Özət
Ağciyərdə tək düyün dedikdə görüntüləmə müayinəsində ağciyər parenximası daxilində tapılan təksaylı, asimptomatik və ölçüsü 3 sm-dən kiçik törəmə nəzərdə tutulur (ölçüsü 3 sm-dən böyük olarsa kütlə adlanır). Tək düyünlərin böyük əksəriyyəti xoşxassəlidir (əksəriyyəti iltihabı və ya infeksion qranulomalardır). Ağciyərdə tapılan asimptomatik düyündə əsas diaqnostik məsələ törəmənin bəd və ya xoşxassəli olmasını dəqiqləşdirməkdir. Bunun üçün klinik əlamətlər, əvvəlki görüntüləmələr və KT nəticələri dəyərləndirilir (ölçüsü, kənarlarının quruluşu, kalsifikasiya xüsusiyyəti, əlavə görüntüləmə əlamətləri). Törəmənin bəd xassəli olması inkar edilmirsə PET-KT və ya biopsiya (eksiziya) edilir.
Ağciyərdə tək düyün üzrə suallar
N.Y.Bayramov, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Ağciyərdə tək düyün nədir? |
Görüntüləmə müayinəsində ağciyər parenximasında tapılan təksaylı, 3 sm-dən kiçik asimptomatik düyün |
Rastgəlmə tezliyi nə qədərdir? |
KT müayinəsində 25-70% hallarda tapılır |
Xoş xassəli tək düyünün əsas etioloji faktoru nədir? |
|
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
Hansı düyünlərin bədxassəlik potensialı yüksək olaraq (65%) qiymətləndirilir? |
|
Hansı düyünlərin bədxassəlik potensialı aşağı olaraq (5%) qiymətləndirilir? |
0.8 sm-dən kiçik son iki ildə böyüməyən kalsifikasiyası var (diffuz, hədəf simtpomu, “partlamış qarğıdalı” simptomu, çoxmərtəbəli kalsifikasiya) |
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstərişlər nələrdir? |
Bədxassəli törəmə |
Əməliyyat üsulları hansılardır? |
Geniş (lobektomiya) və məhdud rezeksiya |