Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QİDA BORUUNUN HƏRƏKİ FUNKSİYASININ POZULMALARI

Bayramov N.Y., Rüstəm Ə.M., Qeybulla A.Ə.

 

Tərifi

QB-nun əsas funksiyası peristazltizm hesabına qidanı udlaqdan mədəyə ötürməkdir. Bu proses əzələlərin funksional və ya QB-nun üzvi dəyişiklikləri nəticəsində pozula bilər.

QB-nun əzələlərinin funksiyasının pozulması funksional xəstəliklər adlanır.

 

Təsnifatı

Əzələ tipinə görə

  • Eninəzolaqlı əzələlərin dismotorikası (orofaringeal disfagiya)
  • Saya əzələlərinin dismotorikası
    • Birincili
      • Axalaziya
      • Diffuz və seqmentar ezofageal spazm
      • “«Fındıqqıran»” (“Nutcracker”) QB
    • İkincili — digər xəstəliy(lər)in (kollagen vaskulyar xəstəliklər, neyro­muskulyar xəstəliklər, endokrin və metabolik pozğunluqlar) əlaməti, nəticəsi və ya ağırlaşmasıdır.

 

 

 

Qida borusunun funksional xəstəliklərində diaqnostik taktika

 

  • Döş ağrıları ilə müşayət olunan xəstəliklərdə ilk növbədə kardioloji müayinələr edilir (şəkil.)
  • Ürək xəstəlikləri inkar olunduqda və ya disfagiya dominantlıq etdikdə QB-nun üzvi xəstəlikləri və ikincili disfagiya törədən sistem xəstəlikləri araşdırılmalıdır. Bu məqsədlə kontrastlı Rh-qrafiya və endoskopiya, göstərişlərə görə KT və EUSM yerinə yetirilməlidir.
  • QB-nun üzvi xəstəlikləri və sistem xəstəlikləri müəyyən edilmədikdə reflüks- ezofagit araşdırılmalı və funksional xəstəliklərlə differensiasiya (manometriya və pH-metriya) aparılmalıdır.
  • İlk növbədə reflüks xəstəliyini təsdiq və ya inkar etmək lazımdır. Çünki reflüks xəstəliyi ən çox rast gələn xəstəliklərdəndir, ikincili dismotorika törədən xəstəliklər arasında ilk yeri tutur. Yanlış diaqnostika səbəbindən cərrahi əməliyyat (fundoplikasiya) icra edilərsə birincili dismotorika ağırlaşa bilər. Ona görə də disfagiya və döş ağrıları olan bütün xəstələrdə reflüks xəstəliyinin ağırlaşmaları, QB-nun üzvi və digər funksional xəstəliklərinin təsdiqi (inkarı) məqsədi ilə diaqnostika prosesi davam etdirilməlidir.
  • 24 saatlıq pH-metriyada reflüks, ezofaqusun aşağı sfinkterinin zəif tonusu və zəif peristaltizmin müəyyən edilməsi reflüksə bağlı ikincili dismotorika üçün xarakterikdir.
  • Normal pH-metriya, aşağı sfinkterin yüksək tonusu, zəif və ya müəyyən edilməyən peristaltizm axalaziya üçün xarakterikdir.
  • Normal pH-metriya, koordinasiyasız, lakin normal amplitudlu peristaltizm ezofaqusun diffuz spazmı üçün xarakterikdir.
  • Normal pH-metriya, yüksək təzyiqli və uzunmüddətli peristaltizm fFındıqqıran” QB-na

 

 

 

Şəkil . QB-nun finksional xəstəliklərinə şübhə zamanı diaqnostik taktika

 

Diaqnostik əlamətlər:

  • Disfaiyga, ağrılar və s.
  • Endoskopiyada və digər müayinələrdə üzvi dəyişiklik yoxdur.
  • Funksional müayinələrdə dismotorika müəyyən edilir.

 

Eninəzolaqlı əzələlərin dismotorikası (orofaringeal disfagiya)

 

  • Kriko- və orofaringeal əzələlərin diskoordinasiyası (spazm, kövşəmə) nəticəsində meydana çıxır.
  • Udmanın pozulması (orofaringeal disfagiya) və aspirasiya xarakterik əlamətlərdir.
  • Klassik olaraq 5 qrup səbəblər müəyyən edilmişdir:
    • Neyrogenik;
    • Miogenik;
    • Striktur;
    • Yatrogen;
    • Mexanik səbəblər
  • Bu səbəblər udma vaxtı yuxarı sfinkterin boşalması və ya faringeal əzələlərin yığılmasına mane olmaqla udmanı pozurlar.
  • Əksər hallarda əsas səbəb aradan qaldırıldıqdan sonra motorika bərpa olur. Əks halda aspirasiya baş verir. Yenidoğulmuşlarda ilk 2 həftə ərzində rast gəlir və adətən müalicəsiz aradan qalxır. 
  • Udmanın pozulması (orofaringeal disfagiya), (çeçəmə) və aspirasiya xarakterik əlamətlərdir.
  • Kontrastlı Rh-qrafiyada kontrastın üst sfinkterdən keçməməsi və ya gec keçməsi görünür.
  • Yuxarı sfinkterin boşalmaması və ya tonusunun yüksək olması xarakterik manometrik əlamətdir.
  • Müalicə əsas xəstəliyə yönəlməlidir. Cərrahi əməliyyat nadir hallarda göstərişdir: normal faringeal yığılma fonunda yuxarı sfinkterin spazmı olduqda miotomiya əməliyyatı

 

Axalaziya

 

Tərifi

Axalaziya udma zamanı aşağı ezofageal sfinkterin boşalmaması və peristaltikanın olmaması və ya diskoordinasiyası ilə xarakterizə olunan birincili funksional xəstəlikdir. Udma pozulması zaman keçdikcə proqressivləşir, qida borusu genişlənir, ağılaşmalar və xərçəng riski artır.

 

Təsnifatı

Radioloji

I mərhələ - QB-da genişlənmə yoxdur

II mərhələ - QB-da boylama genişlənmə var

III mərhələ - QB-da bir diz var

IV dərəcə - QB-də bir neçə diz var (S-vari bağırsağa oxşar şəkil).

 

Manometrik

  • I tip  (klassik tip) – AES-in relaksasiyası  yoxdur, QB-də peristaltizm yoxdur.
  • II tip (kompressiyon tip) – AES-in relaksasiyası  yoxdur, QB-də zəif amplitudlu peristaltizm olur (təzyiq 30 mm Hg st-dan aşağı), AES-in relaksasiyası yoxdur.
  • III tip (spastik tip) – AES-in relaksasiyası yoxdur, QB-də total spazmlar olur (amplitudlar 70 mm Hg st. və daha çox)

 

Rastgəlmə tezliyi

1/100 000: 6/1000 tezlikdə, 30-50 yaşlı şəxslər arasında daha çox rast gəlir. Cinsə görə rastgəlmə tezliyi fərqlənmir.

 

Etiologiya və patogenez

Dəqiq məlum deyil, 2 nəzəriyyə var:

  • Neyron degenerasiyası;
  • Neyronaların infeksiya ilə zədələnməsi (məsələn, Chagas xəstəliyi – törədici Amerika triposonomudur).

Mienterik kələfdəki (Auerbach kələfi) postqanqlion inhibitor neyronların destruksiyası axalaziyanın etiologiyasında aparıcı mexanizm kimi güman edilir. Həmin neyronlar azot monooksid (NO) və vazoaktiv intestinal peptid (VİP) sintez edərək saya əzələləri boşaldır, yəni parasimpatik stimulyasiyaya əks funksiya göstərirlər. Postqanqlion inhibitor neyronların destruksiyası nəticəsində parasimpatik stimulyasiyaya əks reaksiya aradan qalxdığı üçün udma vaxtı həm peristaltika olmur, həm də aşağı sfinkterin tonusu artır.

 

Gedişi və ağırlaşmaları

Erkən mərhələlərdə distal daralma ilə yanaşı QB diffuz genişlənir. Xəstəlik davam etdikcə QB genişlənərək S-vari bağırsaq şəkilini alır. Uzun illər davam edən hallarda ağırlaşmalar inkişaf edir:

  • Aspirasiyon pnevmoniya;
  • Kandida ezofagiti;
  • Xərçəng (riski 7 dəfə artır).

 

Klinikası

Disfagiya

Əksər xəstələrdə olur. Həm duru, həm də bərk qida qəbulundan sonra rast gəlir. İlk vaxtlar duru qida qəbulundan sonra daha çox baş verir (paradoksal disfagiya).

Requrgitasiya

Xəstələrin 60%-də rast gəlir. Adətən uzanmış vəziyyətdə baş verir, bəzən aspirasiyaya səbəb olur.

Qıcqırma

Xəstələrin 40%-də rast gəlir. Reflükslə əlaqədar deyil, QB-da durğun qidaların fermentativ qıcqırması ilə bağlı meydana çıxır.

Döş ağrıları

Xəstələrin 40%-də rast gəlir. Adətən yemək vaxtı olur. Başlanğıc mərhələ üçün daha şiddətli ağrılar xasdır. QB-nun dilatasiyası artdıqca onların intensivliyi  azalır.

 

 

Diaqnostikası

Şübhə

Aşağıdakı əlamətlərin hər hansı birinin olması axalaziyaya şübhə doğurmalıdır:

  • Disfagiya;
  • Disfagiyaya baxmayaraq uzun müddət arıq və stabil çəkili xəstələr;
  • Paradoksal disfagiya;
  • Requrgitasiya;
  • Qıcqırma;
  • Döş ağrıları;
  • Ağızdan pis iy gəlməsi;
  • Rentgenoloji və endoskopik müayinələrdə QB-nun distal hissəsinin daralması;
  • KT üayinəsində distal sfinkter nahiyəsində qalınlaşma

 

Dəqiqləşdirmə

İlk növbədə QB-nun üzvi xəstəlikləri inkar edilməlidir. Sonra QB-nun peristaltikası və aşağı sfinkterin tonusu funksional müayinələrlə qiymətləndirilməlidir. Diaqnoz əsasən manometriya üsulu ilə dəqiqəşdirlir.

 

Kontrastlı Rh-qrafiya

Distalda daralma (“quş dimdiyi” və ya “siçan quyruğu” simptomu) və proksimalda peristaltikasız genişlənmiş hissə. İrəli mərhələlərdə S-vari bağırsağa bənzər QB (siqmoidizasiya simptomu)

 

Endoskopiya

Genişlənmiş QB, köhnə qida qalıqları, kandida ezofagiti, aşağı sfinkter səviyyəsində daralma

Manometriya

QB-nun peristaltikasının olmaması və ya mənfəzi tam sıxmayan zəif dalğalar, diskoordinasiya, aşağı sfinkterin tonusunun yüksək olması (> 40 mm Hg st.) və onun udma vaxtı yetərli boşalmaması

KT və endoskopik USM

Şişlərlə differensiasiya etmək üçün aparılır

 

Diaqnostik meyarlar:

  • Disfagiya;
  • Görüntüləmədə distal ezofaqusun daralması və daralmadan əvvəl QB-nun genişlənməsi;
  • Manometriyada (əsas diaqnostik müayinədir)
  • udma vaxtı aşagı sfinkterin boşalmaması (mədədaxili təzyiqdən 10 mm Hg st. çox olması);
  • aşağı sfinkterin yüksək təzyiqi (> 40 mm Hg st);
  • peristaltizmin olmaması və ya diskoordinasiyası;
  • Endoskopik USM və ya KT müayinəsində kütlənin (törəmənin) görünməməsi

 

Differensial diaqnostika

  • Diffuz və seqmentar ezofageal spazm;
  • “«Fındıqqıran»” QB;
  • Qatroezofageal reflüks xəstəliyi;
  • Strikturlar;
  • Distal sişlər (xüsusən yaşlı xəstələrdə son aylar meydana çıxan disfagiya);
  • Ürək xəstəlikləri

 

Müalicə

 

Müalicə prinsipi

Maneəni aradan qaldırmaq (aşağı sfinkterin genişlənməsinə nail olmaq)

 

Müalicə metodları

Medikamentoz

Kalsium kanalı blokatorları - 10% hallarda səmərəli olur. Yaşlı xəstələrdə dilatasiya və ya cərrahi əməliyyata əks- göstəriş olduqda tətbiq edilir.

Endoskopik botilin inyeksiyası

Botulin asetilxolin sintezini blokada edir. İlkin vaxtlarda 60% hallarda effektli olur. 2-3 il ərzində xəstələrin 30%-də residiv baş verir. Yaşlı xəstələrdə dilatasiya və cərrahi müalicəyə əks-göstəriş olduqda istifadə edilir.

Endoskopik dilatasiya

İlkin vaxtlarda 70-80% hallarda effektlidir. 10 il ərzində klinik effekt 50% azalır. Perforasiya hadisələri (2-5%)rast gəlir.

Cərrahi müalicə

  • Laparoskopik miotomiya və fundoplikasiya ilk seçim əməliyyatıdır. 90% hallarda effektli olur. QB-nun distal hissəsi və kardiyanın əzələsi 8-10 sm uzunluğunda boylama kəsilir, mukoza zədələnmir və reflüksün profilaktikası üçün fundoplikasiya icra edilir.
  • Ezofaqoektomiya əməliyyatına miotomomiya və dilatasiyanın effektsiz olması, S-vari dilatasiya və kanser şübhəsi göstərişlərdir.

 

Müalicə taktikası

  • İlk seçim laparoskopik miotomiya və fundoplikasiya əməliyyatlarıdır.
  • Əməliyyata əks-göstəriş olduqda və ya miotomiya+fundoplikasiyadan sonra residiv baş verdikdə endoskopik dilatasiya edilir.
  • Əməliyyata və dilatasiyaya əks-göstəriş olduqda botilin inyeksiyası və ya kalsium kanalı blokatorları tətbiq edilir.
  • Kanser şübhəsi, S-vari QB, miotomiya+fundoplikasiya və dilatasiya effektsiz olduqda ezofaqoektomiya icra edilir.

 

 

Diffuz və seqmentar ezofageal spazm

 

Tərifi

QB-nun bir neçə yerində eyni anda başlayan persitaltik yığılmaların ardıcıllığının pozulması ilə xarakterizə olunan funksional  xəstəlikdir.

Başlanğıcda ara-sıra təkrarlanır, sonralar davamlı xarakter alır, axalaziyanın inkişafına səbəb olur.

 

Etiologiya və patogenez

Dəqiq öyrənilməmişdir. Stressin rolu ehtimal olunur. QB-nun udmadan kənar spontan yığılmaları ilə boşalmaları arasındakı koordinasıyanın pozulması və həsassalıqn (hipersensitivity) aparıcı mexanizm hesab edilir. Normalda birincili peristaltika dalğası QB-nun başlanğıcından və ya hər hansı seqmentindən (ikincili dalğalar) başlayaraq distala doğru irəliləyir. Dalğadan proksimal hissə isə boşalır. Bir dalga bitdikdən sonra növbəti dalğa başlayır. Diffuz spazmda QB-nun bir neçə yerində eyni anda yığılmalar başlayır. Nəticədə bir-birinə yaxın seqmentlərdə eyni anda yığılmalar və boşalmalar qeyd edilir. Nəticədə QB “çərəkəşəkilli” vəziyyət alır. Yığılmalar spontan olsa da onların amplitudları normal səviyyələri aşmır.

 

Klinik gedişi və ağırlaşmaları

Xəstəlik başlanğıcda davamlı olmur, ara-sıra təkrarlanır. Uzun müddət davam edən hallarda axalaziya ilə nəticələnir və ya divertikul əmələ gəlir. Requrgitasiya və aspirasiya epizodları müşahidə edilir.

 

Klinika

Asimptomatik

Əlamətlər olmur. Manometrik müayinə vaxtı hərəki pozulmalar müəyyən edilir.

Döş ağrıları

Ən çox rast gələn simptomdur, spontan və gecələr olur.  Koranar ağrılarla qarışdırılır. Əksər xəstələr kardioloji müayinələrdən sonra qastroenteroloqa göndərilir.

Disfagiya

Həm duru, həm də bərk qida qəbulundan sonra olur.

Requrgitasiya

Xarakterik deyi. Lakin bəzi xəstələrdə rast gəlir.

 

 

Diaqnostika

Şübhə

  • Döş ağrıları (xüsusilə gecələr və spontan);
  • Disfagiya;
  • Requrgitasiya

 

Dəqiqiləşdirmə

Diaqnozun dəqiqləşdirilməsi üçün əvvəl döş qəfəsində ağrılar törədən xəstəliklər (xüsusilə kardioloji), sonra digər üzvi və funksional xəstəliklər araşdırılmalıdır. Diaqnoz  manomterik göstəricilərə istinad edilməklə dəiqləşdirilir.

 

Obyektiv müayinə

Disfagiya şikayətlərinə baxmayaraq arıqlama olmur.

Kontrastlı Rh-qrafiya

Əksər xəstələrdə (70%) anormal olur, seqmentar spazm, qeyri-müntəzəm (irrequlyar), koordinasiyasız peristaltika (“çərəkəşəkilli” QB) və epifrenik divertikul görünür.

Endoskopiya

Əksər xətələrdə mukozada ciddi dəyişikliklər olmur. Spazmlar görünə bilər.

Manometriya

Dəqiqləşdirici müayinədir: normal və ya zəif amplitudlu koordinasiyasız dalğalar (QB-nun müxtəlif yerlərində eyni anda başlayan yığılmalar) və aşağı sfinkterin normal tonusu müəyyən edilir.

pH-metriya

Normal səviyyələrdə pH qeyd edilir. Bu reflüks xəstəliyinin differensiasiyasında çox önəmlidir.

KT və endoskopik USM

Daha çox şişlərlə differensiasiya etmək üçün aparılır.

 

 

Diaqnostok meyarlar:

  • Fasiləli döş ağrıları və (və ya) disfagiya;
  • Endoskopiya və KT müayinələrində üzvi dəyişiklikərin olmaması;
  • Kontrastlı Rh-müayinədə koordinasiyasız üçüncülü dalğalar (“çərəkəşəkilli” QB)
  • Manometriyada:
    • normal və ya zəif amplitudlu koordinasiyasız dalğalar;
    • aşağı sfinkterin normal tonusu.
  • Normal Ph-metriya.o

 

Differensial diaqnostika

  • Stenokardiya;
  • Döş osteoxondrozu;
  • QB-nun törəmələri;
  • Digər funksional xəstəliklər

 

Müalicə

 

Axalaziyada olduğu kimidir:

  • Dərman müalicəsi az effektlidir;
  • Dilatasiya müvəqqəti effekt verir;.
  • Botulin inyeksiyası müvəqqəti effekt verir;
  • Boylama miotomiya (10 sm və daha çox, miotomiyanın üst sərhəddi manometriya ilə təyin olunur) və hissəvi fundoplikasiya 80% hallarda effektli olur.

 

 

«Fındıqqıran» qida borusu

 

Tərifi

Güclü döş ağrıları, QB-da yüksək amplitudlu, təzyiqli (> 180 mm Hg st.) və uzun müddətli (> 6 san) peristaltik dalğaların olması ilə səciyyələnın hərəki pozulmadır.

Tez-tez təkrarlanır, regurgitasiya və ağciyər ağırlaşmalarına səbəb ola bilir.

 

Etiologiya və patogenezi

Dəqiq məlum deyil

 

Klinik gedişi və ağırlaşmaları

Xəstəlik adətən tez-tez təkrarlanır. Requrgitasiya və aspirasiya agciyər infeksiyaları törədə bilər. Bəzi xəstələrdə epifrenik divertikullar müəyyən edilir.

 

Klinika

Döş ağrıları

Ən çox rast gələn simptomdur. Koranar ağrılarla qarışdırıldı-ğına görə xəstələrin əksəriyyəti kardioloji müayinələrdən sonra qastroenteroloqa göndərilir.

Disfagiya

Xəstələrin yarısında rast gəlir.

Requrgitasiya

Xarakterik deyil. Lakin bəzi xəstələrdə müşahidə edilir.

 

Diaqnostika

Şübhə

Güclü döş ağrıları və disfagiya “fındıqqıran” QB-na şübhələnməyə əsas yaradır. Kardioloji müayinələrdə patologiya müəyyən edilmədikdə şübhələr daha da ar­tır.

 

Dəqiqləşdirmə

QB-nunun digər funksional xəstəliklərində olduğu kimi əvvəl üzvi, sonra funksional xəstəliklər araşdırılır. Manometriya dəqiqləşdirici müayinə hesab olunur.

 

Obyektiv müayinə

Arıqlama olmur

Kontrastlı Rh-qrafiya

QB əksər xəstələrdə normal olur. Bəzən epifrenik divertikul görünür.

Endoskopiya

Əksər xəstələrdə QB-nun mukozasında ciddi dəyişikliklər olmur. Az hallarda spazmlar görünür.

Manometriya

Dəqiqləşdirici müayinədir: koordinasiyası normal dalğalar, lakin onların amplitudu və təzyiqi yüksək (> 180 mm Hg st.), müddəti isə uzun olur (> 6 san). Aşağı sfinkterin tonusu normal olur və ya artır.

PH-metriya

Normal səviyyələrdə pH qeyd edilir. Bu reflüks xəstəliyi ilə differensiasiya üçün çox önəmlidir.

KT və EUSM

Daha çox şişlərlə differensiasiya etmək üçün aparılır.

 

 

Diaqnostik meyarlar:

  • Güclü döş ağrıları;
  • Kontrastlı vizualizasion müayinələrdə normal peristaltika;
  • Manometriyada
    • Koordinasiyalı, lakin yüksək amplitudlu peristaltika (18 mm Hg st.);
    • Uzunmüddətli dalğalar (6 san);
    • Aşağı sfinkterin normal tonusu
  • Normal pH-metriya;
  • Endoskopik, KT/EndoUSM və kardioloji müayinələrdə patologiya müəyyən edilmir.

 

Müalicə

Effektiv müalicə metodu yoxdur. Ca kanalı blokatorları təsirsizdir. Mio­to­miya 50% hallarda ağrıları, 80%  hallarda isə disfagiyanı azaldır.

 

 

Qida borusunun ikincili dismotorikası

 

  • İkincili dismotorika müəyyən xəstəliklərin QB-nun saya əzələlərinin funksiyasını pozması nəticəsində meydana çıxır. Eninəzolaqlı əzələlərin funksiyası normal olur. Adətən hipokinetik dismotorika çox rast gəlir.
  • İkincili dismotorikanı törədən xəstəliklər 2 qrupa bölünür:
    • ümumi xəstəliklər
    • QB-nun xəstəlikləri
  • Ümumi xəstəliklər arasında sistem xəstəllikləri (sklerodermiya, vaskulitlər, Shorgen (Şörgen) sindromu, yayılmış skleroz və s.) və şəkərli diabet daha çox dismotorika törədir.
  • İkincili dismotorika törədən xəstəliklər arasında QERX ilk yeri tutur. Reflüksün törətdiyi iltihab və davamlı qıcıqlanma dismotorikanın meydana çıxmasında və proqressivləşməsində əsas rol oynayır.
  • Sistem xəstəliklərində QB-nun saya əzələlərinin atrofiyası, kollagen toplanması, iltihab, ödem və skleroz kimi proseslər dismotorikanın inkişafında önəmli rol oynayır. Şəkərli diabetdə isə aparıcı mexanizm diabetik neyropatiyadır.
  • Əsas xəstəlik müalicə olunduqda ikincili dismotorikalar adətən spontan aradan qalxır. Əks halda davam edən dismotorika ağırlaşır, ciddi hipokineziya, requrgitasiya, aspirasiya və pulmonar ağırlaşmaların əmələ gəlməsinə səbəb olur.
  • İkincili dismotorika əsasən disfagiya və döş ağrıları ilə təzahür edir. Bəzi xəstələrdə requrgitasiya və aspirasiya təsadüf edir.
  • Digər dismotorikalarda olduğu kimi ikincili hərəki pozulmaların diaqnostikasında manometrik müayinə mühüm yer tutur. Hipokineziya və aşağı sfinkterin tonusunun azalması reflüks mənşəli dismotorikanın xarakterik əlamətləridir. Lakin, differensiasiya məqsədi ilə pH-metriya, endoskopiya, kontrastlı şüa diaqnostikası müayinələri aparılmalı və biopsiya materialı alınmalıdır.
  • İkincili dismotorikanın müalicəsi üçün ilk növbədə əsas xəstəlik nəzarətə götürülməlidir. Əsas xəstəliyin müalicəsi ilə yanaşı simptomatik məqsədlə antasidlər və prokinetiklər istifadə edilir.

 

Özət

QB əzələlərinin üzvi dəyişikliklərlə ələqadar olmayan funksional pozulmaları birincili funksional xəstəliklər adlanır. Onlara eninəzolaqlı əzələlərinin dismotorikası  (orofaringeal disfagiya) və saya əzələlərin dismotorikası (axalazıya, diffuz və seqmentar ezofageal spazm və “fındıqqıran” qida borusu) aid edilir. Funksional xəstəliklər kəskin və ya xroniki disfagiya, ağrı, requrgitasiya, aspirasiya əlamətləri ilə ortaya çıxır. Diaqnoz kardioloji və üzvi xəstəliklər inkar edildikdən  sonra funksional müayinələrlə dəqiqləşdirlilir. Ona görə də geniş müayinələr aparmaq lazım gəlir.  Müalicə konservativ (spazmolitiklər, dilatasiya) və cərrahi (miotomiya) üsullarla aparılır.

 

Qida borusunun dismotorikası üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqusun hərəki funksiyasının pozulmaları nədir?

Ezofaqusda peristaltikanın zəifləməsi

Hansı klinik formaları var?

  • Birincili:
    • eninəzolaqlı əzələlərin dismotorikası  (orofaringeal disfagiya);
    • saya əzələlərin dismotorikası (axalaziya, diffuz və seqmentar ezofageal spazm və “fındıqqıran” qida borusu);
  • İkincili – kollagen vaskulyar, neyrovaskulyar, endokrin, metabolik xəstəliklərin nəticəsində;

Klinik əlamətləri hansılardır?

  • Döş ağrıları;
  • Disfagiya;
  • Odinofagiya;
  • Qıcqırma;
  • Requrgitasiya;
  • Qanqusma;
  • Atipik əlamətlər

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan, lakin kardial səbəblər və ezofaqusun üzvi xəstəlikləri inkar edilən xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • Manometriya;
  • pH-metriya;
  • KT;
  • Endoskopik ultrasonoqrafiya (EUS);
  • Biopsiya;
  • Helicobacter pylori testi

Diaqnostik kriteriyalar hansılardır?

  • Klinik əlamətlər;
  • Üzvi dəyişikliklərin aşkar edilməməsi;
  • Funksional müayinələrdə dismotorika;

Axalaziya nədir?

Qida borusu peristaltikasının kəskin zəifləməsi və ya olmaması, aşağı sfinkterin tonusunun artması və udma prosesində boşalmaması ilə xarakterizə olunan birincili funksional xəstəlikdir.

Rastəlmə tezliyi nə qədərdir?

1/100000 – 6/1000 tezlikdə

Mərhələsinə görə təsnifatı:

I mərhələ - QB-da genişlənmə yoxdur

II mərhələ - QB-da boylama genişlənmə var

III mərhələ - QB-da bir diz var

IV dərəcə - QB-də bir neçə diz var (S-vari bağırsağa oxşar şəkil).

Səbəbi nədir?

Dəqiq məlum deyil

Patogenezi nədən ibarətdir?

Mienterik kələfdə (Auerbach kələfi) postqanqlion inhibitor neyronların destruksiyası

Gediş xüsusiyyəti necədir?

Proqressivləşən

Ağırlaşmaları hansılardır?

  • Ezofaqusun genişlənməsi – son mərhələdə S-vari bağırsaq şəkili;
  • Aspirasion pnevmoniya;
  • Kandida ezofagiti;
  • Xərçəng

Klinik əlamətləri hansılardır?

  • Paradoksal disfagiya;
  • Requrgitasiya;
  • Qıcqırma;
  • Döş ağrıları;
  • Ağızdan pis iy gəlməsi

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Klinik əlamətlər olan xəstələrdə;
  • Disfagiyaya baxmayaraq uzun müddət stabil çəkili xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • KT;
  • Endoskopik USM;
  • Manometriya;
  • pH-metriya

Görüntlüləmə əlamətləri hansılardır?

Kontrastlı Rh – qrafiya – distalda daralma (“quş dimdiyi” və ya “siçan quyruğu” simptomu) və proksimalda peristaltika etməyən genişlənmiş hissə,

Endoskopiya – genişlənmiş ezofaqus, köhnə qida qalıqları, kandida ezofagiti, aşağı sfinkter səviyyəsində daralma;

KT – distal sfinkter nahiyəsində qalınlaşma

Digər müayinələrdə nə müəyyən olunur?

Manometriya  - ezofaqus peristaltikasının olmaması və ya mənfəzi tam sıxmayan zəif dalğalar, aşağı sfinkterin tonusunun yüksək olması (> 40 mm Hg st.) və udma vaxtı onun yetərli boşalmaması;

pH-metriya – normal

Diaqnostik kriteriyalar hansılardır?

  • Disfagiya;
  • Görüntüləmədə distal ezofaqusun daralması və daralmadan əvvəl genişlənmə;
  • Manometriyada peristaltizmin olmaması və ya çox zəif dalğalar aşağı sfinkterin yüksək təzyiqi (> 40 mm Hg st), udma vaxtı aşagı sfinkterin az boşalması (mədədaxili təzyiqdən 10 mm Hg st. çox olması);
  • Endoskopik USM və ya KT-də törəmənin görünməməsi

Müalicə üsulları hansılardır?

  • Konservativ -  antihelikobakter müalicə, Ca kanalı blokatorları - dilatasiya və əməliyyata əks-göstəriş olduqda;
  • Endoskopik:
    • botulin inyeksiyası - əməliyyata və dilatasiyaya əks - göstəriş olduqda;
    • dilatasiya – əməliyyata əks - göstəriş olduqda və ya əməliyyatdan sonra residiv baş verdikdə;
  • Cərrahi müalicə

Əməliyyata göstərişlər hansılardır?

Dilatasiyanın effektsiz olması, S-vari dilatasiya və xərçəng şübhəsi

Əməliyyat üsulları hansılardır?

  • Laparoskopik miotomiya və fundoplikasiya (ilk seçim);
  • Ezofaqoektomiya

Diffuz və seqmentar ezofageal spazm nədir?

Qida borusunun bir neçə yerində eyni anda başlayan persitaltik yığılmaların ardıcıllığının pozulması ilə xarakterizə olunan funksional xəstəlikdir

Klinik əlamətlər hansılardır?

  • Asimptomatik;
  • Döş ağrıları – gecələr və spontan;
  • Disfagiya - həm duru, həm də bərk qida;
  • Requrgitasiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Fasiləli döş ağrıları və (və ya) disfagiya;
  • Endoskopiya və KT müayinələrində üzvi dəyişikliklərin olmaması;
  • Kontrastlı Rh-müayinədə koordinasiyasız üçüncülü dalğalar (“çərəkəşəkilli” ezofaqus)
  • Manometriyada:
    • Normal və ya zəif amplitudlu koordinasiyasız dalğalar;
    • Aşağı sfinkterin normal tonusu;
    • Normal Ph-metriya

Müalicə nədən ibarətdir?

Axalaziyada olduğu kimi

“Fındıqqıran” qida borusu nədir?

Güclü döş ağrıları, qida borusunda yüksək amplitudlu, təzyiqli (> 180 mm Hg st.) və uzun müddətli (> 6 san) peristaltik dalğaların olması ilə səciyyələnən hərəki pozulmadır

Diaqnostik kriteriyalar hansılardır?

  • Güclü döş ağrıları;
  • Kontrastlı müayinələrdə normal peristaltika;
  • Manometriyada:
    • Koordinasiyalı, lakin yüksək amplitudlu peristaltika (18 mm Hg st.);
    • Uzunmüddətli dalğalar (6 san);
    • Aşağı sfinkterin normal tonusu
  • Normal pH-metriya;
  • Endoskopik, KT/EndoUSM və kardioloji müayinələrdə patologiya müəyyən edilmir.

Müalicə üsulları hansılardır?

Effektiv müalicə metodu yoxdur

Əməliyyat üsulları hansılardır?

Miotomiya (50% hallarda ağrılar, 80% hallarda isə disfagiya azalır)