Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Düz bağırsağın və anusun cərrahi xəstəlikləri

N.Y.Bayramov, S.S.İmanova

Ədəbiyyat

  • Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
  • Blackbourne L.H. Surgical Recall. 4 edition, 2006, LWW, Philadelphia.
  • Chang G.J., Shelton A.A, Welton M.L. Largeintestine. in: Current Diagnosis and Treatment.
  • Surgery, 13th edition, 2010, Lang International Edition. P. 479-508.
  • Hamilton N.A., Fleshman L.W. Colon, Rectum and Anus. in: The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia, p. 291-323.
  • McNally P.R. G.I./Liver Serets Plus. 4 edition. Mosby, Elsevier, 2010. Miguel
  • Rodriguez-Bigas, Axel Grothey Bigas, Axel Grothey, Kenneth K. Tanabe, Richard M. Goldberg, Diane M. F. Davarese. Over view of the management of primary colon cancer. Up-ToDate, Jan.
  • Mowat C., Cole A.,Windsor A., etal. Guidelines for the management of inflammatory bowel disease in adults. Gut 2011; 60:571.
  • Wendell-Smith CP.Anorectal nomenclature.Dis Colon Rectum 2000. 43. 1349-58.
  • Barleben A, MillsS.Anorectal anatomy and physiology.Surg clin n Am 2010. 90.1-15.
  • Stoker J.Anorectal and pelvic floor anatomy. Best Pract Res Clin Qastroenterol 2009. 23.463-75.

QƏBİZLİK

Tərifi

Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. Xroniki qəbizliyi olan insanlarda defekasiya zamanı ya çox sərt, ya da çox az miqdarda nəcis olur.

duz img 29

 

Təsnifatı

Gedişinə görə

  • Kəskin
  • Xroniki

Səbəbinə görə

  • Obstruktiv
  • Qeyri-obstruktiv
    • Intestinal (tənbəl bağırsaq)
    • Ekstraintestinal (humoral, sinir, dərman və s.)

Yoğun bağırsaqda genişlənməyə görə

  • Normakolon
  • Meqakolon

 

Rastgəlməsi

Böyüklərin 2-30%-də qəbizlik problemi vardır. 65 yaşından yuxarı olan qadınlarda kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir. Qəbizliyi olan xəstələrin 50%-də defekasiya problemi mövcuddur.

 

Etilologiyası

  • Anadangəlmə – Hirşprunq xəstəliyi (anadangəlmə meqakolon);
  • Qazanılmış – Çaqas xəstəliyi (Tripanasoma cruzi ilə bağlı meqakolon);
  • Tıxanma:
    • Törəmələr (bağırsaq xərçəngi)
    • Bağırsaq bitişmələri (adheziya)
    • Yırtıqlar
    • Bağırsaq burulması
    • Bağırsaq vərəmi
    • Endometrioz
    • Divertikulit
    • Anal stenoz
    • Rektosele
    • Anismus
    • İşemik kolit
    • Yoğun bağırsağın psevdoobturasiyası (Ogilvie sindromu);
  • Funksional:
    • Lifli qidaların yetərsiz qəbulu
    • Nəcisi qatılaşdıran qidaların aşırı qəbulu
    • Hərəkətsizlik
    • Defekasiya refleksinin ləngidilməsi
    • Ətraf mühitə bağlı səbəblər
    • Aşırı maye itirilməsi
    • Qıcıqlanmış bağırsaq sindromu
  • Səbəbi bilinməyən:
    • Dolixokolon
    • Rektal prolaps
  • Dərman preparatları
  • Metabolik səbəblər
    • Hamiləlik
    • Yaşlılıq
    • Şəkərli diabet
    • Amiloidoz
    • Hiperkalsemiya
    • Hiperparatiroidizm
    • Hipokalemiya
    • Hipotiroidizm
    • Feoxromasitoma
    • Porfiriya
    • Sklerodermiya
    • Uremiya.
  • Sinir mənşəli:
    • Düz bağırsağın azalmış həssaslığı (20-70%);
    • Von Reklinqauzen xəstəliyi (neyrofibromatoz 1);
    • MEN
    • Iflic
    • Onurğa sütunu törəmələri
    • Tabes dorsalis

 

Patogenezi

  • Normal defekasiya aktı aşağıdakı ardıcıl proseslərin sayəsində baş verir:
    • Bağırsaqların peristaltikası sayəsində nəcisin düz bağırsaq distalına toplanması
    • Ano-rektal refleksin meydana gəlməsi və daxili anal sfinkterin boşalması
    • Düz bağırsağın peristaltik gücünün artması
    • Gücənmə və qarındaxili təzyiqin artması
    • Xarici anal sfinkterin, puborektal əzələnin boşalması və anorektal bucağın açılması.
  • Bu mərhələlərin hər hansı birində pozulma qəbzliyə gətirib çıxara bilir.

 

Klinika və diaqnostikası

Şübhə və dəqiqləşdirmə

  • Aşağıdakı kriteriyalardan ənazı 2-nin 3 ay müddətində davam etməsi, şikayətlərin isəən azı 6 ay əvvəl başlaması qəbizlik diaqnozunun qoyulmasına əsas yarada bilər.
    • Həftədə 3 dəfədən az olan defekasiya aktı
    • Defekasiya zamanı artıq gücənmənin olması
    • Defekasiya zamanı nəcisin qatı və sərt şəkildə olması
    • Defekasiya zamanı tam boşalma hissinin olmaması
    • Defekasiya zamanı barmaqla kömək etmək
    • Işlətmə dərmanından mütəmadi olaraq istifadə etmək
    • Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri.

 

Səbəbin axtarışı

  • Qəbzlik diaqnozu qoyulan xəstələrdə əsas məsələ səbəbin təyinidir və ilk növbədə tıxanma törədən səbəblər axtarılır. Bu məqsədlə aşağıdakı müayinələr aparıla bilər:
    • Diqqətli anamnez
    • Qarının müayinəsi (palpasiya, perkussiya, auskultasiya)
    • Perianal nahiyənin müayinəsi
    • Nəcisdə gizli qan testi
    • Qanın biokimyəvi analizi
    • Kolonoskopiya
    • Irriqoskopiya
    • Defekoqrafiya
    • Anorektal manometriya
    • Anorektal elektromioqrafiya
    • Biopsiya
    • KT/MRT
    • Ssintiqrafiya.
    • Hormonal müayinələr

 

Müalicəsi

  • Qəbzliyin müalicəsində əsas yeri səbəbin aradan qaldırılması tutur.
  • Səbəb məlum olmayan və ya aradan qalxmayan hallarda konservativ və ya cərrahi müalicələr tətbiq edilir.
  • Konservativ tədbirlər:
    • Pəhriz
      • Lifli qida əlavələri
      • Probiotiklər
      • Prebiotiklər
      • Nəcis həcmini artıran təbii əlavələr
      • Maye qəbulu
      • Peristaltikanı azaldan yemək və içməkləri istifadə etməmə (tünd çay, kofe, şokalad və s)
    • Həyat tərzi- fiziki aktivlik
    • Dərmanlar
      • Osmotik laksativ preparatlar (laktuloza və s)
      • Nəcisi yumşaldan preparatlar (psilium)
      • Bağırsaq hərəkətlərini artıran preparatlar.
  • Cərrahi müalicə tıxanma mənşəli qəbzlidə və konservativ müalicə ilə düzəlməyən uzunmüddətli qəbzlikdə tətbiq edilir. Hipokinetik (“tənbəl bağırsaq” sindromu), uzun və ya genişlənmiş bağırsaqlarda atətən total və ya subtotoal kolektomiya və ileorektal anastomoz tövsiyə edilir.

 

Profilaktika

  • Maye qəbulu: gündə ən azı 2 litr su qəbulu
  • Lifli qidaların qəbulu
    • Tərəvəzlər
    • Meyvələr
    • Bitkilər (kətan toxumu və s.)
    • Kəpək
  • Yağlar (zeytun yağı)
  • Fiziki aktivlik

 

Özət

Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. Xroniki qəbizliyi olan insanlarda defekasiya zamanı ya çox sərt, ya da çox az miqdarda nəcis olur. Kəskin və xroniki formaları vardır. Səbəbinə yerinə görə: kologen, proktogen olur. Normal defekasiya aktı aşağıdakı ardıcıl proseslərin sayəsində baş verir:

  • Bağırsaqların peristaltikası sayəsində nəcisin düz bağırsaq distalına toplanir.
  • Anorektal refleksin meydana gəlməsi və daxili anal sfinkterin boşalması.
  • Düz bağırsağın peristaltik gücünün artması.
  • Gücənmə və qarındaxili təzyiqin artması.
  • Xarici anal sfinkterin, puborektal əzələnin boşalması və anorektal bucağın açılması.

Bu mərhələlərin hər hansı birində pozulma qəbizliyə gətirib çıxara bilir.

QƏBİZLİK XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Qəbizlik nəyə deyilir?

Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir.

Rastgəlməsi

Böyüklərin 2-30%-də qəbizlik problemi vardır 65 yaşından yuxarı olan qadınlar da kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir.

 

KOKSİQODİNİYA

Tərifi

Koksiqodiniya büzdüm nahiyəsində olan ağrılara deyilir. Əksər hallarda büzdüm nahiyəsində olan travmalardan sonra meydana gəlir (Şəkil 1).

duz img 28

Şəkil 1. Koksiqodiniya.

 

Rastgəlməsi

  • Qadınlarda kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir.

 

Etilologiyası

  • Koksiqodiniyanın əsas səbəbi oma sümüyü və büzdüm nahiyəsində olan sinirlərin zədələnməsidir.
  • Uzun müddət davam edən oturaq vəziyyət də ağrıların yaranmasına səbəb olur.
  • Koksiqodiniyanın səbəblərindən biri də osteoxondrozdur.

 

Klinikası

  • Səbəbləri fərqli olsa da koksiqodiniyanın əsas simptomu büzdüm nahiyəsində olan ağrıdır.
  • Bəzi hallarda ağrı defekasiya vaxtı yaranar, aralıq əzələlərinin spazmı ilə müşahidə olunar və qasıq nahiyəsinə irradiasiya edər.

 

Diaqnostikası

  • Koksoqodinya əksər hallarda digər xəstəliklərin əlamətidir.
  • Əgər çanaq və aralıq bölgəsinin hərtərəfli klinik və görüntüləmə müayinələri ilə xəstəlik tapılmırsa koksoqodinya diaqnozu qoyla bilər.
  • Ona görə    dəağrısı    olan    xəstələrdə     geniş    müayinələr    aparılaraq    xəstəliklər araşdırılmalıdır:
    • Büzdüm nahiyəsinin palpasiyası
    • Düz bağırsağın digital müayinəsi
    • Rektoskopiya
    • Rentgenoqrafiya
    • Irriqoskopiya
    • Rektal USM
    • KT
    • Manometriya
    • Defekoqrafiya

 

Müalicəsi

  • Fizioterapiyalar
    • Ultrasəslə müalicə
    • Lazer müalicəsi
    • Parafin aplikasiyaları
    • Palçıq müalicəsi
  • Cərrahi müalicə – konservativ müalicənin effekti olmadığı halda və ya büzdüm sümüyünün patoloji hərəkətliyi olduqda aparılır: büzdüm sümüyünün çıxarılması icra olunur.

 

Özət

Koksiqodiniya büzdüm nahiyəsində olan ağrılara deyilir. Əksər hallarda büzdüm nahiyəsində olan travmalardan sonra meydana gəlir. Koksiqodiniyanın əsas simptomu büzdüm nahiyəsində olan ağrıdır. Koksoqodiniya əksər hallarda digər xəstəliklərin əlamətidir. Büzdüm nahiyəsinin palpasiyası, düz bağırsağın digital müayinəsi zamanı ağrılar artır.

Müalicə

  • Konservativ (fizioterapiyalar, ultrasəslə müalicə, lazer müalicəsi, parafin aplikasiyaları, palçıq müalicəsi).
  • Cərrahi müalicə – konservativ müalicənin effekti olmadığı halda vəya büzdüm sümüyünün patoloji hərəkətliyi olduqda aparılır: büzdüm sümüyünün çıxarılması icra olunur.

 

KOKSİQODİNİYA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Koksiqodiniya nədir?

Büzdüm nahiyəsində olan ağrılara deyilir.

Rastgəlməsi

Qadınlarda kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir.

Klinikası

Büzdüm nahiyəsində olan ağrı.

Diaqnostikası

Koksoqodiniya əksər hallarda digər xəstəliklərin əlamətidir. Büzdüm nahiyəsinin palpasiyası, Düz bağırsağın digital müayinəsi əhəmiyyətli müayinədir

ANAL KRİPTİT (PAPİLLİT)

Tərifi

  • Anal kriptit və ya kriptoqlandulit anal kanalda dişli xətt səviyyəsindəki kripatların və bura açılan vəzilərin iltihablaşmasıdır, paraproktitlərə səbəb ola bilir (Şəkil 1).

 

 duz img 27

 

Şəkil 1. Anal kriptit.

 

Etilologiyası

  • Qəbizlik
  • Ishal
  • Parazitar xəstəlik
  • Fekalit
  • Aşırı gücənmə
  • Bağırsaqların iltihabi xəstəlikləri
  • Divertikulyoz
  • Travmatizasiya

Klinikası

  • Ağrı
  • Qəbizlik
  • Anus nahiyəsində şişkinlik
  • Qızartı
  • Qaşınma
  • Nəcis qaçırtma
  • Yanma hissi.

Diaqnostikası

  • Diaqnozu adətən anoskopiya və ya rektoskopiyada təyin edilir:
  • anal kanaldan dişli xətt səviyyəsindən iltihabın görünməsi,
  • ifrazatın gəlməsi
  • kriptalar nahiyəsində anal çatın, absesin və ya fistulun

Differensial diaqnostikası

  • Rektal abses
  • Pararektal fistul
  • Pilonidal sinus
  • Qəbizlik
  • Yaşlı xəstələrdə alt intestinal qanaxma
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Divertikulyoz.

Müalicəsi

  • Qəbizlik və ya ishal aradan qaldırılması
  • Bol maye qəbulu
  • Idman və ya Kegel hərkətləri
  • Ağrıkəsici məlhəmlərdən istifadə
  • Antibakterial müalicə
  • Oturaq vannalar.

 

Özət

Anal kriptit, və ya kriptoqlandulit, anal kanalda dişli xətt səviyyəsindəki kripatların və bura açılan vəzilərin iltihablaşmasıdır, paraproktitlərə səbəb ola bilir. Kliniki əlamətləri , ağrı, qəbizlik, anus nahiyəsində şişkinlik, qızartı, qaşınma, nəcis qaçırtma, yanma hissidir. Diaqnozu adətən anoskopiya və ya rektoskopiyada təyin edilir: anal kanaldan dişli xətt səviyyəsində iltihabın görünməsi, kriptalar səviyyəsində ifrazatın gəlməsi.

 

ANAL KRİPTİT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Anal kriptit nədir?

Kriptaların və bura açılan vəzilərin iltihablaşmasıdır.

Kliniki əlamətləri

Ağrı, qəbizlik, şişkinlik, qızartı, qaşınma, yanma hissi, bəzən nəcis qaçırtma.

Differensial diaqnostikası

  • Rektal abses,
  • Pararektal fistul,
  • Pilonidal sinus,
  • Qəbizlik,
  • Yaşlı xəstələrdə alt intestinal qanaxma,
  • Bağırsağın iltihabi xəstəlikləri,
  • Divertikulyoz.

Müalicəsi

  • Qəbizlik və ya ishalın aradan qaldırılması
  • Bol maye qəbulu
  • İdman və ya Kegel hərəkətləri
  • Ağrıkəsici məlhəmlərdən istifadə
  • Antibakterial müalicə
  • Oturaq vannalar.

ANAL QAŞINMA

Tərifi

Anal nahiyyədə davamlı qaşınmadır, (pruritus ani), perianal nahiyədə qızartı, sulanma, ağrı, yanma hissi və perianal dərinin sərtləşməsi də ola bilər (Şəkil 1).

 

duz img 26

Şəkil 1. Perianal qızartı.

 

Təsnifatı

  • Yüngül: perianal nahiyənin müayinəsi zaman heç bir patologiya aşkarlanmır, lakin anoskopiya ağrılıdır
  • Orta: dəridə qızartı və qurulurq, çatlama qeyd edilir
  • Ağır: dəri qızartılı və islanma müşahidə olunur, səthi xoralar qeyd edilir
  • Xronik: dərinin rəngi solğun olur, tüklər isə tökülür.

 

Rastgəlməsi

  • Anal qaşınmaya 1-4% hallarda və ən çox kişilərdə rast gəlinir.
  • Ən çox 40-60 yaş arası müşahidə olunur.

 

Etilologiyası

  • Idiopatik (50-90%)
  • Qida
  • İçkilər
  • Alkoqol
  • Şəxsi gigiyena
  • Dərmanlar
  • Kimyəvi maddələr
  • İnfeksiya (göbələk, bakterial, virus, parazitar)
  • Psixoloji (stress, depressiya)
  • Dəri xəstəlikləri
  • Qadın xəstəlikləri
  • Yaralanmalar
  • Xronik qəbizlik, ishal
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Düz bağırsağın xəstəlikləri və s.

 

Patogenezi

  • Perianal nahiyədə nəcis qalıqlarının olması anal qaşınmaya və yanmaya səbəb ola bilər. Lakin, anal qaşınma və yanma hissi anal nahiyəni həddən artıq təmiz saxlayan insanlarda da görülə bilər.
  • Perianal dəridə olan vəzilərin azalması, dəridə quruluq, qoruma mexanizminin zəifləməsi, travmatizasiya, dəri həsaslığının artması digər mexanizmlərdirdir.

Ağırlaşmaları

  • Anal qaşınmanın müalicəsi olmazsa gələcəkdə perianal nahiyədə ciddi infeksiyaya yol açaraq anal sepsis və ya çanaq sepsisi adlandırılan, perianal nahiyədən qana yayılan və xəstəyə həyati təhlükə törədən bir hala çevrilə bilər.

 

Diaqnostikası

  • Diaqnozu əkər hallarda klinik müayinə ilə qoyulur.
  • Səbəbi araşdırmaq üçün və differensiasiya məqsədi ilə digər müayinələr aparılmalıdır.
  • Unutmamaq lazımdır ki anal qaşıntı əksər hallarda digər, bəzən də ciddi xəstəliklərin əlaməti ola bilər. Ona görə də belə xəstələrdə mütləq düz bağırsaq və genital orqanlar hərtərəfli yoxlanılmalıdır.
    • Kolonoskopiya
    • Ginekoloji müayinələr
    • Allergik testlər
    • Dərinin biopsiyası.

Profilaktika

  • Lifli qidaların qəbulu
  • Qaşınmaya səbəb olan qidaların qəbul edilməməsi
  • Gigiyenik normalara riayət
  • Rahat geyimdən istifadə
  • Perianal nahiyənin aşırı tərləməsinin və ya qurumasının qarşısını almaq və s.

 

Müalicəsi

  • Göbələkəleyhinə dərman preparatları: kremlər, tabletlər
  • Antibiotiklər
  • Parazitəleyhinə dərman preparatları: albendazol
  • Qaşınmanın qarşısını almaq üçün preparatlar: kremlər, pastalar və s.
  • Cərrahi müalicə: qaşınmanı yaradan əsas xəstəliyin aradan qaldırılması (babasil, anal çat, anal fistul və s.)

 

Özət

Anal qaşınma anal nahiyyədə davamlı qaşınmadır (pruritus ani). Perianal nahiyədə qızartı, sulanma, ağrı, yanma hissi və perianal dərinin sərtləşməsi də ola bilər. Yüngül, orta, ağır, xroniki formaları vardır. Etilologiyası – İdiopatik (50-90%), qida, içkilər,  alkoqol, şəxsi gigiyena, dərmanlar, kimyəvi maddələr, infeksiya (göbələk, bakterial, virus, parazitar), psixoloji (stress, depressiya), dəri xəstəlikləri, qadın xəstəlikləri, yaralanmalar, xronik qəbizlik, ishal,bağırsağın iltihabi xəstəlikləri, düz bağırsağın xəstəlikləri ola bilər və s. Anal qaşınmanın müalicəsi olmazsa gələcəkdə perianal nahiyədə ciddi infeksiyaya yol açaraq anal sepsis və ya çanaq sepsisi adlandırılan, perianal nahiyədən qan ayayılan və xəstəyə həyati təhlükə törədən bir hala çevrilə bilər.

 

ANAL QAŞINMA (PRURİTUS ANİ) XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Anal qaşınma nədir?

Anal nahiyyədə davamlı qaşınmadır

Rastəlmə tezliyi nə qədərdir?

  • Anal qaşınmaya 1-4% hallarda və ən çox kişilərdə rast gəlinir.
  • Ən çox 40-60 yaş arası müşahidə olunur.

Hansı klinik formaları var?

  • Yüngül: perianal nahiyənin müayinəsi zaman heç bir patologiya aşkarlanmır, lakin anoskopiya ağrılıdır
  • Orta: dəridə qızartı və quruluq, çatlama qeyd edilir
  • Ağır: dəri qızartılı və islanma müşahidə olunur, səthi xoralar qeyd edilir
  • Xronik: dərinin rəngi solğun olur, tüklər isə tökülür.

Səbəbi və ya risk faktorları nələrdir?

  • İdiopatik (50-90%)
  • Qida
  • İçkilər
  • Alkoqol
  • Şəxsi gigiyena
  • Dərmanlar
  • Kimyəvi maddələr
  • İnfeksiya (göbələk, bakterial, virus, parazitar)
  • Psixoloji (stress, depressiya)
  • Dəri xəstəlikləri
  • Qadın xəstəlikləri
  • Yaralanmalar
  • Xroniki qəbizlik, ishal
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Düz bağırsağın xəstəlikləri və s.

Patogenezi nədən ibarətdir?

Perianal nahiyədə nəcis qalıqlarının olması anal qaşınmaya və yanmaya səbəb  ola bilər. Lakin, anal qaşınma və yanma hissi anal nahiyəni həddən artıq təmiz saxlayan insanlarda da görülə bilər. Perianal dəridə olan vəzilərin azalması, dəridə quruluq, qoruma mexanizminin zəifləməsi, travmatizasiya, dəri həsaslığının artması digər mexanizmlərdir.

Ağırlaşmaları nələrdir?

Anal sepsis və ya çanaq sepsisi.

Klinik əlamətləri hansılardır?

  • Perianal nahiyədə qızartı,
  • Sulanma, ağrı,
  • Yanma hissi
  • Perianal dərinin sərtləşməsi.

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Klinika
  • Kolonoskopiya
  • Ginekoloji müayinələr
  • Allergik testlər
  • Dərinin biopsiyası.

Müalicə üsulları hansılardır?

  • Göbələkəleyhinə dərman preparatları: kremlər, tabletlər
  • Antibiotiklər
  • Parazitəleyhinə dərman preparatları: albendazol
  • Qaşınmanın qarşısını almaq üçün preparatlar: kremlər, pastalar və s.
  • Cərrahi müalicə: qaşınmanı yaradan əsas xəstəliyin aradan qaldırılması (babasil, anal çat, anal fistul və s.)

ANAL İNKONTİNENSİYA

Tərifi

  • Anal inkontinensiya və ya yetməzlik qazların, duru və bərk nəcisin saxlana bilməməsinə deyilir.

 

Diaqnostik əlamətləri

  • Qaz və ya nəcisin iradi və qeyri-iradi saxlanılmaması
  • Sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq).

 

Təsnifatı

  • Anal inkontinensiyanın bir neçə təsnifatı vardır.
    • Browning və Parks təsnifatı:
      • A kateqoriyası – həm bərk, həm də duru nəcisin və qazların saxlana bilməsi (normal kontinensiya)
      • B katoqoriyası – bərk və durunəcisin saxlana bilməsi, qazların saxlana bilməməsi
      • C kateqoriyası – bərk nəcisin saxlana bilməsi, duru nəcisin və qazların saxlana bilməməsi
      • D kateqoriyası – bərk nəcisin saxlana bilməməsi.

Joge və Wexner təsnifatı:

 

Heç vaxt

Nadirən

Arabir

Adətən

Hər zaman

Qatı nəcis

0

1

2

3

4

Duru nəcis

0

1

2

3

4

Qaz

0

1

2

3

4

 

Rastgəlməsi

  • Anal inkontinensiyaya 1-18% insanlarda (4-24%-i qadınlar, 5%-i kişilər) rast gəlinir. Ağır hallarda sidik qaçırtması da müşühidə olunur.
  • Nəcis qaçırtma qadınlarda kişilərdən 8 dəfə artıq izlənilir.
  • Anal inkontinensiya hallarına 65 yaşından sonra daha çox rast gəlinir.

Etilologiyası

  • Çanaq sümüyünün və çanaq dibi əzələlərininzədələnmələləri
  • Anorektal nahiyədə aparılan cərrahi əməliyyatlar - az rast gəlinən səbəblərdəndir.
  • Doğuş zamanı zədələnmələr
  • Sfinkterotomiya – xroniki anal çatın cərrahi müalicəsi zamanı
  • Anorektal nahiyənin zadələnmələri
  • Yaşla əlaqəli anal sfinkterin boşalması
  • Anal dilatasiya
  • Işlətmə dərmanlarından istifadə
  • İltihablı ishal
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Anal kanalın xərçəngi
  • Tabes dorsalis
  • Şəkərli diabet (nevropatiya)
  • Rektal prolaps
  • Rektosele
  • Şüa terapiyası.

 

Diaqnostikası

  • Anal yetməzliyin diaqnozu adətən klinik olaraq təyin olunur:
    • qaz və ya nəcisin saxlanılmaması
    • sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq)
  • Differensasiya, səbəbi araşdırmaq və sfinkter tonusunu məqsədi ilə əlavə müayinələr edilir.
    • Endoskopik müayinə
    • Anorektal manometriya
    • Anorektal elektromioqrafiya – xarici anal sfinkterə elektrod yerləşdirərək əzələ gücü təyin edilir
    • Defekoqrafiya
    • MRT
    • Rektal USM.

 

Müalicəsi

  • Pəhriz;
  • Kegel idmanı – çanaq dibi əzələlərinin gücləndirilməsi üçün;
  • Dərman preparatları – loperamid, aktivləşdirilmiş kömür, pektin, amitriptillin, morfin;
  • Anorektal əzələlərin stimulyasiyası
  • Sakral sinirin stimulyasiyası
  • Hiperbarik oksigen terapiyası
  • Süni sfinkter
  • Sfinkteroplastika
  • Neosfinkterin yaradılması – m. gracilis-dən istifadə edərək süni sfinkter yaradılır
  • Kolostomiya.

 

Özət

Anal inkontinensiya və ya yetməzlik qazların, duru və bərk nəcisin saxlana bilməməsinə deyilir. Qaz və ya nəcisin iradi və qeyri-iradi saxlanılmaması sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq) əsas diaqnostik əlamətləridir. Anal inkontinensiyaya 1-18% insanlarda (4-24%-i qadınlar, 5%-i kişilər) rast gəlinir. Ağır hallarda sidik qaçırtması da müşühidə olunur. Nəcis qaçırtma qadınlarda kişilərdən 8 dəfə artıq izlənilir. Anal inkontinensiya hallarına 65 yaşından sonra daha çox rast gəlinir.

 

ANAL İNKONTİNENSİYA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Anal inkotinensiya nədir?

Duru və bərk nəcisin saxlana bilməməsinə deyilir.

Rastgəlmə tezliyi nə qədərdir?

Anal inkontinensiyaya 1-18% insanlarda (4- 24%-i qadınlar, 5%-i kişilər) rast gəlinir. Nəcis qaçırtma qadınlarda kişilərdən 8 dəfə artıq izlənilir. Anal inkontinensiya hallarına 65 yaşından sonra daha çox rast gəlinir.

Səbəbi və ya risk faktorları nələrdir?

  • Çanaq sümüyünün və çanaq dibi əzələlərinin zədələnmələləri
  • Anorektal nahiyədə aparılan cərrahi əməliyyatlr (az rast gəlinən səbəblərdəndir)
  • Doğuş zamanı zədələnmələr
  • Sfinkterotomiya – xroniki anal çatın cərrahi müalicəsi zamanı
  • Anorektal nahiyənin zadələnmələri
  • Yaşla əlaqəli anal sfinkterin boşalması
  • Anal dilatasiya
  • Işlətmə dərmanlarından istifadə
  • İltihablı ishal
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Anal kanalın xərçəngi
  • Tabes dorsalis
  • Şəkərli diabet (nevropatiya)
  • Rektal prolaps
  • Rektosele
  • Şüa terapiyası

Dəqiqləşdimək üçün hansı müayinələr gərəkdir?

Anal yetməzliyin diaqnozu adətən klinik olaraq təyin olunur:

  • qaz və ya nəcisin saxlanılmaması
  • sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq).

Differensasiya, səbəbi araşdırmaq və sfinkter tonusunu ölçmək məqsədi ilə əlavə müayinələr edilir.

  • Endoskopik müayinə
  • Anorektal manometriya
  • Anorektal elektromioqrafiya – xarici anal sfinkterə elektrod yerləşdirərək əzələ gücü təyin edilir
  • Defekoqrafiya
  • MRT
  • Rektal USM.

Diaqnostik kriteriyalar hansılardır?

Qaz və ya nəcisin iradi və qeyri-iradi saxlanılmaması sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq).

Müalicə üsulları hansılardır?

  • Pəhriz;
  • Kegel idmanı – çanaq dibi əzələlərinin gücləndirilməsi üçün;
  • Dərman preparatları – loperamid, aktivləşdirilmiş kömür, pektin, amitriptillin, morfin;
  • Anorektal əzələlərin stimulyasiyası;
  • Sakral sinirin stimulyasiyası;
  • Hiperbarik oksigen terapiyası;
  • Süni sfinkter;
  • Sfinkteroplastika;
  • Neosfinkterin yaradılması – m. gracilis- dən istifadə edərək süni sfinkter yaradılır;
  • Kolostomiya.
 
 

ANAL STENOZ

Tərifi

  • Anal kanalın daralmasına, diametrinin azalmasına və elastiklik qabiliyyətinin itirilməsinə anal stenoz və ya anal darlıq deyilir. Anal darlıq həqiqi anatomik darlıqlar, əzələ sıxlıması və funksional daralma formasında ola bilər. Həqiqi anal daralmanı anodermada əməliyyatsonrası çapıq toxumanın inkişaf etməsi təşkil edir. Anal kanalın normada diametri 3 sm olub, açılma zaman 5-9 sm, tam sıxılma zamanı isə 2,5 sm qədər ölçülür.

Diaqnostikəlamətləri

  • Digital müayinədə təyin olunan anal kanalın daralması;
  • Anus nahiyəsində ağrı;
  • Defekasiya zamanı ağrı, qanaxma.

 

Təsnifatı

  • I qrup – anal kanal diametrinin azalması, anusətrafı nahiyədə çapıq toxumanı n olması və nəcisin incəlməsi;
  • II qrup – anal kanal diametrinin azalması, anusətrafı nahiyədə çapıq toxumanln olması, nəcisin incəlməsi, çox gücənmə və ağrılı defekasiya;
  • III qrup – anal kanal diametrinin azalması, anusətrafı nahiyədə çapıq toxumanın olması, nəcisin incəlməsi,cox gücənmə, ağrılı defekasiya və qanaxma.

 

Etilologiyası

  • Hemorroidektomiya (90%) – əsasən rektal prolaps və ya babasil düyününün trombozu zamanı aparılan Whitehead əməliyyatından sonra ola bilər; həmçinin Longo əməliyyatı zamanı büzməli tikişin anal dəliyə yaxın qoyulması da anal daralma yarana bilər;
  • Aşağı səviyyəli düz bağırsaq xərçəngi – bu zaman kolo-rektal və ya kolo-anal anastomoz qoyulur; 10-30% belə xəstələrdə anal daralma müşahidə olunur;
  • Iltihabi bağırsaq    xəstəliyi    əməliyyatı    –   total   kolektomiyadan   sonra    ileo-anal anastomoz nahiyəsində darlıq baş verə bilər;
  • Anal çatın ləğvi əməliyyatı;
  • Anal sfinkterin bərpası;
  • Pararektal fistulun ləğvi əməliyyatı;
  • Rektovaginal fistulun ləğvi;
  • Anal ziyillərin yandırılması;
  • Anismus;
  • Xroniki anal çat;
  • Anal kanalın xərçəngi;
  • Endometrioz;
  • Xroniki olaraq işlətmə dərmanlardan istifadə;
  • Xroniki ishal;
  • Anal nahiyənin yaralanmaları;
  • Iltihabi bağırsaq xəstəlikləri;
  • Anal nahiyənin şüa terapiyası;
  • Cinsi yolla keçən xəstəliklər.

 

Klinikası

  • Nəcisin incəlməsi;
  • Defekasiya zamanı tam boşalma hissinin olmaması;
  • Defekasiya zamanı ağrı;
  • Qanaxma;
  • Qarın ağrısı;
  • Qarında köp;
  • Qəbizlik.

 

Diaqnostikası

  • Obyektiv müayinə;
  • Anoskopiya;
  • Anorektal manometriya;
  • Defekoqrafiya;
  • Endoanal USM;
  • Anorektal MRT;
  • KT;
  • Kolonoskopiya.

Müalicəsi

Əsasən əməliyyatsonrası ilkin dövrdə (ilk 1 ay) işlətmə dərmanları, lifli qida qəbulu və bir gündən bir barmaq dilatasiyası məsləhət görülür.

Anal daralmanın cərrahi müalicəsi:

  • Selikli qişanın endirilməsi: daxili anal sfinkter kəsilir və selikli qişa endirilərək perianal dəriyə tikilir;
  • Anoplastika – çapıq toxuma kəsilib götürülür, ardından Y-V şəklində flep olaraq qaldırılır.

 

Özət

Anal kanalın daralmasına, diametrinin azalmasına və elastiklik qabiliyyətinin itirilməsinə anal stenoz və ya anal darlıq deyilir. Anal darlıq həqiqi anatomik darlıqlar,əzələ sıxılması və funksional daralma formasında ola bilər. Həqiqi anal daralmanı anodermada əməliyyat sonrası çapıq toxumanın inkişaf etməsi təşkil edir. Anal kanalın normada diametri 3 sm olub, açılma zamanı 5-9 sm, tam sıxılma zamanı isə 2,5 sm qədər ölçülür. Digital müayinədə təyin olunan anal kanalın daralması, anus nahiyəsində ağrı, defekasiya zamanı ağrı, qanaxma diaqnostik əlamətlərdəndir. Müalicəsi əsasən cərrahidir.

 

ANAL STENOZ XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Anal stenoz nədir?

Anal kanalın daralmasına, diametrinin azalmasına və elastiklik qabiliyyətinin itirilməsinə anal stenoz və ya anal darlıq deyilir

Hansı klinik formaları var?

3 tipi var

Səbəbi və ya risk faktorları nələrdir?

  • Hemorroidektomiya (90%)
  • Aşağı səviyyəli düz bağırsaq xərçəngi;
  • Iltihabi bağırsaq xəstəliyi əməliyyatı;
  • Anal çatın ləğvi əməliyyatı;
  • Anal sfinkterin bərpası;
  • Pararektal fistulun ləğvi əməliyyatı;
  • Rektovaginal fistulun ləğvi;
  • Anal ziyillərin yandırılması;
  • Anismus;
  • Xroniki anal çat;
  • Anal kanalın xərçəngi;
  • Endometrioz;
  • Xroniki olaraq işlətmə dərmanların istifadəsi;
  • Xroniki ishal;
  • Anal nahiyənin yaralanmaları;
  • İltihabi bağırsaq xəstəlikləri;
  • Anal nahiyənin şüa terapiyası;
  • Cinsi yolla keçən xəstəliklər.

Klinik əlamətləri hansılardır?

  • Nəcisin incəlməsi;
  • Defekasiya zamanı tam boşalma hissinin olmaması;
  • Defekasiya zamanı ağrı;
  • Qanaxma;
  • Qarın ağrısı;
  • Qarında köp;
  • Qəbizlik.

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Obyektiv müayinə;
  • Anoskopiya;
  • Anorektal manometriya;
  • Defekoqrafiya;
  • Endoanal USM;
  • Anorektal MRT;
  • KT;
  • Kolonoskopiya

Diaqnostik kriteriyalarını sadala?

  • Digital müayinədə kanalın daralması; təyin olunan anal
  • Anus nahiyəsində ağrı;
  • Defekasiya zamanı ağrı, qanaxma.

Əməliyyat üsulları hansılardır?

  • Selikli qişanın endirilməsi;
  • Anoplastika.

PİLONİDAL SİNUS

Tərifi

  • Pilonidal sinus anadangəlmə olaraq büzdüm nahiyyəsində dərdən əmələ ciblər və bunların törətdiyi iltihabı ağırlaşmalardır (Şəkil 1).ələri
  • Bu patologiyanın digər adları da var: epitelial büzdüm kanalı, qıl dönməsi, dermoid sist və s.

 

duz img 25

Şəkil 1.Pilonidal sinus.

 

Diaqnostik əlamətləri

  • Büzdüm nahiyəsində ağrılı şişkinlik
  • Şişkinlik üzərində 1 və ya bir neçə dəlik
  • Dəliyə təziq etdikdə irinli bəzən qanlı ifrazatın xaric olması.

 

Təsnifatı

  • Ağırlaşmamış
  • Ağırlaşmış
    • Kəskin (abses, fleqmona)
    • Xroniki (təkrarlayan, fistullar, kist)

Rastgəlməsi

  • Pilonidal sinus büzdüm bölgəsində rast gəlməklə yanaşı, qasıq bölgəsində, qoltuq altlarında və göbəkdə də görülə bilər.
  • Kişilərdə çox olmaqla, sıx olaraq 16 – 40 yaşlarda rast gəlinir.

Etilologiya və patogenezi

  • Dəri ciblərinin (epitelial kanalın) iltihablaşması əsas mexanizm hesab edilir.
  • İki sağrı arasında, büzdüm sümüyünün üstündə inkişaf qüsuru olaraq dəri içəriyə dartılaraq diametri 1-3 mm, uzunluğu 3-20 mm olan bir və ya bir neçə dəri cibləri meydana gəlir. Cibin divarındakı dəridən ifraz olunan tər, yağ və tükləri bu ciblərdə toplana bilir. Hesab edilir ki, cibin dəliklərinin tıxanması (travmatizasiya, yağ və ya tük tıxacları) cibin daxilində durğunluğa və infeksiyanın inkişafına səbəb olur. Nəticədə abses və ya fleqmona meydana çıxır.

 

Gedişi və ağırlaşmaları

  • Absesin aqibəti bir neçə cür ola bilər:
    • spontan olaraq xaricə açılaraq sağala bilər və ya bir neçə həftə sonra təkrarlaya bilər
    • ətraf toxumalara yayılaraq, fleqmona, hətta büzdüm osteomieliti törədə bilər
    • kistşəkilli formaya keçə bilər
    • fistul əmələ gətirə bilər.

 

Klinikası

  • İltihablaşmayan pilonidal ciblər adətən əlamət vermirlər.
  • İltihablaşma olduqda isə klassik abses əlamətləri ortaya çıxır: ağrı, şişkinlik, qızartı, hərarət
  • Spontan açılan abseslərdə əvvəl irinli, sonra seroz ifrazat olur.

 

Diaqnostikası

  • Pilonidal sinusun və ağırlaşmalarının diaqnozu əksər hallarda klinik olaraq təyin edilir:
    • ağırlaşmamış hallarda: büzdüm nahiyysində diametri iynə ucundan kibrit çöpü diametrinə qədər dəyişən bir və ya bir neçə dəlik müəyyən olunur, dəliklərdən açıq rəng ifrazat gələ bilir, tük çıxa bilir.
    • ağrlaşmış hallarda: ağrılı qızartı, şişkinlik, dəliklərdən irinli ifrazat.
  • Diferensasiya məqsədi ilə düz bağırsağı və büzdüm sümüyünü yoxlamaq lazımıdr (fistuloqrafiya, KT,)

Müalicəsi

  • Pilonidal sinusun radikal müalicəsi dəri ciblərinin aradan qaldırılmsıdır.
  • Müalicə seçimi klinik formasına görə dəyişir.
  • Asimptomatik ağırlaşmayan pilonidal sinuslarda müalicəyə ehtiyac yoxdur, travmatizasiyadan qorunma və gigiyenaya diqqət tövsiyə olunur.
  • Kəskin ağırlaşmalarda (abses) təcili olaraq abses drenaj edilir və iltihab söndükdən sonra sinuslar çıxarılır.
  • Xroniki formada cibləri aradan qaldırmaq üçün müxtəlif üsullar tətbiq olunur:
    • Lazer texnikası – pilonidal sinusun lazerlə yandırılması: əsasən  ağırlaşmamış hallarda istifadə olunur və yerli anesteziya altında aparılır.
    • Endoskopik texnika – endskopla kanala daxil olunur, təmizlənir və divar lazerlə yandırılır.
    • Cərrahi çıxarma üsulları – sinuslar radikal çıxarılır və yara müxtəlif yollarla müalicə olunur:
    • Dəri plastikasıı – residiv sinuslarda eksiziyadan sonra böyük dəri defektləri olarsa tətbiq edilir.
    • Birincili tikiş - yaranın tikilməsindən ibarətdir, 7-10% hallarda yaranın irinləməsi, 10-30% hallarda isə residiv baş verə bilər.
    • Yaranın açıq buraxılması – açıq saxlanılması və yaranın ikincili sağalmasından ibarətdir, yaranın sağalması 3-6 ay çəkə bilər, 10-15% hallarda yara irinləməsi, 5-15% hallarda isə residiv baş verir.
    • Introfleksiya – sinus çıxarıldıqdan sonra yaranın kənarları dibinə tikilir, sağalma 2-3 ay çəkir.
  • Əməliyyat sonrası erkən dövrədə yaranın yaxşı qorunub baxılması, uzun dövrdə isə o bölgənin gigiyenasına diqqət edilməsi lazımlıdır. Əməliyyat sonrası dövrdə ən az iki il müddət ilə bölgə təraş edilməli və ya tük tökücü dərmanlarla tük təmizlənməlidir.

 

Özət

Pilonidal sinus anadangəlmə olaraq büzdüm nahiyyəsində dəridən əmələ gələn ciblər və bunların törətdiyi iltihabı ağırlaşmalardır. Büzdüm nahiyəsində ağrılı şişkinlik, şişkinlik üzərində 1 və ya bir neçə dəlik, dəliyə təziq etdikdə irinli bəzən qanlı ifrazatın xaric olması əsas diaqnostik əlamətlərdir. Dəri ciblərinin (epithelial kanalın) iltihablaşması əsas mexanizm hesab edilir. Cibin divarındakı dəridən ifraz olunan tər, yağ və tükləri bu ciblərdə toplana bilir. Hesab edilirki, cibin dəliklərinin tıxanması (travmatizasiya, yağ və ya tük tıxacları) cibin daxilində durğunluğa və infeksiyanın inkişafına səbəb olur. Nəticədə abses və ya fleqmona meydana çıxır. Pilonidal sinusun radikal müalicəsi dəri ciblərinin aradan qaldırılmasıdır.

 

PİLONİDAL SİNUS XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Pilonidal sinus nədir?

Pilonidal sinus anadangəlmə olaraq büzdüm nahiyyəsində dəridən əmələ gələn ciblər və bunların törətdiyi iltihabı ağırlaşmalardır.

Diaqnostik əlamətlər hansılardır?

  • Büzdüm nahiyəsində ağrılı şişkinlik
  • Şişkinlik üzərində 1 və ya bir neçə dəlik
  • Dəliyə təziq etdikdə irinli bəzən qanlı ifrazatın xaric olması.

Ağırlaşmalar

  • Abses,
  • Fleqmona.

İTİUCLU KONDİLOMA

Tərifi

Perianal kondiloma və ya itiuclu kondiloma anusətrafı nahiyədə və anal kanalda, eyni zamanda cinsi orqanlar nahiyəsində tək və ya çoxsaylı papillomalardır, xoralaşma, qanaxma, malginizasiya törədə bilir (Şəkil 1).

duz img 24

Şəkil 1. Kondiloma

Diaqnostik əlamətləri

  • Tək və ya çoxsaylı papillomalar

 

Rastgəlməsi

  • Ümumdünya səhiyyə təşkilatının 2010-cu ildə aparılan işlərinəəsasən dünyada ümumi olaraq 630 million insan HPV yoluxmuşdur.

 

Etilologiyası

  • İtiuclu kondilomaların əsas etioloji faktoru “Human papilloma virus”udur (Kondiloma accuminatum). Bu patologiya cinsi yolla keçən xəstəliklərə aiddir. Əsasən HPV-6, HPV-11, HPV-16 və ya HPV-18 virusları ilə keçir.

 

Təsnifatı

  • Schlappner və Shaffer təsnifatına görə kondilomalar aşağıdakı lokalizasiyalı olur :
    • 84% hallarda anusətrafı dəridə və anal kanal daxilində
    • 10% hallarda anal kanalda
    • 6% hallada isə anusətrafı dəridə.

Klinikası

  • Anusətrafı nahiyədə gül kələmi şəklində şişkinlik
  • Qaşınma
  • Qanaxma
  • İfrazatın olması
  • İslanma hissi.

 

Diaqnostikası

  • Diaqnozu əksər hallarda papillomanın görünməsi ilə qoyulur, lakin dəqiqləşdirmək üçün biopsiya və viral müayinə (HİV, HPV, Sifilis, Hepatit B, Hepatit C)gərəkir.
  • Differensiasiya məqsədi ilə anoskopiya, kolonoskopiya, hətta KT/MRT gərəkə bilir
  • Virusoloji müayinə

 

Differensial diaqnostikası

  • Anal çat
  • Hemorroy
  • Proktit
  • Anusətrafı nahiyənin xərçəngi
  • Pedjet xəstəliyi.

 

Müalicəsi

Konservativ müalicə - ziyillər kiçikdirsə aparılır

  • Podofilin
  • İmikvimod məlhəmi
  • Sidofovir
  • İnterferon
  • 5-flourasil.

Cərrahi müalicə - ziyillər böyükdürsə aparılır.

  • Kondilomaların koaqulyatorla cərrahi eksiziyası
  • Krioterapiya
  • Lazer terapiyası
  • İnfraqırmızi şüalanma.

Bir çox hallarda müalicədən sonra yenidən kondilomaların əmələ gəlməsi müşahidə olunur. Bu orqanizmdə virusun qalmasından asılıdır.

 

Özət

Perianal kondiloma və ya itiuclu kondiloma anusətrafı nahiyədə və anal kanalda,eyni zamanda cinsi orqanlar nahiyəsində tək və ya çox saylı papillomalardır. Xoralaşma, qanaxma, malginizasiya törədə bilir. Tək və ya çoxsaylı papillomaların olması əsas diaqnostik əlamətləridir. İti uclu kondilomaların əsas etioloji faktoru “Human papilloma virus”udur (Kondiloma accuminatum). Bu patologiya cinsi yolla keçən xəstəliklərə aiddir. Əsasən HPV-6, HPV-11, HPV-16 və ya HPV-18 virusları ilə keçir. Diaqnozu əksər hallarda papillomanın görünməsi ilə qoyulur, lakin dəqiqləşdirmək üçün biopsiya və viral müayinə (HİV, HPV, Sifilis, Hepatit B, Hepatit C) gərəkir.

Müalicə

  • Konservativ müalicə ziyillər kiçikdirsə aparılır(Podofilin, İmikvimod məlhəmi, Sidofovir, İnterferon, 5-flourasil).
  • Cərrahi müalicə – ziyillər böyükdürsə aparılır (Kondilomaların koaqulyatorla cərrahi eksiziyası, krioterapiya, lazer terapiyası, infraqırmızi şüalanma).

 

PERİANAL KONDİLOMA VƏ YA İTİUCLU KONDİLOMA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Perianal kondiloma və ya itiuclu kondiloma nədir?

Anus və/və ya aralıqda yerləşən çoxsaylı papillomalardır.

Səbəbi nədir?

Kondiloma accuminatum (Human Papiloma virusu).

Ən böyük təhlükəsi nədir?

Yastı hüceyrəli karsinoma.

Ziyillər kiçikdirsə müalicəsi necədir?

Yerli Podofillin, Aldara.

Ziyil böyükdürsə müalicəsi nəcədir?

Cərrahi eksiziya və ya lazer ablasiyası.

REKTOSELE

Tərifi

  • Rektosele düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasına deyilir, defekasiya çətinliyinə, prolapslara və genital disfunksiyaya səbəb ola bilir (Şəkil 1).

 

 duz img 22

Şəkil 1. Rektosele.

 

Diaqnostik əlamətləri

  • Qəbizlik
  • Defekasiyadan sonra tam boşalma hissinin olmaması
  • Uşaqlıq yolundan əli ilə təzyiq etməklə defekasiya aktını icra etməsi.
  • Klinik olaraq, və ya defekoqrafiyada düz bağırsağın uşaqlıq mənfəzinə doğru qabarması

 

Təsnifatı

  • Kiçik dərəcəli – 1 sm-dən az
  • Orta dərəcəli – 2-4 sm arası
  • Böyük dərəcəli – 4 sm-də çox.

 

Rastgəlməsi

  • Qadınları 30-90%-də rektosele müşahidə olunur.

 

Etilologiyası

  • Rektoselenin yaranmasında əsas amil toxuma zəifliyidir
  • Divar zəifliyinə səbəb olan əsas amillər doğuş və yaşlanmadır.
  • Digər səbəblərə isə qəbizlik və histerektomiya əməliyyatı aiddirlər.

 

Klinikası

  • Asimptomatik – kiçik rektosellərdə rastlanır, defekoqrafiyada ortaya çıxır
  • Defekasiya çətinliyi
  • Uşaqlıq yolunda yad cisim hissi
  • Cinsi fəaliyyət zamanı ağrı
  • Vaginal qanaxma
  • Defekasiya vaxtı davamlı gücənmə
  • Anus nahiyəsində ağrı
  • Defekasiya zamanı tam boşalma hissinin olmaması
  • Defekasiya zamanı əlinin köməyi ilə uşaqlıq yolundan təzyiq etməklə defekasiya aktını icra etməsi
  • Qaz və nəcis qaçırtma.

 

Diaqnostikası

Şübhə

  • Qəbzlik, defekasiya çətinliyi, tam boşalma hissinin olmaması, vaginal ağrı rektosele şübhə yaradır.

 

Dəqiqləşdirmə

  • Orta və böyük rektoselləri obyektiv müayinə ilə dəqiqləşdirmək olur:
    • vaginanın arxa divarının önə qabarması
    • rektal müayinədə rektovaginal arakəsmənin incəlməsi və asanlıqla qabarması.
  • Kiçik rektoselləri təyin etmək və dərəcəni dəqiqləşdirmək üçün defekoqrafiya edilir(Şəkil2).
  • Differensiasiya məqsədi ilə kolonoskopiya, manometriya və tomoqrafiya lazım gəlir

duz img 23

Şəkil 2. Defekoqrafiya

 

Müalicəsi

  • Asimptomatik və kiçik rektosellərdə müşahidə və qəbizliyin aradan qaldırılması və çanaq əzələlərini möhkəmləndirmə hərəkətləri tövsiyə edilir.
  • Simptomatik, orta və böyük ölçülü (3 sm-dən böyük) rektosellərdə əməliyyat lazım gəlir:

Cərrahi müalicə

  1. Perineal (transanal) yanaşma:
    • Düz bağırsağın selikli qişasından flep ayıraraq rektovaginal divar bərpa olunur;
    • Arxa kolporafiya – uşaqlıq yolundan rektovaginal divarın bərpası aparılır, həmçinin levatoroplastika icra edilir
    • Polipropilen yamaqdan istifadə
    • Perineorafiya.
  2. Abdominal yanaşma – qarın boşluğu açılaraq sakral kolpopeksiya icra edilir.

Özət

Rektosele düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasına deyilir, defekasiya çətinliyinə, prolapslara və genital disfunksiyaya səbəb ola bilir. Defekasiyadan sonra tam boşalma hissinin olmaması, qəbizlik, uşaqlıq yolundan əli ilə təzyiq etməklə defekasiya aktını icra etməsi, klinik olaraq və ya defekoqrafiyada düz bağırsağın uşaqlıq mənfəzinə doğru qabarması əsas diaqnostik əlamətləridir. Müalicə taktikası dərəcəsindən asılı olaraq dəyişir. Asimptomatik və kiçik rektosellərdə müşahidə və qəbizliyin aradan qaldırılması və çanaq əzələlərini möhkəmləndirmə hərəkətləri tövsiyə edilir. Simptomatik, orta və böyük ölçülü (3 sm-dən böyük) rektosellərdə əməliyyat lazım gəlir.

 

REKTOSELE XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Rektosele nədir?

Rektosele düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasına deyilir.

Hansı diaqnostik əlamətləri vardır?

Qəbizlik, defekasiyadan sonra tam boşalma hissinin olmaması, uşaqlıq yolundan əli ilə təzyiq etməklə defekasiya aktını icra etməsi, defekoqrafiyada düz bağırsağın uşaqlıq yoluna qabarması.

Etiologiyası

Toxuma zəifliyi, doğuş və yaşlanmalar, qəbizlik, histerektomiya.

Müalicəsi

Asimptomatik və kiçik rektosellərdə müşahidə və qəbizliyə görə mübarizə.

Simptomatikdə və böyük ölçüdə cərrahi müalicə.

Arxa kolporafiya nədir?

Uşaqlıq yolundan rektovaginal divarın bərpası aparılır, həmçinin levatoroplastika icra edilir.

REKTAL PROLAPS

Tərifi

  • Rektal prolaps (düz bağırsaq sallanması) düz bağırsağın anusdan xaricə çıxmasıdır, xoralaşma –nekroz, keçməzlik törədə bilir. Rektal prolaps anal sfinkterlərin zəifləməsi ilə birbaşa əlaqəlidir – prolaps törədir və ya prolapsın nəticəsində əmələ gəlir(Şəkil 1).

 

Diaqnostikəlamətləri

  • Anusdan bağırsağın bayıra çıxması

 

duz img 20

Şəkil1.Rektal prolaps

Təsnifatı

Formasına görə

  • Anal dəliyin sallanması
  • Düz bağırsağın sallanması
  • Anal dəlik və düz bağırsağın sallanması
  • Düz bağırsaq və ondan yuxarıda yerləşən yoğun bağırsağın invaginasiyası (Şəkil 2).

Sallanma dərəcəsinə görə

  • Yüngül (5 sm);
  • Orta (6-10 sm);
  • Ağır (10 sm-dən çox).

duz img 21

Şəkil 2.Rektal prolapsın təsnifatı

 

Rastgəlməsi

  • Düz bağırsağın sallanması cərrahi xəstəliklərin 0,2-0,9%-ni, ptoktoloji xəstəliklərin isə 3-5%-ni təşkil edir.
  • Qadınlarda kişilərə nisbətən 6 dəfə artıq rast gəlinir (80%).
  • Uşaqlarda adətən 4 yaşa qədər müşahidə olunur.

 

Etilologiyası

  • Xroniki qəbizlik (50-75%)
  • Çoxsaylı doğuş (50%)
  • İshal (15%)
  • Hirşprunq xəstəliyi
  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Işlətmə dərmanlardan uzunmüddətli istifadə
  • Yaş faktoru
  • Urinar inkontinensiya
  • Rektal poliplər
  • Bəzi nevroloji xəstəliklər.

 

Ağırlaşmaları

  • Bağırsağın boğulması
  • Bağırsağın iltihabı və perforasiyası
  • Düz bağırsaq selikli qişasının sallanması
  • Nəcisin saxlana bilməməsi
  • Xərçəng riski
  • Çanaq absesi
  • Fistulun əmələ gəlməsi.

 

Klinikası

  • Qəbizlik (20-50%)
  • Qaz və nəcisinin saxlana bilməməsi (40-80%)
  • Defekasiya zamanı artıq gücənmə(tenezmlər)
  • Obstruktiv defekasiya
  • Rektal qanaxmalar
  • Diareya.

 

Diaqnostikası

  • Sallanmanın diaqnozu əksər hallarda klinik olaraq dəqiqləşdirilir: adi halda və ya gücənmə vaxtı bağrsağın tam və ya hissəvi olaraq anusdan bayıra çıxması.
  • Səbəbini, formasını və dərəcəsini müəyyənləşdirmək üçün və differensiasiya məqəsədi ilə əlavə müayinələrə ehtiyac yaranır*
  • Defekoqrafiya – ən çox daxili və ya gizli prolapsları aşkar etmək olur
  • Çanaq orqanlarının MR müayinəsi
  • Endoskopik rektal USM.

 

Differensial diaqnostika

  • Hemorroy
  • Anal kanalın polipləri
  • Anal kanalın xərçəngi.

 

Müalicəsi

Qeyri-cərrahi müalicə

  • Pəhriz
  • Radiofrekans ablasiya
  • Akupunktura
  • Skleroterapiya

Cərrahi müalicə

  1. Perineal yanaşma:
    • Stepler ilə transrektal rezeksiya) – düz bağırsaqdan girib prolaps edən hissənin kəsilməsi, daha sonra stepler ilə qalan hissənin birləşdirilməsi
    • Altemeyer əməliyyatı – prolasp edən hissənin rezeksiyasından sonra kolo-anal anastomozun qoyulması (proktosiqmoidal rezeksiya)
    • Tirş əməliyyatı – perineal nahiyədə dərialtına gümüş sap ilə tikişlərin qoyulması
    • Delorme əməliyyatı – düz bağırsağın selikli qişası kəsilir, əzələ qatı isə plikasiya edilərək tikilir
    • Mikuliç əməliyyatı – perineal rektosiqmoidektomiya
    • Transsakral retropeksiya – düz bağırsağın daxildən sakruma tikilməsi;
  2. Abdominal yanaşma:
    • Ripşteyn əməliyyatı – prolaps edən düz bağırsağın hissəsi sərbəstləşdirilərək sakruma torla tikilməsi;
    • Qoldberq-Frikman əməliyyatı – düz bağırsağın fiksasiyası və S-vari bağırsağın rezeksiyası (rezeksion-rektopeksi);
    • Wells əməliyyatı -mezorektal fassiyanın presakral fassiyaya torla fiksasiyası;

 

Cərrahi əməliyyat sonrası ağırlaşmalar

  • Qanaxma və xoralaşma (2-10%) – ən çox STARR əməliyyatından sonra baş verə bilər;
  • Bağırsaqda divertikulun əmələ gəlməsi – əsasən STARR əməliyyatında sonra əmələ gəlir və gələcəkdə perianal nahiyədən kəsilib götürülməsi məsləhət görülür;
  • Rektovaginal fistul (1-8%);
  • Bağırsaq obturasiyası (3%).

Özət

Rektal prolaps (düz bağırsaq sallanması) düz bağırsağın anusdan xaricə çıxmasıdır, xoralaşma – nekroz, keçməzlik törədə bilir. Rektal prolaps anal sfinkterlərin zəifləməsi  ilə birbaşa əlaqəlidir. Formasına görə - anal dəliyin sallanması, düz bağırsağın sallanması, anal dəlik və düz bağırsağın sallanması, düz bağırsaq və ondan yuxarıda yerləşən yoğun bağırsağı invaginasiyası formalarına bölünür. Müalicəsi qeyri-cərrahi (pəhriz, radiofrekans ablasiya, akupunktura, skleroterapiya) və cərrahi olmaqla iki qrupa bölünür. Cərrahi müalicə perineal və abdominal olmaqla iki qrupa bölünür.

 

REKTAL PROLAPSDA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Rektal prolaps nədir?

Rektal prolaps (düz bağırsaq sallanması) – düz bağırsağın anusdan xaricə çıxmasıdır

Formasina görə təsnifatı:

  • Anal kanalın sallanması
  • Düz bağırsağın sallanması
  • Anal kanal və düz bağırsağın sallanması
  • Düz bağırsağın invaginasiyası

Sallanma dərəcəsinə görətəsnifatı:

  • Yüngül – 5 sm
  • Orta – 5-10 sm
  • Ağır – 10 sm-dən böyük

Daha çox kimlərdə müşayət olunur?

Qadınlarda kişilərə nisbətən 6 dəfə artıq rast gəlinir (80%).

Ağırlaşmaları

  • Bağırsağın boğulması
  • Bağırsağın iltihabı və perforasiyası
  • Düz bağırsaq selikli qişasının sallanması
  • Nəcisin saxlana bilməməsi
  • Xərçəng riski
  • Çanaq absesi
  • Fistulun əmələ gəlməsi.

Ən çox rast gələn kliniki əlaməti

Qaz və nəcisin saxlana bilməməsi (40-80%)

Differensial diaqnostika

  • Hemorroy
  • Anal kanalın polipləri
  • Anal kanalın xərçəngi.

Müalicəsi

Əsasən cərrahi.

PARAREKTAL FİSTULLAR

ANOREKTAL FİSTULLAR

 

Tərifi

  • Anal kanal vəperianal dəri arasında yaranan patoloji əlaqəyə( kanal və ya tunel) anorektalfistul deyilir (Şəkil 1).

duz img 14

Şəkil 1.Anorektal fistul.

 

Diaqnostik əlamətlər

  • Anusətrafı nahiyədə qızartı, qızartı nahiyəsində dəlik, dəliyə təzyiq etdikdə irinli, bəzən qanlı ifrazatın xaric olması, perianal axıntı;
  • H2O2 + brilyant abısı qarışığının vurulması(və ya metilen abısı) xarici dəlikdən yeridilir,qabarcıqların çıxdığı yer daxili dəlikdir və düyməli zondla müayinə zamanı fstul yolunun daxili dəliyinin anal kanalda təqribən dişli xətt səviyyəsində olması.

 

Təsnifatı

 duz img 15

Şəkil 2.Anorektal fistulların təsnifatı.

  • Intrasfinkter fistul – 45% hallarda rast gəlinir; anal kanalın dişli xəttindən başlayıb perianal dəriyə açılır. Daxili və xarici anal sfinkterlər arasında yerləşir.
  • Transsfinkter fistul – 30% hallarda rast gəlinir; xarici anal sfinkteri dələrək ishio- rektal çuxura açılır və ordan da perianal dəriyə uzanır.
  • Suprasfinkter fistul – 20% hallarda rast gəlinir; anal kriptadan başlayaraq anal sfinkter əzələlərini əhatə edərək ishio-rektal çuxura açılır.
  • Ekstrasfinkter fistul – 5% hallarda rast gəlinir; anal sfinkterləri və m. levator ani keçərək düz bağırsağa uzanır.(Şəkil 2).

 

Rastgəlməsi

  • Anorektal fistullar kişilərdə qadınlara nisbətən daha çox təsadüf olunur, uşaqlarda isə nadir hallarda rast gəlinir;
  • əsasən 20-60 yaşlar arasında görülür, ortalama yaş dövrü – 40.

 

Etilologiyası

Adətən anal kriptin/vəzlərin infeksiyasıdır(adətən perianal abses). Eyni zamanda:

  • Orqanizmin infeksiyaya qarşı müqavimətinin zəif olması;
  • xarici sfinkterin spazmı nəticəsində düz bağırsaqda durğunluğun olması;
  • iltihabi proseslərin sağalması üçün vacib şərtlərdən biri olan fizioloji sakitliyin olmaması;
  • Anal vəzlərin bağırsaq möhtəviyyatı ilə daim çirklənməsi;
  • bağırsaq ətrafı toxumalarda regenerativ proseslərin pozulması.

 

Klinikası

  • Təkrarlanan anorektal abseslər;
  • Perianal axıntı;
  • Analətrafı nahiyyənin qaşıntısı;
  • Anusətrafı nahiyədə şişkinlik;
  • Bağırsaq hərəkətlərinin və qaz çıxartmanın ağrılı olması;
  • Qanaxma;
  • Anus nahiyəsindən irinli ifrazatın olması;
  • Anusətrafı nahiyədə anal dermatitin yaranması;
  • Yüksək hərarət, titrətmə və halsızlıq kimi infeksion əlamətlərin residivi.

Diaqnostikası

  • Digital, zond müayinəsi;
  • Fistuloqrafiya – fistulun kontrastlı rentgenoloji müayinəsidir;
  • Rektal USM – bu zaman fistul yolu incələnir;
  • MRT – anal kanalın kontrastlı MR müayinəsi zamanı fistulun yerini, uzunluğunu, enini, anal sfinkterlərlə və m. levator ani-ylə olan əlaqəsini öyrənmək olar;
  • Endoskopiya (anoskopiya, siqmoidoskopiya və ya kolonoskopiya icra oluna bilər)– təkrarlanan anorekal fistullar zamanı Kron xəstəliyindən şübhələnmək olar. Bunun üçün kolonoskopiya mütləqdir;
  • “Goodsall” qaydası-Fistulun xarici dəliyi anal dəliyin ortasından çəkilən köndələn xəttin ön tərəfində isə fistul düz xətlidir və anal kanalın ön hissəsinə açılır,xarici dəlik köndələn xəttin arxasında yerləşərsə fistul əyridir.

 

Differensial diaqnostika

  • Bartolinit;
  • Piy sisti;
  • Hidrozadenit;
  • Vərəm;
  • Aktinomikoz;
  • Osteomielit;
  • Anal kanalın xərçəngi;
  • Düz bağırsağın xərçəngi;
  • Anusda qaşınma;
  • Kron xəstəliyi;
  • Proktit;
  • Prostatit.

 

Ağırlaşmaları

  • Anal kanalın xərçəngi – 60%.
  • Kolloid xərçəng – 44%;
  • Skvamoz xərçəng – 34%;
  • Adenokarsinoma – 22%.

 

 

Müalicəsi

Konservativ müalicə

  • Oturaq vannalar;
  • Isidici kompres;
  • Defekasiyanın tənzimlənməsi;
  • Məlhəmli sarğılara;
  • Antibiotiklər;
  • Rentgenoterapiya.

Qeyri-cərrahi müalicə

  • Fibrin yapışdırıcıdan istifadə (fibrin glue – Surgisis AFP® – Cook Surgical) – fibrin yapışdırıcı fistulun içinə kateterlə yeridilir. 60-70% hallarda uğurla nəticələnir;
  • Tıxac texnikası (GORE® BİO-A® Fistula Plug) – anorektal fistulun tıxacla qapadılması. İstifadə olunan tıxac donuzların nazik bağırsaqlarında düzələn steril və sorulmayan bir maddədir. Tıxac fistulun xarici dəliyindən salınır və fistulun hər iki dəliyi tikilərək qapadılır. Bu metodun başarılığı 80% təşkil edilir.

duz img 16

Cərrahi müalicə

  • Lazer texnikası – mürəkkəb fistullarda fistul yolu fırça ilə təmizləndikdən sonra incə bir lazer çubuğu ilə fistul yol dairəvi olaraq yandırılaraq bağlanır. Ingilis dilində bu texnika “Fistula laser closure” və ya “FİLAC”, “Laser ablation of the fistula tract” adlandırılır (“LAFT”) adlandırılır. Əsasən mürəkkəb fistullarda istifadə olunur və 70-90% hallarda uğurla nəticələnir;

duz img 17

  • VAFFT texnikası (Video-assisted anal fistula treatment) –bu zaman flyuoroskop, endoskopik fırça, sianoarilat (yapıştırıcı) istifadə olunur. Ilk olaraq fistul yolu genişləndirilir, daha sonra flyuoroskop fistul yoluna keçirilərək daxili dəlik tapılır. Fistul yolunun daxili dəliyi tapıldıqdan sonra buraya askı amacı ilə 2-3 tikiş qoyulur. Daha sonra fistul yolunun xarici dəliyindən daxili dəlik tərəfə irəliyərək fistul yolu koaqulyatorla yandırılır və fırça ilə qazılır. Bundan sonra fistul yolunun xarici dəliyi tikilərək bağlanılır, həmən yerə sianoakrilat yapışdırıcısı yeridilir. 87% hallarda bu metod uğurla nəticələnir;

duz img 18

  • LİFT (ligation of intersphincteric fistula tract) texnikası – xarici və daxili anal sfinkterlər arasında yerləşən fistulun qapadılmasında istifadə olunur. Bu zaman xarici və daxili anal sfinkterlər bir-birindən ayrılır və fistul yolunun daxili və xarici dəlikləri tikilərək bağlanılır. Bu metod 60-95% hallarda uğurla nəticələnir;
  • Seton texnikası – xarici anal sfinkteri dələn fistullar zamanı setondan istifadə olunur. Bu zaman fistulun daxili və xarici dəliyindən ip keçirilir və bağlanılır. Seton fistul traktından keçməklə sfinkter əzələsinin yavaş kəsilməsinə səbəb olur,çapıq toxuması formalaşdırır ki,o da sfinkter əzələsini yerində və kəsildikdən sonra daimi saxlamasına səbəb olur. Tədricən bu ipi daraldaraq xarici anal sfinkteri hissə-hissə kəsərək bir neçə həftə və ya 6 aya qədər fistul yolunu bağlamaq olar. 2-30% hallarda xəstələrdə anal inkontinens əlamətləri müşahidə olunur. 80-100% hallarda uğurla nəticələnir;

duz img 19

  • Fistulotomiya və fistulektomiya – əsasən intrasfinkter fistullarda istifadə olunur. Fistul yolunun daxili və xarici dəlikləri tapılaraq, aradakı toxuma kəsilir və fistul yolunun dibi qaşınır. 2-20% hallarda anal inkontinensiya müşahidə oluna bilər;
  • Fistulun tikilməsi.

Özət

Perianal fistullar anal kanal və perianal arasında yaranan patoloji əlaqəyə (kanal və ya tunel) deyilir. Anusətrafı nahiyədə qızartı, qızartı nahiyəsində dəlik, dəliyə təzyiq etdikdə irinli, bəzən qanlı ifrazatın xaric olması, perianal axıntı əsas diaqnostik əlamətlərdir. Intrasfinkter fistul – 45%, transsfinkter fistul – 30%, transsfinkter fistul – 20%, ekstrasfinkter fistul 5% hallarda rast gəlir. Diaqnostikasında digital, zond müayinəsi, fistuloqrafiya, rektal USM, MRT, endoskopiya (anoskopiya, siqmoidoskopiya və ya kolonoskopiya icra oluna bilər). Müalicəsi – konservativ müalicə (oturaq vannalar, isidicikompres, defekasiyanın tənzimlənməsi, məlhəmli sarğılar, antibiotiklər, rentgenoterapiya); qeyri-cərrahi müalicə (fibrin yapışdırıcı, fistula Plug – tıxac texnikası); cərrahi müalicə lazer texnikası, seton texnikası, VAAFT, LİFT, fistulotomiya, fistulektomiya, fistulun tikilməsi).

 

PERİANAL FİSTULLAR XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Anal fistul nədir?

Anal fistul duz bağırsaqla perianal dəri arasında patoloji kanaldır.

Anal fistulun səbəbi nədir?

Adətən anal kriptin/vəzlərin infeksiyasıdır (adətən perianal abses).

Anal fistulun əlamət və simptomları hansılardır?

Perianal axıntı, qaşıntı, perirektal abses, perirektal abseslərin residivi.

Hansı xəstəlikdə anal fistul da duşunmək gərəkir?

Crohn xəstəliyində

Diaqnoz necə qoyulur?

  • Muayinə
  • Proktoskopiya

Anorektal fistulların mualicə prinsipləri hansılardır?

  1. Anatomiyaya hakim olmaq
  2. Fistul traktının acılması
  3. Yaraya qulluq: oturaq vannalar, yara sarğıları
  4. Sfinkter əzələsindən kecən fistullarda seton yerləşdirmək.

Seton nədir?

Qalın tikiş olub, fistul traktından kecməklə sfinkter əzələsinin yavaş kəsilməsinə səbəb olur, capıq toxuması formalaşdırır ki, o da sfinkter əzələsini yerində və kəsildikdən sonra daimi saxlamasına səbəb olur.

Anorektal fistulun daxili dəliyini əməliyyat otağında necə tapmaq olar?

H2O2 (və ya metilen abısı) xarici dəlikdən yeridilir, qabarcıqların cıxdığı yer daxili dəlikdir.

 

REKTOVAGİNAL FİSTUL

 

Tərifi

  • Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir.

 

Diaqnostik əlamətləri

  • Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi;
  • Uşaqlıq yolundan pis iyli ifrazatın xaric olması;
  • Vaginit.

 

Təsnifatı

Yerləməsinə görə

  • Aşağı rektovaginal fistullar
  • Yuxarı rektovaginal fistullar

Həcminə görə

  • Kiçik həcmli fistullar – < 0,5 sm
  • Orta həcmli fistullar – 0,5-2,5 sm arasında
  • Böyük həcmli fistullar – > 2,5 sm

 

Etilologiyası

  • Doğuş zamanı travmalar (20-80%);
  • Qalça sümüyü nahiyəsinin şüa terapiyası (4-34%);
  • Infeksiya (6-38%);
  • Cərrahi əməliyyatlar (2-7%);
  • Bağırsaqların iltihabi xəstəlikləri (Kron xəstəliyi, 6-23%);
  • Çanaq orqanlarının xərçəngi;
  • İdiopatik fistullar (4-19%).

Klinikası

  • Uşaqlıq yolundan iyli ifrazatın olması;
  • Vaginit əlamətləri;
  • Cinsi əlaqə zamanı ağrı;
  • Qaz qaçırtması.

 

Diaqnostikası

  • Anamnez;
  • Metilen abısı testi;
  • Endoskopiya;
  • Fistuloqrafiya;
  • KT;
  • İntravenoz piyeloqrafiya;
  • Anorektal manometriya;
  • Defekoqrafiya;
  • MRT;
  • Rektal USM.

 

Müalicəsi

52% hallarda rektovaginal fistullar öz-özünə bağlanır. Cərrahi əməliyyat öncəsi xəstələrə mütləq antibakterial müalicə təyin edilir. Cərrahi müalicənin növləri:

  • Vaginal giriş;
  • Perineal giriş;
  • Transsfinkterik giriş;
  • M. gracilis interpozisiyası;
  • Dəri flepindən istifadə;
  • LİFT texnikası – fistulun daxili dəliyinin bağlanması;
  • Abdominal giriş;
  • Stomanın qoyulması

 

Əməliyyat sonrası ağırlaşmalar

  • Cinsi əlaqə zamanı ağrı;
  • Sidik qaçırtma;
  • Qazların və nəcisin saxlana bilməməsi.

 

Özət

Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir. Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi, uşaqlıq yolundan pis iyli ifrazatın xaric olması, vaginit diaqnostik əlamətləridir. Aşağı rektovaginal fistullar və yuxarı rektovaginal fistullar olmaqla iki qrupabölünür. Müalicəsi: 52% hallarda rektovaginal fistullar öz-özünə bağlanır. Cərrahi əməliyyat öncəsi xəstələrə mütləq antibakterial müalicə təyin edilir.

 

REKTOVAGİNAL FİSTULLAR XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Rektovaginal fistullar nədir?

Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir.

Diaqnostik əlamətləri

Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi.

Ən çox rast gəlinən etioloji faktor?

Doğuş zamanı travmalar (20-80%).

Cərrahi əməliyyatlar neçə qrupa bölünür?

Perineal və abdominal.

Əməliyyatdan sonra olan ağırlaşmalar?

  • Cinsi əlaqə zamanı ağrı;
  • Sidik qaçırtma;
  • Qazların və nəcisin saxlana bilməməsi.
 

PARAPROKTİT

Tərifi

  • Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyədə irinli iltihaba deyilir, sepsis və pararektal fistul törədə bilir (Şəkil 1).

Diaqnostik əlamətləri

  • Anus ətrafında ağrı, şişkinlik, qızartı
  • Hərarətin yüksəlməsi
  • Rektal USM-də və ya KT/MRT –də anal ətrafı nahiyyədə mayenin toplanması.

 

duz img 11

Şəkil 1. Paraproktit

Təsnifatı

Aşağı abseslər

  • Perianal – 40%;
  • Sfinkterdaxili – 40%;
  • Ishio-rektal – 20%.

Yuxarı abseslər

  • Supralevator – 6%;
  • Submukozal – 3%.

duz img 12

Şəkil 2.Paraproktitin patogenezi

 

Rastgəlməsi

  • 90% hallarda abses anal kanalın dişli xətt səviyəsində açılır.
  • Xəstəlik ən çox 30-50 yaşlarında rast gəlinir.
  • Kişilərdə qadınlara nisbətən 2-5 dəfə çox rast gəlinir.
  • Uşaqlarda isə az təsadüf olunur.

 

Etilologiyası və patogenezi

  • Kəskin paraproktit əksər hallarda dental xəttdə yerləşən anal vəzilərin iltihabının ətrafa yayılması nəticəsində baş verir (kriptoqlandulyar absesin yayılması). Az hallarda anusətrafı nahiyədəki tük və ya tər vəzinin tıxanması nəticəsində abseslər yaran bilir(Şəkil 2).
  • Aşağışdakı amillər kriptoqlandulyar absesə vəyayılmasına şərait yaradır
    • Qəbizlik
    • Şəkərli diabet
    • Anal çatın iltihablaşması
    • Cinsi yolla ötürülən xəstəliklər
    • Bağırsağın iltihabi xəstəlikləri
    • Bağırsaqda divertikulit
    • Kortizon tərkibli şamların, məlhəmlərin istifadəsi.

 

Ağırlaşmaları

  • Sepsis
  • Parerektal fistul (40-50%)

Klinikası

  • Anusətrafı nahiyədə ağrı, şişkinlik, qızartı
  • Hərarətin yüksək olması
  • Üşütmə, titrətmə, halsızlıq
  • Aralıq dərisinin iltihabi ödemləşməsi, qızarması, anal dəliyin deformasiyası
  • Sərt konsistensiyaslı ağrılı infiltrat

 

Diaqnostikası

Şübhə

  • Anal nahiyyədə ağrı və septik əlamətləri olanlarda kəskin paraproktitdən şübhələnmək lazımıdr

Dəqiqləşdirmə

  • Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, diferensasiya və yayılma dərəcəsini müəyyənləşdirmək üçün tomoqrafiya və ya USM tətbiq edilə bilir:
    • Anus ətrafında ağrı, şişkinlik, qızartı
    • Hərarətin yüksəlməsi
    • Rektal USM-də və ya KT/MRT –də anal ətrafı nahiyyədə mayenin toplanması

 

Müalicəsi

  • Əsas müalicəirinliyin açılması – drenaj və antibiotikoterapiyadır.
    • Paraproktit anusətrafı dərinin kəsilərək irinli möhtəviyyatın boşaldılır.
    • Abses boşaldıldıqdan sonra həmən boşluq drenajlanır. Paraproktitin açılmasından 24 saat sonra ağrı və yanğı hissi itir, lakin boşluğun tam sağalması 3-5 həftə çəkir.
  • Əməliyyatdan sonrakı dövrdə xəstələrə oturaq vannalar, həmçinin lifli qidaların qəbulu məsləhət görülür.
  • Pararektal abses öz-özünə və ya cərrahi yolla boşaldıla bilər. Bu zaman anusətrafı nahiyədə ağrı və təzyiq azalır. Paraproktit 40-50% hallarda pararektal fistulla nəticələnə bilər.

 

Özət

Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyyədə irinli iltihaba deyilir, sepsis və pararektal fistul törədə bilir. Anus ətrafında ağrı, şişkinlik, qızartı hərarətin yüksəlməsi əsas əlamətləridir. Perianal, sfinkterdaxili, ishio-rektal, supralevator, submukozal formaları vardır. Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, differensiasiya dərəcəsini müəyyənləşdirmək üçün KT/MRT və ya USM tətbiq edilə bilir. Anus ətrafında ağrı, şişkinlik, qızartı,hərarətin yüksəlməsi, rektal USM-də və ya KT/MRT-də anal ətrafı nahiyyədə mayenin toplanması diaqnozu təsdiqləyir. Əsas müalicə irinliyin açılması – drenaj və antibiotikoterapiyadır.

PARAPROKTİT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Paraproktit nədir?

Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyədə irinli iltihaba deyilir.

Rastəlmə tezliyi nə qədərdir?

  • Xəstəlik ən çox 30-50 yaşlarında rast gəlinir.
  • Kişilərdə qadınlara nisbətən 2-5 dəfə çox rast gəlinir.
  • Uşaqlarda isə az təsadüf olunur.

Hansı klinik formaları var?

Aşağı abseslər:

  • Perianal – 40%
  • Sfinkterdaxili – 40%
  • İshio-rektal – 20% Yuxarı abseslər:
  • Supralevator – 6%
  • Submukozal – 3%

Səbəbi və ya risk faktorları nələrdir?

  • Qəbizlik
  • Şəkərli diabet
  • Anal çatın iltihablaşması
  • Cinsi yolla ötürülən xəstəliklər
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Bağırsaqda divertikulit
  • Kortizon tərkibli şamların, məlhəmlərin istifadəsi.

Ağırlaşmaları nələrdir?

  • Sepsis
  • Parerektal fistul (40-50%)

Klinik əlamətləri hansılardır?

  • Anusətrafı nahiyədə ağrı, şişkinlik, qızartı
  • Hərarətin yüksək olması
  • Üşütmə, titrətmə, halsızlıq
  • Aralıq dərisinin iltihabi ödemləşməsi, qızarması, anal dəliyin deformasiyası
  • Sərt konsistensiyaslı ağrılı infiltrat

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Anal nahiyyədə ağrı və septik əlamətləri olanlarda kəskin paraproktitdən şübhələnmək lazımıdır.

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, diferensasiya və yayılma dərəcəsini müəyyənləşdirmək üçün tomoqrafiya və ya USM tətbiq edilə bilər.

Diaqnostik kriteriyalarını sadala?

  • Anus ətrafinda ağri, şişkinlik, qizartı
  • Hərarətin yüksəlməsi
  • Rektal USM-də və ya KT/MRT-də anal ətrafı nahiyyədə mayenin toplanması

Müalicə üsulları hansılardır?

  • Əsas müalicə irinliyin açılması – drenaj və antibiotikoterapiyadır.
  • Anusətrafı dəri kəsilərək irinli möhtəviyyatın boşaldılır.
  • Abses boşaldıldıqdan sonra həmən boşluq drenajlanır. Paraproktitin açılmasından 24 saat sonra ağrı vəyanğı hissi itir, lakin boşluğun tam sağalması 3-5 həftə çəkir.
  • Əməliyyatdan sonrakı dövrdə xəstələrə oturaq vannalar, həmçinin lifli qidaların qəbulu məsləhət görülür.
  • Pararektal abses öz-özünə və ya cərrahi yolla boşaldıla bilər. Bu zaman anusətrafı nahiyədə ağrı və təzyiq azalır. Paraproktit 40-50% hallarda pararektal fistulla nəticələnə bilər.

 

FURNE QANQRENASI

 

Tərifi

  • Anusətrafı nahiyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli- nekrotik xəstəlikdir, ağır sepsisə səbəb olur, letallığı yüksəkdiur (50%).(Şəkil 3)

 

Diaqnostik əlamətləri

  • Perianal nahiyədə nekroz, göyərmə və yaxud qaralma
  • Göyərmə ətrafında dəri suluğu, dərialtı krepitasiya.
  • Sepsis

 

duz img 13

Şəkil 3. Furne qanqrenası

 

Rastgəlməsi

  • Furne qanqrensı anusətrafı nahiyənin patologiyaları arasında 1%-ni təşkil edir.
  • Kişilərdə qadınlara nisbətən 10 dəfə artıq rast gəlinir.
  • Əsasən 30-39 yaş arasında görülür.

 

Etilologiyası

  • Xəsətəliyin yaranmasında dəridə olan kişik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür.

 

Klinikası

  • Perianal nahiyədə göyərmə, qaralma
  • Şiddətli ağrı
  • Üşütmə, titrətmə
  • Hərarətin yüksəlməsi
  • Hipotenziya
  • Ürəkbulanması, qusma
  • Cinsi orqanların qanqrenası

 

Diaqnostikası

  • Diaqnozu klinik müayinəyə əsasən qoyulur: perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri.

Müalicəsi

  • Cərrahi müalicə - nekrektomiya
  • Antibiotikoterapiya
  • Hiperbarik oksigen terapiyası.

 

Özət

Furne qanqrenası anus ətrafı nahiyyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli-nekrotik xəstəlikdir, ağır sepsisə səbəb olur, letallığı yüksəkdir. Perianal nahiyyədə nekroz, göyərmə və yaxud qaralma göyərmə ətrafında dəri suluğu, dərialtı krepitasiya və sepsis əsas əlamətləridir.Xəsətəliyin yaranmasında  dəridə  olan  kiçik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür. Diaqnozu klinik müayinəyə əsasən qoyulur: perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri. Müalicə – nekrektomiya, antibiotikoterapiya, hiperbarik oksigen terapiyası.

 

FURNE QANQRENASI XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Furne qanqrenası nədir?

Anusətrafı nahiyyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli nekrotik xəstəlikdir.

Etiologiyası

Xəsətəliyin yaranmasında dəridə olan kiçik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür.

Diaqnostikası

Perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri.

Müalicəsi

  • Nekrektomiya
  • Antibiotikoterapiya
  • Hiperbarik oksigen terapiyası.

ANAL ÇAT

 

Tərifi

  • Anal çat anus dərisinin cırılmasına deyilir, ağrı, qanaxma, həttda striktur törədə bilir.

 

duz img 10

Şəkil 1. Anal çat

Diaqnostikəlamətləri

  • Anusda ağrı, ağrılı defeksiya, rektal qanaxma
  • Anal dəridə cırılma
  • Sentinel pile (anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza)
  • Hipertrofik papilloma (Şəkil 1).

Təsnifatı

  • Kəskin
  • Xroniki (bu zaman çat triadası olur – çat ,sentinel pile, hipertrofik paanpaillloma).

Rastgəlməsi

  • Əsasən gənc və orta yaşlı insanlarda
  • Qadınlarda kişilərdən daha çox rast gəlinir

 

Morfologiyası

  • Anal çat əsasən anal kanalın arxa komissurasında yerləşir (qan axını nisbətən zəif olan yer)
  • Nadir hallarda, xüsusən qadınlarda, ön komissurada da yerləşə bilər (güzgüçatı).
  • Anal çatın uzunluğu (5-10 mm).

 

Etilologiya və patogenezi

  • Anal çatın əmələ gəlməsində əsas mexanizmlər mukozal zədələnmə və anal sfinkterin spazmıdır.
  • Ən çox rast gəlinən səbəb qəbizlikdir.
    • Defekasiya zamanı yaranan anal çat şiddətli ağrıya səbəb olur. Bu ağrıdan qorxan xəstələr defekasiya aktından çəkinər. Nəticədə bağırsaqda olan nəcis daha da sərtləşər və növbəti defekasiya aktı zamanı daha güclü ağrıya səbəb ola bilər
  • Leykemiya
  • Kron xəstəliyi
  • İmmun sisteminin çatışmazlığı
  • Birdən artıq hamiləlik

 

Klinikası

  • Anal çatın əsas simptomokompleksi aşağıdakılardır:
    • Anal çatın uzunluğu az olmasına baxmayaraq (5-10 mm) xəstələrin əsas şikayəti anusətrafında olan şiddətlı ağrılardandır:
      • Defekasiya vaxtı və sonrası yaranan şiddətli ağrı
      • Anal dəridə cırılma
      • Qaşınma
      • Göynəmə
      • Az miqdarda qanaxma
      • Qəbizlik
      • Anal dəlikdən pis qoxulu ifrazatın xaric olması
      • Rektal müayinədə kəskin ağrının olması
  • Göstərilən klinik əlamətlər 6 həftədən çox davam edərsə xroniki anal çat formalaşır. Bu zaman anus nahiyəaində əllənən kiçik şişkinlik və ya “skin tag”, çatın proksimal hissəsində isə hipertrofik papillaəytin edilir, yara daha da dərinləşir, ağrı və qaşınma artır.

Diaqnostikası

 

Şübhə

  • Anal nahiyyədə ağrısı olan xəstələrdə, xüsusən qəbizliyi olan gənc xəstələrdə ağrılı defekasiya varsa anal çatdan şübhələnmək lazımdır.

 

Dianozun dəqiqləşdirilməsi

  • Diaqnoz əksər hallarda klinik müayinə ilə dəqiqləşdirilir. Ağrı ola bildiyi üçün skopik və digital müayinələri aparmaq mümkün olmaya bilir.
  • Ağrı, ağrılı defekasiya varsa və çat görünürsə diaqnoz dəqiqləşir.
  • Səbəbi araşdırmaq üçün digər müayinələr aparmaq lazımdır

 

Müalicəsi

Cərrahi müalicə - xroniki anal çatlar zamanı mütləqdir

  • Anal çatın kəsilib götürülməsi
  • Anal dilatasiya
  • Lateral internal sfinkterotomiya (açıq və qapalı üsulla);
  • Vaporizasiya – anal çatın lazerlə yandırılması.

Konservativ müalicə - əsasən kəskin anal çatlar zamanı istifaə olunur.

  • Pəhriz
  • Yüksək lifli qidalar
  • Oturaq vannalar
  • İşlədici dərmanlar
  • Kortizollu məlhəmlər
  • Nitro tərkibli məlhəmlər
  • Botilin toksini (Botox)
  • Spazmolitiklər

 

Cərrahi əməliyyatdan sonrakı ağırlaşmalar

  • İnfeksiya – 1-2% hallarda abses əmələ gələ bilər;
  • Qaz (12-27% hallarda) və nəcisin (10-15% hallarda) qaçırtması
  • Anal fistulun əmələ gəlməsi – 1%-dən az hallarda müşahidə olunur
  • Qanaxma
  • Anal çatın təkrari yaranması – 1-6% hallarda əmələ gələ bilər.

 

Özət

Anal çat anus dərisinin cırılmasına deyilir, ağrı, qanaxma, hətta striktur törədə bilir. Anusda ağrı, ağrılı defekasiya, rektal qanaxma, anal dəridə cırılma, sentinel pile (anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza) və hipertrofik papillomanın olması çatın olmasını təsdiqləyir. Kəskin formada konservativ müalicə (pəhriz, yüksək lifli qidalar, oturaq vannalar, işlədici dərmanlar, kortizollu məlhəmlər, nitro tərkibli məlhəmlər, botulin toksini (Botox), spazmolitiklər ), xroniki formada cərrahi əməliyyat (anal çatın kəsilib götürülməsi, anal dilatasiya, lateral internal sfinkterotomiya (açıq və qapalı üsulla) göstərişdir.

 

ANAL ÇAT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Anal çat nədir?

Anal epiteldə cırılma və ya çatın olmasıdır.

Ən çox rast gəlinən yeri?

Arxa orta xətt (qan axını nisbətən zəif olan yer).

Anal çatın səbəbi nədir?

Bərkləşmiş nəcis ifrazı (qəbizlik), sfinkter tonusunun yüksək olması, anal bölgədə xəstəliyin olması (Crohn xəstəliyi).

Simptom və əlamətləri hansılardır?

Anusda ağrı, ağrılı defekasiya, rektal qanaxma, defekasiyadan sonra tualet kağızı üzərində qan izləri, sentinel tag, anal dəridə cırılma, rektal müayinədə kəskin ağrının olması, sentinel pile, hipertrofik papilla.

"Sentinel pile” nədir?

Anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza.

Xroniki anal çat triadası nədir?

  • Çat
  • Sentinel pile
  • Hipertrofik anal papilla

Konservativ müalicəsi necədir?

Oturaq isti vannalar, yumşaldıcılar, yüksək lifliqidalar, anal gigiyena, nitro tərkibli məlhəmlər, Botilin toksini (Botox)

Xronik anal fissurlarda hansı xəstəliyi düşünmək lazımdır?

Crohn xəstəliyi, anal kanser, seksual yolla keçən xəstəliklər, xoralı kolit, QİÇS

Cərrahi müalicəyə göstəriş nədir?

Konservativ müalicə effekt verməyən xronik anal çatlar.

Cərrahi seçim nədir?

Lateral internal sfinkterotomiya.

 

BABASİL

Tərifi

Babasil düyünü və ya hemorroid düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin genişlənməsi vəkavernoz cisimciklərin hiperplaziyasıdır, selikli qişa və ya anal haşiyənin qabarmasına və sallanmasına səbəb olur, qanaxmaya, tromboza, iltihaba səbəb ola bilir.

 

duz img 5

Şəkil 1. babasil

Diaqnostik əlamətləri

  • Ağrı, anal qaşınma, defekasiya vaxtı qanaxma, anal kanalda şişkinlik hissi (kütlə hissi)
  • Anal nahiyədə və anal kanalda göymütül şişkinliklərin olması-anal kütlə.
  • Anoskopiyada, kolonoskopiyada xarakterik babasil düyünlərinin görülməsi.

Təsnifatı

Klinik gedişə görə

Kəskin babasil (tromboz)

  • 1-ci dərəcə – düyünlərin iltihabsız trombozu
  • 2-ci dərəcə – tromblamış düyünlərin iltihablaşması
  • 3-cü dərəcə – tromblaşmış düyünlərlə birgə ətraf toxumanın və perianal dərinin iltihablaşması

 

Xroniki babasil

  • 1-ci dərəcə – düyünlər anal dəlikdən çıxmır, qanaxma ola bilir (prolaps etməyən hemorroid)
  • 2-ci dərəcə – düyünlər anal dəlikdən çıxır və sərbəst geri qayıdır (prolaps edən, lakin öz-özünə geri qayıdan), qanaxma ola bilər
  • 3-cü dərəcə – düyünlər anal dəlikdən çıxır, barmaqla qaytarılır, qanaxma ola bilər (prolaps edən, əllə geri qayıdan)
  • 4-cü dərəcə – düyünlərlə birgə anal dəlikdən düz bağırsağın selikli qişası çıxır, geri qayıtmır (prolaps edən geriqayıtmayan), qanaxma ola bilər(Şəkil 2).

Yerinə görə

  • Daxili hemorroidlər -dental xəttdən proksimalda olan hemorroidlər
  • Xarici hemorroidlər -dental xəttdən aşağıda olan hemorroidlər.

 

duz img 6

Şəkil 2. Babasilin dərəcələri

 

Rastgəlməsi

  • Min nəfərdən 120-ində hemorroid aşkarlanır.
  • Yaşlı əhalinin 10%-i, proktoloji xəstələrin isə 25-30%-də rast gəlinir.
  • Kişilərdə qadınlara nisbətən 4-5 dəfə çox rastlanır.

 

Morfologiyası

  • Normal halda düz bağırsağın distalında və anusda selikaltı qatda venoz kələf və kavernoz cisimlər mövcuddur ki, bunlar anal kanalın qapanmasında anal sfinktora köməkçi rol oynayırlar. Bu strukturların toxuma   perfuziyasında rolu yoxdur və arteriya və venalarla birbaşa əlaqəlidirlər ki, bunun da bir neçə klinik-fizioloji əhəmiyyəti var:
    • Arterio-venzo kollateral kimi qapanma mexanizmində iştirak edə bilirlər: defekasiya vaxtı arterial spazma bağlı yığılırlar, sakitlik halında isə dolğunlaşırlar və anal kanalı bağlayırlar.
    • Babasil düyünləri klassik olaraq arteriyaətrafı bölgələrdə yerləşirlər.
    • Hemorroid qanaxmalarında al-qırmızı (arterial qan) rəngdə olur.
  • Babasil düyünləri genişlənmiş venoz kələfdən, hipertrofik kavernoz cisimciklərdən və zəif birləşdirici toxumadan ibarət strukturlardır.
  • Düyünlər adətən arteriyaların proeksiyasında - klassik “üç hemorroid kvadratında” yerləşirlər
    • Sol lateral
    • Sağ posterior
    • Sağ anterior
  • Daxili düyünlər dental xəstən yuxarıda yerləşir və üzəri selikli qişa ilə, xarici düyünlər isə dental xəttdən aşağıda və üzəri anal epidermis ilə örtülüdür. Bir çox hallarda daxili və xarici düyünlər birləşərək kombinəolunmuş düyünlər əmələ gətirirlər.

 

Etilologiyası

  • Qəbizlik
  • Gücənmə
  • Portal hipertenziya
  • Hamiləlik
  • Az hərəkətlilik
  • Alkoqol qəbulunun çox olması
  • Oturaq iş

 

Patogenezi

  • Babasil düyünlərinin patogenezi ilə əlaqədar (venoz genişlənmə və kavernoz hipertrofiyanın baş verməsi) 2 nəzəriyyə hakimdir: mexaniki və hemodinamik
  • Mexaniki nəzəriyyə fibroz toxumanın zəifliyinə əsaslanır. Anal kanalda selikli qişanı selikaltı qatlara birləşdirən fibroz toxuma mövcuddur ki, bu da selikli qişanın aşırı hərəkətliliyinin qarşısını alır, yəni selikli qişanı “yerində tutur” (teatr pərdəsindəki kimi). Mexaniki nəzəriyyəyə görə bu “bərkidici” fibroz toxumanın anadangəlmə və ya qazanılmış zəifliyi nəticəsində selikli qişa aşırı hərəkətlilik qazanır və sallanmaya məruz qalır. Birləşdirici toxuma zəifliyi olan insanlarda yırtıqların, varikoz genişlənmələrin, prolapsların və hemorroidlərin çox rast gəlinməsi bununla izah edilir.
  • Hemodinamik nəzəriyyə görə çanaqda venoz durğunluq hemorroidal venalarda genişlənməyə və kavernoz cisimlərdə hiperplaziyaya səbəb olur. Bu nəzəriyyə hamiləlikdə, çox oturanlarda, xroniki qəbzlikdə, portal hipertenziyada babasilin əmələ gəlməsini izah edə bilir.

 

Gedişi

  • İlkin mərhələdə venalarda və kavernoz cisimciklərdə funksional dəyişikliklər olur, etioloji faktorların təsiri davam etdikcə genişlənmə və hipertrofiya kimi geriyə dönməz patoloji proseslər baş verir, hemorroidal düyünlər böyüyür və ətraf strukturlarda dəyişikliklər əmələ gəlir.
  • Böyümüş düyünləri defekasiyanı əngəlləyir, trombozlara və iltihaba, düz bağırsaq və anal kanalda dəyişikliyə səbəb olur.
  • Tromboz və iltihab xorlalara, qanaxmaya, paraproktitə, anaç çata səbəb ola bilir. Təkrarlayan trombozlar anal kanalda fibroztik-destrunktiv dəyişikliklərə və funsional dəyişikliklərə gətirib çıxarır: düz bağırsağın boylama əzələlərində və Parks bağlarında elastiklik xüsüsiyyətin pozulması.

 

Ağırlaşmaları

  • Profuz qanaxma (xarici qanaxma əlaməti olmaya bilər, lakin qan yoğun bağırsaqda toplana bilər)
  • Anemiya
  • Çanaq infeksiyası(yayılan tip olarsa letal nəticələr verir)
  • Anal kanalın çatı
  • Kəskin paraproktit
  • Düz bağırsaq ətrafı toxumaların irinli iltihabı
  • Anal çatmazlıq (sfinkter zədələnməsi)
  • Anal striktur.

Klinikası

  • Babasil düyünlərinin əsas simptomokompleksi aşağıdakılardır:
    • Defekasiya vaxtı yaranan ağrı – 50% (əsasən xarici hemorroidlərdə)
    • Qanaxma – 40%;
    • Artan zəiflik, başgicəllənmə - 10%;
    • Düyünlərin anal dəlikdən çıxması – 25%;
    • Diskomfort hissi, anal qaşınma – 15%.

 

Diaqnostikası

  • Şikayətlər, anamnez, obyektiv müayinə;
  • Anal nahiyəyə baxış
  • Digital müayinə, barmaqda qan izinin olması
  • Anoskopiya
  • Rektoskopiya
  • Kolonoskopiya
  • Defekoqrafiya

 

Diaqnostik əlamətlər

  • Babasilin diaqnozu əksər hallarda klinik müayinə ilə qoyulur – anamnez, baxma və rekstoskopiya:
    • Ağrı, anal qaşınma, defekasiya vaxtı qanaxma, anal kanalda şişkinlik hissi  (kütlə hissi)
    • Anal nahiyədə və anal kanalda göymütül şişkinliklərin olması-anal kütlə.
    • Anoskopiyada, kolonoskopiyada xarakterik babasil düyünlərinin görülməsi.
  • Digər müayinələr differensiasiya üçün aparılır

 

Differensial diaqnostika

  • Kəskin babasil
  • Anal çat
  • Düz bağırsağın sallanması
  • Perianal dərinin bədxassəli şişi.                           

 

Müalicəsi

Kəskin babasil

Konservativ müalicə:

  • Anal bölgənin təmizliyi
  • yüksək lifli qidalar
  • pəhriz
  • ağrıkəsici
  • təmizləyici imalə
  • məlhəmli sarğılar
  • flebotoniklər.

Babasil düyünlərinin trombozunda:

  • Antikoaqulyantlar. Qanaxma zamanı:
  • Adrenalin tərkibli rektal şamlar
  • Hemostatik süngər
  • Davam edən qanaxma cərrahi əməliyyata mütləq göstərişdir.

Xroniki babasil

Konservativ müalicə:

  • Anal bölgənin təmizliyi;
  • Yüksək lifli qidalar;
  • Pəhriz;

Azinvaziv müalicə üsulu:

  • Düyünlərin infraqırmızı fotokoaqulyasiyası;(İnfrared)
  • Skleroterapiya;
  • Elektrokoaqulyasiya;
  • Lateks həlqələri ilə düyünlərin liqaturaya alınması;
  • Dezaretrizasiya.

Cərrahi müalicə:

  • Hemorroidektomiya – qapalı (Ferquson üsulu, şək. 3) və açıq (Milliqan-Morqan üsulu, şək. 4);
  • Lonqo üsulu (şək. 5) – düz bağırsağın aşağı ampulyar şöbəsinin selikli-selikaltı qatının sirkulyar rezeksiyası.

Hemorroidektomiyadan sonrakı reabilitasiya

  • 3-4 gün sonra başlanır
  • Ödem, ağrı, şişkinlik görsənir
  • Əməliyyatdan sonrakı trombemboliya ağırlaşması demək olar ki, rast gəlinmir. Antikoaqulyantlar təyin olunmasına göstəriş olmur. əməliyyatdan sonrakı qanaxmaya səbəb ola bilər.
  • Iş qabiliyyəti normal halda 20-25 gündən sonradır;
  • Residiv 13-15%-dir.
duz img 7

Şəkil 3. Ferqüson üsulu ilə hemorroidektomiya

duz img 8

Şəkil 4. Milliqan-Morqan üsulu ilə hemorroidektomiya

duz img 9

 

Şəkil 5. Lonqo üsulu

 

Profilaktikası

  • Qəbizliyin, ishalın, iki və çox momentli defekasiya aktına qarşı mübarizə, spirtli içkilərdən imtina etmək, aralıq və anal nahiyəsinin gigiyenası, ağır işdən yüngül işə keçmək
  • Hamilələr venoz durğunluğu azaltmaq üçün gündəlik idman, piyada gəzmək, rasional qida, rahat geyim və s.

 

Hemorroidektomiyadan sonrakı ağırlaşmalar

  • Qanitirmə (xarici qanaxma əlaməti olmaya bilər, lakin qan yoğun bağırsaqda toplana bilər)
  • Çanaq infeksiyası (yayılan tip olarsa letal nəticələr verir)
  • Anal striktur.

 

Hemorroidektomiyaya əks göstəriş

  • Kron xəstəliyi və portal hipertenziyaya bağlı hemorroidlər.

 

Özət

Babasil düyünü və ya hemorroid düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin genişlənməsi və kavernoz cisimciklərin hiperplaziyasıdır, selikli qişa və ya anal haşiyənin qabarmasına və sallanmasına səbəb olur, qanaxmaya, tromboza, iltihaba səbəb ola bilir. Diaqnoz kliniki əlamətlərə və müayinələrə əsasən qoyularaq, kliniki mərhələsi aydınlaşır və uyğun müalicə taktikası seçilir (konservativ, cərrahi – az invaziv cərrahi üsullar, radikal cərrahiyyə).

 

Babasil xəstəliyində diaqnostik yanaşma üzrə suallar

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Babasil nədir?

Düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin böyüməsi nəticəsində selikli qişa və/və ya anal haşiyənin

qabarması və ya sallanmasıdır.

Səbəbləri?

Qəbizlik, gücənmə, portal hipertenziya, hamiləlik.

Daxili hemorroidlər nədir?

Dental xətdən proksimalda olan hemorroidlər.

Xarici hemorroidlər nədir?

Dental xətdən aşağıda olan hemorroidlər.

Üç «hemorroid kvadrantı» nədir?

  1. Sol lateral
  2. Sağ posterior
  3. Sağ anterior

Əlamətləri hansılardır?

Anal kütlə, prolaps, qanaxma, qaşınma, ağrı.

Hansı növü daha ağrılıdır?

Xarici növü (dental xətdən aşağıda olanlar).

Diaqnozu üçün hansı müayinələr edilir?

Klinik (anamnez, obyektiv):

  • Rektoskopiya
  • Kolonoskopiya

I dərəcə hemorroidlər nə deməkdir?

Prolaps etməyən hemorroid (sallanmayan).

II dərəcə hemorroidlər nə deməkdir?

Defekasiya zamanı prolaps edən, lakin öz-özünə geri qayıdan.

III dərəcə hemorroidlər nə deməkdir?

Defekasiya zamanı və ya hər hansı fiziki gücvermədən prolaps edən, əllə geri qayıdan.

IV dərəcə hemorroidlər nə deməkdir?

Prolaps olub, geri qayıtmayan hemorroidlər.

Müalicəsi nədir?

  • Yüksək lifli qidalar, anal bölgənin təmizliyi, yerli steroidlər, oturaq vannalar.
  • Lateks liqasiyası (internal hemorroidlər üçün), damarı və düyünü tikmə.
  • Cərrahi müdaxilə.
 
 
 
 

DÜZ BAĞIRSAĞIN VƏ ANUSUN CƏRRAHİ XƏSTƏLİKLƏRİ

N.Y.Bayramov, S.S.İmanova

 

 

DÜZ BAĞIRSAIN VƏ ANUSUN ANATOMİYASI, FİZİOLOGİYASI, XƏSTƏLİKLƏRİ VƏ MÜAYİNƏLƏRİ

 

Yerləşməsi, ölçüləri və hissələri

  • Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir, 12-15 sm uzunluğa malikdir.
  • Düz bağırsağın uzunluğunun 1/5- ampulaüstü hissəsinin, 3/5-ü ampulyar hissənin və digər 1/5-i isə anal kanalın payında düşür.
  • Düz bağırsaq yuxarı ampulyar hissədə 3 tərəfdən peritonla örtülür, aşağı getdikcə periton təbəqəsi tədricən itir.
  • Düz bağırsağın selikli qışası anal kanalda boylama, yuxarıda isə köndələn qırışlar əmələ gətirir.
  • Boylama qırışlar anal (Morqan) sütunlar adlanır. Həmin sütunlar arasında anal kriptlər yerləşir.
  • Anal kanalın uzunluğu 4 sm-dir.
  • Dişli xətt – düz bağırsağın selikli qişasının dəriyə keçən hissəsinə deyilir.
  • Anal kanalın daxili sfinkteri saya əzələ qatından ibarət olan həlqədir. Adətən sıxılmış vəziyyətdə olur (defekasiya vaxtı boşalır).
  • Anal kanalın xarici sfinkteri eninəzolaqlı əzələ qatından ibarətdir, sərbəst yığıla bilir və üç əzələ qatından ibarətdir.(Şəkil 1).
duz img 1

Şəkil 1. Düz bağırsağın anatomiyası

Arterial təchizat

  • Yuxarı düz bağırsaq arteriyası (aşağı müsariqə arteriyasının şaxəsi)
  • Orta düz bağırsaq arteriyası (daxili qalça arteriyasının şaxəsi)
  • Aşağı düz bağırsaq arteriyası (cinsiyyət arteriyasının şaxəsi)
duz img 2

Şəkil 2. Düz bağırsağı arterial təchizatı

 

 

Venoz təchizat

  • Düz bağırsağın yuxarı və orta hissələrindən venoz qan axını portal venaya açılır, aşağı hissəsindən və anusdan isə – aşağı boş venaya.
  • Düz bağırsağın venaları 3 venoz kələf əmələ gətirir. Bu kələflər sirkulyar əzələ lifləri arasında yerləşən vena yığımlarından ibarət olub, hemorroidal sahə adlanır. (Şəkil 3).
duz img 3

Şəkil 3. Düz bağırsağın venoz sistemi

Limfatik drenaj

  • Limfatik damarlar arteriyaları müşayət edirlər.
  • Limfatik axın düz bağırsağın yuxarı və orta hissələrindən qasıq limfa düyünlərinə, oma limfatik düyünlərinə və yuxarı düz bağırsaq limfatik düyünlərinə açılır.
  • Dişli xəttdən    aşağı    olan    hissəsindən    isə    qalça    arteriyasının    aşağı    limfatik kollektorlarına açılır. (Şəkil 4).
duz img 4

Şəkil 4. Düz bağırsağın limfa drenajı

 

İnnervasiya

  • Düz bağırsağın innervasiyası simpatik və parasimpatik liflər vasitəsilə həyata keçirilir.
  • Simpatik liflər hipoqastrik sinirlərin tərkibində düz bağırsağı, sidik kisəsinin, cinsiyyət üzvlərini innervasiya edir.
  • Parasimpatik liflər oma kələfinin tərkibində olan sinirlərdir.

FİZİOLOGİYASI

Düz bağırsağın 2 əsas funksiyası var

 

Anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti.

Mexanizmləri:

 

  • Nəcisin həcmi
  • Rezervuar funksiyası (yoğun bağırsağın distal hissəsi)
  • Sfinkterin funksiyası (daxili və xarici sfinktrerlər)
  • Sensor komponentlər (reflekslər)
  • Mexaniki faktorlar (anorektal bucaq)

Defekasiya

Mexanizmləri – mərhələləri

  • Bağırsaqların peristaltikası sayəsində nəcisin düz bağırsaq distalına toplanması
  • Ano-rektal refleksin meydana gəlməsi və daxili anal sfinkterin boşalması
  • Düz bağırsağın peristaltik gücünün artması
  • Gücənmə və qarındaxili təzyiqin artması
  • Xarici anal sfinkterin, puborektal əzələnin boşalması və anorektal bucağın açılması.

 

XƏSTƏLİKLƏRİ

 

  • Babasil
  • Anal kanalın çatı
  • Paraproktit
  • Furne qanqrenası
  • Pararektal fistullar
  • Rektovaginal fistullar
  • Düz bağırsağın sallanması (rektal prolaps)
  • Çanaq dibi disfunksiyaları (obstruktiv defekasiya sindromu) – Rektosele
  • Perianal nahiyənin itiuclu kondiloması (papillomaları)
  • Büzdümün epitelial yolu
  • Anal stenoz
  • Anal inkontinensiya
  • Anal qaşınma
  • Qəbizlik
  • Papillit
  • Kriptit
  • Koksiqodiniya (Proktalgiya)
  • Kolitlər – qeyri-spesifik xoralı kolit
  • Kron xəstəliyi
  • Disbakterioz
  • Anal bölgənin prekanseroz xəstəlikləri
  • Anorektumun yad cisimləri
  • Düz bağırsağın bağırsaq polipləri
  • Anal kanalın bədxassəli şişləri

 

MÜAYİNƏLƏR  

 

  • Anamnezin toplanması (qanaxma, ağrı, selikli, irinli ifrazat, qaşınma, göynəmə və s.);
  • Baxış (düz bağırsağın selikli qişasının sallanması, anal dəliyin ətrafında yerləşən patoloji törəmələr);
  • Digital müayinə (sfinkterin tonusu, selikli qişada olan patoloji dəyişikliklər və s.);
  • İnstrumental müayinələr.

Rektoskopiya

Anal kanalın rektal güzgü ilə müayinəsidir

Anoskopiya

Anal kanalın anoskop ilə müayinəsidir. Həmçinin, anosko    vasitəsilə            babasil düyünlərinin sklerozlaşdırılması, kriodestruksiyası, infraqırmızı koaqulyasiyası və lateks həlqələri ilə liqaturaya alınması aparılır.

Rektosiqmoidoskopiya

Düz və S-bənzər bağırsağın rektoromanoskopla müayinəsidir. Müayinə zamanı selikli qişa hissə-hissə yoxlanılır, patoloji ocaqdan material götürülərək histoloji və sitoloji tədqiqata göndərilir.

Kolonoskopiya

Yoğun bağırsağın ən vacib və həlləedici müayinəsidir.

Fistuloqrafiya

Anus və düz bağırsaq fistullarının diaqnostikasında istifadə edilir, kontrastlı rentgen, KT və ya MRT vasitəsi ilə aparıla bilər. Fistulun gedişini, əlaqəsli orqanları qiymətləndirmək üçün vacibdir.

Rentgen müayinəsi

Müayinə zamanı kontrast maddə “per os” yolla (ağızdan) və ya imalə ilə (irriqoskopiya) yeridilir.

Defekoqrafiya

Defekoqrafiya, yaxud evakuator proktoqrafiya,defekasiya aktı zamanı düz bağırsağın və çanaq dibinin vəziyyətini qiymətləndirmək üçün dinamik rentgenoloji və ya MRT müayinə üsuludur.

Rektal ultrasonoqrafiya

Düz bağırsağın divarının vəziyyəti, qalınlığı, exosıxlığı, törəmələrin yayılma dərəcəsi qiymətləndirilir. Fistulların diaqnostikasında kontrastlı endorektal USM geniş tətbiq olunur.

Sfinkterometriya

Əsasən m. puborectalis, m. levator ani və anal sfinkterin funksional  vəziyyətini qiymətləndirmək üçün  istifadə olunur.

KT/MRT

Düz bağırsağı, anal kanalı və ətrafdakı orqanlarıqiymətləndirmək, törəmələrin ölşüsü, yeri,

yayılma dərəcəsi barədə dəqiq məlumat verir.

PET-KT

Törəmələrin neoplastik və ya qeyri-neoplastik xarakterli olduğunu differensiasiya etmək və distal metastazları axtarmaq üçün aparılır.

 

Özət

Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir, 12-15 sm uzunluğa malikdir. Düz bağırsaq uzunluğunun 1/5 – ampula üstü hissəsinin, 3/5 – ampulyar hissəsinin və digər 1/5-i isə anal kanalın payında düşür. Düz bağırsağın 2 əsas funksiyası var: anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti və defekasiya.

Müayinə üsulları

Düz bağırsaq xəstəliklərini aşkar etmək üçün aşağıdakı müayinələrdən istifadə edilir:

  • Anamnezin toplanması (qanaxma, ağrı, selikli, irinli ifrazat, qaşınma, göynəmə və s.);
  • Baxış (düz bağırsağın selikli qişasının sallanması, anal dəliyin ətrafında yerləşən patoloji törəmələr);
  • Digital müayinə (sfinkterin tonusu, selikli qişada olan patoloji dəyişikliklər və s.);
  • İnstrumental müayinələr (rektoskopiya, anoskopiya, rektosiqmoidoskopiya, kolonoskopiya, fistuloqrafiya, rentgenoloji müayinə, rektal ultrasonoqrafiya, defekoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT).

 

Düz bağırsağın və anusun anatomiyası, fiziologiyası, xəstəlikləri və müayinələri üzrə suallar

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Düz bağırsaq harada yerləşir?

Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir.

Düz bağırsağın peritona münasibəti necədir?

Düz bağırsaq yuxarı ampulyar hissədə 3 tərəfdən peritonla örtülür, aşağı getdikcə periton təbəqəsi tədricən itir.

Dişli xətt haradadır?

Dişli xətt düz bağırsağın selikli qişasının dəriyə keçən hissəsinə deyilir.

Daxili və xarici sfinkter necə formalaşır?

Anal kanalın daxili sfinkteri saya əzələ qatından ibarət olan həlqədir. Adətən sıxılmış vəziyyətdə olur (defekasiya vaxtı boşalır). Anal kanalın xarici sfinkteri eninə zolaqlı əzələ qatından ibarətdir, sərbəst yığıla bilir və üç əzələ qatından ibarətdir.

Damar sinir təchizatı

Arterial təchizat

  • Yuxarı düz bağırsaq arteriyası
  • Orta düz bağırsaq arteriyası
  • Aşağı düz bağırsaq arteriyası

Venoz təchizat

Düz bağırsağın yuxarı və orta hissələrindən venoz qan axını portal venaya açılır, aşağı hissəsindən və anusdan isə – aşağı boş venaya.

Limfatik drenaj

Limfatik damarlar arteriyalar müşayət edirlər.

İnnervasiya

Düz bağırsağın innervasiyası simpatik və parasimpatik liflər vasitəsilə həyata keçirilir.

Düz bağırsağın funksiyaları

Düz bağırsağın 2 əsas funksiyası var:

  • Anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti.
  • Defekasiya.

Düz bağırsağın instrumental müayinələri

Rektoskopiya, anoskopiya, fistuloqrafiya, rektosiqmoidoskopiya, kolonoskopiya, rentgenoloji müayinə, defekoqrafiya, rektal ultrasonoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT.