Özət
Rektosele düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasına deyilir, defekasiya çətinliyinə, prolapslara və genital disfunksiyaya səbəb ola bilir. Defekasiyadan sonra tam boşalma hissinin olmaması, qəbizlik, uşaqlıq yolundan əli ilə təzyiq etməklə defekasiya aktını icra etməsi, klinik olaraq və ya defekoqrafiyada düz bağırsağın uşaqlıq mənfəzinə doğru qabarması əsas diaqnostik əlamətləridir. Müalicə taktikası dərəcəsindən asılı olaraq dəyişir. Asimptomatik və kiçik rektosellərdə müşahidə və qəbizliyin aradan qaldırılması və çanaq əzələlərini möhkəmləndirmə hərəkətləri tövsiyə edilir. Simptomatik, orta və böyük ölçülü (3 sm-dən böyük) rektosellərdə əməliyyat lazım gəlir.
REKTOSELE XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Rektosele nədir? |
Rektosele düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasına deyilir. |
Hansı diaqnostik əlamətləri vardır? |
Qəbizlik, defekasiyadan sonra tam boşalma hissinin olmaması, uşaqlıq yolundan əli ilə təzyiq etməklə defekasiya aktını icra etməsi, defekoqrafiyada düz bağırsağın uşaqlıq yoluna qabarması. |
Etiologiyası |
Toxuma zəifliyi, doğuş və yaşlanmalar, qəbizlik, histerektomiya. |
Müalicəsi |
Asimptomatik və kiçik rektosellərdə müşahidə və qəbizliyə görə mübarizə. Simptomatikdə və böyük ölçüdə cərrahi müalicə. |
Arxa kolporafiya nədir? |
Uşaqlıq yolundan rektovaginal divarın bərpası aparılır, həmçinin levatoroplastika icra edilir. |