Özət
Ürəyin işemik xəstəlikləri tac arteriyaların daralması nəticəsində əmələ gələn işemik patologiyaya deyilir və üç əsas klinik formada özünü göstərir: stenokardiya, infarkt və kardiomiopatiya.
Stenokardiya (angina pectoris) ürək əzələlərinin təkrarlanan və nekroza keçməyən müvəqqəti işemiyasıdır. Klinik olaraq təkralanan döş ağrıları (yanma və s.) və təngnəfəsliklə müşayiət olunur.
Miokard infarktı əzələlərin kəskin işemiyası və geriyədönməyən nekrozu ilə xarakterizə olunan vəziyyətdir. Klinik olaraq güclü ağrılar, aritmiya, kəskin ürək çatışmazlığı, ürək arakəsməsinin və papilyar əzələlərin yırtılması, ürəyin anevrizması ilə təzahür edir.
Xroniki işemik kardiomiopatiya təkrarlanan infarktlarla əlaqədar miokardın diffuz zədələnməsidir. Klinik olaraq ürək çatışmazlığı verir.
Diaqnozu dəqiqləşdimək üçün əsas müayinə kontrast angioqrafiyadır (KT, MRT və ya birbaşa invaziv), spesifik göstərici damarların daralmasıdır. Müalicəsində əsas hədəf miokardın revaskulyarizasiyasını təmin etməkdir. Bu məqsədlə medikamentoz, angioplastika-stend və aorto-koronar yanyol əməliyyatı tətbiq edilir.
Koronar damar xəstəlikləri üzrə suallar
Suallar |
Cavablar |
Koronar xəstəliklər nə deməkdir? |
Koronar arteriyaların stenozu (daralması) və okkluziyası nəticəsində baş verən işemiya xəstəliyidir. |
Hansı klinik formaları var? |
|
Stenokardiya nədir? |
Müvəqqəti və qeyri-nekrotik işemiya |
İnfarkt nədir? |
İşemik nekroz |
İşemik kardiomiopatiya nədir? |
Təkrarlanan işemiyaların törətdiyi diffuz zədələnmə və ürək çatışmazlığı |
Rastgəlməsi nə qədərdir? |
ÜİX qərb dünyasında 1-ci ölüm səbəbidir; xəstələrin 50%-dən çoxunda 3 damar zədələnir. |
Simptomları nələrdir? |
Sinədə ağrı, sıxılma, substernal təngnəfəslik, ürək bulanma, üst qarın nahiyəsində və kürəkdə ağrı. Yorğunluq fonunda asimptomatik ola bilər. |
Kimlərdə “səssiz” miokard infarktı olur? |
Şəkərli diabeti olan xəstələrdə (avtonom disfunksiya ilə əlaqədar ağrı olmaya bilər) |
Üç damar xəstəliyi nə deməkdir? |
Sol ön enən, dolanan və sağ tac koronar arteriyalarda daralma. |
Risk faktorları hansılardır? |
|
Hansı diaqnostik müayinələr həyata keçirilir? |
|
Müalicəsi nələrdir? |
|