Özət
Polip boşluqlu orqanlarda epitelial səthdən mənfəzə doğru qabarmış törəmədir. Qastrointestinal poliplərin ən sıx görüldüyü yer kolorektumdur. Polipoz çoxsaylı poliplərə deyilir, polipoz sindrom isə genetik xəstəlik olub, yoğun bağırsaqda çoxsaylı poliplərlə xarakterizə olunur, digər orqanlarda patologiya tapıla bilir. Poliplər kiçik ölçülərdə olduqda klinik əlamət törətmirlər, lakin nekrozlaşarsa qanaxma, böyüyərsə obstruksiya və maliqnizasiya kimi ağırlaşmalar törədə bilirlər. Adenomatoz poliplərin, polipoz sindromların maliqinzasiya riski çox yüksək, iltihabi, hiperplastik poliplərinki isə çox aşağıdır. Poliplərin diaqnozu kolonoskopiya iyə qoyulur, histoloji tipi isə biopsiya ilə dəqiqləşdirlir. Poliplərin müalicəsi “çıxart bax” prinispi üzərində qurulur: kolonoskopik polipektomiya və/və ya biopsiya edilir, xoş xassəli polipdirsə izlənilir, bəd xassəli polip gələrsə əlavə əməliyyat edilir.
Kolon polipləri üzrə suallar
N.Y.Bayramov, A.Səfiyeva
Polip nədir? |
Bağırsaq divarından inkişaf edən və mənfəzə doğru qabaran törəmələrdir. |
Anatomik olaraq hansı növləri var? |
Ayaqcıqlı, ayaqcıqsız (əsaslı, yastı) |
Histoloji olaraq hansı növləri var? |
Neoplastik, hiperplastik, iltihabi, hamartomatoz. |
İltihabi poliplər kimlərdə olur? |
Crohn və ya xoralı kolitlərdə olur |
Hamartomatoz polip nə deməkdir? |
Normal toxumalardan təşkil olunub lakin düzülüşləri (konfiqurasiyası) pozulur |
Hiperplastik polip nə deməkdir? |
Xoşxassəli-normal hüceyrələr-malignizasiya ehtimalı yox |
Neoplastik polip nə deməkdir? |
Differensiasiya olunmamış hüceyrələrin (xərçəngönü və ya xərçəng hüceyrələri) proliferasiyası |
Neoplastik poliplərin hansı növləri var? |
Tubulyar adenoma - adətən ayaqcıq üzərində olur) Villous adenoma (xovlu adenoma) - adətən ayaqcıqsız olur Tubulovilloz adenoma |
Adenomatoz poliplərin malignizasiya riski nə ilə müəyyənləşir? |
Ölçü Histoloji tipi Hüceyrələrin atipiyası Müddəti |
Adenomatoz poliplərin ən çox yayılmış növü? |
Tubulyar - 85% |
Poliplərin ölçüləri ilə malignizasiya arasında asılılıq necədir? |
Polip 2 sm-dən böyük olarsa karsinoma olma ehtimalı yüksəkdir (45%) |
Adenomatoz poliplərin histoloji növlərinin kanser potensialı necədir? |
Villous>tubulovillous>tubulyar |
Villoz adenomaların əsas xüsusiyyətləri hansılardır? |
Ayaqcıqsız olurlar, malignizasiya riski yüksəkdir və diareya törədirlər. |
Villoz adenomalarda niyə diareya çox rast gəlir? |
Villoz adenomalar selik ifraz edən vəzi epitelindən təşkil olunmuşdur. |
Poliplər ən çox harda rast gəlinir? |
Rektosigmoiddə (30%) |
Əlamətləri hansılardır? |
Adətən asimptomatik, bəzən qanama (qırmızı və ya tünd qırmızı), bağırsaq vərdişlərinin dəyişməsi, rektumdan selik axıntısı, elektrolitlərin itirilməsi. |
Polipləri hansı qeyri-invaziv üsulla tapmaq olar? |
Virtual kolonoskopiya |
Poliplərin diaqnozu necə dəqiqləşdirilir? |
Kolonoskopiya və biopsiya |
Poliplərin müalicəsi necədir? |
Endoskopik və ya cərrahi yolla çıxartmaq əsas prinsipdir. |
Ailəvi polipoz sindromu (APS) nə deməkdir? |
Genetik xəstəlikdir, cinsi yetişkənlik dövründən başlayaraq kolon və rektumda yüzlərlə adenomatoz poliplər olur, müalicə olunmazsa 40-50 yaşdan sonra əksəriyyətində kanser inkişaf edir. |
APS-də hansı gendə defekt olur? |
APC (adenomatozis poliposis coli) genində |
APS-də kolon poliplərindən başqa hansı patologiyalar tapılır? |
Nazik bağırsaq polipləri, desmoidlər, osteoma, medulloblastoma, mədə-bağırsaq karsinomaları və s. |
APS-in müalicəsi necədir ? |
Total proktokolektomiya və ileostomiya. Total kolektomiya, rektal mukozanın çıxarılması (mukozal proktoektomiya) və ileoanal anastomoz |
Peutz-Jegher sindromu nə ilə xarakterizə olunur? |
Mədəbağırsaq traktında hamartomatoz poliplər və dəri piqmentasiyası. (yeyunum/ileum>kolon>mədə) |
Peutz-Jegher sindromunda kanser riski varmı? |
Poliplərin özlərinin malignizasiya ehtimalı azdır, lakin orqanda kanser riski yüksəkdir. |
Peutz-Jegher sindromu olan qadınlarda hansı kanser riski var? |
Yumurtalıq kanseri |
İrsi özəlliyi nədir? |
Autosom dominant |
Hamartomatoz poliplərin nazik bağırsaq keçməzliyi törətmə mexanizmi necədir? |
İnvaginasiya |
Müalicəsi nədir? |
Ölçüsü 1,5sm-dən çox olan və simptomatik (qanaxma, invaginasiya, obstruksiya) poliplərin çıxarılması |
Yuvenil poliplər nədir? |
Nazik bağırsaqlarda və kolonda hamartomatoz poliplər: vəzi epitelinin və lamina proprianın qarışıq şəkildə inkişafı nəticəsində sistik dilatasiyalar (“retension polip”) Malignizasiya riski çox azdır, lakin, polipozis sindromunda kanser riski artır. |
Cronkhite-Canada sindromu nədir? |
Yuvenil polipozis sindromunun variantlarından biridir: kolonda diffuz hamartom poliplərlə yanaşı ektodermal patologiyalar (keçəllik, diareya, elektrolit/zülal itirilməsi, dırnaq atrofiyası, dəri piqmentasiyası və s) |
Turcot sindromu nədir? |
APS-nin variantlarından biridir, kolon polipləri bədxassəli MSS törəmələri ilə (medulloblastoma) birlikdə rast gəlir. |