N.Y.Bayramov, N.A.Zeynalov, Z.Z.Qəhrəmanova
Tərifi
Xora – trofiki pozulma nəticəsində epitel və dərin qatlarda əmələ gələn qeyri-travmatik defekt
Eroziya – epitel qatında defekt
Peptik xora – mədə şirəsinin iştirakı ilə əmələ gələn xora (selikli qişanın qoruyucu mexanizmləri ilə mədə şirəsinin aqressivliyi arasındakı disbalans nəticəsində əmələ gələn xora).
Birincili xora və ya xora xəstəliyi - mədə və ya onikibarmaq bağırsaq (12bb) divarında xolaralaşma ilə xarakterizə olunan xəstəlikdir və xəstəliyin əsas klinik və morfoloji əlaməti xoradır. Ağrı ilə yanaşı qanaxma, perforasiya, stenoz törətmə ehimalı yüksəkdir.
İkincili və ya simptomatik xoralar – digər xəstəliklərin əlamətlərindən biri və ya ağırlaşması kimi meydana gələn mədə və 12bb xoralarıdır.
Təsnifatı
Yerinə görə |
|
Səbəbinə görə |
|
Gedişinə görə |
|
Etiologiya və patogenezi
Normada mədədə mövcud olan qoruma mexanizmləri selikli qişasını mədə şirəsi aqressiyasından qoruyur – aqressiya ilə qoruma arasında tarazlıq var.
Aqressiya faktorları:
- hidrogen xlorid turşusu
- öd
- qidalar
- digər
Müdafiə mexanizmləri:
- selik
- epitel regenerasiyası
- qan təchizatı
- antioksidantlar
- digər
Selikli qişanın müdafiəsi ilə mədə şirəsinin aqressivliyi arasında tarazlığın pozulması xoranın əmələ gəlməsində başlıca mexanizm hesab edilir. Mədənin I tip (cismində yerləşən) və dərman mənşəli xoralarında mukozal baryerin zəifləməsi, prepilorik (II tip ) və duodenal xoralarda isə aqressiyanın yüksəkliyi önəmli rol oynayır.
“Aqressiya – müdafiə” tarazlığını pozan amillərlə əlaqədar tarixən müxtəlif nəzəriyyələr olmuşdur:
- peptik nəzəriyyə
- turşu nəzəriyyəsi
- Helicobacter pilory nəzəriyyəsi
Pepetik nəzəriyyəyə görə mədə tərkibindəki proteolitik enzim (pepsin) selikli qişanı zədələyir. Bu nəzəriyyəyə əsaslanaraq xora müalicəsində pepsinin təsirini azaldan vasitələr istifadə edildi. Lakin bu nəzəriyyə özünü doğrultmadı.
Turşu nəzəriyyəsinə görə xoranın əmələ gəlməsində əsas səbəb mədə turşuluğunun artmasıdır (“turşu yoxdursa xora yoxdur” doktrinası). Buna əsəaslanaraq turşuluğu azaldan müalicə üsulları inkişaf etdirildi: mədə rezeksiyası, vaqotomiyalar, antiasidlər, antisekretor dərmanlar: H2 blokatorlar, hidrogen körüyü blokatorlar. Lakin, turşu əlehinə müalicələr xoranı sağaltsalar da residivləri aradan qaldıra bilmədilər.
Hazırda xoranın əmələ gəlməsində əsas səbəbi kimi Helokobacter pilory bakteriyası qəbul edilir (“H.pilory yoxdursa xora yoxdur” doktrinası). Duodenal xoralarda 90-95% hallarda, mədə xoralarında isə 70-90% hallrda H.pilory infeksiyası tapılır və bu infeksiya aradan qaldırılanların əksəriyyətində residiv baş vermir.
H.pilory-nin xora əmələ gətirmə mexanizmi dəqiq məlum deyil və “hiperasid qastrit - xora” patomexanizmi ən çox ehtimal olunan konsepsiyasdır. Hesab edilir ki, H.pilory selikli qişanı zədələyir, müdafiə baryerini zəiflədir, turşu ifrazını artırır və iltihabı reaksiyaya səbəb olur. Bakteriyalarının ifraz etdiyi enzimlər və toksinlər bir tərəfdən qoruyucu seliyin tərkibini və miqdarını dəyişdirərək mukozanın turşuya həssaslığını artırır, digər tərəfdən isə, epitelial hüceyrələrini birbaşa zədələyir. Artan turşuluq epitelin zədələnməsinə səbəb olur. Selikli qişanın immun hüceyrələri tərəfindən selikli qişa zədələnməsinə və bakteriyalara qarşı həyata keçirilən iltihabı reaksiya selikli qişada zədələnmənin davam etməsinə şərait yaradır. Nəticədə davam edən hiperasid qastrit ortaya çıxır. Uzun müddət davam edən hiperasid qastrit fonunda selikli qişada metaplastik epitel sahələri meydana gəlir ki, bunlar da turşunun təsiri ilə xoralaşırlar.
H.pilori ilə yanaşı aşağıdakı faktorlar da xoranın əmələ gəlməsində rol oynayır:
- qeyri-steroid iltihabəlehinə dərmalar
- siqaret
- turşu sekresiyasını artıran faktorlar (xroniki stress, genetik, endokrin və s).
Şəkil 1. Xoranın patogenezi
Gedişi
Xora xəstəliyinin müxtəlif gediş formaları var: ağırlaşmasız sağalan, təkrarlayan, refrakter və ağırlaşmalı. Ümumilikdə baxılıdıqda:
- Xoraların əksəriyyəti spontan və ya müalicələrlə sağala bilirlər.
- Səbəb aradan qaldırılmadıqda isə sağalmış xoraların əksəriyyəti qısa müddətdə təkrarlayır və ya xora sağalmır (refrakter gediş).
- Xoralar təxminən 15-30% hallarda ağırlaşmalar törədirlər.
Xoranın gedişinə yeri, ağırlaşmaları, müalicələr, səbəbi və s. təsir göstərir:
- Müalicə olunmayan xoralarda:
- 60-70%-i sponatan sağala bilir, lakin bunların 50-80%-i 6-24 ay ərzində yenidən təkrarlayır.
- 30-40%-i sağalmır (refrakter xoralar) və ağırlaşmalar törədir.
- Antisekretor dərmanlar istifadə edildikdə:
- əksəriyyəti 2-4 həftə ərzində sağalır, lakin təxminən 30% hallarda təkrarlayır
- təxminən 20% hallarda ağırlaşmalar meydana gəlir.
- Anti-helikobakter eradikasiyasının təsiri:
- pilory infeksiyası aradan qaldırılanlarda residiv 10%-dən azdır, eradikasiya olunmayanlarda isə 80-90% təşkil edir.
- Prepilorik və duodenal xoraların residivi daha çox rast gəlinir.
Xora gedişinə ən önəmli təsir edən amil etiologiyanın aradan qaldırılmasıdır. Etioloji faktorların aradan qaldırılmadıqda (H.pilory, QSİƏD, siqaret, alkoqol və digər) adətən residiv mütləqdir.
Şəkil 2. Xoranın gedişi
Ağırlaşmaları
- Qanaxma
- Perforasiya
- Penetrasiya
- Stenoz
Klinikası
Epiqastral ağrı ən xarakterik əlamətidir:.
- ağırlaşmamış xoralarda adətən vaxtaşırı təkrarlayır
- 12bb xoralarında aclıq və gecə ağrıları xarakterikdir və adətən qida qəbulu ilə azalır,
- mədə xoralarında isə ağrı qida qəbulundan sonra artır.
Ağrı qusma, ürəkbulanma ilə müşayət oluna bilir.
Ağırlaşmalarda ağrının xarakteri fərqli ola bilir: perforasiyalarda şiddətli ağrılar
Nadir hallarda ağrısız xoralar təsadüfi endoskopik müayinələrdə və ya ağırlaşmalar törətdikdə ortaya çıxır.
Diaqnostikası
Şübhə
Aşağıdakı əlamətləri olanlarda xora xəstəliyindən şübhələnmək olar:
- Təkrarlayan epiqstral ağrı
- Qida qəbulu ilə dəyişən ağrılar (artan və ya azalan)
- QSİƏD qəbul edənlərdə epiqstral ağrı və qanaxma əlamətləri
- Əvvəllər təkrarlayan, hazırda davamlı ağrı
- Ağrı ilə yanaşı ürəkbulanma və qusma
Dəqiqləşdirmə
Xora endoskopiya ilə dəqiqləşdirilir. Endokopiya mümkün olmayanda kontrastlı qastroqrafiya edilə bilər.
Diaqnostik əlamətləri:
- Epiqastral ağrı və ya ağırlaşma əlamətləri (qanaxma, perforasiya, obstruksiya), və ya asimptomatik
- Endoskopiyada xoranın görünməsi
Səbəbin təyini
Xoranın səbəbini təyin etmək üçün ilk növbədə QSİƏD və H.pilory axtarılır, sonra digər səbəblər araşdırlır:
- QSİƏD təyini üçün anamnestik məlumatlar nəzərə alınır.
- Helocobacter pilory müayinəsi bütün xəstələrdə aparılır və aşağıdakı testlərdən hər hansı biri tətbiq edilə bilər:
- nəfəsdə sidik cövhəri testi
- qanda anticim təyini
- mədə mukoza bioptatının histoloji müayinəsi
- mədə mukozal bioptatında təcili ureaza testi (CLO testi)
- Qastrin səviyyəsinin təyini – Zollinger-Ellison sindromunu yoxlamaq üçün aparılır. H.pilory tapılmayanlarda, QSİƏD qəbul etməyənlərdə, çoxsaylı, tez – tez təkrarlayan, atipik lokalizasiyalı və ağırlaşmalar törədən xoralarda göstərişdir. Bu sindrom 0,1 – 1% hallarda xoranın səbəbini təşkil edə bilir.
- Xoralarından endoskopik biopsiya mədə xoralarında bəd xassəli şişləri təsdiq və ya inkar etmək üçün mütləq aparılır (mədə xoralarında 3% hallarda xərçəng tapılır).
Müalicəsi
Prinsipi
- Xora xəstəliyinin sağalmasını təmin etmək üçün xora defektini sağaltmaq və residivin qarşısını almaq lazımdır.
- Xora xəstəliyinin əsas müalicəsi konservativdir, cərrahi müalicə göstərişə görə aparılır.
Müalicə üsulları
Konservativ üsullara aiddir:
- Xoranı sağaltma – turşuluğu azaltma üsulları
- Antisekretorlar – histamionoblokatorlar (H2B) və hidrogen körüyü blokatorları (HKB)
- Antasidlər – sukralfat, alginat duzları, hidroksidlər
- Residivin qarşısını alma – etiotrop müalicələr
- Anti – helikobakter müalicəsi – antihelikobakter dərmanlar
- Dərmanların və digər faktorların kəsilməsi (həyat tərzinin dəyişdirilməsi)
Cərrahi müalicələr – turşuluğu azaltmaq və xoranı götürmək məqsədi daşıyır:
- Vaqotomiyalar
- Trunkal vaqotomiya və piloroplastika – residivləri və ağırlaşmaları çoxdur.
- Yüksək selektiv vaqotomiya – ağırlaşmaları azdır (3-8%), lakin residivi çoxdur (5 – 15%) və texniki olaraq çətindir.
- Rezeksiya üsulları
- 1/3, 2/3, subtotal, total rezeksiyalar, qastroenteroanastomozlar – Bilrot 1, Bilrot 2, Ru və digər – residivi və ağırlaşmaları çoxdur.
- Vaqotomiya və rezeksiya
- Trunkal vaqotomiya və antrumektomiya – xora residivi çox azalır (1 – 2%), lakin ağırlaşma (15 – 30%) və letallıq (1 – 2%) yüksəkdir.
Müalicə seçimi
Müalicə seçimində ilk növbədə xoranın lokalizasiyası, səbəbi və ağırlaşmaları nəzərə alınır (Şəkil 3):
- Ağırlaşmamış mədə və 12bb xoralarında üçkomponentli konservativ müalicə tətbiq edilir:
- xoranı sağaltmaq üçün antsekretor dərmanlar: 2 – 4 həftə
- residivin profilaktikası üçün H.pilory eradikasıyası (ikili və ya üçlü antibiotikoterapiya)
- həyat tərzini dəyişmə (qidalanma, siqaret,alkoqol və s)
- QSİƏD mənşəli xoralarda dərmanlar kəsilir və antisekretor (H2B və ya HKB) verilir. QSİƏD-i kəsmək mümükün olmayanda HKB davam etdirilir.
- Digər xoralarda xora sağaldıcı müalicələrlə yanaşı residivin profilaktikası üçün uyğun etiotrop müalicələr aparılır.
- Ağırlaşmış (perforasiya, stenoz), konservativ müalicəyə ilə sağalmayan və ya tezliklə təkrarlayan xoralar cərrahi müalicəyə göstəriş sayılır:
- duodenal xoralarda vaqotomiyalar, mədə xoralarında isə rezeksiya ilk seçimdir.
- Qanaxmalarda ilk seçim endoskopik hemostazdır, bu effekt vermədikdə cərrahi müalicə seçilir.
Şəkil 3. Xora xəstəliyində müalicə yanaşması
Mədə xoralarına yanaşmanın xüsusiyyətləri
- Diaqnostikada biopsiyanın rolu. Mədə xoralarının təxminən 3%-i xərçəng mənşəli olur. Ona görə də mədə xoralarında həm ilkin müayinədə, həm də müalicədən 4 – 6 həftə sonra xoradan biopsiya alıb xərçəngi təsdiq və ya inkar etmək lazımıdır.
- Cərrahi müalicənin seçimi. Xora xəstəliyində cərrahi müalicə göstərişdirsə, ilk seçim mədənin xora ilə birlikdə rezekziyasıdır. Duodenal xoralarla birlikdə rast gəlinən prepilorik xoralarda trunkal vaqotomiya və antrumektomiya edilə bilər.
Kəskin stres xoraları
Tərifi
Orqanizmdə böyük stress törədən vəziyyətlər nəticəsində mədə və 12bb-də əmələ gələn kəskin xoralar ümumi adla kəskin stress xoraları adlanır. Bu xoralar əksər hallarada qanaxma ilə biruzə verirlər, az hallarda perforasiya, nadir hallarda isə ağrı ortaya çıxır.
Səbəbləri
Stress xoralarına ən çox səbəb olan patologiyalara aşağıdakıları aid etmək olar:
- böyük əməliyyatlar (abdominal, ürək-damar və digər)
- şok və böyük travmalar
- sepsis
- yanıqlar
- beyin zədələnməsi və törəmələri
Patogenezi
Mukozada işemiya və müdafiənin zəifləməsi əksər stress xoralarının patogenezində əsas mexanizm hesab edilir. Turşu hipersekresiyası isə yanıq və beyin mənşəli xoralarda rol oynayır.
Stress və sepsislə əlaqədar meydana gələn mikrosirkulyastor pozulma aşağıdakı proseslərə səbəb olur:
- qoruyucu selik ifrazı azalır
- epitel regenerasiyası zəifləyir
- prostoqlandin ifrazı azalır
- hidrogen ionlarının geriyə diffuziyası artır və eliminasiyası azalır.
Bu proseslər normoasid və ya hiperasid vəziyyətlərdə xorlaşmaya şərait yaradır.
Gedişi
Böyük streslərdən 72 saat sonra əksər xəstələrdə mukozal xoralar meydana gəlir, lakin bunlardan təxminən 20%-ində 4-5 gün sonra qanaxma olur, perforasiya isə təxminən 10% hallarda rast gəlinir.
Klinikası və diaqnostikası
Stress xoraları əksər hallarda asimptomatik olur (subklinik forma – endoskopiyada tapılır), qanaxma və ya perforasiya törətdikdə klinik olaraq ortaya çıxır. Dianostikasında əsas yeri endoskopiya tutur.
Profilaktikası
Stress xoralarının profilaktikası müalicəsindən daha effektiv və məqsədə uyğundur. Böyük stress hadisələrində (böyük əməliyyatlar, travma, şok, sepsis, yanıq, beyin zədələnməsi və törəmələri və s.) aşağıdakı profilaktik tədbirlər tövsiyə edilir:
- Şokun erkən aradan qaldırılması
- H2B və ya HKB və ya sukralfat
- Şok olmayan hallarada erkən oral qidalandırma
Müalicəsi
Subklinik stress xoralarında profilaktik müalicələr əksər hallarda yetərlidir.
Stress xora qanaxmalarının müalicəsində ilk olaraq konservativ müalicə başladılır: antisekretor, vazopressor, azsaylı xoralarda endoskopik hemostaz.
Konservativ –endoskopik tədbirlər yetərsiz olarsa cərrahi əməliyyat göstərişdir. Aşağıdakı cərrahi əməliyyatlar tətbiq edilə bilər:
- Xoraların tikilməsi, vaqotomiya, piloroplastika
- Total qastrektomiya
- Mədə damarlarının bağlanması
Perforativ ağırlaşmalarda isə perforasiyanın örtülməsi və ya total qastrektomiya edilir (çoxsaylı xora perforasiyalarında).
İkincili (hormonal və dərman) xoraları
Səbələri
Bir çox dərmanla mədə və 12bb-dan xoranın əmələ gəlməsinə səbəb ola bilir:
- Qeyri-steroid iltihab əlehinə dərmanlar (QSİƏD) - aspirin və digər QSİƏD-lər
- Hormonlar - kortikosteroidlər, qastrin və s.
- Digər
Patogenezi
Aspirin və digər QSİƏD-lər siklooksigenaza enzimini inhibe edərək (SOK -1 və SOK-2) prostoqlandin sintezini azaldırlar. Prostoqlandinlər qoruyucu seliyin ifrazında iştirak edirlər. Ona görə də bu dərmanları alanlarda selikli qişanın müdafiəsi azalır və xora əmələ gəlmə ehtimalı artır. QSİƏD-lərlə birlikdə H.pilory olarsa xora əmələ gəlmə ehtimalı yüksəlir.
Kortikosteroidlər prostoqlandin sintezini və selik sintezini azaldaraq xora əmələ gəlməsinə meyillik yaradırlar. Steroidlər lipokortin adlanan enzimi blokada etdikləri üçün prostoqlandin sələfi olan araxidon turşusunu azaldırlar.
Gedişi
Dərman və hormonal xoralar dərmanlar aradan qaldırıldıqdan sonra əksər hallarda sağalırlar. Lakin aradan qaldırılmadıqda isə ağırlaşmaya meyillik yaranır. QSİƏD xoraları qanaxmaya meyilli olurlar və çox vaxt qanama ilə biruzə verirlər.
Klinikası
Klinik olaraq xora xəstəliyinə bənzəyirlər
Diaqnostikası
Anamnez və endoskopiya diaqnostikada əhəmiyyətlidir. Çoxsaylı olma və eroziyalarla birlikdə rast gəlmə xarakterikdir. Hormonal müayinələr lazm gələ bilir.
Müalicəsi
Konservativ müalicə ilkin və əsas müalicədir:
- dərmanları kəsmək
- hormonal xəstəliklərin müalicəsi
- medikamentoz – HKB, H2B, anti-H.pylory
Cərrahi müalicələr – ağırlaşmalarda göstərişdir. Əməliyyat seçimi – aspirin mənşəli qanaxmalarda və konservativ müalicəyə tabe olmayan çoxsaylı xoralarda total qastrektomiyadan ibarətdir.
Özət
Xora – trofiki pozulma nəticəsində epitel və dərin qatlarda əmələ gələn qeyri – travmatik defect
Eroziya – epitel qatında defektə deyilir.
Peptik xora – mədə şirəsinin iştirakı ilə əmələ gələn xora (selikli qişanın qoruyucu mexanizmləri ilə mədə şirəsinin aqressivliyi arasındakı disbalans nəticəsində əmələ gələn xora).
İkincili və ya simptomatik xoralar – digər xəstəliklərin əlamətlərindən biri və ya ağırlaşması kimi meydana gələn mədə və 12bb xoralarıdır (endokrin, dərman, stress xoraları və s).
Birincili xora və ya xora xəstəliyi – mədə və ya onikibarmaq bağırsaq (12bb) divarında xolaralaşma ilə xarakterizə olunan xəstəlikdir və xəstəliyin əsas klinik və morfoloji əlaməti xoradır. Helikobacter pilory əsas səbəb kimi qəbul edilir, lakin siqaret, QSİƏD, düzənsiz qidalanma, stress, genetik meyillik və s. amillərin də rolu vardır. Bu faktorlar selikli qişanın müdafiəsi ilə mədə şirəsinin aqressivliyi arasındakı tarazlığı pozaraq xoranın əmələ gəlməsinə səbəb olurlar. Xəstəlik adətən vaxtaşırı təkrarlayan epiqastral ağrılarla başlayır, nadir hallarda isə ağrısız ola bilir və ağırlaşmalarla ortaya çıxır. Xoranın yerindən və ağırlaşmalardan asılı olaraq ağrı ac qarına, gecələr, yeməkdən sonra və ya daimi ola bilər. Ağrı ilə yanaşı qıcqırma, bulantı və qusma da ola bilər. Xəstəlik həftələr və aylarla davam edə bilər, vaxtında müalicə olunmadıqda qanaxma, perforasiya, stenoz törədə bilər. Diaqnozu endoskopik müayinə ilə dəqiqləşdirilir, xora defektinin görünməsi xarakterikdir. Müalicəsi əsasən konservativdir, turşu sekresiyasını azaltma və anti-helikobakter tədbirləri əksər hallarda xoranı sağaldır və residivlərin qarşısını alır. Cərrahi müalicə göstərişə görə aparılır: ağırlaşmalar və konserfativ müalicəyə cavab verməyən hallar .
Orqanizmdə böyük stress törədən vəziyyətlər nəticəsində mədə və 12bb-də əmələ gələn kəskin xoralar ümumi adla kəskin stress xoraları adlanır. Bu xoralar əksər hallarada qanaxma ilə biruzə verirlər, az hallarda perforasiya, nadir hallarda isə ağrı ortaya çıxır.
Mədə və 12bb xoraları üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
Peptık xora
Peptik xora nə deməkdir? |
Mədə şirəsinin təsirindən əmələ gələn xora |
Hansı tezlikdə rast gəlinir? |
Təxminən 10% |
Peptik xoranın əmələ gəlmə mexanizmi necədir? |
Selikli qişanı qoruyan və zədələyən faktorlar arasında tarazlığın pozulması nəticəsində baş verir. |
Selikli qişanın qoruyucu mexanizmlərinə nələr aiddir? |
|
Selikli qişanı zədələyən faktorlara hansılar aiddir? |
|
Hansı bakteriya xora əmələ gəlməsində mühüm rol oynayır? |
Helicobakter pilory |
Digər etioloji amillər hansılardır? |
|
Hansı əlamət və ağırlaşmalar törədə bilir? |
Ağrı, qanaxma, perforasiya, obstruksiya |
Ağırlaşmalar hansı tezlikdə rastlanır? |
Təxminən 10-30% |
Duodenal xoralar
Hansı yaşlarda daha çox rastlanır? |
30-60 yaş arasında |
Kimlərdə daha çox rast gəlinir: kişilərdə yoxsa qadınlarda? |
Kişilərdə (kişi/qadın -3/1) |
Ən çox harada yerləşir? |
Soğanaqda (pilordan 2 sm məsafədə) |
Əsas səbəbi və mexanizmi nədir? |
H.Pilory və yüksək mədə turşuluğu |
Digər risk faktorları hansılardır? |
Kişi cinsi, siqaret, aspirin və digər QSİƏD, uremiya, Qastrinoma, travma, yanıq və s. |
Şikayətləri hansılardır? |
Epiqastral və ya sağ qabırğaaltı ağrılar, ürəkbulanma, qusma, qanaxma |
Hansı obyektiv əlamətləri var? |
Epiqastral və ya sağ qabırğaaltı ağrılı qarın, qanqusma, melena, hematoxeziya |
Xarakterik əlaməti hansıdır? |
Yeməkdən sonra azalan aclıq və ya gecə ağrıları |
Hansı xəstəliklərlə differensiasiya etmək lazımdır? |
Kəskin xolesistit, pankreatit, mədə-bağırsaq qanaxmaları törədən digər xəstəliklər, qastrit, miokard infarktı, mədə xorası |
Diqanozu necə dəqiqləşdirilir? |
Endoskopiya ilə |
Müalicə prinsipləri nələrdir? |
|
Xora defekti nə qədər müddətə sağalır? |
2-4 həftə ərzində |
Hansı antisekretor dərmanlar istifadə edilir? |
Hidrogen körüyü blokatorları və histaminoblokatorlar |
Niyə HKB ilk seçimdir? |
HKB-nin zəif anti-helikobakter təsiri var |
Cərrahi müalicəyə göstərişlər hansılardır? |
|
Hansı əlamət xoranın qanaxma ehtimalının yüksək olduğunu göstərir? |
Endoskopiyada xora dibində damarın görünməsi. |
Mədə xorası
Hansı yaş qrupunda daha çox rast gəlinir? |
40-70 yaş arasında |
Qadınlarda yoxsa kişilərdə çox rast gəlinir? |
Kişilərdə |
Hansı xora çox rast gəlinir: duodenal yoxsa mədə xoraları? |
Duodenal xoralar mədə xoralarından 2 dəfə çox rast gəlinir |
Əsas patomexanizm nədir? |
Selikli qişa müdafiəsinin zəifləməsi |
Mədə turşuluğu adətən yüksək yoxsa aşağı olur? |
Turşuluq normal və ya aşağı olur |
Hansı mədə xoralarında mədə turşuluğu yüksək olur? |
Prepilorik və duodenal xoralarla birlikdə rast gəlinənlər. |
Hansı risk amilləri və səbəbləri var? |
H.Pilory, siqaret, alkohol, QSİƏD, travma, yanıq, steroidlər, şok, irəli yaş |
Ən çox harada yerləşir? |
Kiçik əyrilikdə (75%) |
Xarakterik əlaməti hansıdır? |
Yeməkdən sonra artan epiqastrik ağrılar |
Diaqnozu necə dəqiqləşdirilir? |
Endoskopiya və biopsiya ilə |
Nə üçün mədə xoralarında biopsiya mütləq edilməlidir? |
Xərçəngdən differensiasiya etmək üçün |
Nə üçün mədə xoralarında müalicədən 4-6 həftə sonra təkrari endoskopiya etmək lazımdır? |
Xoranın sağaldığına əmin olmaq və xərçəngi inkar etmək üçün |
Müalicəsi necə aparılır? |
Duodenal xoralarda olduğu kimi (antisekretor və anti –helikobakter) |
Əməliyyata göstərişlər hansılardır? |
|
Mədə xoralarında standart əməliyyat hansıdır? |
Mədənin xora ilə birlikdə distal rezeksiyası |