Postxolesistektomik sindrom (PXES) - Özət və Suallar
Özət
Postxolesistektomik sindrom (PXES) xolesistektomiyadan sonra meydana gələn və ya davam edən (təkrarlayan) ağrı və dispepsiyaya deyilir. Ağrılar əməliyyatdan əvvəlki ilə eyni və ya fərqli ola bilər və adətən təkrarlayır.
PXES diaqnozu iki halda istifadə edilə bilər: ilkin (işçi) diaqnoz və əsas xəstəlik kimi. Xolesistektomiyadan sonra biliar tipli ağrısı olan və klinik müayinələrdə obyektiv səbəbi tapılmayan hallarda ilkin (işçi) diaqnoz kimi PXES istifadə edilə bilər. Əgər sonrakı laborator, görüntüləmə, funksional müayinələrlə öd yollarında, mədəaltı vəzidə, mədə-bağırsaq sistemində və digər orqanlarda ağrıya səbəb olan xəstəlik tapılmırsa və əməliyyatın törədə biləcəyi patalogiyalar da (uzun güdül, darlıq, bitişmə və yara nevroması) inkar edilərsə, belə halda PXES əsas diaqnoz kimi istifadə edilə bilər. Əksər hallarda PXEA-nın səbəbini tapmaq mümkün olur, lakin təxminən xəstələrin 1/5-ində ağrının səbəbini müəyyənləşdirmək olmur və bu vəziyyət əsl PXES sindromu adlanır. Xoledoxolitiaz, xora, pankreatit, OSD və spastik kolit PXES-in çox rast gəlinən səbəbləridir. PXES-in müalicəsi səbəbin aradan qaldırılmasından ibarətdir, əsl PXES-də isə sakitləşdirlicilər və psixoterapiya ön planda tutulur, bəzən müayinələri təkrarlamaq lazım gəlir.
Postxolesistektomik sindrom (PXES) üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova
Suallar |
Cavablar |
Postxolesistektomik sindrom nə deməkdir? |
Xolesistektomiyadan sonra ağrı və dispepsiyadır |
PXES hansı tezlikdə rast gəlir? |
20% |
PXES-nin səbəbləri nələrdir? |
|
PXES-nin ən çox rast gələn səbələri hansılardır? |
|
Kisənin çıxarılmasına bağlı funksional pozulmalara nələr aiddir? |
Diarreya və reflüks qastrit |
Xolesistektomiya əməliyyatının hansı ağırlaşmaları PXES səbəbi ola biləir? |
Uzun güdül, darlıq, bitişmə və yara nevroması |
PXES diaqnozu hansı hallarda tətbiq edilir? |
İlkin (işçi) diaqnoz və əsas xəstəlik kimi. |
İşçi diaqnoz kimi PXES nə deməkdir? |
Xolesistektomiyadan sonra biliar tipli ağrısı olan və klinik müayinələrdə obyektiv səbəbi tapılmayan hallar. |
Əsas diaqnoz kimi PXES nə deməkdir? |
Klinik, laborator, görüntüləmə və funksional müayinələrlə öd yollarında, mədəaltı vəzidə, mədə-bağırsaq sistemində və digər orqanlarda ağrıya səbəb olan xəstəlik tapılmırsa və əməliyyatın ağırlaşmaları da inkar edilərsə. |
PXES-da müayinələrin məqsədi və ardıcllığı nədir? |
Səbəbi axtarmaq əsas məqsəddir: öd yolları, pankreas, mədə-bağırsaqlar, qaraciyər və Oddi sfinktoru və ekstraintestinal orqanlar yoxlanılır |
PXES olan xəstələrdə hasnsı müayinələr aparılır? |
Klinik, laborator, MRT, endoskopiya, funksional və digər müayinələr |
Xəstələrin neçə faizində PXES-in səbəbini tapmaq olmur? |
Təxminən 20%-ində. |
PXES-in müalicəsi nədən ibarətdir? |
Səbəbin müalicəsindən |
Səbəbi tapılmayan PXS necə müalicə edirlir? |
Trankivilizatorlar, spazmolitiklər, müşahidə. |