Yırtıqlar - Özət və Suallar
Özət
Orqanların yerləşdiyi boşluqdan kənara çıxmasının 3 formasına yırtıq, eventrasiya və prolaps aiddir. Yırtıq orqanların yerləşdiyi boşluğun divarındakı təbii və ya qazanılma dəliklərdən defektdən peritonla birlikdə kənara çıxmasına deyilir. Eventrasiya (evisserasiya) orqanların yaradan periton səhifəsiz kənara çıxmasıdır. Prolaps (sallanma) orqanın bitişik olduğu təbii dəlikdən təkbaşına və ya digər orqanlarla birlikdə kənara çıxmasıdır.
Yırtığın əmələ gəlməsində əsas və köməkçi amillər yer almaqdadır. Əsas səbəbləri toxumalarının möhkəmliyini zəiflədərək qarın divarında əzələ-fassiya defekti törədən anadangəlmə və qazanılmış amillər təşkil edir, köməkçi səbəblər isə qarındaxili təzyiqi artıraraq yırtığa şərait yaradırlar. Yerinə görə yırtıqların daxili, xarici, qasıq, bud, göbək, bel, əməliyyatdansonrakı növləri, gedişinə görə ağırlaşmamış, düzəlməyən və ağırlaşmış formaları olur. Yırtıqların ağırlaşmaları arasında boğulma ən çox rast gəlinənidir. Yırtıqlar asimptomatik ola bilər, klassik yırtıq əlamətləri ilə və ya ağırlaşmalarla biruzə verə bilir. Diaqnostikasında klinik müayinə əsas yer tutur, görüntüləmə üsulları (USM, KT, MRT) diferensial diaqnostika və diaqnostik çətinlikdə tətbiq edilir. Fiziki aktivlik vaxtı ağrı və şişkinliyin meydana gəlməsi və ya artması, yırtıq qapısının əllə hiss edilməsi, öskürmə vaxtı dəlikdən möhtəviyyatın çıxması, spontan və ya əllə geriyə qayıtması (boğulmuş yırtıqlarda bu əlamətlər adətən olmur), görüntüləmədə defekt və möhtəviyyatın kənara çıxması yırtıqların xarakterik əlamətləridir.
Yırtığın müalicəsi cərrahi yolladır: yırtıq kisəsinin çıxarılması, orqanların boşluğa qaytarılması və defektin bərpası. Bu məqsədlə üç qrup üsullar mövcuddur: herniotomiya (yırtıq kisəsi ləğv edilir), herniorafiya (herniotomiya edilir və defekt yerli toxumalarla bərpa olunur), hernioplastika – herniotomiyadan sonra defekt yamaqla möhkəmləndirilir (gərginliksiz üsullar da deyilir). Son illər yamaqla bərpa üsullarına üstünlük verilməkdədir.
Qasıq yırtığı qasıq kanalından çıxan yırtıqdır. Çəp, düz, qarışıq və idmançı klinik-morfoloji formaları var. Müalicəsi üçün gərginliksiz (yamaqla bərpa) laparoskopik və ya açıq üsullar ilk seçimdir, gərginlikli üsullar yamağa əks göstəriş olduqda tətbiq edilir (Bassini, Shouldice, McVey və s).
Bud yırtığı bud kanalından çıxan yırtıqdır, köndələn fassiyanın bud kanalının daxili dəliyi səviyyəsindəki defekti ilə əlaqədar meydana gəlir. Klinikası və diaqnostikası qasıq yırtıqlarına çox bənzəyir. Lakin qasıq yırtıqlarından fərqli olaraq qapısı qasıq bağından aşağıda yerləşir, qadınlarda çox rast gəlir, boğulmaya meyllidir. Müalicəsi üçün laparoskopik yamaqla bərpa ilk seçimdir.
Göbək yırtığı göbək həlqəsindən çıxan yırtıqdır. İki yaşına qədər uşaqlarda, kiçik və asimmptomatik hallarda izləmə, digər hallarda isə yamaqla gərginliksiz hernioplastika tövsiyə edilir (açıq və ya laparoskopik).
Əməliyyatdan sonrakı yırtıqlar qarın divarı yaralarında yarada meydana gələn yırtıqdır, çoxkameralı, bitişmələrin və boğulmaların olma ehtimalı yüksəkdir. Standart müalicəsi açıq və ya laparoskopik üsulla yamaqla hernioplastikadır.
İdmançı yırtığı ağır atletika ilə məşğul olan kişilərdə rast gəlinir, xarakterik əlaməti ağrıdır və ağrı adətən qarındaxili təzyiqin kəskin artdığı vəziyyətlərdə meydana gəlir və ya artır. Xarakterik olaraq klinik müayinədə adətən yırtıq əllənmir, lakin qasıq nahiyyəsi ağrılı olur, MRT yırtıq, əzələdə, qasıq sümüyündə, sümüküstlüyündə və digər orqanlarda zədələnmə göstərmir, ağrılar istirahətdən və ya iltihabəlehinə müalicələrdən sonra keçmir və ya təkrarlayır. İdmançı yırtığının müalicəsi açıq və ya laparoskopik hernioplastikadır.
Yırtıqlar üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.F.Əhmədov
Yırtıq üzrə ümumi suallar
Suallar |
Cavablar |
Yırtıq nədir? |
Qarındaxili orqanların yerləşdiyi boşluğun divarındakı defektdən peritonla birlikdə kənara çıxmasıdır. |
Rastgəlmə tezliyi? |
Təxminən əhalinin 5-10%-ində rast gəlir. Yırtıqların təxminən 75%-i qasıq (50%-i çəp, 25%-i düz ), 5%-i bud yırtıqlarının, 20% -i isə digər yırtıqların payına düşür. |
Əmələ gəlməsinə səbəb olan faktorlar? |
|
Yırtıqlar nəyə görə mütləq təmir olunmalıdır? |
Ağırlaşmanın qarşısını almaq üçün (boğulma, nekroz, ağrı, nazik bağırsaq obstruksiyası) |
Hansı daha təhlükəlidir - kiçik yoxsa böyük yırtıq defekti? |
Kiçik ölçülü yırtıqlar daha təhlükəlidir, çünki defekt dar olduğu üçün daha çox boğulmağa, dartılmağa meyillidir. |
Düzələn yırtıq nədir? |
Möhtəviyyatı qarın boşluğuna qayıda bilən yırtıqlar. |
Boğulmuş yırtıq nədir? |
Yırtıq möhtəviyyatının qapıda pərçimlənməsi və stranqulyasiyasıdır. Nəticədə bağırsaq keçməzliyi və orqanda işemik nekroz baş verir. |
Sürüşən yırtıq nədir? |
Yırtıq kisəsinin bir divarını boşluqlu orqan təşkil edir (sidik kisəsi, kor bağırsaq). |
Littre yırtığı nədir? |
Yırtıq möhtəviyyatını Meckel divertikulu təşkil edir. |
Spigel yırtığı nədir? |
Yırtıq Spigel xəttindəki defektdən çıxır, lateral yırtıq deyilir. |
Daxili yırtıq nədir? |
Yırtıq intrabdominal ciblərdən və ya qarın-döş boşluğunda olur. |
Obturator yırtıq nədir? |
Obturator kanaldan çıxan yırtığa deyilir. |
Lumbar yırtıq nədir? |
Bel nahiyəsindəki Petit və ya Grynfelt dəliklərindən əmələ gəlir. |
Petit yırtığı nədir? |
Petit üçbucağından çıxan yırtığa deyilir, eyni zamanda aşağı lumbar üçbucaqdan çıxan yırtıq kimi də tanınır. |
Grynfeltt yırtığı nədir? |
Grynfeltt-Lesshaft üçbucağından çıxan yırtığa deyilir (yuxarı lumbar üçbucaq). |
Pantalon yırtıq nədir? |
Yırtıq kisəsi həm düz, həm də çəp yırtıq kisələrinin birləşməsindən ibarətdir - aşağı epiqastral damarlar yırtıq kisəsini iki yerə ayırır (pantalon – şalvar formasını xatırladır). |
Kəsik yırtığı nədir? |
Əməliyyatdan sonrakı kəsik yerindən əmələ gələn yırtıqlara deyilir (adətən infeksiyalaşmış yaralardan sonra ortaya çıxır). |
Ventral yırtıq nədir? |
Qarın divarında olan yırtıqlara deyilir. |
Parastomal yırtıqlar nədir? |
Stomiyalar ətrafında əmələ gələn yırtıqlara deyilir. |
Richter yırtığı nədir? |
Bağırsağın bir divarı boğulmaya məruz qalır. Obstruksiya əlamətləri olmadan bağırsaq perforasiyası və nekrozu verə bilər. |
Epiqastrik yırtıq nədir? |
Göbəkdən yuxarı ağ xəttdən çıxan yırtıqlara deyilir. |
Göbək yırtığı nədir? |
Göbək həlqəsindən çıxan yırtığa deyilir. Assitlərdə, hamiləlikdə, piylənmədə müşahidə olunur. |
İntraparietal yırtıq nədir? |
Yırtıq kisəsi qarın divarının təbəqələri arasında yerləşən yırtığa deyilir. |
Bud yırtığı nədir? |
Bud həlqəsindən çıxan və damarlardan içəridə yerləşən yırtığa deyilir. |
Hesselbach yırtığı nədir? |
Femoral damarlardan lateralda qasıq bağının altında olan yırtığa deyilir. |
Bochdalek yırtığı nədir? |
Diafraqmanın arxa divarından, adətən soldan çıxan yırtığa deyilir. |
Morgagni yırtığı nədir? |
Ön parasternal diafraqmatik yırtıq. |
Preperitoneal yırtıq nədir? |
Peritonla köndələn fassiya arasında olan yırtığa deyilir. |
Cooper yırtığı nədir? |
Femoral kanaldan çıxan, xayalığa və ya böyük cinsiyyət dodaqlarına doğru inkişaf edən yırtıqlar. |
Çəp qasıq yırtığı nədir? |
Aşağı epiqastral damarların lateralından çıxan yırtıq. |
Düz qasıq yırtığı nədir? |
Aşağı epiqastral damarların medialından çıxan yırtıq. |
Hiatal yırtıq nədir? |
Diafraqmanın ezofageal dəliyindən çıxan yırtığa deyilir. |
Amyands yırtığı nədir? |
Yırtıq kisəsində perforativ appendiks olur. |
Hesselbach üçbucağının tərəfləri hansılardır? |
|
Qarın divarının hansı təbəqələri var? |
Dəri, dərialtı təbəqə, Scarp fassiya, xarici çəp əzələ, daxili çəp əzələ, köndələn əzələ, köndələn fassiya, preperitoneal yağ təbəqəsi, periton |
Qasıqda kütlənin səbəbləri nə ola bilər? |
Qasıq yırtığı, limfoadenopatiya, hematoma, seroma, abses, hidrosele, femoral arteriya anevrizması, xayalığa enməyən xayalar, sarkoma, xaya torsionu |
Yırtıqların müalicəsində hansı üsullar istifadə olunur? |
|
Herniotomiya nədir? |
Yırtıq kisəsi ləğv edilir. Adətən kiçik uşaqlarda tətbiq edilir. |
Herniorafiya nədir? |
Herniorafiya – herniotomiya edilir və defekt yerli toxumalarla bərpa olunur (məsələn: Bassini üsulu). |
Hernioplastika nədir? |
Herniotomiyadan sonra yırtıq qapısı yamaqla möhkəmləndirilir (məsələn: Lixtenşteyn üsulu). |
Prostat adenoması və yırtığı olan xəstədə ilk olaraq hansı əməliyyat olunmalıdır – TUR yoxsa herniorafiya? |
TUR |
Hansı ezofageal hiatal yırtıq qastroezofageal reflükslə müştərək gedir? |
Sürüşən tip hiatal yırtıq |
Təcili yardım şöbəsində “Boğulmaqda olan yırtıq” yerinə necə salına bilər? |
|
Qasıq yırtığı plastikası üzrə uşaqlarla böyüklər arasında hansı fərq var? |
Yenidoğulmuşlarda və uşaqlarda herniotomiya (kisənin liqasiyası) edilir, böyüklərdə isə mütləq herniorafiya və ya hernioplastka lazımdır. |
“İpək əlcək” əlaməti nədir? |
Yenidoğulmuşlarda yırtıq kisəsi müayinə sırasında ipək əlcəyin barmağını xatırladır. |
Qasıq yırtığı
Suallar |
Cavablar |
Düz qasıq yırtığı nədir? |
Hesselbach üçbucağından (aşağı epiqastral damarların medialından), daxili qasıq həlqəsini keçmədən qarın divarından çıxan yırtıqlara deyilir. |
Rastəlmə tezliyi nə qədərdir? |
Təxminən kişilərin 1%-ində rastlanır, yaşla əlaqədar artır. |
Düz qasıq yırtığının səbəbi və ya risk faktorları nələrdir? |
Mexaniki faktorların uzunmüddətli təsiri |
Çəp qasıq yırtığı nədir? |
Qasıq kanalının daxili həlqəsindən çıxaraq (aşağı epiqastral damarların lateralından), qasıq kanalından keçən və xarici həlqədən çıxan yırtığa deyilir, xayalığa enə bilir. |
Çəp qasıq yırtığının səbəbi və ya risk faktorları nələrdir? |
Əksər hallarda peritonun vaginal çıxıntısının anadangəlmə obliterasiya olunmaması nəticəsində əmələ gəlir. |
Rastgəlmə tezliyi nə qədərdir? |
|
Ağırlaşmaları nələrdir? |
|
Boğulma riski nə qədərdir? |
Çəp qasıq yırtığı düz qasıq yırtığına nisbətən daha çox boğulmağa meyillidir. Bud yırtığının boğulma riski daha yüksəkdir. |
Klinik əlamətləri hansılardır? |
|
Qasıq yırtığının diaqnozu necə qoyulur? |
Diaqnoz anamnez və fiziki müayinələr əsasında qoyulur. Şəhadət barmağı xarici həlqədən daxil edilərək yırtıq kisəsi əllənir. Xəstənin diaqnozu tam aydın deyilsə ayaqüstündə də müayinə etmək gərəkir. |
Qasıq yırtığını dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM və KT |
Laborator əlamətləri nələrdir? |
Yoxdur |
Görüntlüləmə əlamətləri nələrdir? |
|
Diaqnostik kriteriyalarını sadala? |
|
Qasıq yırtığını hansı xəstəliklərdən differensiasiya etmək lazımdır? |
|
Qasıq yırtığının müalicə üsulları hansılardır? |
Yırtığın yeganə müalicəsi cərrahi əməliyyatdır. Boğulma varsa təcili, boğulma əlamətləri yoxdursa planlı cərrahi əməliyyat. |
Əməliyyat üsulları hansılardır? |
|
Bassini üsulu? |
Arxa divarı möhkəmləndirilməsi üsuludur, yuxarı çəp və köndələn əzələlərin aponevrozu və köndələn fassiya qasıq bağına tikilir, düz əzələ yatağında gövşədici kəsik aparılır. |
McVay üsulu ? |
Kuper bağı qarnın köndələn fassiyasına tikilir. |
Shouldice üsulu? |
Arxa divar 4 qat möhkəmləndirilir: köndələn fassiya kəsilərək üst-üstə ikiqat tikilir, köndələn-çəp əzələ aponevrozu isə ikiqat tikişlə qasıq bağına tikilir. |
Lixtenşteyn üsulu? |
Arxa divarı möhkəmləndirmək üçün köndələn fassiya qalça venasına qədər qasıq sümüyü periostuna (Cooper bağına), venadan lateralda isə qasıq bağına tikilir. Bu üsul bud yırtıqlarında da istifadə edilə bilir. |
TAPP əməliyyatı nədir? |
Laparoskopik təmirin növüdür – TransAbdominal PrePeritoneal qasıq yırtığı təmiri |
TEPP əməliyyatı nədir? |
Laparoskopik təmirin növüdür – TotalAbdominalPeritoneal plastika |
Yırtıqların Laparoskopik təmirinə əsas göstərişlər hansıdır? |
|
Qasıq yırtığı əməliyyatı
Suallar |
Cavablar |
İlk identifikasiya olunan dərilatı təbəqənin adı nədir? |
Scarp fassiyası (arıq adamlarda zəif olur) |
Liqasiya olunan dərialtı venanın adı nədir? |
Səthi epiqastrik vena |
İlioinguinal sinir kəsilərsə nə ola bilər? |
Budun iç səthində və xayalığın lateral səthində keyləşmə olur ki, buda 6 ay müddətinə keçir. |
Cremaster əzələsi qarının hansı əzələ qatından əmələ gəlir? |
Daxili çəp əzələdən |
Poupart bağı qarının hansı əzələ qatından əmələ gəlir? |
Xarici çəp əzələ aponevrozundan |
Poupart bağı nəyə birləşir? |
Ön yuxarı qalça tininə və qasıq qabarına |
Qasıq kanalında hansı sinir olur? |
İlioinguinal sinir |
Toxum ciyəsi nədir? |
Cremaster əzələ lifləri, ductus deferens, testikulyar arteriya, testikulyar venoz kələf, genito-femoral sinirin genital şaxəsi. |
Yırtıq kisəsi nədən əmələ gəlir? |
Periton (düz) və ya processus vaginalis-dən (çəp) |
Kişilərdə qasıq yırtığı möhtəviyyatını daha çox nə təşkil edir? |
Nazik bağırsaq |
Qadınlarda qasıq yırtığı möhtəviyyatını daha çox nə təşkil edir? |
Yumurtalıq və borular |
Qadınlarda qasıq kanalında nə yerləşir? |
Girdə bağ |
Toxum ciyəsi “lipoması” nədir? |
Ciyə üzərində peritonönü piy toxumasıdır (həqiqi lipoma deyil), amortizasiya rolu oynayır, bəzən böyük olur və özünü yırtıq kimi göstərir. Əməliyyat vaxtı adətən çıxarılır. |
Əməliyyat vaxtı tikiş bud arteriyası və ya venasından keçərsə nə etmək lazımdır? |
Tikişi bacardıqca tez çıxartmaq və qanaxma varsa tamponada etmək. |
Hesselbach üçbucağında hansı tip yırtıq olur? |
Düz qasıq yırtığı |
Gövşədici kəsik nədir? |
Düz əzələ yatağında aparılan kəsikdir, qasıq bağında gərginliyi azaltmaq üçün aparılır. |
Bud yırtığı
Suallar |
Cavablar |
Bud yırtığı nədir? |
Bud kanalından çıxan yırtıqdır, köndələn fassiyanın bud kanalının daxili dəliyi səviyyəsindəki defekti ilə əlaqədar meydana gəlir, bud damarlarından medialda yerləşir. |
Bud kanalının sərhədləri hansılardır? |
Arxadan Kuper bağı, öndən İnguinal bağ, bayırdan bud venası, içəridən lakunar bağ. |
Bud yırtığı yırtıqların neçə fazini təşkil edir? |
5% |
Qadınlarda bud yırtığı qasıq yırtıqlarının neçə faizini təşkil edir? |
30% |
Bud yırtığının səbəbi və ya risk faktorları nələrdir? |
Qadın cinsi, hamiləlik, gücənmə |
Gediş xüsusiyyəti necədir? |
|
Ağırlaşmaları nələrdir? |
Boğulma |
Ən çox rast gələn fəsadı hansıdır? |
Boğulma (xəstələrin 1/3-ində) |
Klinik əlamətləri hansılardır? |
Qasıqda şişkinlik, ağrı |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Qasıqda kütləsi olanlarda |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM və KT |
Laborator əlamətləri nələrdir? |
Yoxdur |
Görüntlüləmə əlamətləri nələrdir? |
Yırtıq kisəinin görünməsi |
Müalicə üsulları hansılardır? |
Cərrahi müalicə |
Əməliyyat üsulları hansılardır? |
|
Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Ən çox boğulma rastlanan yırtıqdır |
Göbək yırtığı
Suallar |
Cavablar |
Göbək yırtığı nədir? |
Göbək həlqəsindən çıxan yırtıqdır. |
Göbək yırtığının səbəbi və ya risk faktorları nələrdir? |
Əsasən anadagəlmə olur, hamiləlik vaxtı və ya sirrozda genişlənərək bariz hala gəlir. |
Gediş xüsusiyyəti necədir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Göbəkdə ağrı və şişkinlik olanlarda |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstərişlər nələrdir? |
Simptomatik və ağırlaşma riski yüksək olan yırtıqlar |
Əməliyyat üsulları hansılardır? |
|
Əməliyyatdan sonrakı yırtıqlar
Suallar |
Cavablar |
Əməliyyatdan sonrakı yırtıqlar nədir? |
Əməliyyatdan sonrakı yarada meydana gələn yırtıqdır. |
Rastgəlmə tezliyi nə qədərdir? |
Laparotomiyalardan sonra 10-20% hallarda rast gəlinir. |
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Əməliyyatdan sonrakı yırtıqlar gediş xüsusiyyəti necədir? |
|
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
Əməliyyatdan sonrakı çapıqda ağrı, şişkinlik |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Müalicə üsulları hansılardır? |
Standart müalicəsi hernioplastikadır. |
Əməliyyat üsulları hansılardır? |
Açıq vəya laparoskopik |
Hiatal yirtiqlar
Suallar |
Cavablar |
Hansı növləri var? |
Paraezofageal Sürüşkən |
Paraezofageal hiatal yirtiq
Suallar |
Cavablar |
Paraezofageal yırtıq nədir? |
Mədənin tam və ya hissəvi olaraq ezofageal hiatusdan döş qəfəsinə keçməsidir, qastroezofageal birləşmə yerini dəyişmir. |
Paraezofageal yırtığın rastgəlmə tezliyi nə qədərdir? |
Bütün hiatal yırtıqların 5%-ni təşkil edir. |
Hansı əlamətləri var? |
Kəskin və ya xroniki mexaniki keçməzlik, disfagiya, strangulyasiya, bəzən asimptomatik. |
Hansı ağırlaşmaları var? |
Qanaxma, boğulma, strangulyasiya, obstruksiya |
Müalicəsi nədir? |
Cərrahi, çünki ağırlaşmaları ağır dərəcəli olur. |
Sürüşən tip hiatal yırtıqlar
Suallar |
Cavablar |
Nədir? |
Mədə və qastroezofageal birləşmənin ezofageal hiatusdan döş boşluğuna yırtığıdır. |
Rast gəlmə tezliyi nə qədərdir? |
Bütün hiatal yırtıqların 90% ni təşkil edir. |
Simptomları hansılardır? |
Əksər hallarda asimptomatik gedir. Lakin xəstələrdə reflüks, disfagiya, ağciyər problemləri ola bilər. |
Diaqnoz necə qoyulur? |
Rentgenoskopiya, manometriya, endoskopiya. |
Ağırlaşmaları hansılardır? |
|
Müalicəsi nədir? |
|
Cərrahi müalicəsi nədir? |
Laparoskopik fundoplikasiya – Toupet və ya Nissen |