Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QİDA BORUSUNUN CƏRRAHİ MÜAYİNƏLƏRİ, DİAQNOSTİK YANAŞMA, APARILAN CƏRRAHİ ƏMƏLİYYATLAR

MÜAYİNƏLƏR

 

Klinik müayinə (əlamətlər)

Disfagiya

Udma çətinliyidir, ən spesifik simptomdur, funksional (peristaltikanın və ya koordinasiyanın pozulması) və üzvi (da­r-lıqlar, iltihabi və ya neoplastik kütlələr) səbəblərdən mey­da­na çıxır.

Odinofagiya

Ağrılı udmadır. Bədxassəli xəstəliklər, perforasiya, divertikulit və yanıqların əlamətidir.

Qıcqırma

Döş sümüyü arxasında yanğı hissidir. Reflüksün spesifik təzahürüdür.

Requrgitasiya

Möhtəviyyatın geri qayıtmasıdır. Qusmadan fərqli olaraq requrgitasiya zamanı qarın və diafraqma əzələləri yığılmır, öyümə olmur. Requrgitasiya öz-özünə baş verir. Reflüks xəstəliyində, divertikullarda və darlıqlarda olur.

Qanqusma

QB varikozunda, zədələnmələrində, divertikullarında olur.

Atipik əlamətlər

Öskürək  - reflüksdə və ezofaqo-bronxial fistullarda rast gəlir.

Döş ağrıları – reflüks, axalaziya və darlıqların əlamət­lə­rin­dən­dir.

Səsin dəyişməsi – reflüks və invaziv törəmələrdə olur.

 

 

Görüntüləmə müayinələri

Kontrastı Rentgenoqrafiya

QB-nun mənfəzinin  vəziyyətini və peristaltikasını qiymətlən­dirmək üçündür. Hiatal yırtıq­lar, strikturlar, fistullar, diverti­kullar, mənfəzdaxili kütlələr, kənardan sıxılmaları və funksi­onal pozğunluqları müəyyən etməyə imkan verir. Disfagiya­lar zamanı ilkin müayinə üsulu hesab olunur.

Endoskopiya

Selikli qişanın vizualizasiyası və biopsiyası üçün aparılır. İlkin müayinələrdən hesab edilir. Ezofagitlər, neoplastik proseslər və divertikulların diaqnostikasında çox informativdir.

Endoskopik ultrasonoqrafiya

QB-nun neoplazmlarının (T) divara invaziya dərinliyinin təyini, paraezofageal limfa düyünlərinin (N) qiymətlən­di­ril­məsi və biopsiya məqsədi ilə aparılır.

Kompyuter tomoqrafiyası (KT)

Törəmənin ətraf orqanlara yayılması, invaziyası və kontrastın ekstravazasiyasının qiymətləndirilməsi üçün aparılır.

Maqnit rezonans tomoqrafiyası (MRT)

İnformativliyi azdır.

Pozitron Emission tomoqrafiya (PET)

Metastazların təyini, araşdırılması, QB-nun törəmələrinin kimya və radioterapiyaya reaksiyasını müəyyənləşdirilməsi məqsədi ilə aparılır.

Laparoskopiya və torakoskopiya

Bədxassəli törəmələrin yayılma səviyyəsi və inkişaf mərhələsinin müəyyənləşdirilməsi, bəzi hallarda kəskin travmaların diaqnostikası  üçün istifadə olunur.

 

 

 

Funksional müayinələr

Manometriya

Yuxarı və aşağı ezofageal sfinkterlərin funksiyası, yığılma gücü, peristaltik və vaxtaşırı boşalmaları, həmçinin QB-nun peristaltik hərəkətlərinin koordinasiyasının qiymətlədirilməsi üçündür. Funksional xəstəliklərdə ən önəmli müayinə üsuludur.

24 saatlıq pH-metriya

Qastroezofageal reflüks xəstəliyinin diaqnostikasında “qızıl standartdır”. Daha çox differensial diaqnostika və müalicə üsulunun seçimi üçün aparılır.

İmpedansometriya

 

 

Biopsiya

QB-nun divarı və mənfəzində elektrik keçiriciliyi və pH-ın təyini üçün kombinasiya üsuludur. Keçiriciliyin fərqinə görə mənfəzdə hava və maye olması, əzələ peristaltizmi və mayenin pH-nı təyin etmək mümkün olur. Bu müayinə reflüksün olma(ma)sı ilə yanaşı reflüktatın kimyəvi tər­ki­bini (turşulu və ya turşusuz olması) təyin etmək məq­sə­di ilə aparılır.

 

Neoplastik və iltihab proseslərinin, Barrett QB-nun diaqnostikası üçün aparılır.

Digər

Bernşteyn testi standart asit-reflüks testidir. NQ zond ilə mədəyə həll olunmuş HCl və sonra duz məhlulu yeridilir.

Ssintiqrafiya mədənin boşalmasını dəyərləndirir.

 

 

QİDA BORUSU XƏSTƏLİKLƏRİNƏ DİAQNOSTİK YANAŞMA

 

Prinsip

  • QB-nun xəstəliklərinə şübhə yarandıqda ilk növbədə üzvi, sonra funksional xəstəlikləri araşdırmaq lazımdır.

 

Şübhə

  • Disfagiya, requrgitasiya və qıcqırma ən çox rast gələn və şübhə yaradan əlamətlərdir. QB-nun xəsəliklərində həmçinin odinofagiya, qanqusma, öskürək, döş qəfəsində ağrılar, təngnəfəslik əlamətləri də rast gələ bilər.

 

 

Birinci  pillə müayinələri

Bu mərhələnin əsas məqsədi QB-da üzvi dəyişikliklərin olma(ma)sını araşdırmaqdan ibarətdir. Bu məqsədlə klinik və endoskopik müayinələr aparılır.  Rentgenoloji müayinə endoskopiya mümkün olmayan hallarda seçilir. I pillə müayinələrin bir neçə nəticəsi ola bilər.

  • I nəticə - QB-nun təcili xəstəliyi müəyyən edilir (məsələn qanaxma, perforasiya və s.);
  • II nəticə - QB-nun üzvi xəstəliyi müəyyən edilir, onun diaqnozu və ağırlıq dərəcəsi dəqiqləşdirilir (məsələn, QERX, Mallori-Veys sindromu, varikoz xəstəliyi, divertikul və s.);
  • III nəticə - QB-nun üzvü xəstəliyi müəyyən edilir, lakin onun təbiəti və ağırlıq dərəcəsi (mərhələsi) dəqiqləşdirilə bilmir (məsələn, törəmələr, daralmalar) . Bu halda II pillə müayinlərin aparılmasına əsas yaranır;
  • IV nəticə - QB-da üzvi dəyişikliklər müəyyən edilmir. Bu halda klinik əlamətlərə görə qərar qəbul edilir. Əgər həmin əlamətlər QB-nun bu və ya digər xəstəliyinə yüksək şübhə yaradırsa (disfagiya, requrgitasiya, qıcqırma və s.) növbəti pillə müayinələr aparılır.

 

 

İkinci pillə müayinələri

Bu mərhələnin məqsədi əvvəlki mərələdə müəyyən edilmiş üzvi dəyişik­lik­(lər)in təbiətini, ağırlıq dərəcəsini müəyyənləşdirmək və ya funksional xəstəliklərin diaqnostikasıdır. Bu məqsədlə aşağıdakı müayinələr aparılır:

  • KT
  • Endoskopik USM
  • Mikrobioloji müayinə
  • Biopsiya
  • Funksional müayinələr

 

 

QİDA BORUSUNDA APARILAN CƏRRAHİ ƏMƏLİYYATLAR

 

Ezofaqomiotomiya

Əzələ spazmlarına (axalaziya, diffuz ezofageal spazm) bağlı daralmanı aradan qaldırmaq məqsədi ilə icra olunur. QB-nun əzələ qatı boylama kəsilir, mukozaya toxunulmur.

Fundoplikasiya

Qastroezofageal reflüksü aradan qaldırmaq məqsədi ilə yerinə yetirilir. QB-nun distal hissəsinin ətrafında mədənin dibi vasitəsi ilə sıxıcı yaxalıq (ventil klapan) yaradılır. Yaxalığın əhatə dərəcəsinə görə müxtəlif üsulları mövcuddur. Klinik cərrahlıqda 3600 (Nissen üsulu) və 180-2700 (Toupet üsulu) yaxalıqlar daha çox tətbiq edilir.

QB-nun rezeksiyası

QB-nun xoş- və bədxassəli törəmələrində icra edilir. Üzvün bir hissəsi kəsilir və xaric olunur.

Total ezofaqoektomiya

QB-nun tamamilə çıxarılmasıdır. Mədənin böyük əyriliyindən formalaşdırılmış izoperistaltik boru, yoğun və ya nazik bağırsaq seqmenti ilə ezofaqoplastika edilir. Ezofagusun bədxassəli törəmələrində ən çox istifadə edilən cərrahi müalicə üsuludur.

Divertikulektomiya

Divertikul kəsilir, defekt tikilir.

Divertikulo-ezo-faqostomiya

Divertikul ilə QB arasında geniş əlaqə yaradılır. Böyük Zenker divertikullarında açıq və ya endoskopik üsulla yerinə yetirilir.

Endoskopik mukozektomiya

Endoskopun köməyi ilə QB-nun selikli qişası kəsilir və xaric olunur.  Səthi törəmələrdə tətbiq edilir.

Endoskopik plikasiya

QB ilə mədənin dibi arasında büküş yaradılır. Fundoplikasiya əməliyyatına alternativ olan bu üsul son illərdə daha çox endoskopik üsulla həyata keçirilir.

Stentlər

QB-nun mənfəzinə metal və ya plastk tərkibli boru (stent) yerləşdirilir. Göstərişlər: bəd- və ya xoşxassəli daralmalarda mənfəzin genişləndirilməsi; perforasiya və anasto­moz tutmazlığında de-fektin qapadılması və varikoz qanaxmalar zamanı varikslərin kompressiyası

 

Genişəndirici metal stentlər

Wallstent  Gianturco-Z   Esophacoil  Ultraflex

Balon dilatasiyası

QB-nun daralmalarının (strikturlar, axalaziya) müa-licəsi üçün tətbiq edilir. Da-ralma nahiyəsi­nə elastik balon yerləşdi­ri­lir və o, dol-durulur. Nəticədə QB-nun mənfəzi genişləndirilir.

Törəmələrin eksiziyası

QB divarında yerləşən xoşxassəli törəmələr sağlam toxumalar hüdudlarında xaric olunur.