N.Y.Bayramov, A.B.Həsənov, R.Y.Əliyev
Tərifi
Kəskin qarın - kəskin və spontan başlayan (qeyri-travmatik) ağrı və digər qarın əlamətləri ilə biruzə verən (qusma, diareya, qəbzlik və digər), təcili diaqnostika lazım gələn və təcili əməliyyat gərəkdirə bilən patologiyalara verilən ümumi addır. Adətən ilkin diaqnostik etaplarda işçi diaqnoz kimi istifadə edilir.
Təsnifatı
Səbəbinə görə
|
- Təcili cərrahi xəstəliklər
- Qeyri-cərrahi xəstəliklər
|
Kəskin cərrahi patologiyanın xarakterinə görə
|
- Qarındaxili qanaxma (hemoperitoneum)
- Perforasiya
- İşemiya və infarkt (nekroz)
- İltihab
- Tıxanma keçməzliyi (obstruksion keçməzlik)
- Kompartman
|
Səbələri
Kəskin qarın əlamətlərini həm qarındaxili orqanların, həm də qarından kənar orqan və sistemlərin çoxsaylı xəstəlikləri törədə bilər. Bu xəstəlikləri iki böyük qrupa ayırmaq olar:
- təcili cərrahi əməliyyat tələb edən xəstəliklər -təcili cərrahi xəstəliklər
- əməliyyat tələb etməyən - konservativ xəstəliklər:
Cərrahi orqanlar
|
Təcili cərrahi xəstəliklər
|
Əsasən konservativ müalicə
|
Qastro-intestinal xəstəliklər
|
Appendisit
Perforativ xora
Bağırsaq perforasiyası
Qida borusu perforasiyası (Boerhave sindromu)
Divertikulit
Boğulmuş yırtıqlar
Bağırsaq keçməzliyi
Mezenterik Arteriya trambozu
|
İltihabi bağırsaq xəstəlikləri
Mellori-Veiss sindromu
Qastroenterit
Kəskin qastrit
Mezenterik adenit
Parazitar xəstəliklər
Qeyr-spesifik qarın ağrısı
|
Qaraciyər və öd yolları xəstəlikləri
|
Öd sancısı
Kəskin xolesisit
Kəskin xolangit
Qaraciyər absesi
Partlamış qaraciyər törəməsi
Baddi-Kiari sindromu (kəskin faza)
|
Kəskin hepatit
Spontan bakterial peritonit
Portal vena trombozu
Baddi-Kiari sindromu (kəskin)
|
Mədəaltı vəzi xəstəlikləri
|
Kəskin pankreatit
|
Xroniki pankreatit tutması
|
Dalaq xəstəlikləri
|
Spontan dalaq partlaması
|
Dalaq infarktı
|
Sidik yolları xəstəlikləri
|
Sidik daşı sancısı
|
Kəskin pielonefrit
Kəskin sistit
Böyrək infarktı
Sidik daşı sancısı
|
Ginekoloji xəstəliklər
|
Uşaqlıqdan kənar hamiləliyin partlaması
Yumurtalıq kisti partlaması
Yumurtalıq burulması
Pelvioperitonit
|
Kəskin salpingit
Dismenorreya
Endometrioz
|
Damar xəstəlikləri
|
Aorta və ya damar anevrizmaların partlaması
Mezenterial tromboz
İşemik kolit
|
|
Periton xəstəlikləri
|
İntrabdominal abses
Nəcis peritoniti
|
Birincili peritonit
Tuberkuloz peritoniti
Piylik infarktı
|
Retroperitoneal xəstələiklər
|
Retroperitoneal abses
|
Retroperitoneal hematoma
|
Patogenezi
Kəskin qarın törədən mexanizmlər
Qarın boşluğunun təcili cərrahi xəstəlikəri 6 klassik patoloji proseslərdən birini və ya bir neçəsini törədərək kəskin qarına səbəb olur. Bu patologiyaları təcililik ardıcıllığına görə aşağdakimi kimi düzmək olar (Qan-Per-İn-İl-Tı-K):
- Qarındaxili qanaxma
- Perforasiya
- İşemik nekroz (infarkt)
- Destruktiv iltihab
- Bağırsaq keçməzliyi (tıxanma)
- Kompartman
Qarındaxili qanaxma
Qarındaxili qanaxma adətən xəstəlik nəticəsinda orqan divarında baş verən destruksiya nəticəsində meydana gəlir. Əksər hallarda sürətlə (bir neçə dəqiqə ərzində) inkişaf edən qanaxma şoka səbəb olur, bəzən abdominal kompartman da baş verə bilir. Aorta anevrizması partlaması, ektopik hamiləliyin partlaması, şiş partlamaları ağır və həyati təhlükəli qanaxmalara səbəb olur.
Perforasiya
Mədə-bağırsaq traktı divarının deşilməsi nəticəsində möhtəviyyat periton boşluğuna tökülür, əvvəlcə aseptik, sonra isə septik peritonit başlayır (bağırsaq perforasiyalarında 4-6 saat ərzində, mədə və 12bb perforasiyalarında 6-12 saat sonra). Sürətlə inkişaf edən proses ağır sepsisə, orqan və sistem yetməzliklərinə səbəb olur. Mədə və 12bb xora peroforasiyaları daha çox rast gəlir. Steriod müalicəsi alanlarda və bəzi infeskion xəstəliklərdə nazik bağırsaq perforasiyaları da rast gəlir.
İşemik nekroz
Mədə-bağırsaq arteriya və ya venalarında tromboz, emboliya, bəzən də gülcü spazm (nonokluziv işemiya) divar nekrozuna, möhtəviyyatın peritona tökülməsinə, peritonit, şok və sepsisə səbəb ola bilir. Bu poses sürətlə inkişaf edir, 2-4 saat ərzində bağırsaqdan işemik nekroz baş verə bilir və ağır nəticələr meydan agəlir.
Destruktiv iltihab
Qarın boşluğu orqanlarının bəzi iltihabi prosesləri (xüsüsən də uc orqanların iltihabı) orqan divarını destruksiyaya məruz qoyur, bakteriyaların translokasiyası və nəticədə prosesin peritona yayılmasına səbəb ola bilir. Məsələn kəskin appendisit, xolesistit, divertikulit, pankreatit və s. Bu prosellər nisbətən yavaş inkişaf edir, peritonit günlər sonra meydana gəlir. Peritonit həm sepsis, həm də kompartman törədərək orqan və sistem yetməzliklərinə səbəb olur.
Keçməzlik
Bağırsaq mənfəzinin daxili və ya xarici mənşəli tıxanması nəticəsində meydana gələn keçməzlik ilk mərhələdə proskimal hissədə durğunluğa, bağırsaq genişlənməsinə, qusmaya və hipovolemiyaya səbəb olur. Keçməzlik davam etikdə genişlənmiş bağırsaq divarında venoz işemiya, nekroz, bakterial translokasiya baş verir ki, bunlar da peritonit və sepsisə gətirib çıxarır. Obstruksiyanın lokalizasiyası, dərəcəsi, stranqulyasiyanını olub-olmaması proseslərin inkişaf sürətinə ciddi təsir edən amillərdir.
Klinikası
Kəskin qarın qarın əlamətləri və ümumi əlamətləri ilə biruzə verir. Qarın əlamətlərinə ağrı, qusma, diarreya, köp, qaz və nəcisin çıxmaması və s. aiddir. SİRS, sepsis, şok – hipovolemiya və anemiya ən çox rast gəlinən ümumi əlamətlərdir.
Ağrı
Kəskin qarının kardinal siptomu qarında ağrıdır. Ağrı adətən anidən və ilk başlayan təhlükə əlamətidir və xəstəni xəstəxanaya gətirən və ən çox səbəbdir.
Qarın ağrısının iki mexanizmi bilinir:
Visseral ağrılar parenximatoz orqan kapsulunun gərilməsi, bağırsaq divarının gərilməsi (genişlənmə, ödem) və ya işemiyası (spazm, damar tıxanması) nəticəsində meydana gəlir. Bağırsaq divarındakı sinir kələfinin, neyronların, sinir uclarının qıcıqlanması nəticəsində meydana gələn ağrı implusları vegetativ sinirlərlə əvvəlcə günəş kələfinə, sonra isə mərkəzi sinir sisteminə gedir. Ona görə də bu ağrılar dəqiq lokalizasiyalı olmurlar.
Parietal ağrılar parietal peritondakı somatik sinir uclarının qıcıqlanması nəticəsində baş verir. İltihab, kimyəvi zədələnmə (öd, sidik, qan, mədə- bağırsaq möhtəviyyatı), travma, gərilmə nosiseptiv impluslar törədən faktorlardır. Visseral ağrılardan fərqli olaraq parietal ağrı implusları somatik sinirlərlə (qabırğaarası sinirlərlə) daşındığı üçün dəqiq lokalizasiyalı olur. Digər tərəfdən parietal ağılar adətən əzələ gərilməsi və ya qarında qeyri-iradi gərginliklə müaşayət olunur.
Ağrının növləri
Ağrı subyektiv əlamət olmasına baxmayaraq pinsipial olaraq üç növünü ayrıd etmək olar:
- şiddətli
- sancışəkilli
- küt
Şiddətli ağrı (xəncərvari) bir neçə saniyə və ya dəqiqə ərzində sürətlə artan və dözülməz şəkildə davam edən ağrıdır, adətən perforasiyalarda, orqan partlamalarında (aorta anevrizması partlaması, ektopik hamiləlik partlaması, sist və ya törəmə partlaması) və arterial trombozda və pankreatitdə rast gəlir. Şiddətli ağrılar adətən şok ilə müşayət olunur (sürətli ekstravazasiyaya bağlı).
Sancışəkilli ağrılıar tutub-buraxan ağrılardır, peristaltika ilə əlaqədar artıb-azalır, visseral mexanizm əsas rol oynayır. Bağırsaq keçməzliyində, sidik axarı daşlarında çox rast gəlir. Sidik axarlıarının peristaltik tezliyi bağırsaqlardakılardan çox olduğuna görə, ağrı tutmaları da daha tez-tez olur.
Küt daimi ağrılar iltihabi proseslər üçün xarakterdir. Başlanğıcda visseral mexanizm (orqan genişlənməsi), sonra isə iltihab peritona sirayət etdikdə isə parietal mexanizm (peritonun qıcıqlanması) rol oynayır.
Ağrının lokalizasiyası
Yerinə görə qarında diffuz, sağ və sol qabırğaaltı, epiqastral, mezoqastral, sağ və sol aşağı, hipoqastral, yan ağrıları ola bilər.
Ağrını artıran və azaldan amillər
Hərəkət əksər qarın ağrılarını artırır. Xüsusən, pertitona sirayət edən patologiyalarda (perforasiya, iltihab, qanaxma və s.) xəstənin və ya qarın divarının hərəkəti ağrını artırır (qarın divarının özü tərəfindən hərəkəti öksürək, dərin nəfəsalma, çevrilmə və s. və ya həkim tərəfindən hərəkəti - palpasiya, perkusiya). Ona görə də belə xəstələr adətən hərəkətsiz olmağa və ya məcburi vəziyyət almağa çalışırlar. Peristaltik ağrılar isə adətən hərəkətlə ciddi dəyişmirlər, xüsusən də sidik axarı tıxanmalarına bağlı ağrısı olanlar narahat və hərəkətlili olurlar.
Qusmalar bağırsaq keçməzliyində ağrıları müvəqqəti azalda bilir.
Ağrıkəsicilər cərrahi ağrıları azaldır, lakin tam aradan qaldırmır. Ona görə də, əvvəlki fikirlərin əksinə olaraq kəskin qarın əlamətləri olan xəstələrdə ağrıkəsici istifadə etmək olar və lazımdır (xəstəxanada)
Qusma
Qusma kəskin qarında əksər hallarda rast gəlir və ağrıdan sonra başlayır. Qusuntunun tərkibi və xarakteri fərqli ola bilr: qanlı qusma xorada və qastritdə, nəcisli qusma keçməzlikdə rast gəlir.
Pankreatit və keçməzlikdə aramsız qusmalar olur, bağırsaq keçməzliyində nəcis qusmaları ola bilir və qusma müvəqqəti yüngüllük gətirir, pankreatitdə isə yüngüllük gətirmir. Kəskin appendisit və xolesistitdə bir neçə dəfəlik qusmalar ağrıları azaltmır.
Perforasiya və qarındaxili qanaxmalar üçün isə qusma xarakterik deyil. Kəskin qastritdə də bulantı və qusmalar çox rast gəlir.
Diarreya
Diareya və qusma ağrıdan əvvəl başlayarsa qastroenterit üçün xarakterikdir. Kəskin cərrahi xəstəliklərə diarreya az rast gəlir, adətən gec mərhələrdə bağırsaq iltihabına, pelvik absesə və bəzən də antibiotikoterapiyaya bağlı psevdomembranoz kolitə bağlı meydana gəlir.
Köp
Köp bağırsaq keçməzliyinin xarakterik əlamətidir. Bununla yanaşı peritonitdə parezə bağlı köp rastlanır.
Qaz və nəcis çıxmaması
Proksimal bağırsaq keçməzliyində erkən mərhələlərda qaz və nəcis çıxa bilir. Distal bağırsaq keçməzliyində bu əlamət stabildir.
Digər əlamətlər
Kəskin qarında qarın əlamətləri ilə yanaşı əksər hallarda ümumi əlamətlər də rast gələ bilir:
- İltihab -sepsis əlamətləri: hərarət, təngənəfəslik
- Hilovolemiya-şok əlamətləri: taxikardiya, hipotenziya, diurezin azalması, quru dil və s.
- Qanaxma əlamətləri
- Digər
DİAQNOSTİKASI
Prinsiplər
- Kəskin qarın əlaməti olan xəstələr təcili qaydada müayinə və müalicə olunmalıdırlar.
- Qarında kəskin ağrısı olan bütün xəstələrdə ilk növbədə kritik vəziyyələri (YADDAŞ prinsipi üzrə hemodinamika, tənəffüs, beyin yoxlanılır) və təcili cərrahi xəstəlikləri (24 saat ərzində əməliyyat tələb edən) təsdiq və ya inkar etmək lazımdır.
- Diaqnostikada ilk və əsas istiqamət təcili cərrahiyyəyə göstəriş olan əlamətlərin və ya sindromların axtarışıdır (bunlara qarındaxili qanaxma, perforasiya, işemiya-nekroz, destruktiv iltihab və keçməzlik aiddir), nozoloji səbəbin (xəstəliyin) axtarışı isə, ikinci planda tutulur.
- Təcili cərrahi xəstəliklərin patoqnomonik simptomu yox dərəcəsindədir, diaqanoz simptomokomleks və differensiasiya əsasında qoyulur.
- Klinik müayinə həlledicidir, laborator və ya görüntüləmə müayinələri isə klinik nəticəni dəstəkləmək və ya differensasiya üçündür (diaqnzou inkar etməz).
- Təcili cərrahi xəstəlik inkar edilə bilmirsə xəstə əməliyyat olunmalıdır (laparoskopiya və ya laparotomiya).
Şübhə
- Qarında kəskin bağlayan ağrısı olan bütün xəstələri kəskin qarın kimi qəbul edilməli və yoxlanmalıdır.
- Kəskin qarına yüksək şübhə əlamətləri aşağıdakılarıdır:
- Ağrı
- Şok, sepsis
- Peritonizm (ağrılı qarın və ya gərginlik, əlçəkmə simptomu müsbət)
- Keçməzlik əlamətləri (qusma, köp və qaz-nəcis çıxmaması)
- Ağrı hissiyyatı aradan qalxmış xəstələrdə (intubasiya, koma və s.) qarın əlmətələri (köp, kompartman, qaz və nəcisin çıxmaması), sepsis və asidoz kəskin qarına şübhə yarada bilər.
Dəqiqləşdirmə - birinci pillə
Bu mərhələdə məqsəd kritik vəziyyətləri (şok, tənəffüs yetməzliyi, koma) və qarında klassik 6 təcili cərrahi patologiyanı – qanaxmanı, perforasiyanı, işemik nekrozu, destruktiv iltihabı, keçməzlik-tıxanmanı və komprtmanı göstərən və ya yüksək şübhə yaradan əlamətləri axtarmaqdır (bu patologiyaların axtarış ardıcıllığını qısaca olaraq “Qan-Per-İn-İl-Tı-K” adlandırmaq olar). Bunun üçün aşağıdakı ilkin müayinələr təcili şəkildə aparılır:
- Anamnez
- Diqqətli fiziki müayinə
- Hemoqram
- Biokimya, elektrolitlər
- CRP
- USM
Qarın icmal R-sı I müayinədir. Bu müayinələr əksər hallarda kəskin qarını təsdiq və ya inkar etməyə imkan verir. Klinik əlamətlər arasında ağrının xarakteri, qarın və ümumi əlamətlər önəmli yer tutur. Ağrının xarakteri, qarın əlamətləri (peritonizm, keçməzlik) və ümumi əlamətlər (şok, SİRS, sepsis) nəzərə alındıqda birinci mərhələ müayinələrdən bir neçə nəticə ortaya çıxır.

Şəkil 1. Kəskin qarında ilkin müayinələrin nəticələri
Qarında şiddətli ağrı və şok
Bu klinik vəziyyət aşağıdakı əlamətlərlə biruzə verir:
- Bir neçə dəqiqə əvvəl başlayan şiddətli ağrılar
- Avazımış rəng, soyuq dəri və tər
- Taxikardiya, hipotenziya
- Ortostatik kollaps
- Qarın ağrılı, əlçəkmə müsbət-
- Qarın gərgin və şişkin ola bilər
- Hemoqramda anemiya ola bilir
- USM-də qarında maye ola bilər

Şəkil 2. Qarında ağrı və şok əlamətləri olanlarda diaqnostik yanaşma
Şok və qarın əlamətləri olan xəstələrdə bir neçə dəqiqə ərzində hemorragik, hipovolemik, septik və kardiogen şok arasında differensiasiya aparmaq lazımdır (Şəkli 2).
- Hemorragik şok qarındaxili qanaxma nəticəsində meydana gələ bilir:
- Aorta anevrizması partlaması
- Uşaqlıqdan kənar hamiləlik
- Törəmələrin yırtılması və qanaxma
- Hipovolemik və septiki şoku aşağıdakı patologiyalar törədə bilir:
- Perforasiya
- Kəskin mezenterial tromboz
- Stranqulyasiya
- Kəskin pankreatit
- Exinokokk kistinin abdominal yırtılması
- Kardiogen şok
- Miokard infarktı (abdominal forma)
Bu xəstələrdə ilk növbədə qarındaxili qanxama və kardiogen şok təsdiq və ya inkar edilməlidir. Hemorragik şokda infuzion-transfuzion terapiyaya paralel olaraq hemostaz məqsədi ilə dəqiqələr içərisində cərrahi müdaxilə gərəkir.
Diffuz peritonit – “taxta qarın”
“Taxta qarın” klinik vəziyyəti aşağıdakı əlamətlərlə biruzə verir:
- Bir neçə dəqiqə əvvəl başlayan şiddətli ağrılar
- Hərəkətsiz və çəkilmiş qarın
- Palpator ağrılı və gərgin
- Əlçəkmə müsbət
- Bağırsaq səsləri zəifdir və ya eşidilmir
- Qaraciyər kütlüyü itə bilər
- Şok əlamətləri ola bilər
- USM qarında maye göstrərə bilir

Şəkil 3. “Taxta qarın” əlamətləri olanlarda diaqnostik yanaşma
“Taxta qarın” klinikasını aşağıdakı xəstəliklər törədə bilir (Şəkil 3):
- Perforasiya
- İltihabi, işemik xəstəliklərin və keçməzliyin gec mərhələsi
Bu klinik vəziyyətlərdə adətən təcili əməliyyat edilir. Differensiasiya çətinliyi olarsa KT edilir. Lakin əməliyyata əks göstəriş olan xəstəlikləri də unutmamaq lazımdır:
- Ailəvi ağdəniz qızdırması (periodik xəstəlik)
- Birincili peritonitlər (spontan bakterial peritonit, vərəm peritoniti, psevdoperitonitlər)
Diffuz peritonit – kompartman
Kompartman sindromu aşağıdakı əlamətlərlə biruzə verir:
- Qarında bir neçə saat və ya gün əvvəl başlayan, hazırda davam edən küt diffuz ağrılıar
- Hərəkətlə ağrılar artır
- Şişkin və hərəkətsiz qarın
- Palpator diffuz gərgin və ağrılı qarın
- Əlçəkmə müsbət
- Bağırsaq səsləri yoxdur və ya azalıb
- Sepsis - orqan və sistem yetməzlikləri (taxikardiya, hipotenziya, taxipnoe, hərarət, septik şok, quru dil, sidikçıxarma kəskin azalıb)
- Leykositoz xarakterikdir
- USM qarında maye göstərə bilir.

Şəkil 4. Abdominal kompartmanda diaqnostik yanaşma
Kompartman əlaməti adətən peritonitin və bağırsaq keçməzliyinin gec mərhələsində rast gəlir. Aorta anevrizma partlaması və retroperitoneal böyük qanaxmalarda da kompartman rast gələ bilər. Stabil xəstələrdə təcili KT diaqnozu dəqiqləşdirmədə faydalı olur.
Yerli peritonit
Yerli peritonit klinikası aşağıdakı əlamətlərlə biruzə verir:
- Qarında bir neçə saat və ya gün əvvəl başlyayan, hazırda davam edən küt ağrı
- Hərəkətlə ağrılar artır
- Yerli palpator ağrı, gərginlik və ya gərmə
- Əlçəkmə müsbət ola bilər
- Stabildir, ümumi iltihab əlamətləri ola bilər (hərarət, taxikardiya)
- Leykositoz xarakterikdir
- USM-də qarında maye və orqanlarda iltihab əlaməti görünə bilir.

Şəkil 5. Yerli peritonit əlamətləri olanlarda diaqnostik yanaşma
Yerli peritonit əlamətlərini aşağıdakı iltihabı xəstəliklər törədə bilir:
- Kəskin appendisit
- Kəskin xolesistit
- Divertikulit
- Pankreatit
- Pelvioperitonit
Bu klinik vəziyyətdə klinik və USM əlamətləri diaqnozu dəqiqləşdirmirsə növbəti müayinə kimi KT tətbiq edilə bilər.
Qarında kütlə və SİRS-sepsis (abses, infiltrat)
Bu klinik vəziyyət aşağıdakı əlamətlərlə biruzə verir:
- Qarında bir neçə gün başlayan, davam edən küt ağrı
- Palpator ağrılı kütlə
- Sepsis-SİRS əlamətləri (hərarət, taxikardiya, taxipnole və s. )
- Leykositoz xarakterikdir
- USM-də kütlə, maye görünə bilər

Şəkil 6. Qarında palpator kütlə və SİRS əlamətləri olanlarda diaqnostika
Qarında palpator kütlə və sepsis əlamətlərini aşağıdakı destruktiv iltihabi xəstəliklər törədə bilər:
- Appendikulyar infiltrat, abses
- Destruktiv xolesistit
- Divertikulit, divertikulyar abses
- İnfektiv pankreatit, pankreatik fleqmona
- Kron xəstəliyi
- Törəmələrin destruksiyası
- Tubo-ovarian abses
- Pielonefrit
- Digər abdominal abseslər
Qarında kütlə və sepsis əlamətləri olan xəstələrdə klinik və USM əlamətləri diaqnozu dəqiqləşdirmirsə növbətii pillə müayinə kimi KT tətbiq edilə bilər (Şəkil 6)
Bağırsaq keçməzliyi
Bağırsaq keçməzliyi aşağıdakı əlamətlərlə biruzə verir:
- Qarında davam edən daimi və sancışəkilli ağrıar
- Qusma
- Köp (diffuz və ya regional)
- Qaz və nəcisin çıxmaması
- Bağırsaq səsləri əvvəl artır, sonra azalır
- Qarın ağrılı, erkən mərhələdə gərginlik olmur, gec mərhələdə kompartman
- Hipovolemiya
- Leykositoz erkən mərhələdə xarakterik deyil
- USM faydalı olmur.

Şəkil 7. Bağırsaq keçməzliyində diaqnostika
Bağırsaq keçməzliyini müxtəlif xəstəliklər törədə bilər (Şəkil 7):
- Mexaniki bağırsaq keçməzlik
- Nazik bağırsaq keçməzliyi (bitişmə, yırtıqda boğulma, burulma, törəmə və s)
- Yoğun bağırsaq keçməzliyi (şişlər, nəcis daşları, burulma, boğulma və s)
- Paralitik bağırsaq keçməzliyi
- Peritonit
- Əməliyyatdan sonra
- Sepsis və şok
- Zəhərlənmələr
- Digər
Stabil xəstələrdə diaqnozu dəqiqləşdirmək üçün adətən KT edilir.
Qarında ağrı və SİRS
Bu klinik vəziyyət az da olsa rast gəlir və aşağıdakı əlamətlərlə xarakterizə olunur:
- Qarında bir neçə gün əvvəl başlayan və hazırda davam edən küt ağrı
- SİRS əlamətləri var
- Qarın əlamətləri zəifdir və ya şübhəlidir (qarında gərginlik, gərmə, törəmə və keçməzlik yoxdur, palpator ağrı zəifdir və ya şübhəlidir)
- Leykositoz
- USM öd yolları genişlənməsi , retroperitonda dəyişiklik və ya şübhəli əlamətlər göstərə bilər.
Bu hal adətən aşağıdakı hallarda çox rast gəlir:
- Xolangit
- Dərində yerləşən abseslər (qaraciyər absesi, dalaq absesi, retroperitoneal abses və s)
- Bəd xassəli törəmələr.

Şəkil 8. Qarında ağrı və SİRS əlamətləri olanlarda diaqnostika
Qarında ağrı və SİRS əlamətləri olanlarda növbəti müayinə ilə, xüsusən də KT və ya MRT ilə diaqnozu dəqiqləşdirmək lazım gəlir (Şəkil 8).
Qarında ağrı var, peritonizm və SİRS-sepsis yox
Bu klinik vəziyyətdə adətən qarında küt və ya sancışəkilli ağrılar olur, lakin kəskin qarın və ümümi əlamətlər olmur və ya çox zəif olur. USM bəzən diaqnozu dəqiqləşdirə bilir (öd daşları, sidik daşları və yırtıqları). Əks halda ikinci pillə müayinələrə ehtiyac yaranır (Şəkil 9).

Şəkil 9. Qarında ağrısı olan, lakin peritonit və sepsis əlamətləri olmayanlarda diaqnostika
Dəqiqləşdimə - ikinci və üçüncü pillə müayinələr
Bu mərhələdə məqsəd qarındaxili cərrahi patologiyanı dəqiqləşdirməkdir. Bunun üçün əvvəlki klinik, hemoqram və USM nəticələri də nəzərə alınmaqla əlavə müayinələr aparılır:
- KT
- Laborator müayinələr
- Konsultasiyalar
- Digər (rentgen, MRT, endoskopiya və s.)
Bu pillə müayinələr adətən stabil xəstələrdə və əvvəlki mərhələdə diaqnozu və ya ağırlıq dərəcəsi müəyyən olmayan xəstələrdə aparılır. İkinci pillə müayinələr əksər hallarda qarının kəskin cərrahi patologiyalarını dəqiqləşdirə bilir. Bu pillədə də patologiyalar dəqiqləşmirsə üçüncü pillə müayinələrə ehtiyac yaranır (Şəkil 10). Bunun üçün adətən aşağıdakı invaziv müayinələr aparılır ki, bunlardan da ən çox tətbiq olunanı diaqnostik laparoskopiyadır.
- Laparoskopiya
- Laprotomiya
- Angioqrafiya
- Digər

Şəkil 10. Kəskin qarında ikinci pillə müayinələri və nəticələri
İlkin və ikinci pilə müayinələrlə dəqiqləşdirilən təcili cərrahi abdominal patologiyaların əlamətləri aşağıdakılardır:
Sindrom
|
Klinik
|
Dəqiqləşdirici əlamət
|
Qanaxma
|
- Qarında kəskin başlayan güclü ağrı
- Hemorragik şok (taxikardiya, hipotenziya, ortostatik kollaps, soyuq və avazımış dəri, soyuq tər)
- Gərginlik zəif, əlçəkmə müsbət
- Köp ola bilər
- Kompartman ±
|
- USM və ya KT-də qarında qan əlamətləri
- Hemoqlobinin kəskin azalması
- Parasentezdə peritonda qan
|
Perforasiya
|
- Qarında kəskin başlayan güclü ağrı (bir neçə dəqiqə və ya saat əvvəl)
- Diffuz peritonit (hərəkətsiz və gərgin qarın, palpator ağrı, əlçəkmə)
- Qaraciyər kütlüyünün itməsi
- Sepsis
- Şok əlamətləri ola bilər.
|
- Sərbəst hava
- Ekstravazasiyası (kontrast və ya boya)
- Peritoneal mayedə öd, bağırsaq möhtəviyyatı, sidik
|
İnfarkt-nekroz
|
- Qarında bir neçə dəqiqə və ya saat əvvəl başlayan güclü ağrılar
- Şok (taxikardiya, hipotenziya)
- Rektal qanaxma ola bilər
|
- KT:
- bağırsaqların difuz divar qalınlaşaması
- angioqrafiyada blok
|
İltihab
|
- Qarında bir neçə saat əvvəl başlayan (sancışəkilli, küt , güclü) və hazırda davam edən ağrılar və:
- yerli peritonit əlamətləri ± sepsis
- diffuz peritonit əlamətləri ± sepsis
- Qarında kütlə və sepsis
- Zəif ağrı fonunda sepsis əlamətləri
|
- USM/KT:
- Orqan böyüməsi
- Divar qalınlaşması
- Ətrafında maye,
- Abses
- Parasentezdə irin
|
Obstruksiya (tıxanma)
|
- Qarında davam edən daimi və sancışəkilli ağrılar
- Qusma
- Köp
- Qaz və nəcisin çıxmaması
- Kompartman ±
|
- Prokimal dilatasiya, proqressivləşən
- KT-də kontrastın keçməməsi, bağırsaq dilatasiyası və daralmış bölgə
|
Kompartman
|
- Peritonit və keçməzliyin gec mərhələsində (adətən bir neçə gün sonra)
- Böyümüş (köpmüş) qarın
- Gərgin qarın
- Hərəkətsiz qarın
- Təngənəfəslik və şok ələmətləri ola bilər
|
- Qarındaxili təzyiqin 25 mm-dən çox olması
|
MÜALİCƏ
Prinsip
Kəskin cərrahi qarının müalicə prinsipi stabilizasiya və təcili cərrahi müdaxilədir.
Stablizasiya tədbirləri standart YADDAŞ ardıcıllığı ilə aparılır (hava Yolu, Ağciyər, qan Dövranı, beyin -Düşüncə). Orqan yetməzlikləri olanlar reanimasiya bölümünə yerləşdirlilir (təngənəfəslik, hipotenziya, şüur dəyişiklikləri və s). Satabil xəstələr təcili yardım bölümündə yerləşdirlir, infuziya, ağrıkəsici başladılır və paralel olaraq müayinələr edilir. Antibiotik septik (orqan yetməzliyi olanlar) xəstələrdə ilk saat ərzində verilir.
Aşağıkakı əlamətlərdən və ya cərrahi sindromlardan hər hansı biri varsa təcili əməliyyat lazım gəlir:
Sindromlar
(Qan-Per-İn-İL-Tı)
|
Aşağıdakı sindromlardan hər hansı biri dəqiqləşmişsə:
- Qarındaxili qanaxma
- Perforasiya
- İşemiya və nekroz
- Destruktiv iltihab
- Bağırsaq keçməzliyi (tıxnması)
|
Obyektiv müayinə əlamətləri:
|
- Qarında gərginlik
- Palpator ağrı
- Qarında gərgin və ya artan köp
- Ağrılı kütlə
- Davam edən qanaxma və şok
- Qarında zəif ağrı və ya zəif palpator ağrı və aşağıdakılardan hər hansı biri:
- Sepsis
- Qanaxma
- Işemiyaya şübhə (asidoz, hərarət, taxikardiya)
- Konservativ müalicəyə baxmayaraq pisləşmə
|
Görüntüləmə əlamətləri
|
- Sərbəst hava
- Böyük və ya proqressivləşən bağırsaq genişlənməsi
- Kontrastın kənara çıması
- Abdominal kütlə və hərarət
- Angioqrafiyada damar okkluziyası
|
Endoskopiya əlamətləri
|
- Perforasiya
- Davam edən və dayandırılmayan qanaxma
|
Parasentez əlaməti
|
- Qan
- Öd
- Sidik
- İrin
- Bağırsaq möhtəviyyatı
|
Təcili cərrahiyyədə tətbiq edilən əsas müdaxilələr:
- Qanaxmada – təcili hemostaz
- Perforasiyada – təcili örtmə və ya rezeksiya
- İşemiyada – təcili revaskulyarizasiya və ya rezeksiya
- İltihabda – təcili çıxarma, drenaj və ya hüdudlama
- Obstruksiyada – təcili rezeksiya stoma və ya dekompressiya
Özət
Kəskin qarın - kəskin və spontan başlayan qeyri-travmatik ağrı və digər qarın əlamətləri ilə biruzə verən (qusma, diareya, qəbzlik və digər), təcili diaqnostika lazım gələn və təcili əməliyyat gərəkdirə bilən patologiyalar verilən ümumi addır. Adətən ilkin diaqnostik etaplarda işçi diaqnoz kimi istifadə edilir. Kəskin qarın əlamətlərini həm qarındaxili orqanların, həm də qarından kənar orqan və sistemlərin təcili cərrahi əməliyyat tələb edən xəstəlikləri (təcili cərrahi xəstəliklər) və əməliyyat tələb etməyən (konservativ xəstəliklər) xəstəlikləri törədə bilər:
Orqanlar
|
Təcili cərrahi xəstəliklər
|
Əsasən konservativ müalicə
|
Qastro-intestinal xəstəliklər
|
Appendisit
Perforativ xora
Bağırsaq perforasiyası
Qida borusu perforasiyası (Boerhave sindromu)
Boğulmuş yırtıqlar
Bağırsaq keçməzliyi
Divertikul perforasiyası
|
İltihabi bağırsaq xəstəlikləri
Mallori-Veiss sindromu
Qastroenterit
Kəskin qastrit
Mezenterik adenit
Parazitar xəstəliklər
Qeyr-spesifik qarın ağrısı Divertikulit
|
Qaraciyər və öd yolları xəstəlikləri
|
Öd sancısı
Kəskin xolesisit
Kəskin xolangit
Qaraciyər absesi
Partlamış qaraciyər törəməsi
Baddi-Kiari sindromu (kəskin faza)
|
Kəskin hepatit
Spontan bakterial peritonit
Portal vena trombozu
Baddi-Kiari sindromu (kəskin)
|
Mədəaltı vəzi xəstəlikləri
|
Kəskin pankreatit
|
Xroniki pankreatit tutması
|
Dalaq xəstəlikləri
|
Spontan dalaq partlaması
|
Dalaq infarktı
|
Sidik yolları xəstəlikləri
|
Sidik daşı sancısı
|
Kəskin pielonefrit
Kəskin sistit
Böyrək infarktı
Sidik daşı sancısı
|
Ginekoloji xəstəliklər
|
Uşaqlıqdan kənar hamiləliyin partlaması
Yumurtalıq kisti partlaması
Yumurtalıq burulması
Pelvioperitonit
|
Kəskin salpingit
Dismenorreya
Endometrioz
|
Damar xəstəlikləri
|
Aorta və ya damar anvrizmaların partlaması
Mezenterial tromboz
İşemik kolit
|
|
Periton xəstəlikləri
|
İntrabdominal abses
|
Birincili peritonit
Tuberkuloz peritoniti
Piylik infarktı
|
Retroperitoneal xəstələiklər
|
Retroperitoneal abses
|
Retroperitoneal hematoma
|
Bu xəstəliklər qarındaxili qanaxma, perforasiya, infarkt-nekroz, destruktiv iltihab, keçməzlik və komaprtman kimi klassik 6 patologiya törədərək (Qan-Per-İn-İl-Ti-K) kəskin qarın şəkilində ortaya çıxırlar.
Kəskin qarın əlamətləri olan xəstələr təcili olaraq xəstəxanaya yatırılır, təcili qaydada müayinə və müalicə olunurıar. Müayinələrin hədəfi ilk növbədə kritik vəziyyələri (YADDAŞ prinsipi üzrə hemodinamika, tənəffüs, beyin yoxlanılır) və təcili cərrahi xəstəlikləri (24 saat ərzində əməliyyat tələb edən) təsdiq və ya inkar etməkdir. Klinik müayinə həlledicidir, laborator və ya görüntüləmə müayinələri isə klinik nəticəni dəstəkləmək və ya differensasiya üçündür (diaqnzou inkar etməz). Diaqnostik prosesin bütün mərhələlərində əsas istiqamət təcili cərrahiyyəyə göstəriş olan əlamətlərin və ya sindromların axtarışıdır (qarındaxili qanaxma, perforasiya, işemiya-nekroz, destruktiv iltihab, keçməzlik, komaprtman), nozoloji səbəbin (xəstəliyin) axtarışı isə, ikinci planda tutulur. İlkin müayinələrdə (klinik, laborator, USM) ortaya çıxan ağrı-şok, taxta qarın, komprtaman, kütlə-sepsis, yerli peritonit və keçməzlik kimi simptomokomplekslər kəskin cərrahi qarına yüksək şübhə əlamətləridir. Diaqnozu dəqiqləşdirmək üçün bəzən stabil xəstələrdə tomoqrafiya lazım gəlir, bəzi hallarda isə invaziv diaqnostik müadaxilələrə ehtiyac yaranır (diaqnostik laparoskopiya, laparotomiya, endoskopiya və s). Müayinə pillələrinin hər hansı birində qanaxma, perforasiya, infarkt, destruktiv iltihab, keçməzlik və ya komprtman təsdiqlənərsə təcili əməliyyata göstərişdir.
Kəskin qarın üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar
|
Cavablar
|
Kəskin qarın nədir?
|
Kəskin başlayan qeyr-travmatik qarın ağrısıdır, digər qarın əlamətləri ilə müşayət oluna bilir (qusma, diareya, köp, qaz və nəcisin çıxmaması və digər), təcili diaqnostika lazım gəlir və təcili əməliyyat gərəkdirə bilər.
|
Peritonizm və ya peritonun qıcıqlanma əlamətləri hansılardır?
|
Palpator və ya perkutor ağrı, palpator gərginlik, əlçəkmə vaxtı ağrı, qarın əzələlərinin iradi və qeyri-iradi yığılması.
|
Hansı vəziyyətlər kəskin qarın olmasına baxmayaraq ağrını azalda bilir?
|
Steroidlər, diabet, paraplegiya, narkotik
|
Kəskin qarının ən çox rast gələn cərrahi səbəbi hansıdır?
|
Kəskin appendisit
|
Kəskin qarında ilk müayinə nədən başlayır?
|
Bütün təcili xəstələrdə müayinələr həyati təhlükəli kritik vəziyyətin yoxlanılmasından başlanılır ki, bu da YADDAŞ ardıcıllığı ilə aparılır.
|
Kəskin qarının kardinal simptomu hansıdır?
|
Qarında ağrı
|
Kəskin qarın ağrılarında hansı əlamətlər cərrahi patologiyaya yüksək şübhə yaradır?
|
Ağrı ilə yanaşı şok, sepsis, peritonizm və ya keçməzlik
|
Kəskin qarın əlamətləri olan xəstələrə hansı sualların verilməsi vacibdir?
|
Bu ağrılar əvvəl olubmu?
On ballıq şkala üzrə bu ağrı hansı səviyyədədir?
Hərarət, üşütmə varmı?
Ağrının xarakterı (küt yoxsa kəskin)
Ağrını kəskinləşdirən və ya zəiflədən bir şeylər varmı?
Ağrı miqrasiya edirmi?
Sidik simptomları
Ürəkbulanma, qusma, diareya
Anoreksiya
Qəbizlik
Axırıncı defekasiya
Bağırsaq vərdişində dəyişiklik varmı?
Ağrının yeməklə əlaqəsi varmı?
Axırıncı mensis
Axırıncı qida qəbulu
Vaginal ifrazat
Melena
Hematoxeziya
Hematomezis
Dərmanlar
Allergiya varmı
Daha öncə anamnezde xəstəlik?
Cərrahı əməliyyat olunubmu?
Ailə anamnezi
Sigaret, narkotika qəbulu
|
Kəskin qarın ağrılarında hansı obyektiv müayinələr aparılmalıdır?
|
Baxma - cərrahi çapıq varmı, köp, deformasiya, qarının tənəffüsdə hərəkəti
Auskultasiya - bağırsaq küyləri,
Palpasiya – ağrı, gərginlik, yırtıqlar, rektal, pelvik müayinə, iradi və qeyri-iradi yığılmalar, kütlə varmı
Perkusiya - qaraciyər kütlüyü, timpanit və dalaq ölçüləri
|
Xəstədə ağrının lokalizasiyasını göstərməyin ən yaxşı yolu?
|
Bir barmaqla ağrının daha çox kəskin olduğu nöqtəni göstərmək
|
Peritoniti olan xəstlərin klassik pozisiyası?
|
Hərkətsizlik (daha çox dizlərin yığılması)
|
Böyrək daşı olan xəstələrin klassik pozisiyasi?
|
Xəstə rahat ola bilmir, bir yerdə dura bilmir, qıvrılır
|
Ağrılı qarın əlamətinin təyininin ən yaxşı yolu?
|
Xəstənin özü tərəfindən edilən hərəkətlərlə törədilməsi (dərin nəfəsalma, öksürmə, çevrilmə)
|
Müayinədən qorxan uşaqların və qıcolması olan böyüklərin müayinəsinin ən yaxşı yolu?
|
Palpasiya uçün stetoskopdan istifade etmək və ya öksürmə təklif etmək
|
Kəskin qarını olan xəstələrin qiymətləndirilməsi üçün hansı laborator testlərdən istifadə olunur?
|
Qanın üm analizi, biokimya (şəkər, kreatinin, bilirubin, ALT, AST, QQT, digər), sidik analizi, qadınlarda betta-hGG
|
Ümumi qan anazlində “Sola meyillik” nə deməkdir?
|
İltihabi reaksiya əlaməti
|
Reproduktiv yaşda olan qadınlarda hansı laborator test yoxlanılmalıdır?
|
Human xorionik qanodotropin(b-HCG), hamiləliyi və ya boru hamiləliyini inkar etmək üçün
|
Xəstələrdə kəskin qarını dəyərləndirmək üçün hansı R-müayinəsi olmalıdır?
|
Döş qəfəsinin və qarının ayaqüstü Rentgenoqrafiya, əgər xəstə ayaqüstə dura bilmirsə, sol lateral vəziyyətdə Rentgenoqrafiya.
|
Əgər xəstə ayaqüstə dura bilmirsə o zaman sərbəst hava olmasını necə inkar etmək olar?
|
Xəstə sol lateral uzanmış vəziyyətdə olduğu zaman sərbəst hava qaraciyərüstü sahəyə yayılır ki, bununla mədədə olan qabarciğı ayırmaq olur
|
USM hansı xəstələrdə göstərişdir?
|
Kəskin qarını olan bütün xəstələrdə
|
USM nəyi göstərir?
|
Qarında maye, orqanların böyüməsini, divar qalınlaşmasını
|
Kəskin qarın diaqnostikasında həlledici müayinə hansıdır?
|
Klinik müayinə
|
Kəskin qarını olan xəstələrin müayinəsində ilk olaraq nəzərdə tutulması gərəkən 5 klassik patologiya hansılardır?
|
Qarındaxili qanaxma, perforasiya, işemiya-nekroz, destruktiv iltihab, tıxanma keçməzliyi (Qan-Per-İn-İl-Tı)
|
Kəskin qarında KT nə üçün istifadə edilir?
|
Differensial diaqnoz üçün
|
Sağ yuxarı kvadrant ağrıları hansı xəstəliklərdə olur?
|
Xolesistit, hepatit, peptic xora, perfortiv xora, pankreatit, qaraciyər şişləri , qaraciyər absesi, xoledoxolitiaz, xolangit, pielonefrit, nefrolitiaz, appendisit (xüsusən hamiləlik zamanı) pnevmoniya, perikardit, miokard infarktı
|
Sol yuxarı kvadrant ağrıları hansı xəstəliklərdə olur?
|
Peptik xora, perforativ xora, qastrit, dalaq xəstəlikləri və ya cırılması, abses, refluks, aorta anevrizması, disseksiyası, döş qəfəsi xəstəlikləri, pieloenefrit, nefrolitiaz, hiatal yırtıq, Boerhavves sindromu, Mallory-Weys , dalaq arteriyası anevrizması
|
Sol aşağı kvadrant ağrıları hansı xəstəliklərdə olur?
|
Divertikulit, sigmoid burulması, kolon perforasiyası, kolon kanseri, sidik yolları infeksiyası, nazik bağırsaq obstruksiyası, iltihabi bagırsaq xəstəliyi, nefrolitiaz, pielonefrit, genital orqanların iltihabi xəstəliyi, yumurtalıq sisti, endometrioz, ginekoloji şişlər, torsion sist
|
Sağ aşağı kvadrant ağrıları hansı xəstəliklərdə olur?
|
Sol aşağı kvadrant ağrıları törədən xəstəliklər və xüsusi olaraq-appendisit, mezenterik limfadenit, sekum divertikulları, Meckel divertikulu, invaginasiya
|
Epiqastral ağrılar hansı xəstəliklərdə olur?
|
Peptik xora, qastrit, duodenit, xolesistit, pankreatit, miokard infarktı, qastrik burulma, Mallory-Weys və s
|
Kəskin qarın ağrısı törədən ginekoloji xəstəliklər?
|
Yumurtalıq sisti, yumurtalıq burulması, pelvioperitonit, tubo-ovarial abses, mioma, nekrotik mioma, hamiləlik, boru hamiləliyi, endometrit, uşaqlıq boynunun, uşaqlığın, yumurtalığın kanseri, endometriz
|
Kəskin qarın ağrısı törədən döş qəfəsi xəstəlikləri?
|
Miokard infarktı, pnevmoniya, aorta disseksiyası, aortik anevrizma, empiema, ezoafgial cırılma,ezofagusun yad cismi, pnevmotoraks, plevrit
|
Kəskin qarın ağrısı törədən xaya xəstəlikləri?
|
Xaya burulması, epidimimitis, orxit
|
Qeyri-cərrahi qarın ağrılarının ən çox rast gələn səbəbləri?
|
Qastroenterit, diabetik ketoasidoz, oraqvari huceyrə anemiyası krizisi, düz əzələ hematoması, kəskin porfiruriya, uşaqlıq artımları iltihabı, böyrək daşları, pielonefrit, hepatit, pnevmoniya, miokard infarkti, C.difficile koliti, herpes zoster
|
QİÇS olan xəstələrdə qarın ağrıların özünə məxsus qeyri-cərrahi səbəbləri?
|
Sitomeqalovirus, Kapoşi sarkoması, limfoma, tuberkuloz
|
Hansı endokrin patologiya qarın ağrısına səbəb olur?
|
Addision kriz, diabetik ketoasidoz
|
Suprapubik ağrıları yaradan səbəblər?
|
Sistit, kolon ağrıları, ginekoloji ağrılar, appendisit ola bilir.
|
Qastroenterit nədir?
|
Qastrointestinal traktın Viral və ya bakterial mənşəli infeksiyası, adətən qusma və diarreya ilə başlayır, sonra ağrı quşulur
|
Kəskin xolesistitdə ağrıların klassik yeri
|
Sağ qabırğaaltı və epiqastral ağrı
|
Kəkin appendisitdə ağrılarn klassik yeri?
|
Erkən-göbəkətrafı, sonra sağ aşağı kvadrant ağrısı
|
Diafraqmaaltı iltihabda ağrılaırn klassik yeri?
|
Kürək ağrısı
|
Pankreatitdə ağrıların klassik yeri?
|
Epiqastral və bel ağrısı
|
Rektal xəstəliklərdə ağrıların klassik yeri?
|
Oma- bel ağrıları
|
Nefrolitiazisdə ağrıların klassik yeri?
|
Xaya və böyür ağrıları
|
Nazik bağırsaq xəstəliklərində xəstəliklərdə ağrıların klassik yeri?
|
Göbəkətrafı ağrılar
|
Uşaqlıq xəstəliklərinə ağrıların klassik yeri?
|
Aşağı orta kvadrant və beldə zəif ağrılar
|
Qarın müayinəsində səbəbi aşkarlana bilməyən güclü qarın ağrısı varsa ilk növbədə nə etmək lazımdır?
|
Mezentrik işemiyanı inkar et.
|
Hipotoniya və pulsasiya edən abdominal kütlə varsa nə düşünülür?
|
Abdominal aorta anevrizmasının partlaması
|
Qarında şiddətli ağrısı olan xəstələrdə ilk növbədə hansı xəstəlik düşünülür?
|
Aorta anevrizması partlaması, mezenterial tromboz, pankreatit və perforasiya
|
Qarın ağrısı və şok əlamətləri olan xəstədə ilk növbədə hansı düşünülür?
|
Qarındaxili qanaxma, perforasiya, pankreatit, mezenterial tromboz və peritonit, miokard infarktı
|
“Taxta qarın” nə deməkdir?
|
Qarın içə çəkilmiş vəziyyətdə (qayığabənzər), hərəkətsiz, diffuz gərgin (taxta kimi)
|
“Taxta qarın” əlaməti varsa ilk növbədə nə düşünülür?
|
Perforasiya
|
“Taxta qarın” hansı qeyri-cərrahi xəstəlikdə də rast gələ bilər?
|
Ailəvi ağdəniz qızdırması (periodik xəstəlik)
|
Abdominal kompartman nə deməkdir?
|
Qarındaxili orqanların sıxılması (qarındaxili orqanların həcminin artması və ya qarın divarının yığılması)
|
Abdominal kompartman əlamətləri hansılardır?
|
Şişkin və gərgin qarın, təngnəfəslik, sidik ifrazının azalması
|
Ağrı və abdominal kompartman varsa nə düşünülür?
|
Peritonit və bağırsaq keçməzliyi
|
Lokal ağrı və peritonizm varsa nə düşünülür?
|
Yerinə uyğun orqanların iltihabi xəstəlikləri
|
Ağrı, palpator kütlə və sepsis əlamətləri varsa nə düşünülür?
|
Abses
|
Qızdırma, sol aşağı kvadrantda ağrı, bağırsaq vərdişinin dəyişməsi varsa ilk növbədə nə düşünülür?
|
Divertikulitlər
|
Qarındaxili qanaxmanı təsdiqləyən əlamət hansıdır?
|
Qarında qan
|
Perforasiyanı təsdiqləyən əlamət hansıdır?
|
Qarında sərbəst hava, kontrast ekstravazasiyası, qarında möhtəviyyat
|
İşemik nekrozu tədiqləyən əlamət hansıdır?
|
Angioqrafiyada damar bloku
|
Destruktiv iltihabı təsdiqləyən əsas müayinə hansıdır?
|
KT
|
Keçməzliyi təsdiq edən əlamət hansıdır?
|
Proksimal dilatasiya və kontrastın keçməməsi
|
Daşlı xolesistiti təsdiqləyən müayinə?
|
USM
|
Abdominal aortik anevrizmanın cırılmasını təsdiqləyən müayinə?
|
Əməliyyat otağında laparotomiya
|
Abdominal aorta anevrizmasını tədiqləyən müayinə?
|
Abdominal KT və ya USM
|
Qarın absesini təsdiqləyən müayinə?
|
Abdominal KT
|
Kəskin divertikuliti təsdiqləyən müayinə?
|
Abdominal KT
|