Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Süd vəzi

Bayramov N.Y., Nazmazov A.E.

Ədəbiyyat

  • Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
  • Blackbourne LH. Surgical Recall. 4 edition, 2006, LWW, Philadelphia
  • Doherty GM. Current Diagnosis and Treatment: Surgery,  13th edition, 2010, Lang International Edition.
  • Əmiraslanov Ə.T., Qazıyev A.Y. Onkologiya. Bakı, 2010.
  • İsayev H.B. Cərrahi xəstəliklərin patofizologiyası. Bakı 2005
  • Klingensmith ME, Aziz A, Bharat A, Fox AC, Porembka MR. The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia.
  • McNally PR. GI/Liver Secrets Plus. 4 edition. Mosby, Elsevier, 2010
  • Medscape, http://www.medscape.com
  • Oxford Handbook of Clinical Surgery, 3d edition, 2011, Oxford Press
  • Sayek İ. Sayek Temel Cerrahi 1-2. 4-cü baskı, 2016, Güneş Tıp Kitabevleri.
  • Topçubaşov M.A. Xüsusi cərrahlıq. Bakı, 1979
  • UpToDate, http://www.uptodate.com

Xüsusi ədəbiyyat

  • Narula HS, Carlson HE. Gynaecomastia: pathophysiology, diagnosis and treatment. Nat Rev Endocrinol 2014; 10:684.
  • Barros AC, Sampaio Mde C. Gynecomastia: Physiopathology, evaluation and treatment. Sao Paulo Med J. 2012;130:187–97
  • Deepinder F, Braunstein GD. Drug-induced gynecomastia: An evidence-based review. Expert Opin Drug Saf. 2012
  • Sir E, Ucer O, Aksoy A, Gungor M, Ceylan Y. Hormone profile in young adult men with idiopathic gynecomastia: Comparison with healthy controls. Breast Dis. 2016 Jan 22. 36 (1):1-4.
  • Laituri CA, Garey CL, Ostlie DJ, et al. Treatment of adolescent gynecomastiaJ Pediatr Surg. 2010 Mar. 45(3):650-4
  • Ordaz DL, Thompson JK. Gynecomastia and psychological functioning: A review of the literature. Body Image. 2015 Sep. 15:141-8

SÜD VƏZİN DİGƏR XƏSTƏLİKLƏRİ

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

HAMİLƏLİKDƏ SÜD VƏZİNDƏ PATOLOJİ DƏYİŞİKLİKLƏR

 

Gilədən qanlı ifrazat

Gilədən qanlı axıntı ikinci və ya üçüncü trimestrdə baş verə bilər. Bu problem hormonal təsirlər altına epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır. Aradan qalxmadıqda isə, döş giləsindən patoloji axıntının standart qiymətləndirilməsi aparılmalıdır.

 

Hamilələikdə süd vəzi kütlələri

Hamiləlik zamanı süd vəzində yaranan kütlələrə qalaktosele, südvermə adenoması, sadə kistalar, süd vəzi infarktları, fibroadenomalar və karsinoma daxildir. Fibroadenomalar hamiləlik zamanı hormonal stimulyasiya səbəbindən böyüyə bilər.

  • Kütlələr ultrasəs vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli zədələr üçün punksiya biopsiyası icra edilməlidir.
  • Uşaqlığı qorumaqla mammoqrafiya icra oluna bilər, lakin süd vəzi sıxlığının artması ilə əlaqədar, bu üsul nadir hallarda faydalı olur.
  • Süd vəzinə kütənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları bu cür xəstədə də mərhələlərlə aparılmalı və hamiləliklə əlaqədar olaraq müalicə təxirə salınmamalıdır.

Hamiləlik zamanı şübhələrin aşağı səviyyəli olması, süd vəzində düyünlərin və sıxlığın artması ilə əlaqədar, süd vəzi xərçəngi diaqnozunu qoymaq çətin ola bilər.

Bu xəstəlik 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir.

Müayinələr hamilə olmayan qadınlarda olduğu kimi aparılır. Xəstəliyin daha gecikmiş mərhələsində KT skanı əvəzinə MRT skanı və ya ultrasəs müayinəsi aparıla bilər.  Üstünlük verilən punksiya biopsiyası üçün əks göstəriş mövcud olduqda, yerli anesteziya altında eksizion biopsiya təhlükəsiz şəkildə aparıla bilər.

Terapevtik qərarlar xərçəngin klinik mərhələsindən və hamiləliyin trimestrindən asılıdır və fərdi şəkildə verilməlidir. Şüa müalicələri hamiləlik zamanı tətbiq edilə bilməz və şüa terapiyasının təxirə salınması da ideal variant deyil. Bu səbəblərdən, adətən şüa müalicələri birinci və ikinci trimestrdə olan xəstələrə tövsiyə edilmir. Üçüncü trimestrdə olan xəstələrdə şüa doğuşdan sonra başlana bilər. Kimyəvi terapiya ikinci trimestrin ortalarında aparıla bilər.  

 

Özət

Hamiləlikdə süd vəzində patoloji dəyişikliklərə ikinci və ya üçüncü trimestrdə baş verə bilən gilədən qanlı axıntı, süd vəzində kütlələr və süd vəzi xərçəngi aiddir. İkinci və ya üçüncü trimestrdə baş verə bilən gilədən qanlı axıntı hormonal təsirlər altında epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır. Kütlələr USM vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli halarda punksion biopsiya icra edilir. Kütlənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları aparılmalıdır. Süd vəzi xərçəngi 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir. Müalicə xərçəngin klinik mərhələsindən və hamiləliyin trimestrindən asılıdır və fərdi şəkildə aparılır. Kimyəvi terapiya ikinci trimestrin ortalarında, şüa terapiyası doğuşdan sonra aparıla bilər.

 

Hamiləlikdə süd vəzində patoloji dəyişikliklər üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Hamiləlikdə süd vəzində hansı patoloji dəyişikliklərə rastlanılır?

Gilədən qanlı axıntı, süd vəzində kütlələr və süd vəzi xərçəngi

Hamiləlikdə gilədən qanlı axıntının səbəbi nədir?

Hormonal təsirlər altında epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır.

Hamiləlikdə süd vəzində kütlələr necə qiymətləndirilir?

Kütlələr USM vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli halarda punksion biopsiya icra edilir. Kütlənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları aparılmalıdır.

Hamiləlikdə süd vəzində xərçəngin rastgəlmə tezliyi necədir?

Süd vəzi xərçəngi 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir

 

SÜD VƏZİNİN XƏRÇƏNGİ

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Tərifi

Süd vəzi xərçəngi süd vəzi toxumasından inkişaf edən bəd xassəli xəstəlikdir.

 

Rastgəlməsi

Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən dəridən kənar xərçəngdir və hər səkkiz qadından birində bu xəstəliyin  riski mövcuddur (12%). Risk faktoru olmayan qadınların 75%-i, 30 yaşdan  aşağı qadınların  təxminən 2 %-də, 70 yaşdan  yuxarı qadınların  33%-də də süd vəzi xərçənginə rastlanılır.

 

Yerləşməsi

Demək olar ki, şişlərin yarıdan çoxu yuxarı bayır  kvadrantda yerləşir.

 

Təsnifatı

Süd vəzi xərçəngi yayılmasına, histoloji tipinə, reseptorlarına, lokalizasiyasına və s. göstəricilərə görə təsnif edilir. TNM klassifikasiyası standart təsnifat sayılır. TNM təsnifatına görə dərəcələnmə:

Mərhələ  I

Şiş ≤ 2sm, metastazı və limfa düyünü yox

Mərhələ IIA

Şiş ≤ 2sm, hərəkətli aksilyar düyün var və ya şiş 2-5 sm, düyün yoxdur

Mərhələ  IIB

Şiş 2-5 sm, hərəklətli aksilyar düyün var və ya 5 sm böyük olan törəmə, düyün yoxdur

Mərhələ III A

Şiş >5 sm, hərəktli aksilyar düyün var və ya hər hansı ölçüdə törəmə fiksə olunmuş aksilyar düyünlə, metastaz yoxdur

Mərhələ III B

Dəri ödemi və ya döş qəfəsi inavaziyası və ya iltihabi kanser və ya süd vəzi dərsində xora və ya süd vəzi dərisində ulduzabənzər metastazlar və ya hər hansı törəmə+ipsilateral internal mammary limfa düyünləri

Mərhələ IV

Uzaq metastazlar (ipsilateral supraclavicular limfa düyünləri daxil olmaqla)

 

     

Şiş ≤ 2sm, metastazı və limfa düyünü yox

a. Şiş ≤ 2sm, hərəkətli aksilyar düyün var

b. Şiş 2-5 sm, düyün yoxdur

a.  Şiş 2-5 sm, hərəklətli aksilyar düyün var

b.  Şiş >5 sm, düyün yoxdur

 

   

a.Şiş >5 sm fiksə olunmuş aksilyar düyünlə, metastaz yoxdur.  b. Şiş >5 sm, hərəktli aksilyar düyün var

Dəri ödemi və ya iltihabi kanser və ya süd vəzi dərsində xora və ya süd vəzi dərisində ulduzabənzər metastazlar

 

 

 

Uzaq metastazlar (ipsilateral supraclavicular limfa düyünləri daxil olmaqla)

 

Şəkil 16. Süd vəzi xərçənginin mərhələləri

 

Klinik praktikada daha çox TNM klassifikasiyasına əsaslanan  müalicə yönlü klinik mərhələ təsnifatı istifadə edilir ki, buna görə süd vəzi xərçənginin 3 klinik mərhələsi məyyən edilir:

  • Erkən mərhələ
  • Yerli irəliləmiş mərhələ
  • Metastaz mərhələsi (limfa düyünləri, ağciyər/plevra, qaraciyər, sümük, beyin)

Süd vəzi xərçəngi histoloji cəhətdən  3 böyük tipə ayrılır:

  • İnvazif duktal karsinoma (90%)
  • İnvaziv lobar karsinoma (10%)
  • İltihabi karsinoma

 

Klinikası

Süd vəzi xərçəngi asimptomatik ola bilər və ya simptomlarla təzahür edə bilər ki, bunlardan da ən çox rast gəlinənlərinə süd vəzidə kütlə, ağrı, gilədən ifrazat, ödem, gilə batması, gilədə qızartı, qoltuqaltı limfa düyünlərinin böyüməsi  aid edilə bilər.

 

Diaqnostikası

Şübhə

Aşağıdakı hallardan hər hansı birinin olması süd vəzi xərçənginə şübhə yaradır:

  • Süd vəzidə kütlə və ya düyünün olması (xəstənin özü tərəfindən və ya müayinə vaxtı tapılan)
  • Süd vəzidən patoloji ifrazat olarsa
  • Süd vəzidə retraksiya( şiş Kuper bağına sirayət edir və nəticədə bağın traksiyası dərini yuxarıya dogru çəkir), gilədə deformasiya (dimple), səpgi və iltihab olarsa
  • Aksilyar/subklavikular düyünlər
  • Kişilərdə yeni yaranan birtərəfli ginekomastiya
  • Anamnezində digər süd vəzində xərçəngi olan xəstələr
  • Ailəsində süd vəzi xərçəngi olanlar
  • Genetik müayinədə süd vəzi xəsrçəngi riski daşıyan xəstələr
  • Xərçəngönü vəziyyətlər (proliferativ və atipiyası olan xəstələr)

 

Differensial diaqnostika

  • Süd vəzinin fibrosistik xəstəliyi
  • Fibroadenoma
  • Intraduktal papilloma
  • Duct ektaziya
  • Yag nekrozu
  • Abses
  • Radial çapıq
  • Sadə sist

 

Dəqiqləşdirmə

Əksər hallarda ilkin klinik-görüntüləmə və biopsiya müayinələri ilə süd vəzi xərçənginin diaqnozunu dəqiqləşdirmək mümükün olur. Xüsusi ilə qeyd etmək lazımdır ki,  biopsiya bu məsələdə həlledici müayinədir.

 

Mərhələnin təyini

Süd vəzi xərçənginin mərhələsini təyin etmək üçün aşağıdakı müayinələr aparılır:

  • İkitərəfli mammoqrafiya
  • Qanın ümumi analizi, qanın biokimyəvi analizi
  • Qaraciyərin funksional testləri (QcFT)
  • Döş qəfəsinin rentgeni.
  • Qələvi fosfataza və ya kalsium səviyyəsi artarsa skletin ssintiqrafiyası və ya PET-KT.
  • QcFT-lər anomal olduqda, qarın boşluğu KT
  • Xəstəliyin III və IV klinik mərhələsində olan xəstələrdə distant metastaz ehtimalı yüksək olduğundan PET-KT aparılmalıdır.

 

Proqnostik müayinələr

  • Qoltuqaltı limfa düyünü müayinəsi, şişin limfavaskulyar invaziyası və s.
  • Hormon reseptorları. İmmunohistokimya vasitəsilə estrogen (ER) və progesteronun (PR) ekspressiyası qiymətləndirilməlidir.
  • Her2/neu (ERB2). Her2/neu epidermal böyümə faktoru reseptoru (EGFR) ailəsinin üzvüdür və hüceyrənin artımını tənzimləyir. Her2/neu-nun yüksək ekspressiyası mənfi proqnostik faktordur, Her2/neuamplified (HER2+) şişlər müşahidə edilən xəstələr monoklonal antitel terapiyaları (trastuzumab - Herceptin və ya pertuzumab - Perjeta) ilə müalicə edilirlər.

 

Müalicəsi

Prinsipi

Süd vəzi xərçəngində əsas müalicə cərrahi müalicədir, radioterapiya və kimyaterapiya residivin profilkatikası üçün aparılır.

 

Metodları

Süd vəzi xərçəngində 3 qrup müalicə tətbiq edilə bilir:

  • Cərrahi müalicə
  • Radioterpiya
  • Kimyaterapiya

 

Cərrahi müalicə

Cərrahi müalicə orqanqoruyucu (sektoral rezeksiya +radioterapiya) şəkilində və ya mastektoiya şəkilində ola bilər.

 

Müalicə yanşması

Süd vəzi xərçəngində müalicə yanaşması xəstəliyin mərhələsinə, histoloji tipinə və reseptorlara görə seçilir:

  • Erkən mərhələ xərçəngdə əvvəl radikal əməliyyat edilir (sektoral rezeksiya+ radioterapiya və ya modifikasiyaolunumuş mastektomiya və göstərişə görə qoltuqaltı limfa diseksiya) sonra hormon reseptoru pozitiv olanlarda hormonal terapiya əlavə edilir.
  • Yerli yayılmış mərhələdə və iltihabi karsinomada əvvəl kimyaterapiya, sonra göstərişə görə radioterapiya, mastoektomiya və ya hər ikisi icra
  • Metastatik fazada kimyaterapiya yerinə yetirilir.

Süd vəzi xərçəngi olan xəstələrə adyuvant terapiya sxemi (ER-estrogen reseptor):

  • Premenopausal, düyün+, ER- olduqda - Kimyaterapiya,  
  • Premenopausal,düyün+.,ER+ olduqda - Kimyaterapiya + tamoksifen
  • Premenopausal, düyün-, ER+ olduqda - Tamoksifen
  • Postmenopausal,düyün+, ER+ olduqda – Tamoksifen +/- kimyaterapiaya
  • Postmenopauzal, düyün +,ER- olduqda- Kimyaterapiya adətən yüksək riskli şişlərdə verilir
  • Kimyaterapiya CMF (ciklofosfamid, metotreksat, 5-flurourasil) və ya CAM (ciklofosfamid,adriamisin,5-flurourasil)-dən ibarətdir

 

Özət

Süd vəzi xərçəngi – hər səkkiz qadından birində yaranma riski olan, əsasən yuxarı bayır kvadrantda yerləşən, asimptomatik və ya simptomlarla (süd vəzidə kütlə, ağrı, gilədən ifrazat, ödem, gilə batması, gilədə qızartı, qoltuqaltı limfa düyünlərinin böyüməsi) təzahür edən bəd xassəli şişdir. Diaqnoz görüntüləmə və biopsiya (həlledicidir!) əsasən qoyulur.  Əsas müalicə cərrahi müalicədir, radioterapiya və kimyaterapiya residivin profilkatikası üçün aparılır.

 

Süd vəzi xərçəngi üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Süd vəzi xərçənginin rastgəlmə tezliyi nə qədərdir?

12% həyat boyunca

Süd vəzi xərçəngi olanların neçəsində risk faktoru tapılmır?

75%

30 yaşdan  aşağı qadınların  neçə faizində süd vəzi xərçəngi rastlanır?

Təxminən 2%

70 yaşdan  yuxarı qadınların  neçə faizində süd vəzi xərçəngi rastlanır?

33%

Süd vəzi xərçəngində əsas həssas genlər hansılardır?

BRCA 1 və BRCA 2

Süd vəzinin cəlb edən hansı medikolegal motivasiyalardır?

Sud vəzi xərçənginin yanlış diaqnostikası

Süd vəzi xərçənginin anamnestik risk faktorları hansılardır?

dogum yapmayan

Menarx yaşı 13-dən kiçik

Menopauza yaşı 55-dən çox

Ailədə süd vəzi xərşəngi

İlk hamiləliyi 30 yaşdan yuxarı olan qadınar

Süd vəzi xərçəngi üçün hansı klinik müayinə və  anatomik risk faktorları vardır?

Süd vəzi xərçəngi (3% hallarda sinxron kontralateral xərçəng)

Hiperplasiya

Atipik hiperplaziya

Qadın (kişilərdən 10 dəfə çox)

DCİS

LCİS

İrsi genlər (BRCA 1 və 2)

Papilloma (1.5 dəfə)

Skleroz adenosis (1.5 dəfə)

Hormon əvəzedici  terapiaynın  riski nə qədərdir?

1-1.5

Fibrosistik xəstəlik süd vəzi xərçəngi üçün risk faktoru hesab olunurmu?

XEYR

Süd vəzi xərçənginin subyektov əlamətləri hansılardır?

Simptom yoxdur

Süd vəzində kütlə

Ağrı (daha çox ağrı olmur)

Gilədən ifrazat

Lokal ödem

Gilədə retraksiya

Batıqlıq

Gilədə səpgi

Nəyə görə dəri retraksiyası baş verir?

Şiş Kuper bağına sirayət edir və nəticədə bağın traksiyası dərini yuxarıya dogru çəkir.

Süd vəzi xərçənginin obyektiv əlaməti hansıdır?

Kütlə (adətən müayinə ilə 1 sm-dən böyük törəmələr aşkarlamaq olur)

Batıqlıq

Gilədə səpgi

Ödem

Qoltuqlatı düyünlər

Süd vəzi xərçənginin ənçox lokalizasiya olduğu yer?

Şişlərin yarıdan çoxu yuxarı xarici kvadrantda yerləşir.

İnvaziv karsinomanın geniş yayılmış tipi hansıdır?

İnvaziv duktal karsinoma(90%)

İnvaziv lobular karsinoma(10%)

İltihabi karsinoma

Süd vəzi xərçənginin ən çox rastlana tipi hansıdir?

İnfiltrativ duktal karsinoma

Süd vəzi xərçəngini hnsı xəstəliklərlə differensiya etmək lazımdır?

Süd vəzinin fibrosistik xəstəliyi

Fibroadenoma

İntraduktal papilloma

Axacaq ekstaziyası

Yağ nekrozu

Abses

Radial çapıq

Sadə sist

Süd vəzinin iltihabi xərçəngində dəri dəyişikliyini təsvir et?

Portağal qabığına bənzəyir

Süd vəzi xərçənginin skriningi üçün nələr tövsiyə olunur?

Süd vəzi müayinəsi:

  • Ayliq özünü müayinə
  • 20-40 yaş arasında hər 2-3 ildən bir həkim tərəfindən müayinə
  • 40 yaşdan yuxarı -  həkim tərəfindən illik müayinə

 

Mammoqrafiya

Başlanğıc mammoqrafiya 35-40 yaş arası

Mammoqrafiya hər il və ya hər ildən bir 40-50 yaş arası

illik mammoqrafiya 50 yaşdan yuxari

Özünü müayinə üçün ən yaxşi vaxt nə zamandır?

Aybaşıdan bir həftə sonra

Nəyə görə yaşlılarda mammoqrafiya cavanlara nisəbtən daha faydalı müayinə hesab olunur?

Süd vəzi toxuması yaş artdiqca daha çox piylərlə əvəz olunur və kütləni daha görüntülü edir. Gənc qadinlarda fibroz toxuma dah çox olduğu üçün mammoqrafiyani interpretasiya etmək daha çətin olur

Süd vəzi xərçəngi üçün hansı radioqrafik test uyğundur?

Mammoqrafiya, süd vəzi USG və MRT

Mammoqrafiyada süd vəzi xərçəngi üçün klassik görünüm nədir?

Ulduzabənzər kütlə

30 yaşdan aşağı gənc qadınlarda süd vəzində olan kütləni dəyərləndirmək üçün ən uyğun müayinə hansıdır?

Süd vəzi USM

Biopsiya üçn hansı üsullar var?

İncə iynə aspiarsiyası (FNA), kəsici iynə biopsiyası, sterotaksik biopsiya və biopsiya (açıq biopsiya kəsiklə və ya eksiziya ilə ola bilər.

Biopsiyaya göstərişlər nələrdir?

Aspirasiyadan sonra davam edən kütlə

Solid kütlə

Sistin aspirasiyasında qan

Mammoqrafiyada /USM/MRT şübhəli kütlə

Gilədən qanlı ifrazat

Gilədə xora və ya dermatit

Xəstə süd vəzində hər hansı abnormalliği  deyirsə

Mammoqrafiyada ələ gəlməyən kütlə izlənirsə biopsiya üçün nə edildir?

Stereotaktik biopsiya və ya iynə lokalizasyon biopsiya

İynə  lokalizasyon biopsiya nədir?

Radioloq tərəfindən iynə ilə törəmə işarətlənir, sonra biopsiya edilir. Çixarilan toxuma mammoqram tərəfindən  yoxlanılmalıdır ki, şübhəli toxuma eksiziya olunub ya yox.

Mammaton biopsiya nədir?

Mammogram istiqamətli kompyuter-streotaktik biopsiya

İlk öncə  nə edilir, mammografiya yoxsa biopsiya?

Əvvəlcə mammografiya edilir, əks halda biopsiya mammoqrafiyanı dəyişdirə bilir ( incə iynə biopsiyası mamogramdan öncə də oluna bilər , belə ki, incə iynə adətən mammografiyanı dəyişdirmir)

Mammografiyada xərçəngə şübhə əlamətləri hansılardır?

Kütlə, Mikrokalsifikasiya,

ulduzabənzər/speculated kütlə

Süd vəzi kütləsində müayinə ardıcıllığı nədən ibarətdir?

  1. Süd vəzinin klniki müayinəsi
  2. Mammografiya və ya süd vəzi USG
  3. Biopsiya

Kütlə sistik görünümdədirsə nə edilir?

İynə ilə aspirasiya

Süd vəzi sistindən alınan maye sitoloji müayinəyə göndərilməlidirmi?

Bir qayda olaraq yox, lakin  qanlı maye göndərilməlidir

Süd vəzi sisti üçün nə zaman açıq biopsiya edilir?

  • Sist residiv verərsə
  • Sistdə qanlı maye varsa
  • Aspirasiyadan sonra təkrar əmələ gələrsə

Süd vəzi xərçəngi olan xəstələrdə mərhələni təyin etmək üçün hansı əməliyyatönü müayinələr aparılır?

 İkitərəfli mammografiya (bir tərəfə kanser varsa əks tərəfdə olma riski var)

Döş qəfəsi R-müayinəsi (ağciyər  metastazlari üçün)

Qaraciyər göstəriciləri (qaraciyər metastazlari üçün)

Qanda Kalsium səviyyəsi və qələvi fosfataza (sümük metastazına şübhə varsa)

Digər testlər (baş beyin KT)

PET-KT- göstərişə görə

Biopsiyada hansı hormonal reseptorları yoxlamaq lazimdir?

Estrogen və progesterone reseptorları. Bunlar adyuvant kimyaterapiyası üçün vacibdir

Süd vəzi xərçənginin mərhələsini təyi etmək üçün hansı təsnifat istifadə edilir?

TMN - tumor/metastaz/düyün

Mərhələ I nədir?

Şiş ≤ 2cm . metastaz və düyün yoxdur

Mərhələ IIA nədir?

Şiş ≤ 2sm, hərəkətli aksilyar düyün var və ya şiş 2-5 sm, düyün yoxdur

Mərhələ  IIB nədir?

Şiş 2-5 sm, hərəklətli aksilyar düyün var və ya 5 sm böyük olan törəmə, düyün yoxdur

Mərhələ III A nədir?

Şiş >5 sm, hərəktli aksilyar düyünlə və ya hər hansı ölçüdə törəmə fiksə olunmuş aksilyar düyünlə, metastaz yoxdur

Mərhələ III B nədir?

Dəri ödemi və ya döş qəfəsi inavaziyası və ya iltihabi kanser və ya süd vəzi dərsində xora və ya süd vəzi dərisində ulduzabənzər metastazlar və ya hər hansı törəmə + ipsilateral internal mammary limfa düyünləri

Mərhələ IV nədir?

Uzaq metastazlar (ipsilateral,  supraclavicular limfa düyünləri daxil olmaqla)

Metastazlar daha çox harda olur?

Limfa düyünləri

Ağciyər/plevra

Qaraciyər

Sümüklər

Beyin

Süd vəzi xərçənginin əsas müalicələri hnasılıardır?

Modifə olunmuş radikal mastoektomiya və ya lumpaektomiya  radioterapiya

Hər iki müalicədən sonra kimyeterapiya erilə bilər

Modifikasiya olunmuş radikal mastoektomiyadan sonraki radioterapiyaya göstəriş nədir?

˃4 limfa düyünü və şiş döş qəfəsinə də sirayət edibsə

Hansı süd vəzi xərçəngi lumpa ektomiya və radioterapiyaya göstərişdir?

I və II mərhələ (Şiş < 5cm)

Süd vəzinin iltihabi karsinomasinda müalicə?

Əvvəl kimyaterapiyası. Ardindan radioterapiya, mastoektomiya və ya hər ikisi

Lumpaektomiya və raditerapiya nədir?

Lumpaektomiya və ya segmental mastoektomiya: süd vəzinin bir hissəsinin çıxarılması, aksilyar düyünlərin disseksiyasi, əməliyyatdan sonra radioterapiya,

Lumpaektomiya və radioterapiya üçün ən böyük əks-göstəriş nədir?

Hamiləlik

Lumpaektomiya və radioterapiya üçün digər əks-göstərişlər nədir?

Süd vəzinin daha öncədən radiasiyası

Pozitiv kənarlar

Kollagen vaskular xəstəlik

Genişləndirlmiş DCİS (bəzən diffuz mikrokalsifikasiya kimi də dəyərlənədirlir)

Nisbi əks-göstərişlər:

Mammogramda görünməyən lesion

Kiçik süd vəzi

Modifikasiya olunmuş radikal mastoektomiya nədir?

Süd vəzi, aksilyar düyünlər (I və II səviyyə) və gilə-areola kompleksi çixarilir.

Pectoralis minor və major çıxarılmır (Auchincloss modfikasiyasi)

Limfa axını üçün drenaj yerləşdirlir

Mmodifikasiya olunmuş radikal mastoektomiyada drenaj harda yerləşdirlir?

Aksillada

Döş vəzi yatağında

Drenaj nə zaman çixarılır?

Günlük ifrzazat <30 ml

Radikal mastoektomiyadan sonra  ağirlaşmalar hansılardir?

Eynitərəfli qoltuq limfaödeması, infeksiya, sinir zədələnməsi, dəri dilimi nekrozu, hematoma/seroma, fantom sindromu

Aksilyar disseksiya zamani xəstə paralizə oluna bilərmi?

XEYR, çünki sinirləri qıcıqlandırma (uzun thoracic /thoracodorsal) əzələlərli kontraksiya edir ki, bu da onu identifikasiya etməyə yardımçı olur

“Sentinel” düyün biopsiyası nədir?

Qolutuqları düyünlərin hamısı yox əsas süd vəzini drenaj edən əsas düyün çıxarılır.

“Sentinel” limfa düyünü necə tapılır?

Süd vəzinə metilen abısı və ya tecneteium boya inyeksiyası edilərək

“Sentinel” düyün pozitiv gələrsə nə edilir?

Yerdə qalan düyünlərin hamısı çıxarılır

Mammatom biopsiyası cavabında “atipik hiperplaziya” gələrsə nə etməli?

Açıq biopsiya

Tamoksifen necə təsir göstərir?

Estrogen reseptorlarını blokada edir

Tamoksifen süd vəzi xərçənginin qarşısını alırmı?

BƏLİ. Tamoksifen süd vəzi xərçənginin olma riskini 50% qədər azaldır.

Tamoksifenin əks effektleri nədir?

Endometrial kanser(2.5 relativ risk), DVT, Ağciyər emboliyasi, katarakta, hot flash, ehval pozgunlugu

Lumpektomiya və radioterapiyadan sonra residiv olursa nə etməli?

“xilasedici” – tamalayıcı mastoektomiya (aksilyar disseksiya artıq edilib)

Süd vəzi rekonstruksiyası üçün ən optimal nədir?

TRAMP flap, implant, latissimus dorsi flap

TRAMP flap nədir?

Tranvers Rectus Abdominas Mycocutaneus flap

Tamoksifenin əks effektleri nədir?

Endometrial kanser(2.5 relativ risk), DVT, Ağciyər emboliyasi, katarakta, hot flash, ehval pozgunlugu

Süd vəzi xərçəngində hansı kimyaterapiya istifadə olunur?

CMF(ciklofosfamid, metotreksat,5-flurourasil) və ya CAM(ciklofosfamid, adriamisin, 5-flurourasil)

Mastoektomiyadan sonra ən geniş yayilmiş süd vəzi rekontruksiyasi nədir?

İmplant

TRAMP flap

 

YÜKSƏK RİSKLİ VƏ YA XƏRÇƏNGÖNÜ VƏZİYYƏTLƏR

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Atipik duktal hiperplaziya

 Atipik duktal hiperplaziya (ADH)atipik lobulyar hiperplaziya (ALH) süd vəzi axarlarında və paylarında yaranan, hüceyrə atipiyasına malik proliferativ kütlələrdir. ADH süd vəzinin invaziv bədxassəli xəstəliyinin yaranması riskini 4-5 dəfə artırır. Əvvəllər ALH-nin bədxassəli xəstəliklə əlaqəsinin zəif olduğu düşünülürdü, lakin son araşdırmalar göstərmişdir ki, hər iki kütlə eyni risk səviyyəsinə malikdir. İynə biopsiyasında atipik hiperplaziya aşkar edildikdə, əlaqəli bədxassəli xəstəliyi istisna etmək üçün eksizion biopsiya aparılır. Əməliyyat sonrası heç bir bədxassəli xəstəlik aşkar edilmədikdə, bu hallar müşahidə edilən xəstələr, aşağı riskli xəstələrlə müqayisədə daha böyük intervallarla, vizualizasiya ilə müşahidədən və  fiziki müayinədən keçməlidirlər. Tamoksifenlə kimyəvi profilaktika da aparıla bilər.

 

Lobulyar karsinoma in situ (LKİS)

Lobulyar karsinoma in situ (LKİS) karsinoma adlansa da invaziv olmayan kütlələrdir. İnvaziv xərçəngə keçmə ehtimalı vardır (LCİS diaqnozu qoyulandan sonra 20 il ərzində 30% xəstədə). Multifokal və/yaxud ikitərəfli ola bilər. Yaranan xərçəng daha çox invaziv duktal və ya lobulyar ola bilər və hər bir süd vəzində yarana bilər.

 

   

Şəkil 14. Lobulyar karsinoma in situ

Şəkil 15. Duktal karsinoma in situ

 

Duktal karsinoma in situ (DKİS)

Duktal karsinoma in situ (DKİS) axacaqlardan inkişaf edən, bazal membranı keçməyən törəmədir. Adətən əllənmir və heç bir əlaməti yoxdur. Mammoqrafiyada mikrokalsifikatlar tapılır.

İynə və ya açıq biopsiya ilə diaqnoz qoyulur. Yaranan xərçəng ipsilateral inkişaf edir. Limfa metastazı riski 25% aşağıdır (adətən mikroinvaziya görüləndə olur).Ən böyük risk sonrakı dövrdə həmin süd vəzində infiltrativ duktal karsinomanın inkişafıdır.

Müalicə üçün 1 sm kiçik törəmələrdə (aşağı dərəcə) 1 sm marginlə şişi kəsib götürmək +/ kimyaradioterapiya, törəmə ˃1 sm olduqda isə 1 sm marginlə lampektomiya  və radioterapiya və ya total mastektomiya (aksilyar disseksiya olmadan) icra edilir. Proses diffuz olaraq süd vəzini əhatə edirsə (diffuz mikrokalsifikatlar),  törəmə ˃1sm və radioterapiyaya əks-göstəriş varsa sadə mastektomiya icra edilir.

Adyuvant müalicə:

  1. Tamoksifen (ipsilateral DKİS-də 30% lampektomiya və radioterapiadan sonra süd vəzi xərçəngini azaldır və 50% kontralateral süd vəzi xərçəngini azaldır
  2. Postlampektomiya kimyaradioterapiya.

 

Özət

Yüksək riskli və ya xərçəngönü xəstəliklərə atipik duktal hiperplaziya,  atipik lobulyar hiperplaziya lobulyar və duktal karsinoma in situ aiddir. Bu hallar qeyri-invaziv, əlaməti olmayan,  bopsiya zamanı təsadüfən aşkarlanan lakin,  süd vəzinin invaziv bədxassəli xəstəliyinin yaranması riskini   artıran törəmlərdir. Müalicəsi sıx təqib, müalicə və cərahidir.

 

Yüksək riskli və ya xərçəngönü vəziyyət üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

DCİS (Ductal Carcinoma In Situ)

Suallar

Cavablar

In situ ductal karsinoma nə deməkdir?

Axacaqda kanser hüceyrələri olur, lakin invaziya olmur, yəni kanser hüceyrələri bazal membrane keçmir.

Simptom və əlamətləri nələrdir?

Adətən yoxdur, adətən əllənmir

Mammoqrafiyada nə tapılır?

Mikrokalsifikatlar

Diaqnoz necə qoyulur?

Kəsici iynə və ya açıq biopsiya ilə

DCİS də limfa metastazı riski nə qədərdir?

25%-dən aşağı (adətən mikroinvaziya görüləndə olur)

DCİS ən böyük təhlüksəi nədir?

Eyni süd vəzində infiltrativ ductal karsinoma inkişafı

Törəmə 1 cm-dən kiçikdirsə necə müalicə olunur?

1 cm marginlə şişi kəsib götürmək (kimyayardioterapiya əlavə edilə bilər)

Törəmə 1 cm-dən böyükdürsə necə məalicə olunur?

1 cm marginlə lampektomiya + radioterapiya və ya total mastoektomiya (aksilyar disseksiya olmadan)

Total mastoektomiya (sadə) nədir?

Süd vəzini və giləsinin tam çıxarılması (aksilyar disseksiya olmadan)

İn situ karsinomada nə zaman sadə mastoektomiya edilməlidir?

Process diffuz olaraq süd vəzini əhatə edirsə (diffuz mikrokasifikatlar), ˃1cm və radioterapiyaya əks-göstəriş varsa

DCİS üçün aksilyar disseksiyanin nə kimi rolu var?

Həqiqi DCİS-də heç bir rolu yoxdur.

DCİS üçün adjuvant terapiyasi nədən ibarətdir?

 

  • Tamoksifen
  • Raditerapiya

İn situ karsinomanı bir cümlə ilə ifadə et

Xərçəngönü vəziyyətdir, müalicə olunmasıa invaziv xərçəngə çevrilə bilir.

 

 

 LCİS (Lobular Carcinoma In Situ)

Suallar

Cavablar

Lobular Carcinoma in situ nədir?

 Süd vəzində paycığında karsinoma hüceyrələri var, lakin invaziya yoxdur

Əlamət və simptomlari nələrdir?

yoxdur

Mammoqrafik tapıntı?

yoxdur

Diaqnozu necə qoyulur?

Biopsiya zamani təsadüfən tapılır

Ən böyuk təhlükəsi nədir?

Hər iki süd vəzidə invaziv karsinoma ehtimalı 20 il ərzində 30%

Hansı süd vəzində daha çox invaziv karsinoma olmaq riski var?

Hər ikisində eyni

LCİS olan xəstələrdə hansı kanser növü inkişaf edir?

Daha çox infiltrativ duktal karsinoma, bir tərəfli və ya hər iki tərəfli

LCİS müalicə nədir?

Six təqib, yüksək riskli xəstələrdə bilateral sadə mastoektomiya.

DCİS və ya LCİS olan xəstələrdə invaziv karsinomanin fərqi?

LCİS kanser hər ikisindən birində inkişaf edir,

DCİS kanser ipsilateral inkişaf edir.

Gənc qadinlarda gilədən qanlı ifrazat səbəbi nədir?

İntraductal papilloma

30 yaşin altinda olan gənc qadinlarda süd vəzində ən çox rastlanan törəmə hansıdir?

Fibroadenoma

Süd vəzinin Paget xəstəliyi nədir?

Ductal karsinomadan inkişaf edən dərini əhatə edən, dəridə qaşinma , dermatit yaradan törəmə

 

GİNEKOMASTİYA

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Tərifi

Ginekomastiya kişilərdə estrogen-androgen nisbətinin artması nəticəsində meydana gələn, adətən ikitərəfli, az hallarda isə birtərəfli böyümə ilə biruzə verən  süd vəzi toxumasının xoş xassəli proliferasiyasıdır.  

 

Səbəbləri və patogenezi

Ginekomastiya fiziologi və patoloji səbəblərdən ola bilər.

Fizioloji səbəblərə körpələrdə, uşaqlarda və yaşla əlaqədar meydana gələn ginekomastiya aid edilir. Pubertal ginekomastiya  (25%) oğlanlarda 10-14 yaşlarında çox rast gəlinən ginekomastiyadır, adətən altı ay-iki il ərzində spontan aradan qalxır, lakin 20% hallarda yetkin yaşlara qədər davam edə bilir.

Patoloji ginekomastiya dərmana və xəstəliklərə bağlı hormonal disbalansla ələaqdar meydana gəlir ki bunlara da aşağıakıları aid etmək olar:

  • Dərmana bağlı ginekomastiya (10-25%) çox rast gəlinən yan təsirlərdən biridir. Ən çox spironolacton, cimetidin, ketoconazol, recombinant böyümə hormonu, estrogen, human chorionic gonadotropin (hCG), antiandrogenlər, gonadotropin-releasing hormon (GnRH) agonisti, 5-alpha-reductase inhibitoru alanlarda rast gəlinir.
  • İdiopatik (25%).
  • Sirroz və malnutrisiya (8%) – hormaonal balansın pozulmasına bağlı meydana gəlir
  • Hipogonadism (10%)
  • Testicular, hipofiz və adrenal törəmələr (3%) – hCG və Leydein hüceyrələrindən estradiol ifrazına bağlı meydana gəlir.
  • Hyperthiroidism (1,5%)
  • Xroniki böyrək yetməzliyi (1%), dializ alanların 50%-ində rastlanır və Leyding hüceyrə disfunksiyasına bağlıdır.

 

Diaqnostikası

Diaqnozu klinik müayinə və differensasiya əsasında təyin edilir. Klinik müayinədə areola altında diamteri 0.5 sm-dən böyük sərt-elastik, zəif ağrılı və hərəkətli törəmə təyin edilir.

Ginekomastiyanı yalançı ginekomastiyadan və süd vəzi xərçəngindən fərqləndirmək lazımdır.

  • Yalançı ginekomastiya piylənməsi olan xəstələrdə rastlanılır və süd vəzi müayinəsində piy toxuması təyin edilir, kütlə tapılmır.
  • Süd vəzi xəsrçəngi adətən birtərəfli olur, hərəkətsiz, ağrısız törəmə və gilədən ifrazat təyin edilir. Diaqnostik çətinlik olarsa mammoqrafiya və biopsiya edilir.

Dəqiqləşdirmə

Davam edən pubertal və səbəbi bilinməyən ginekomastiyalarda ilk növbədə hormonal  (testestoron, HCG, LH, estradiol, TSH, prolaktin və s), görüntüləmə (USM, KT, MRT) müayinələri apararaq xaya, adrenal, tiroid, hipofiz patologiyalarını axtarmaq lazım gəlir. Bunlarla da səbəb tapılmadıqda genetik və reseptor analizlərinə ehtiyac yaranır.

Səbəbin təyini

Ginkomestiya təsdiq edilən hallarda ikinci məsələ səbəbin təyinidir. Əksər hallarda klinik və anamnestik müayinələrdə səbəbi müəyyən etmək mümükün olur (dərmanlar, sirroz, dializ və s).

 

Şəkil 13. Ginekomastiya

 

Müalicəsi

Müalicə yanaşması ginekomastiyanın səbəbindən və gedişindən asılıdır, səbəbə yönəlik tədbirlər, müşahidə, estrogen antoqonistləri, androgenlər və cərrahi müalicə tətbiq edilir:

  • Pubertal ginekomastiyalarda spontan reqressiya ehtimalı yüksək olduğu üçün (80%) müşahidə ilk seçimdir.
  • Süd vəzi çox böyüyüərsə, uşağa fiziki və estetik rahatsılıq verərsə əvvəlcə 3 aylıq tamoksifen (anti-esterogen) müalicəsi verilir.
  • Dərman müalicəsi alanlarda dərmanlar kəsildikdən sonra əksər hallarda ginekomastiya reqressiya edir. Dərmanı kəsmək mümükün olmayan hallarda ginekomastiyanın profilaktikası üçün tamoksifen verilə bilər.
  • Farmokoterapiya və cərrahi əməliyyat müşahidə ilə aradan qalxmayan, ağrı, rahatsızlıq və kosmetik defekt yaradan ginekomastiyalarda tövsiyə edilir.
  • Hipoqonadizmə bağlı ginekomastiyalarda antrogen terapiyası lazımdır.

 

Cərrahi müalicə

Cərrahi əməliyyat fibrotik dəyişikliyə uğrayan ginekomastiyalarda (adətən 1 ildən çox davam edən), müşahidədə reqressiya etməyən və xərçəngdən differensasiya  çətinliyi olan ginekomastiyalarda göstəriş sayılır.

 

Özət

Ginekomastiya – kişilərdə hormonal disbalans nəticəsində yaranan süd vəzinin xoşxassəli proliferasiyasıdır.  Yenidoğulmuş, yeniyetmə oğlanlarda və yaşlı kişilərdə müşahidə edilə bilər. Yenidoğulanlarda müşahidə edilir, yeniyetmlərdə və yaşlılarda hormonal müalicə və ya cərrahi eksiziya tövsiyyə  edilir.

 

Ginekomastiya üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Ginekomastiya nədir?

Kişilərdə süd vəzinin böyüməsi

Səbəbi nədir?

Dərman

Narkotik dərman (marixuana)

Qaraciyər yetməzliyi

Estrogen artiqlığı

Testosteronun azalması

Yaşlı kişilərdə nə ilə differensasiya etmək lazımdır?

Süd vəzi xərçəngi ilə

Müalicəsi

Dərmanı ya dayandır,  ya da dəyiş, hormonal balansı korreksiya et, biopsiya və ya dərialtı mastoektomiya və konservativ müalicə

 

SÜD VƏZİ İNFEKSİYALARI

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Tərifi

Mastit laktasiya və qeyri-laktasiya zamanı meydana gələn infeksiyalardır.

 

 

Şəkil 12. Laktasion mastit

Laktasion mastit

Laktasion mastit (ş.12) süd vermə dövründə rast gəlinən və adətən süd durğunluğuna infeksiyanın qoşulması nəticəsində meydana gələn irinli iltihabdır. Xəstəliyə ən çox səbəb olan orqanizm qızılı stafilikokkdur.

Klinik olaraq süd vəzidə ağrı, şişkinlik,   qızartı, palpator ağrı təyin edilir, nadir hallarda döş giləsindən irinli axıntı gəlir.

Xəstəlik infiltrativ faza ilə başlayır, müalicə olunmayanların əksəriyyətində, konservativ müalicə alanların isə 25%-ində absesləşmə fazasına keçir. İnfiltrativ fazada (sellulit) tez-tez əmizdirmə və ya südün sağılması ilə yanaşı antibiotiklər tətbiq edilir.

Absesləşmə fazası antibiotikoterapiyaya baxmayaraq yaxşılaşmanın olmaması, USM-də abses boşluğunun görünməsi və ya punksiyada irinli möhtəviyyatın gəlməsi ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki, absesləşmə fazasında flukatasiya hiss edilməyə bilər. Bu fazaının müalicəsi üçün əmizdirmə kəsilir və abses drenaj edilir.

 

Qeyri-laktasion mastit

Qeyri-laktasion mastitlər müxtəlif səbəblərdən baş verə bilər ki,  bunlara duktal ektaziyaya bağlı peridukatal mastiti, infeksiyalaşmış kistləri, hematomanı, hematogen absesləri aid etmək olar. Qeyri-laktasion mastitlər əksər hallarda peri- və retroaleolar bölgələdrdə lokalizasiya olunur, anaeroblar çox rast gəlinir. 

Müalicəsi cərrahi drenajdan ibarətdir. Sağalmayan və ya təkrarlanan infeksiyalarda xərçəngi istisna etmək üçün biopsiya tələb olunur. Təkrarlayan infeklsiyalar süd vəzi fistulalarına səbəb ola bilər. Belə hallarda kəskin iltihab söndükdən sonra geniş duktal eksizya ehtiyac yarana bilər.

 

Özət

Süd vəzi infeksiyaları- laktasiya və qeyri-laktasiya zamanı meydana gələn infeksiyalardır. Mastit əsasən lakrasiya dövründəki qadınlarda süd vəzində qızartı, ağrı, şişkinlik, istilk ilə müşahidə edilən süd vəzinin  infeksion mənşəli iltihabıdır. İnfiltrativ fazada konservativ müalicə, absesləşmə fazasında drenə edilir. Qeyri laktasion mastitlərdə müalicə cərrahidir. Sağalmayan və tərarlanan infeksiyalarda xərçəng istisna edilməlidir.

 

Süd vəzinin infeksiyaları üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Mastit nədir?

Süd vəzinin səthi infeksiyası (sellulit)

Ən çox nə zaman baş verir?

Əmizidirmə zamani

Ən çox hansı törədici səbəb olur?

St. aureus

Laktasyon mastit necə müalicə olunur?

Əmizidirməni dayandırmaq, süd vəzini sağmaq, isti qoymaq və antibiotik

Nəyə görə mastiti olan xəstələr six təqibdə olmalidir?

İltihabi süd vəzi xərçənginin olmamasindan əmin olmaq üçün

 

 

Suallar

Cavablar

Süd vəzi absesinin əmələ gəlmə səbəbi nədir?

Süd vəzi axacaqlarinin ekstaziyası və laktasyon mastit

Ən çox hansı törədici səbəb olur?

St.aureus

Müalicəsi nədir?

Antibiotik, iynə və ya açıq drenaj (kültürün götürülməsi ilə)

Prosesə cəlb olunan axacaqlarin rezeksiyasi və südün sağılmasi

 

SÜD VƏZİNİN XOŞXASSƏLİ XƏSTƏLİKLƏRİ

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Təsnifatı

Süd vəzinin xoş xassəli xəstəlikləri epitel və qeyri-epitel mənşəli ola bilirlər. Klinik praktikada epitel mənşəli xoş xassəli xəstəlikləri patomorfologiyasına və xərçəng riskinə görə 3 qrupa ayrılır:

  • Qeyri-proliferativ epitelial xəstəliklər – xərçəng riski olmayan epitel mənşəli xəstəlikləri əhatə edir ki, bunlara kistlər, fibroskitik xəstəlik,  apokrin metaplaziya, yüngül hiperplaziya aid edilir.
  • Atipiyasız proliferativ epitelial xəstəliklər – epitel proliferasiyası olan, lakin atipiya görülməyən və xərçəngə çevrilmə ehtimalı aşağı olan xəstəlikləri əhatə edir ki, bunlara duktal papilloma, duktal hiperplaziya, skleroz adenoz, radial çapıqlar və fibroadenoma aid edilir.
  • Atipik hiperplaziyalar – epitel proliferasiyası ilə yanaşı atipiya görünən və xərçəng riski olan xəstəlikləri əhatə edir ki, bunlara  atipik duktal hiperplaziya, atipik lobar hiperplaziya aid edilir. Bu qrupda 10-30% hallarda süd vəzi xərçəngi tapılır. Xərçəng riskini nəzərə alaraq bu qrupda cərrahi eksiziya göstəriş sayılır.     

SÜD VƏZİNİN SİNDROMLARI: TÖRƏMƏLƏR, MASTALGİYA, GİLƏDƏN İFRAZAR

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

 

SÜD VƏZİ TÖRƏMƏLƏRİNƏ DİAQNOSTİK YANAŞMA

 

Tərifi

Süd vəzi törəmələrinə düyünlər və kütlələr aid edilir. Düyün dedikdə palpator olaraq sərhəddi hiss edilən, kütlə dedikdə isə ətraf toxumalarla birlikdə konqlomerat şəkildə hiss edilən törəmələr nəzərdə tutulur.

 

Növləri

Süd vəzi törəmələri xoş və bəd xassəli, tərkibinə görə toxumalı və ya kistik ola bilər. Süd vəzi törəmələrinin böyük əksəriyyəti (90%) xoş xassəli törəmələrdir. Xoş xassəli törəmələr arasında ən çox rast gəlinənlərə fibroadenoma, kistlər, fibrokistik xəstəlik, qalaktosel və piy nekrozu aid edilir. Bəd xassəli törəmələrdən ən çox rast gəlinəni invziv və qeyr-invaziv süd vəzi xəsrçəngidir.

 

Klinikası

Səbəbindən asılı olaraq süd vəzi törəmələri müxtəlif əlamətlərlə biruzə verə bilər və ya asimptomatik olaraq təsadüfü müayinələrdə tapıla bilər.

Ağrı, xüsusən də periodik ağrı fibrokistik xəstəlik üçün xarakterikdir. Xərçəng gec mərhələlərdə ağrı və dəri dəyişiklikləri verə bilir.

 

Diaqnostikası

 

Prinsip

Süd vəzidə törəmə tapılan xəstələrdə ilk növbədə süd vəzi xərçəngini inkar etmək lazımdır.

 

Şübhə

Aşağıdakı əlamətlərin hər hansı biri olarsa süd vəzi törəmələrindən şübhələnmək lazımdır:

  • Xəstənin özü tərəfindən palpator olaraq hiss edilən düyün və ya kütlələr.
  • Süd vəzidə dəri dəyişikliyi, ağrı və deformasiya.
  • Skrinik müayinələrində USM və ya mammoqrafiyada süd vəzində törəmə .

 

Dəqiqləşdirmə

İlkin müayinə. Süd vəzidə törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü-müayinəni yerinə yetirmək lazımdır:

  • Klinik müayinə (anamnez və süd vəzinin obyektiv müayinəsi)
  • Görüntüləmə - mammoqrafiya və USM
  • Biopsiya

İlkin müayinə əksər hallarda törəmənin xoş və ya bəd xassəli olduğunu təsdiqləyə bilir. İlkin müayinənin aşağıdakı nəticələri ola bilər:

  • Birinci nəticə- xəstədə palpator və görüntüləmə olaraq törəmə təyin edilmir. Belə xəstələri müşahidədə saxlamaq olar.
  • İkinci nəticə - xəstədə klinik və görüntüləmə olaraq xoş xəssəli törəmə təyin edilir (fibroadenoma, kist, piy nekrozu).
  • Üçüncü nəticə - xəstədə xərçəngi istisna etmək mümükün deyil və şübhəsi qalır. Belə xəstələrdə biopsiyadan əvvəl MRT edilə bilər. Təcrübəli mütəxəsis varsa İİAB , yoxdursa kəsici iynə biopsiyası ilk seçimdir. İynə biopsiyası yetərsiz qalarsa cərrahi biopsiya (insizional və ya eksizional biopsiya) lazım gəlir.
  • Dördüncü nəticə - xəstədə xərçəng təyin edilir.

 

Özət

Süd vəzi  törəmələrinə müxtəlif əlamətlərlə özünü göstərən və ya asimptomatik olaraq təsadüfi müayinələrdə tapıla bilən,  90% hallarda xoşxassəli olan, palpator olaraq sərhəddi hiss edilən düyünlər və ya ətraf toxumalarla birlikdə konqlomerat şəkildə hiss edilən kütlələr aid edilir. Törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü müayinə yerinə yetirilməli, xərçəng inkar edilməlidir.

 

Süd vəzi törəmələrinə diaqnostik yanaşma üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Hansı əlamət olarsa süd vəzi törəmələrindən şübhələnmək lazımdır?

  • Xəstənin özü tərəfindən palpator olaraq hiss edilən düyün və ya kütlələr.
  • Süd vəzidə dəri dəyişikliyi, ağrı və deformasiya.
  • Skrinik müayinələrində USM və ya mammoqrafiyada süd vəzində törəmə .

Süd vəzində törəmə şübhəsi olan xəstələrdə ilkin müayinə hansılardır?

Süd vəzidə törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü müayinəni yerinə yetirmək lazımdır:

  • Klinik müayinə (anamnez və süd vəzinin obyektiv müayinəsi)
  • Görüntüləmə - mammoqrafiya və USM
  • Biopsiya

Süd vəzi xərçəngini istisna etmək mümükün olmayan xəstələrdə nə etmək lazımdır ?

Belə xəstələrdə biopsiyadan əvvəl MRT edilə bilər. Təcrübəli mütəxəsis varsa İİAB, yoxdursa kəsici iynə biopsiyası ilk seçimdir. İynə biopsiyası yetərsiz qalarsa cərrahi biopsiya (insizional və ya eksizional biopsiya) lazım gəlir.

 

SÜD VƏZİNİN XƏSTƏLİKLƏRİ VƏ MÜAYİNƏLƏRİ

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

SÜD VƏZİNİN XƏSTƏLİKLƏRİ

 

Süd vəzinin xoşxassəli xəstəlikləri

  • Fibroz-kistoz mastopatiya (FKM)
  • Süd vəzi kistaları
  • Fibroadenoma
  • Mastalgiya
  • Gilədən ifrazat
  • Süd vəzi infeksiyaları
  • Ginekomastiya
  • Yüksək riskli və ya xərçəngönü vəziyyət

Süd vəzin bəd xassəli xəstəlikləri

  • Süd vəzi xərçəngi
  • Süd vəzi limfoması və digər
  • Metastatik şişlər

 

 

SÜD VƏZİ XƏSTƏLİKLƏRİNDƏ MÜAYİNƏLƏR

 

Süd vəzi xəstəliklərində müayinələr klinik, fizik müayinələr, görüntüələmə və biopsiyadan ibarətdir.

 Anamnez

  • Xəstələr əsasən süd vəzində kütlə, ağrı, döş giləsindən axıntı, dəri dəyişiklikləri və mammoqrammada anormallıq şikayətləri ilə həkimə müraciət edirlər.
  • Şikayətlərin xarakteri diaqnostikada önəmli yer tutur, ona görə də anamnezdə aşağıdakılara xüsusi diqqət etmək laımdır:
    • Əlamət və simptomların təsviri və müddəti və onların hamiləlik, menstruasiya və ya əvvəlki travma ilə müvəqqəti əlaqəsi.
    • Son menstruasiya dövrünün tarixi və menstruasiya siklinin müntəzəmliyi.
    • Menarxe zamanı yaşı.
    • Hamiləliklərin sayı və ilk diri doğuşda xəstənin yaşı.
    • Laktasiya tarixçəsi.
    • Təbii və ya cərrahi menopauza (ovariektomiya) yaşı.
    • Daha əvvəl süd vəzi biopsiyaları və mammoplastikaların aparılması.
    • Mammoqram tarixçəsi.
    • Oral kontraseptivlərdən istifadə və/yaxud hormon əvəzləyici terapiya.
    • Ailə anamnezində süd vəzi və ginekoloji xərçəng olması. Bu anamnez minimum iki nəsli, o cümlədən hər hansı əlaqəli xərçəng xəstəliyini, məsələn yumurtalıq, yoğun bağırsaq, prostat, mədə və ya mədəaltı vəz xərçəngini əhatə etməlidir.

Fizik müayinə

  • Fiziki müayinədə süd vəzinin baxılması və palpasiyası həyata keçirilir.
  • Süd vəzilərinə baxmaq üçün xəstə həm ayaq üstə olmalı, qolları aşağı salınmış və daha sonra isə qaldırılmış vəziyyətdə olmalıdır.
  • Baxma ilə asimmetriya, deformasiya, dəridə dəyişikliklər (eritrema, ödem, batıq), döş giləsində dəyişikliklər, axıntı yoxlanılır.
  • Süd vəzinin palpasiyasına ayaq üstü vəziyyətdə başladılır və uzanmış vəziyyətdə tamalanır. Xəstə arxası üstə uzanarkən, ipsilateral qolu yuxarı qaldırılır və başın arxasına qoyulur, süd vəzilərini sistemli şəkildə müayinə edilir.  Palpasiya ilə süd vəzidə törəmə, törəmənin yeri, ölçüsü, kənarları, xarakteri (düyün, kütlə), konsistenziyası yoxlanılır, qoltuq altında, körpücük sümüyünün üzərində və altında limfadenopatiya axtarılır.

Görüntüləmə

Mammoqrafiya süd vəzinin həm skrininqində, həm də kütlələrinin məyyənləşdirilməsində  ilkin müayinədir, 30 yaşından yuxarı bütün xəstələrdə, 30 yaşından aşağı xəstələrdə isə göstərişə görə aparılır. Başlangıc mammoqrafiya 35-40 yaş arası, , 40-50 yaş arası hər il və ya hər ildən bir, 50 yaşdan yuxarı qadınlarda illik aparılmalıdır. Laktasiya və hamiləlik dövründə mammoqrafiya tövsiyə edilmir.

Adətən iki standart görünüşdən – orta-kənar (mediolateral) və kraniokaudal görünüşdən ibarət olur.

Tomosintez xüsusən piysiz süd vəziləri olan qadınlarda kalsinasiya   olmamış törəmələrin qiymətləndirilməsi zamanı mamoqrafiyanın həssaslığını və dəqiqliyini artırır.

Mamoqramlarda aşkar edilən süd vəzi törəmələri Amerika Radiologiya Cəmiyyətinin BIRADS (Süd vəzi müayinələri üzrə hesabat və məlumat bazası sistemi) dərəcələrinə əsasən təsnif edilir:

  • 0 = Növbəti vizualizasiya tələb olunur; qiymətləndirmə tam deyil.
  • 1 = Normal; illik müayinəyə davam (bədxassəli şiş riski: 1/2,000).
  • 2 = Xoşxassəli törəmə; bədxassəli şiş riski yoxdur; illik müayinəyə davam (b.ş.r.: 1/2,000).
  • 3 = Xoşxassəli törəmə ehtimalı; 4-6 aydan bir müayinə tələb olunur (b.ş.r: 1% to 2%).
  • 4 = Süd vəzi xərçəngi şübhəsi; biopsiya tövsiyə edilir. Bu kateqoriya aşağıdakı alt-kateqoriyalara bölünə bilər
  • 5 = Süd vəzi xərçəngi ilə bağlı yüksək şübhə; biopsiya mütləq şəkildə tövsiyə olunur (≥95% halda bədxassəlidir).
  • 6 = Biopsiya ilə sübut edilmiş bədxassəli şiş.

 

Mammoqrafiyada bədxassəlilik əlamətləri:

  • Mikrokalsifikasiya,ulduzabənzər kütlə
  • Yeni və ya aydın olmayan konturlara malik kütlələr.
  • Xətti və ya budaqlanan formada klasterli mikrokalsinatlar. 
  • Arxitektonikanın pozulması.

 

USM

  • Ultrasəs müayinəsi ilkin müayinə üsulu kimi mammoqrafiya ilə birlikdə tətbiq edilir. USM kütlənin toxumalı və ya kistoz olmasını,  ölçüsünü, konturunu, daxili tərkibini və qanlanmasını müəyyən edə bilər.
  • Xərçəng aşkarlanmış xəstələrdə ultrasəs müayinəsi bəzən əlavə şübhəli kütlələri və/yaxud xəstəliyin mərhələsini müəyyən etmək üçün istifadə edilir.

 

MRT

  • MRT ikinci pillə müayinədir, mammoqrafiya və USM ilə diaqnostik çətinlik olduqda istifadə edilir.
  • MRT xəstəliyin mərhələsinin müəyyən edilməsində, multisentrik patalogiyanın aşkar edilməsində, digər süd vəzinin qiymətləndirilməsində, qoltuqaltı metastaz və naməlum əsas xəstəlik (yəni gizli süd vəzi xərçəngi) müşahidə edilən xəstələrin qiymətləndirilməsində faydalıdır. Bu müayinə həmçinin döş qəfəsi divarının qiymətləndirilməsində də əlverişlidir.

Biopsiya

 

Biopsiya süd vəzi törəmələrinin diaqnostikasındakı standart üçlü müayinənin komponentlərindən biridir (digərləri klinik və görüntüləmə müayinələridir).

Süd vəzi patologiyalarının preoperativ diaqnostikasında 4 morfoloji müayinə aparıla bilir:

  • Gilədən ifrazatın sitoloji müayinəsi
  • İncə aspirasyon biopsiya
  • Kəsici iynə biopsiyası
  • Cərrahi biopsiya (eksizyonal, insiziyonal)
    • İncə iynəli aspirasiyan biopsiya (İİAB) etibarlı, dəqiq, 90%-dən yüksək həssaslığa malik üsuldur, bəd xassəli hüceyrələri, estrogen (ER) və progesteron reseptorunu (PR) müəyyən edə bilər, lakin şişin dərəcəsi və ya invaziyanın olması barədə məlumat vermir, təcrübəli mütəxəssis tələb edir.
    • Kəsici iynə biopsiyası İİAB-dan üstün hesab edilir. Bu biopsiya invaziv və qeyri-invaziv xərçəngi fərqləndirə bilir və şişin dərəcəsi, habelə reseptorun vəziyyəti barədə məlumat verir. Aydın olmayan nümunələr üçün cərrahi biopsiya zəruridir.
    • Ekziyon biopsiya törəmənin çıxarılmasından ibarətdir, əsasən kəsici iynə biopsiyası icra edilə bilmədikdə istifadə edilir. Bu biopsiya əməliyyat otağında icra olunur, kəsiklər elə planlaşdırılır ki, onlar, tələb olunduqda, gələcək mastektomiyada istifadə edilə bilsin.
    • İnsizion biopsiya törəmənin bir hissəsinin çıxarılmasındıan ibarətdir, İİAB və ya punksiya biopsiyası ilə dəqiq diaqnozun qoyula bilməyən bədxassəli şiş şübhəsi olan böyük süd vəzi kütləsinin qiymətləndirilməsində istifadə edilir. Dəriyə yayılan iltihabi süd vəzi xərçəngi üçün insizion biopsiya dəri biopsiyasını əhatə edə bilər.

 

Biopsiyaya göstərişlər:

Ø  Aspirasiyadan sonra davam edən kütlə

Ø  Solid kütlə

Ø  Sist aspirasiyasında qan

Ø  Mammoqrafiyada /USG/MRT şübhəli kütlə

Ø  Gilədən qanlı ifrazat

Ø  Gilədə xora və ya  dermatit

Ø  Xəstə süd vəzində hər hansı abnormallığı  qeyd edirdsə

 

Mammoqrafiyada ələ gəlməyən kütlə izlənirsə stereotactic biopsiya (mammatome) və ya iynə lokalizasyon biopsiya edilir. Iynə lokalizasyon biopsiya radioloq tərəfindən aparılır.

 

Özət

Süd vəzinin xoşxassəli xəstəliklərinə fibroz-kistoz mastopatiyalar, süd vəzi kistaları, fibroadenoma, ginekomastiya, süd vəzi infeksiyaları, bəd xassəli xəstəliklərinə süd vəzi xərçəngi, süd vəzi limfoması və metastatik şişlər aiddir. Süd vəzi xəstəliklərinin diaqnozu klinik və fiziki müayinələr, görüntüləmə və biopsiya  ilə qoyululur.  Biopsiya süd vəzi törəmələrinin diaqnostikasındakı standart üçlü müayinənin- (digərləri klinik və görüntüləmə müayinələridir) komponentlərindən biridir.

 

Süd vəzin xəstəlikləri və müayinələr üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Süd vəzinin xoşxassəli xəstəliklərinə aid deyil?

Süd vəzinin limfoması

Mammoqrafiya nə zaman edilməlidir?

30 yaşından yuxarı bütün xəstələrdə, 30 yaşından aşağı xəstələrdə isə göstərişə görə edilir.

Birinci mammaqrafiya nə zaman edilir?

Başlangıc mammoqrafiya 35-40 yaş arası aparılmalıdır.

40 yaşdan yuxarı xəstələrdə mammaqrafiya necə aparılmalıdır?

40-50 yaş arası hər il və ya hər ildən bir, 50 yaşdan yuxarı qadınlarda illik

BIRADS 2  nədir?

Xoşxassəli törəmə; bədxassəli şiş riski yoxdur; illik müayinəyə davam .

BIRADS 5 nədir?

Süd vəzi xərçəngi ilə bağlı yüksək şübhə; biopsiya mütləq şəkildə tövsiyə olunur

Xəsətədə biopsiya ilə sübut edilmiş bədxassəli şiş var. Bu Amerika Radiologiya Cəmiyyətinin BIRADS dərəcələrinə əsasən nece qiymətləndirilir?

BIRADS 6

Biopsiyaya göstərişlər nələrdir?

 

  • Aspirasiyadan sonra davam edən kütlə
  • Solid kütlə
  • Sist aspirasiyasında qan
  • Mammoqrafiyada /USG/MRT şübhəli kütlə
  • Gilədən qanlı ifrazat
  • Gilədə xora və ya  dermatit
  • Xəstə süd vəzində hər hansı abnormallığı  qeyd edirdsə

 

SÜD VƏZİNİN ANATOMİYASI VƏ FİZİOLOGİYASI

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

ANATOMİYASI

 

Ölçüsü və quruluşu

Süd vəzinin (SV) forması,  ölçüsü, vəziyyəti və funksiyası inkişafın dövrləri, hamiləlik və bədən quruluşunun fərdi xüsusiyyətləri ilə sıx əlaqədardır. 

SV yetişkin və doğmamış qadınlarda yarımkürə şəklində, eni 11-12 sm, şaquli ölçüsü 10 sm və qalınlığı 5-6 sm-ə bərabərdir; çəkisi isə 150-200 q, əmizdirən qadınlarda isə forması silindirik, ölçüsü iki dəfə artıq olur, hətta 800 q-dək çatır (Şəkil 1).   

 

Yerləşməsi

Yetişkin bir qadının SV döş qəfəsinin ön divarında, ön-yuxarı sağ və sol nahiyələrində yerləşərək, II-III qabırğa səviyyəsindən başlayıb, aşağıya  VII-VIII qabırğanın inframammar qıvrımına qədər, eninə isə döş sümüyünün bayır sərhəddindən ön qoltuqaltı xəttə  qədər uzanır.

SV-nin dərin və ya arxa səthini böyük döş  və ön dişli əzələləri örtən fassiya təşkil edir. SV döş fassiyasından yaxşı inkişaf etmiş süd vəziarxası kövşək birləşdirici toxuma qatı-spatium retromammariya ilə ayrılır. Bu toxuma qatı SV-nin  hərəkətliliyini təmin edir, hərəkətliliyin məhdudlaşması və ya tamamilə itirilməsi bu qatda keçirilmiş və ya gedən irinli prosesə ya da bədxassəli prosesin başlanmasına dəlalət edir.

 

Qan təchizatı

SV-nin arteriyal qan təchizatı:

  • III-VII qabırğaarası arteriyaların şaxələri (rr. mammarii)
  • Döş qəfəsinin daxili arteriyasının şaxələri (rr. perforantes III-V)
  • Döşün bayır arteriyasının şaxələri (rr. mammarii laterales)

SV-nin venoz qan təchizatı:

  • Eyni adlı venalar və qoltuqaltı venalar (v. axillary) (Şəkil.2)

 

Limfa drenajı

Səthi Sappey kələfi dərin areolyar kələf ilə birləşərək, sonda qoltuqaltı (75%) və südvəzidaxili limfatik düyünlərdə toplanır. Beləliklə süd vəzinin limfa drenajını

  • Lateral: aksilyar limfa düyünü
  • Medial: daxili mammari arteriyanı keçərək parasternal düyün təşkil edir (Şəkil 3).

 

İnnervasiyası

Boyun kələfinin I-IV qabırğaarası sinirlərin bayır və ön dəri şaxələri ilə innervasiya olunur. Bu sinirlər hissi innervasiyanı təmin edir. 

SV-nin vegetativ innervasiyasını ona daxil olan arteriyaların divarındakı simpatik sinir sisteminin sekretor lifləri icra edirlər. Bu liflər laktasiya ilə də sıx əlaqədar olur.

 

     

Şəkil 1. Süd vəzinin anatomiyası

Şəkil 2.  Süd vəzinin qan təchizatı

Şəkil 3. Süd vəzinin limfa drenajı

 

Qoltuqaltı çuxur

Qoltuqaltı çuxurun sərhədlərini yuxarıdan qoltuqaltı vena (v.axillaris), yanlardan kürəyin enli əzələsi (m. latissimus dorsi), ortadan ön dişli əzələ(m. serratus anterior), aşağıdan uzun  döş siniri (n. thoracicus longus) ibarətdir.

 

Qoltuqaltı limfa düyünləri

Qoltuqaltı limfa düyünləri kiçik döş əzələsinə nisbətən anatomik yerləşməsinə əsasən təsnif edilir (Şəki 4):

  • I səviyyə limfa düyünləri: kiçik döş əzələsinin kənarında;
  • II səviyyə limfa düyünləri: kiçik döş əzələsinin arxasında;
  • III səviyyə limfa düyünləri: kiçik döş əzələsinin ortasında yerləşir və əzələnin ayrılması ilə görünür.
  • Rotter düyünləri: Böyük və kiçik döş əzələsinin arasında yerləşir (adətən cıxarılmır

Süd vəzi xərçəngində yüksək səviyyə cox pis prognoz verir. Lakin pozitiv düyünlərin olması yüksək səviyyədə olmasından daha pis prognozdur.

   

Şəkil 4.   Qoltuqaltı limfa düyünləri

Şəkil 5.   Qoltuqaltı sinirlər

 

Qoltuqaltı sinirlər

Qoltuqaltında üç hərəki və bir neçə duyğu siniri (n. thoracicus longus, n. thoracodorsalis, n. pectoralis medialis, n. pectoralis lateralis) yerləşir. (ş.5). Qoltuqaltı limfa düyünlərinin disseksiyası  zamanı onların hamısının qorunması tövsiyə edilir; bununla belə, şişin birbaşa invaziyası zamanı nümunə ilə birlikdə rezeksiya tələb oluna bilər.

Döş qəfəsinin uzun siniri (n. thoracicus longus) midaksilyar xətt üzrə döş qəfəsi divarının yuxarısından aşağısına doğru, lateral döş qəfəsi boyunca, qoltuqaltının ortası ilə uzanaraq ön dişli əzələyə sinir ötürür. Bu sinirin kəsilməsi “qanadlı scapula” (scapulae alatae) səbəb olur.

Döş-bel siniri (n. thoracodorsalis) qoltuğun kənarı ilə, döş qəfəsinin uzun sinirinin lateralı boyunca, kürəkaltı əzələnin yuxarısından aşağısına doğru uzanır və kürəyin enli əzələsinə sinir ötürür. Bu sinirin kəsilməsi qolun hərəkətində və mərkəzə doğru fırlanmasında zəifliyə səbəb olur.

Orta döş siniri (n. pectoralis medialis) Kiçik pectoral əzələ içi və ya lateralı boyunca yerləşərək lateral pectoral sinirin lateralında yerləşərək kiçik və böyük pectoral əzələləri innervasiya edir. Bu sinirin kəsilməsi  böyük döş əzələsinin bayır hissəsinin  atrofiyası ilə nəticələnir.

Qabırğaarası bazu (n. intercostalis brachialis) dərialtı duyğu sinirləri transvers səth üzrə aksillanı keçərək,  qoltuğun bayır hissəsindən  ikinci qabırğaarası sahədən bazunun medial hissəsinə doğru uzanır. Sinirin köndələn kəsilməsi bazunun arxa və orta hissələrində keyləşməyə səbəb olur.

 

FİZİOLOGİYASI

 

SV ektoderma mənşəli olub, dərinin apokrin tipli vəzilərindəndir, əsas funksiyası laktasiyanı təmin etməkdən ibarətdir.

Neyroendokrin nəzarəti

SV-nin inkişafı və funksiyası, estrogen, progesteron, prolaktin, oksitosin, tireoid hormonu, kortizol və somatotrop hormonunun nəzarəti altındadır. Estrogen axacaqların, progesteron epiteli və paycıqların inkişafını, prolaktin hamiləliyin son dovründə və doğuşdan sonra laktasiyanı stimulə edir. Bütün bu proseslər hipotalamusun neyrotrop hormonlarının nəzarəti altındadır (Şəkil 6)

 

 

 

Şəkil 6.  Süd vəzinin neyroendokrin tənzimi

(ADH= antidiuretik hormon; KRF = kortikotropin-rilizinq faktor; SH-RF= somatotrop hormon-rilizinq faktor; LH-RH = luteinləşdici  hormon–rilizinq hormon; Oxi = oxitosin; TRH = tirotropin-rilizinq hormon)

 

Özət

Süd vəzi  döş qəfəsinin ön divarında, ön-yuxarı sağ və sol nahiyələrində yerləşən vəzili və piy toxumasından  ibarət struktura malik, sinirlər, limfa və qan damarları ilə zəngin, əsas funksiyası laktasiya olan apokrin tipli vəzdir. Birləşdirici toxuma və bağlar süd vəzinə dəstək verir və formasını təmin edir. 

Qoltuqaltı çuxurun sərhədlərini yuxarıdan qoltuqaltı vena, yanlardan kürəyin enli əzələsi, ortadan ön dişli əzələ, aşağıdan uzun  döş siniri təşkil edir. Kiçik döş əzələsinə nisbətən anatomik yerləşməsinə əsasən üç səviyyə limfa düyünləri təsnif edilir. Pozitiv düyünlərin olması pis proqnozludur.

 

Süd vəzinin və aksillanın anatomiyası üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Qoltuqaltının disseksiya sərhəddləri hansılardır?

Yuxarı sərhəd -------qoltuqaltı vena

Aşağı sərhəd--------Long thoracic sinir

Lateral sərhəd-------latissimo dorsi əzələsi

Medial sərhəd------lateraldan,dərinlikdən mediala kiçik pektoral əzələyə qədər (düyün götürülməsindən asılı olaraq)

Aksilyar disseksiya zamanı hansı sinirləri qorumaq və onlardan ehtiyatlı olmaq lazımdır?

Long thoracic nerve

Thoracodorsal nerve

Medial pectoral nerve

Lateral pectoral nerve

Bu sinirlərin lokalizasiyasını və hansı əzələləri innervasiya etdiyini göstər:

Long thoracic nerve

Midaksilyar xətt üzrə lateral döş qəfəsi boyunca uzanaraq ön serratus əzələsini innervasiya edir

Thoracodorsal nerve

Long thoracic sinirin laterlalı boyunca uzanaraq latissimus dorsi əzləsini innervasiya edir

Medial pectoral nerve

Kiçik pectoral əzələ içi və ya lateralı boyunca yerləşərək lateral pectoral sinirin lateralında yerləşərək kiçik və böyük pektoral əzələləri innervasiya edir

Lateral pectoral nerve

Medial pectoral sinirdən mediala yerləşir və böyük pektoral əzələni innervasiya edir

Tranvers səth üzrə aksillanı keçən dərilatı sinir  necə adlanır(cox cərrahlar onu qorumaga çalışır)

Intercostalbrachial nerve

Aksillanın üst limit sərhədi hesab olunan böyük vena necə adlanır?

Aksilyar vena

Süd vəzinin limfa drenajı necədir?

Lateral:aksilyar limfa düyünü

Medial: parasternal düyün daxili mammari arteriyanı keçərək

Aksilyar limfa düyünü səviyyələri hansılardır?

I səviyyə (aşağı):lateraldan kiçik pektoral əzələyə

II səviyyə (orta): kiçik pektoral əzələnin dərinliyinə

III səviyyə (yüksək): medialdan pektoral minora

Rotter düyünü nədir?

Pectoral major və minor əzələləri arasında  olan düyünə deyilir (adətən cıxarılmır)

Süd vəzinin suspensor bağı necə adlanır?

Kuper bağı

“mammary “ milk xətti nə deməkdir?

Embrioloji olaraq çiyindən buda qədər olan xətt, hansı ki, “supernumerary” adlanır/areola və ya gilə rastlana bilər

“Spence quyruğu” nə deməkdir?

Süd vəzindən aksillaya dogu uzanan quyruq

Süd vəzində sud ifrazına məsul olan hormon hansıdır?

Prolaktin