Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Ürək tranplantasiyası - Özət və Suallar

Özət

Atım fraksiyası 20%-dən, yaşama ehtimalı 1 ildən az olan və konservativ tədbirlərin effekt vermədiyi ürək yetməzliyi transplantasiyaya göstəriş sayılır. Transplantasiya gərəkdirən səbəblər  arasında ən çox rastlananı dilatasiyon və işemik kardiomiopatiyadır. Transplantasiyaya qədərki  hazırlıq dövründə körpü müalicələri kimi süni ürək cihazları və yeni inotroplar istifadə edilir. Ağır ağciyər xəstəlikləri və pulmonar hipertenziya ürək köçürülməsinə spesifik əks göstəriş sayılır, ona görə də belə xəstələrdə ürək-ağciyər köçürülməsi lazım gəlir. Ürək köçürülməsində rəddetmə çox rast gəlinir, hərarətin artması, hipo və ya hipertenziya əlamətləri ilə biruzə verir, dəqiqləşdirmək üçün biopsiya lazım olur. Transplantasiyadan sonra 1 illik yaşam 81%, 5 illik isə 70% təşkil edir.

Ürək tranplantasiyası üzrə ümumi suallar

N.Y.Bayramov, E.M.İsazadə, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Ürək köçürülməsinə göstərişlər nələrdir?

  • Dilatasiyon kardiomiopatiya 
  • İşemik kardiomiopatiya 
  • Anadangəlmə və digər 

Ən çox rast gələn göstəriş?

Dilatasiyon kardiomiopatiya

Əks göstərişlər nələrdir?

  • Ümumi əks-göstərişlər
  • Spesifik əks-göstəriş: pulmonar hipertenziya

Metodları hansılardır:

Ağciyər - ürək,  tək ürək köçürülməsi

Ağırlaşmaları nələrdir?

Tikiş yerlərindən qanaxma

Rəddetmə

İnfeksiyalar ( CMV, Pnevmosistis carinii )

Psixiatrik

Qreftdə vaskulyar miointimal hiperplaziya

Rəddetmə hansı əlamətlərlə biruzə verir?

Hərarət, hipo-, hipertenziya

Uzaq nəticələri necədir?

1 il yaşam 81%, 5 illik 70%