Onikibarmaq bağırsağın cərrahi xəstəlikləri - Özət və Suallar
Özət
12bb divertikulu bağırsaq divarının kənara qabarmasıdır (yırtığıdır), çox az hallarda əlamət və ağırlaşma (qanaxma, perforasiya, daş, pankreatit və s) törədir, diaqnozu endoskopiya və kontrastlı müayinələrlə dəqiqləşdirilir, asimptomatik formada izləmə, simptomatik formada konservativ, ağırlaşmalarda isə cərrahi vəya endoskopik müdaxilə lazım gəlir.
12bb-ın birincili xoş və bədxassəli törəmələri az rast gəlinir, əksər hallarda böyüməyə və ağırlaşmalara meyllidirlər. Diaqnozu endoskopiya və biopsiya ilə dəqiqləşdirilir. Ektopik mədə mukozası istisna olmaqla bütün duodenal törəmələr çıxarılmalıdr. Qeyri – rezektabel törəmələrdə palliativ əməliyyatlar və radioterapiya edlə blər.
Yuxarı çöz arteriyası sindromu onikibarmaq bağırsağın 3-cü hissəsinin yuxarı çöz arteriyası ilə aorta arasında sıxılması nəticəsində meydana gələn duodenal keçməzlikdir (mexaniki duodenostaz). Yeməkdən sonra ağrı və qusma əlamətləri ilə biruzə verir. Dianostikası üçün endoskopiya, kontrastlı müayinə və KT angioqrafiya aparılır, üzü aşağı uzanandıqda ağrının azalması, duodenal genişlənmə, törəmənin olmaması və arterio – aortal bucağın 25 dərəcədən kiçik olması xarakterik əlamətləridir. Müalicəsi üçün əksər hallarda cərrahi yolladır (Treys bağlarının kəsilməsi, dudenoyeyunostomiya).
12bb divertikulu üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
Suallar |
Cavablar |
12bb divertikulu nədir? |
12bb divarının kənara qabarmasıdır (yırtığıdır) |
Rastəlmə tezliyi nə qədərdir? |
5-20% hallarda rast gəlinir |
Hansı klinik formaları var? |
Pulsion Traksion |
Ağırlaşmaları nələrdir? |
İltihablaşma-divertikulit qanaxma, perforasiya, obstruksiya, pankreatit, bağırsaq keçməzliyi |
Klinik əlamətləri hansılardır? |
Asimptomatik -əlamət vermir Simptomatik-qarindan ağrı, ürəybulanma,qusma, diskomfort,şişkinlik hissi |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Endoskopiya Kontrast KT Kontrast rentgen |
Əməliyyat üsulları hansılardır? |
Laporaskopik rezeksiya |
12bb xoş şişləri
Suallar |
Cavablar |
Hansı klinik formaları var? |
Adenomalar (Brunner vəzi adenoması) Leyomiomalar Karsinoid törəmələr Heterotopik mədə mukozası Villoz adenoma |
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
endoskopiya və biopsiya, KT və endoskopik USM |
Müalicə üsulları hansılardır? |
Ektopik mədə mukozasi istisna olmaqla bütün duodenal törəmələr çıxarılmalıdır. |
Əməliyyat üsulları hansılardır? |
|
12bb bəd şişləri
Suallar |
Cavablar |
Hansı klinik formaları var? |
|
Ağırlaşmaları nələrdir? |
Obstruksiya, qanaxma və mexaniki sarılıq |
Klinik əlamətləri hansılardır? |
Ağrı Qanaxma 12bb keçməzliyi Sarılıq Qarında kütlə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
endoskopiya və biopsiya, endoskopik USM və KT PET- KT |
Müalicə üsulları hansılardır? |
|
Əməliyyat üsulları hansılardır? |
pankreatoduodenal rezeksiya |
Proqnozu nədir? |
Ümumi 5 illik yaşama 18%, radikal rezeksiyalardan sonra 5 illik yaşama 30% |
Yuxarı çöz arteriyası sindromu
Suallar |
Cavablar |
Yuxarı çöz arteriyası sindromu nədir? |
12bb-ın 3-cü hissəsinin yuxarı çöz arteriyası ilə aorta arasında sıxılması nəticəsində meydana gələn duodenal keçməzlikdir (mexaniki duodenostaz) |
Rastəlmə tezliyi nə qədərdir? |
Az rast gəlinir, əsasən sürətli arıqlayanlarda müşahidə olunur. |
Səbəbi və ya risk faktorları nələrdir? |
Travma və yanıqlar |
Patogenezi nədən ibarətdir? |
Arteriya-aorta bucağı 25 dərəcədən az, məsafə isə 2,5-4 mm-ən kiçik olduqda duodenumun 3-cü hissəsi sıxılır və keçməzlik əlamətləri ortaya çıxır |
Gediş xüsusiyyəti necədir? |
Əksər hallarda keçməzlik hissəvi və davamlı xarakter alır |
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
Köp Ağrı Qusma Arıqlama |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Yeməkdən sonra ağrısı, qusması olanlarda Qusmadan və üzü aşağı uzandıqdan sonra ağrısı azalanlarda Endoskopik və kontrastlı müayinələrdə OBB genişlənməsi, diffuz divar qalınlaşması və distal obstruksiya olduqda |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
KT-angioqrafiya |
Laborator əlamətləri nələrdir? |
Yoxdur |
Görüntlüləmə əlamətləri nələrdir? |
OBB genişlənməsi, diffuz divar qalınlaşması və distal obstruksiya olduqda |
Müalicə üsulları hansılardır? |
Erkən mərhələdə konservativ tədbirlər Xroniki mərhələdə (qalın divar) əməliyyat mütləqdir |
Əməliyyat üsulları hansılardır? |
|