Özət
Koksiqodiniya büzdüm nahiyəsində olan ağrılara deyilir. Əksər hallarda büzdüm nahiyəsində olan travmalardan sonra meydana gəlir. Koksiqodiniyanın əsas simptomu büzdüm nahiyəsində olan ağrıdır. Koksoqodiniya əksər hallarda digər xəstəliklərin əlamətidir. Büzdüm nahiyəsinin palpasiyası, düz bağırsağın digital müayinəsi zamanı ağrılar artır.
Müalicə
- Konservativ (fizioterapiyalar, ultrasəslə müalicə, lazer müalicəsi, parafin aplikasiyaları, palçıq müalicəsi).
- Cərrahi müalicə – konservativ müalicənin effekti olmadığı halda vəya büzdüm sümüyünün patoloji hərəkətliyi olduqda aparılır: büzdüm sümüyünün çıxarılması icra olunur.
KOKSİQODİNİYA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Koksiqodiniya nədir? |
Büzdüm nahiyəsində olan ağrılara deyilir. |
Rastgəlməsi |
Qadınlarda kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir. |
Klinikası |
Büzdüm nahiyəsində olan ağrı. |
Diaqnostikası |
Koksoqodiniya əksər hallarda digər xəstəliklərin əlamətidir. Büzdüm nahiyəsinin palpasiyası, Düz bağırsağın digital müayinəsi əhəmiyyətli müayinədir |