaya yatırılır, təcili qaydada müayinə və müalicə olunurıar. Müayinələrin hədəfi ilk növbədə kritik vəziyyələri (YADDAŞ prinsipi üzrə hemodinamika, tənəffüs, beyin yoxlanılır) və təcili cərrahi xəstəlikləri (24 saat ərzində əməliyyat tələb edən) təsdiq və ya inkar etməkdir. Klinik müayinə həlledicidir, laborator və ya görüntüləmə müayinələri isə klinik nəticəni dəstəkləmək və ya differensasiya üçündür (diaqnzou inkar etməz). Diaqnostik prosesin bütün mərhələlərində əsas istiqamət təcili cərrahiyyəyə göstəriş olan əlamətlərin və ya sindromların axtarışıdır (qarındaxili qanaxma, perforasiya, işemiya-nekroz, destruktiv iltihab, keçməzlik, komaprtman), nozoloji səbəbin (xəstəliyin) axtarışı isə, ikinci planda tutulur. İlkin müayinələrdə (klinik, laborator, USM) ortaya çıxan ağrı-şok, taxta qarın, komprtaman, kütlə-sepsis, yerli peritonit və keçməzlik kimi simptomokomplekslər kəskin cərrahi qarına yüksək şübhə əlamətləridir. Diaqnozu dəqiqləşdirmək üçün bəzən stabil xəstələrdə tomoqrafiya lazım gəlir, bəzi hallarda isə invaziv diaqnostik müadaxilələrə ehtiyac yaranır (diaqnostik laparoskopiya, laparotomiya, endoskopiya və s). Müayinə pillələrinin hər hansı birində qanaxma, perforasiya, infarkt, destruktiv iltihab, keçməzlik və ya komprtman təsdiqlənərsə təcili əməliyyata göstərişdir.
Kəskin qarın üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Kəskin qarın nədir? |
Kəskin başlayan qeyr-travmatik qarın ağrısıdır, digər qarın əlamətləri ilə müşayət oluna bilir (qusma, diareya, köp, qaz və nəcisin çıxmaması və digər), təcili diaqnostika lazım gəlir və təcili əməliyyat gərəkdirə bilər. |
Peritonizm və ya peritonun qıcıqlanma əlamətləri hansılardır? |
Palpator və ya perkutor ağrı, palpator gərginlik, əlçəkmə vaxtı ağrı, qarın əzələlərinin iradi və qeyri-iradi yığılması. |
Hansı vəziyyətlər kəskin qarın olmasına baxmayaraq ağrını azalda bilir? |
Steroidlər, diabet, paraplegiya, narkotik |
Kəskin qarının ən çox rast gələn cərrahi səbəbi hansıdır? |
Kəskin appendisit |
Kəskin qarında ilk müayinə nədən başlayır? |
Bütün təcili xəstələrdə müayinələr həyati təhlükəli kritik vəziyyətin yoxlanılmasından başlanılır ki, bu da YADDAŞ ardıcıllığı ilə aparılır. |
Kəskin qarının kardinal simptomu hansıdır? |
Qarında ağrı |
Kəskin qarın ağrılarında hansı əlamətlər cərrahi patologiyaya yüksək şübhə yaradır? |
Ağrı ilə yanaşı şok, sepsis, peritonizm və ya keçməzlik |
Kəskin qarın əlamətləri olan xəstələrə hansı sualların verilməsi vacibdir? |
Bu ağrılar əvvəl olubmu? On ballıq şkala üzrə bu ağrı hansı səviyyədədir? Hərarət, üşütmə varmı? Ağrının xarakterı (küt yoxsa kəskin) Ağrını kəskinləşdirən və ya zəiflədən bir şeylər varmı? Ağrı miqrasiya edirmi? Sidik simptomları Ürəkbulanma, qusma, diareya Anoreksiya Qəbizlik Axırıncı defekasiya Bağırsaq vərdişində dəyişiklik varmı? Ağrının yeməklə əlaqəsi varmı? Axırıncı mensis Axırıncı qida qəbulu Vaginal ifrazat Melena Hematoxeziya Hematomezis Dərmanlar Allergiya varmı Daha öncə anamnezde xəstəlik? Cərrahı əməliyyat olunubmu? Ailə anamnezi Sigaret, narkotika qəbulu |
Kəskin qarın ağrılarında hansı obyektiv müayinələr aparılmalıdır? |
Baxma - cərrahi çapıq varmı, köp, deformasiya, qarının tənəffüsdə hərəkəti Auskultasiya - bağırsaq küyləri, Palpasiya – ağrı, gərginlik, yırtıqlar, rektal, pelvik müayinə, iradi və qeyri-iradi yığılmalar, kütlə varmı Perkusiya - qaraciyər kütlüyü, timpanit və dalaq ölçüləri |
Xəstədə ağrının lokalizasiyasını göstərməyin ən yaxşı yolu? |
Bir barmaqla ağrının daha çox kəskin olduğu nöqtəni göstərmək |
Peritoniti olan xəstlərin klassik pozisiyası? |
Hərkətsizlik (daha çox dizlərin yığılması) |
Böyrək daşı olan xəstələrin klassik pozisiyasi? |
Xəstə rahat ola bilmir, bir yerdə dura bilmir, qıvrılır |
Ağrılı qarın əlamətinin təyininin ən yaxşı yolu? |
Xəstənin özü tərəfindən edilən hərəkətlərlə törədilməsi (dərin nəfəsalma, öksürmə, çevrilmə) |
Müayinədən qorxan uşaqların və qıcolması olan böyüklərin müayinəsinin ən yaxşı yolu? |
Palpasiya uçün stetoskopdan istifade etmək və ya öksürmə təklif etmək |
Kəskin qarını olan xəstələrin qiymətləndirilməsi üçün hansı laborator testlərdən istifadə olunur? |
Qanın üm analizi, biokimya (şəkər, kreatinin, bilirubin, ALT, AST, QQT, digər), sidik analizi, qadınlarda betta-hGG |
Ümumi qan anazlində “Sola meyillik” nə deməkdir? |
İltihabi reaksiya əlaməti |
Reproduktiv yaşda olan qadınlarda hansı laborator test yoxlanılmalıdır? |
Human xorionik qanodotropin(b-HCG), hamiləliyi və ya boru hamiləliyini inkar etmək üçün |
Xəstələrdə kəskin qarını dəyərləndirmək üçün hansı R-müayinəsi olmalıdır? |
Döş qəfəsinin və qarının ayaqüstü Rentgenoqrafiya, əgər xəstə ayaqüstə dura bilmirsə, sol lateral vəziyyətdə Rentgenoqrafiya. |
Əgər xəstə ayaqüstə dura bilmirsə o zaman sərbəst hava olmasını necə inkar etmək olar? |
Xəstə sol lateral uzanmış vəziyyətdə olduğu zaman sərbəst hava qaraciyərüstü sahəyə yayılır ki, bununla mədədə olan qabarciğı ayırmaq olur |
USM hansı xəstələrdə göstərişdir? |
Kəskin qarını olan bütün xəstələrdə |
USM nəyi göstərir? |
Qarında maye, orqanların böyüməsini, divar qalınlaşmasını |
Kəskin qarın diaqnostikasında həlledici müayinə hansıdır? |
Klinik müayinə |
Kəskin qarını olan xəstələrin müayinəsində ilk olaraq nəzərdə tutulması gərəkən 5 klassik patologiya hansılardır? |
Qarındaxili qanaxma, perforasiya, işemiya-nekroz, destruktiv iltihab, tıxanma keçməzliyi (Qan-Per-İn-İl-Tı) |
Kəskin qarında KT nə üçün istifadə edilir? |
Differensial diaqnoz üçün |
Sağ yuxarı kvadrant ağrıları hansı xəstəliklərdə olur? |
Xolesistit, hepatit, peptic xora, perfortiv xora, pankreatit, qaraciyər şişləri , qaraciyər absesi, xoledoxolitiaz, xolangit, pielonefrit, nefrolitiaz, appendisit (xüsusən hamiləlik zamanı) pnevmoniya, perikardit, miokard infarktı |
Sol yuxarı kvadrant ağrıları hansı xəstəliklərdə olur? |
Peptik xora, perforativ xora, qastrit, dalaq xəstəlikləri və ya cırılması, abses, refluks, aorta anevrizması, disseksiyası, döş qəfəsi xəstəlikləri, pieloenefrit, nefrolitiaz, hiatal yırtıq, Boerhavves sindromu, Mallory-Weys , dalaq arteriyası anevrizması |
Sol aşağı kvadrant ağrıları hansı xəstəliklərdə olur? |
Divertikulit, sigmoid burulması, kolon perforasiyası, kolon kanseri, sidik yolları infeksiyası, nazik bağırsaq obstruksiyası, iltihabi bagırsaq xəstəliyi, nefrolitiaz, pielonefrit, genital orqanların iltihabi xəstəliyi, yumurtalıq sisti, endometrioz, ginekoloji şişlər, torsion sist |
Sağ aşağı kvadrant ağrıları hansı xəstəliklərdə olur? |
Sol aşağı kvadrant ağrıları törədən xəstəliklər və xüsusi olaraq-appendisit, mezenterik limfadenit, sekum divertikulları, Meckel divertikulu, invaginasiya |
Epiqastral ağrılar hansı xəstəliklərdə olur? |
Peptik xora, qastrit, duodenit, xolesistit, pankreatit, miokard infarktı, qastrik burulma, Mallory-Weys və s |
Kəskin qarın ağrısı törədən ginekoloji xəstəliklər? |
Yumurtalıq sisti, yumurtalıq burulması, pelvioperitonit, tubo-ovarial abses, mioma, nekrotik mioma, hamiləlik, boru hamiləliyi, endometrit, uşaqlıq boynunun, uşaqlığın, yumurtalığın kanseri, endometriz |
Kəskin qarın ağrısı törədən döş qəfəsi xəstəlikləri? |
Miokard infarktı, pnevmoniya, aorta disseksiyası, aortik anevrizma, empiema, ezoafgial cırılma,ezofagusun yad cismi, pnevmotoraks, plevrit |
Kəskin qarın ağrısı törədən xaya xəstəlikləri? |
Xaya burulması, epidimimitis, orxit |
Qeyri-cərrahi qarın ağrılarının ən çox rast gələn səbəbləri? |
Qastroenterit, diabetik ketoasidoz, oraqvari huceyrə anemiyası krizisi, düz əzələ hematoması, kəskin porfiruriya, uşaqlıq artımları iltihabı, böyrək daşları, pielonefrit, hepatit, pnevmoniya, miokard infarkti, C.difficile koliti, herpes zoster |
QİÇS olan xəstələrdə qarın ağrıların özünə məxsus qeyri-cərrahi səbəbləri? |
Sitomeqalovirus, Kapoşi sarkoması, limfoma, tuberkuloz |
Hansı endokrin patologiya qarın ağrısına səbəb olur? |
Addision kriz, diabetik ketoasidoz |
Suprapubik ağrıları yaradan səbəblər? |
Sistit, kolon ağrıları, ginekoloji ağrılar, appendisit ola bilir. |
Qastroenterit nədir? |
Qastrointestinal traktın Viral və ya bakterial mənşəli infeksiyası, adətən qusma və diarreya ilə başlayır, sonra ağrı quşulur |
Kəskin xolesistitdə ağrıların klassik yeri |
Sağ qabırğaaltı və epiqastral ağrı |
Kəkin appendisitdə ağrılarn klassik yeri? |
Erkən-göbəkətrafı, sonra sağ aşağı kvadrant ağrısı |
Diafraqmaaltı iltihabda ağrılaırn klassik yeri? |
Kürək ağrısı |
Pankreatitdə ağrıların klassik yeri? |
Epiqastral və bel ağrısı |
Rektal xəstəliklərdə ağrıların klassik yeri? |
Oma- bel ağrıları |
Nefrolitiazisdə ağrıların klassik yeri? |
Xaya və böyür ağrıları |
Nazik bağırsaq xəstəliklərində xəstəliklərdə ağrıların klassik yeri? |
Göbəkətrafı ağrılar |
Uşaqlıq xəstəliklərinə ağrıların klassik yeri? |
Aşağı orta kvadrant və beldə zəif ağrılar |
Qarın müayinəsində səbəbi aşkarlana bilməyən güclü qarın ağrısı varsa ilk növbədə nə etmək lazımdır? |
Mezentrik işemiyanı inkar et. |
Hipotoniya və pulsasiya edən abdominal kütlə varsa nə düşünülür? |
Abdominal aorta anevrizmasının partlaması |
Qarında şiddətli ağrısı olan xəstələrdə ilk növbədə hansı xəstəlik düşünülür? |
Aorta anevrizması partlaması, mezenterial tromboz, pankreatit və perforasiya |
Qarın ağrısı və şok əlamətləri olan xəstədə ilk növbədə hansı düşünülür? |
Qarındaxili qanaxma, perforasiya, pankreatit, mezenterial tromboz və peritonit, miokard infarktı |
“Taxta qarın” nə deməkdir? |
Qarın içə çəkilmiş vəziyyətdə (qayığabənzər), hərəkətsiz, diffuz gərgin (taxta kimi) |
“Taxta qarın” əlaməti varsa ilk növbədə nə düşünülür? |
Perforasiya |
“Taxta qarın” hansı qeyri-cərrahi xəstəlikdə də rast gələ bilər? |
Ailəvi ağdəniz qızdırması (periodik xəstəlik) |
Abdominal kompartman nə deməkdir? |
Qarındaxili orqanların sıxılması (qarındaxili orqanların həcminin artması və ya qarın divarının yığılması) |
Abdominal kompartman əlamətləri hansılardır? |
Şişkin və gərgin qarın, təngnəfəslik, sidik ifrazının azalması |
Ağrı və abdominal kompartman varsa nə düşünülür? |
Peritonit və bağırsaq keçməzliyi |
Lokal ağrı və peritonizm varsa nə düşünülür? |
Yerinə uyğun orqanların iltihabi xəstəlikləri |
Ağrı, palpator kütlə və sepsis əlamətləri varsa nə düşünülür? |
Abses |
Qızdırma, sol aşağı kvadrantda ağrı, bağırsaq vərdişinin dəyişməsi varsa ilk növbədə nə düşünülür? |
Divertikulitlər |
Qarındaxili qanaxmanı təsdiqləyən əlamət hansıdır? |
Qarında qan |
Perforasiyanı təsdiqləyən əlamət hansıdır? |
Qarında sərbəst hava, kontrast ekstravazasiyası, qarında möhtəviyyat |
İşemik nekrozu tədiqləyən əlamət hansıdır? |
Angioqrafiyada damar bloku |
Destruktiv iltihabı təsdiqləyən əsas müayinə hansıdır? |
KT |
Keçməzliyi təsdiq edən əlamət hansıdır? |
Proksimal dilatasiya və kontrastın keçməməsi |
Daşlı xolesistiti təsdiqləyən müayinə? |
USM |
Abdominal aortik anevrizmanın cırılmasını təsdiqləyən müayinə? |
Əməliyyat otağında laparotomiya |
Abdominal aorta anevrizmasını tədiqləyən müayinə? |
Abdominal KT və ya USM |
Qarın absesini təsdiqləyən müayinə? |
Abdominal KT |
Kəskin divertikuliti təsdiqləyən müayinə? |
Abdominal KT |